Məhkəmə qərarları › İş №2-1(112)-641/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-641/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-641/2022 13.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışdakı yanlışlıqların düzəldilməsi və yanlışlığa səbəb olmuş halların aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 9 otaqlı, yaşayış sahəsi 134 kv.m, 62,4 kv.m köməkçi sahəsi olan 13 saylı ev barədəki MH seriyalı, ******* saylı, **********46-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışdakı və MH seriyalı, ******* saylı, **********46-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışdakı yanlışlıqların düzədilməsi və yanlışlığa səbəb olmuş halların aradan qaldırılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 9 otaqlı, yaşayış sahəsi 134 kv.m, 62,4 kv.m köməkçi sahəsi olan 13 saylı ev barədə onun adına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24 avqust 2006-cı il tarixdə 2 ədəd müxtəlif məzmunlu Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. MH seriyalı, ******* saylı, **********46-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışda həmin fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınması qeyd edilmişdir. MH seriyalı, ******* saylı, **********46-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışda həmin fərdi yaşayış evinin 3 otağının (y/s-40,4 kv.m, üm/s-59,5 kv.m) tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınması qeyd edilmişdir. Hər iki çıxarış Bakı şəhər Ərazi İdarəsinin rəisi Q.Cəfərov və qeydiyyat icraçısı N.Zeynalov tərəfindən imzalanmışdır. Həmin çıxarışlardakı ziddiyyətlər yaşayış evi üzərində onun mülkiyyət hüququnu həyata keçirməyə mane yaradır. Ona görə də həmin yanlışlıqların düzədilməsi və yanlışlığa səbəb olmuş halların aradan qaldırılmasının təmin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Onun müraciətinə cavabdeh tərəfindən verilmiş 15 yanvar 2021-ci il tarixli **********58 saylı cavabla müraciəti təmin olunmamışdır. Cavab onunla əsaslandırılmışdır ki, həmin ünvanda yerləşən fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına bütün payçılar tərəfindən şərait yaradılmadığından onun ərizəsinin icrası mümkün olmamışdır. Cavabdeh tərəfindən verilmiş 15 yanvar 2021-ci il tarixli **********58 saylı cavab qanunsuz və əsassızdır. O, şəxsi mülkiyyətində olan yaşayış evinə dair cavabdeh tərəfindən tərtib edilmiş iki müxtəlif məzmunlu daşınmaz əmlakın dövlət reyestrindəki çıxarışlardakı yanlışlıqların düzəldilməsini tələb edir, həmin çıxarışlardakı yanlışlıqların düzədilməsi vəzifəsi qanunvericiliklə cavabdehin üzərinə qoyulmuşdur, onun müraciətinin təmin olunmasından imtina olunması səbəbi "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Ona görə də cavabdehin cavabı əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X5 iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi hüquqmüəyyənedici sənədlərə əsasən (3 otaq, yaşayış sahəsi 40,4 kv.m, ümumi sahəsi 59,5 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********34 qeydiyyat nömrəli 10 fevral 2021-ci il tarixli məktub ünvanlanmışdır. Belə ki, Səbail Rayon Məhkəməsinin 2-756/2005 nömrəli 04 may 2005-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, ünvan 3 ünvanda yerləşən evin sahəsi 16,6 kv.metr, 11,2 kv.metr və 12,6 kv.metr sahəsi olan yaşayış otaqları və sahəsi 12,5 və 6,6 kv.metr yardımçı otaqlardan ibarət hissəsinə Təhməz Səfəralı oğlunun adına ilkin hüquqi qeydiyyata alınması barədə sərəncam və qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin Səbail rayon İcra Hakimiyyəti və Bakı şəhər Tİ və MHQİ-nə həvalə olunması qət edilmişdir. Səbail Rayon Məhkəməsinin 2-756/2005 nömrəli 04 may 2005-ci il tarixli qətnaməsi, habelə Səbail rayon İcra Hakimiyyəti başçısının 573 nömrəli 07 oktyabr 2005-ci il tarixli sərəncamına əsasən (sərəncamda da Təhməz Səfəralı oğlunun adına sahəsi 16,6 kv.metr, 11,2 kv.metr və 12,6 kv.metr sahəsi olan yaşayış otaqları və sahəsi 12,5 və 6,6 kv.metr yardımçı otaqlarının sənədləşdirilməsi qeyