Məhkəmə qərarları › İş №2-1(112)-6407/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6407/2024

05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6407/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “xidmət illərinin yenidən hesablanaraq yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidmət illərinin 18 il 5 ay təqvim illəri sayaraq, pul attestatında xidmət illərinə görə 25% qeyd olunmasına dair yeni məlumat vərəqəsi göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar verilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının DİN-nin polis nəfəri, xx.xx.1990-cı ildən xx.xx.2001-ci ilə qədər xidmət aparmışdır. xx.xx.1990-cı ildən, Bakı şəhəri İH Dİİ PPX Alayının xx.xx.1990-cı il tarixli 26 ş/h nömrəli əmrinə əsasən Daxili İşlər Nazirliyinin polis (vəsiqə АЗБ - 21066-li) baş serjantı kimi işə qəbul olmuşdur. O, DİN-nin Baş Mühafizə İdarəsinə pul attestatının xidmət illərinin düz hesablanması ilə baglı müraciət edərək, xx.xx.2018-ci il, №-li ***-**** M-3218. “Nəsimi RMİ tərəfindən sizə təqdim olunan pul attestatına baxış keçirilmiş, həqiqətən xidmət illəriniz düzgün hesablanmağı məlum olunmuş və pul attestatı yenidən tərtib olunaraq sizə təqdim olunması barədə Nəsimi rayon Mühafizə İdarəsinin rəhbərliyinə göstəriş verilmişdir. xx.xx.2018-ci il, pul attestatı yenidən tərtib olunaraq sizə təqdim olunmuşdur”, cavab məktubu göndərilmişdir. xx.xx.2018-ci il, №-li ***-**** M-3218, cavab məktubuna əsasən, Nəsimi Mühafizə Xidmətinin maliyə plan idarəsinin ona təqdim etdiyi, 37 N-li Pul Attestatında 10 il, (on il) 5 (beş) ay, 06 gün müəyyən edilmiş, xx.xx.2001-ci il tarixinə istinad edilərək. Əmək kitabçasında, xx.xx.2001 ci il xidmət təqvimi 12 il, 07 ay, 11 gün qeyd edilərək, güzəştli 17 il, 09 ay, 02 gün qeyd edilmişdir. Pul Attestatında , “illər, aylar, günlər, fasiləsiz xidmət illəri, 25% əvəzinə 20 % qeyd edilərək ona təqdim olunmuşdur. 1987 -1989-ci illəri Hərbi xidmət etdiyi dövru pull atestatında hesablanan zaman qeyd olunmayıb. Onun pul attestatında, 10 il ,5 ay xidmət kimi hesablanaraq,”Əsas, Hərbi xidmət keçmə Haqqında Qanuna istinad,” 1) Fasiləsiz xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq tənzimlənərək, ona 20% pul attestatında göstərilmişdir. Əslində Fasiləsiz xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq onun pul attestaımda 25% göstərilməlidir. Bununla baglı qanuna istinad edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır” təqdim etmişdir. Beləliklə, onun “hərbi xidmətinin güzəştli sayılan hissəsi ona əsas verir ki, güzəştli xidmət illərində, iki növbə xidmət apararaq o, 18 il 5 ay, xidmət edərək, fasiləsiz sayılan xidmət illərini, “10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə -20% (faiz) pul attestatında qeyd olunmasının əvəzinə, 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 % (faiz) hesablanaraq qeyd olunmalıdır. O, fasiləsiz xidmət etmiş və xidmət illəri 18 il 5 ay FHN-nə cavab məktubunda xx.xx.2017 ci il, №-li 37/M-00738 li məktubunda qeyd olunmuşdur. Bunu əsas gətirərək ““Əmək Pensiyaların haqqında” 2006cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi quluqçuların pensiya təminatı haqqında 1992-ci il 29 aprel Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin “güzəştli sayılan hissəsi nəzərə alınmalıdır” qanuna istinad edir. Bu da əsas verir ki, pul cədvəlində 25% hesablanaraq, onun əldə etdiyi illər boyu xidmət illəri əsas götürülməlidir, iki, üç növbəli xidməti ağır və normadan (xidmət saat normativləri aşan) artıq sayılan xidmətə daxildir. Əgər əməkdaş iş yerində 13 il xidmət aparıbsa, bu sülh əmin-amanlıq dövrünə aid olarsa tam fasiləsiz xidmət illəri 13 il götürülür. Cavabdeh iddia tələbinə dair yazılı etiraz göndərərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cü ildə daxili işlər orqanlarında xidmət etməyə başlamış, xx.xx.2001-ci il tarixində daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. İddiaçı Azərbaycan Respublikası DİN BMİ-yə müraciət edərək pensiya təyin olunması ilə əlaqədar daxili işlər orqanlarında xidmət müddəti haqqında hesablama vərəqinin Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə göndərilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın müraciətinə baxılmış, xidmət müddəti təqvimi hesablama ilə - 12 il 07 ay 17 gün, güzəştli hesablanma ilə isə 17 il 09 ay 03 gün xidmət illərinə görə iş stajı təşkil etdiyinə görə onun müsbət həlli mümkün olmamış, bu barədə müraciətə verilmiş cavabda bildirilmişdir. İddiaçı 16 il 08 ay 14 gün təqvim ili üzrə xidmət müddətinə malik olmuşdur, lakin bu müddətdəki iddia etdiyi güzəştli şərtlərlə xidmət stajı 20 il və daha çox deyil. Çünki iddiaçı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçu deyildir, yəni məhz həmin 2004-cü il 1 sentyabr tarixinə qədər güzəştli (imtiyazlı) hesablama ilə daxili işlər orqanlarında xidmət müddəti 20 təqvim ili tamam olmamışdır, bundan əlavə şəxsin xidmət illərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarı ilə müəyyən edilmiş uzun müddət xidmətə daxil edilən təhsil müddəti ilə bağlı digər əsaslar da mövcud olmamışdır. Nəticə olaraq şəxsin xidmət müddəti 16 il 08 ay 14 gün təşkil etmiş və güzəştli şərtlərlə xidmət stajı 20 il və daha çox olmamış və buna görə də tələbi əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1086/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmiş və qeyd etmişdir ki, iddiaçı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçu deyildirsə, yəni məhz həmin 2004-cü il 1 sentyabr tarixinə qədər güzəştli (imtiyazlı) hesablama ilə daxili işlər orqanlarında xidmət müddəti 20 təqvim ili tamam olmamışdırsa onun tələb olunan hüququ yaranmır. Bundan əlavə şəxsə münasibətdə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən uzun müddət xidmətə daxil edilən təhsil müddəti ilə bağlı digər əsasların mövcud olmaması da onun qeyd olunan hüququnun yaranmamasında dəlalət edir. Göründüyü kimi, iddiaçının 2004-cü ilin 1 sentyabr tarixinə qədər güzəştli (imtiyazlı) hesablama ilə daxili işlər orqanlarında xidmət müddəti 20 təqvim ili və daha çox olmadığı və uzun müddət xidmətə daxil edilən təhsil müddəti ilə bağlı digər əsaslar da mövcud olmadığı üçün onun tələbi əsassızdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymışdır. İddiaçı və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddiaçının hazırkı tələbində xidmət illərinin 18 il 5 ay təqvim illəri sayaraq, pull attestatında xidmət illərinə görə 25% qeyd olunmasına dair yeni məlumat vərəqəsi göndərilməsini tələb edir. Lakin iddiaçının yeni məlumat vərəqəsini göndərilməsinə dair hüquqi marağı aydın deyildir. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə görə xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.4-cü bəndinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci hissəsinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; 2-ci hissəsinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə (Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmişdir) Bənd 144. Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarı

1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir. ...

2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: ... b) xidmətin bir ayı ayyarım sayılmaqla: ...

Baxılan işdə işin mübahisələndirilməyn halıdır ki, iddiaçının xidmət illəri 20 ildən azdır. İddiaçı özü də bu halı inkar etmir. iddiaçı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçu deyildir, yəni məhz həmin 2004-cü il 1 sentyabr tarixinə qədər güzəştli (imtiyazlı) hesablama ilə daxili işlər orqanlarında xidmət müddəti 20 təqvim ili tamam olmamışdır, bundan əlavə şəxsin xidmət illərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarı ilə müəyyən edilmiş uzun müddət xidmətə daxil edilən təhsil müddəti ilə bağlı digər əsaslar da mövcud olmamışdır. İş materiallarında olan pensiya işinin surətindən görünür ki, iddiaçıya 1.12.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilmiş və iddiaçının əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən pensiya ödənişi dayandırılmışdır. Göründüyü kimi, iddiaçı hazırda nə yaşa görə, nədə ki əlilliyə görə pensiya alan şəxs deyildir. Belə olan halda, onun cavabdehin üzərinə yeni məlumat vərəqinin verilməsi öhdəliyinin qoyulması barədə iddia irəli sürməkdə hüquqi marağı aydın deyildir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Məhkəmə iddiaçıya hüquqi yardımla bağlı qeyd edir ki, iddiaçıya yaşa görə, əlilliyə görə pensiya təyin edilən zaman xidmət illəri, pul attestatı və s. hallarla narazı qaldığı təqdirdə, hüququna hər hansı bir müdaxilə baş verdiyi təqdirdə həmin halları mübahisələndirmək hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar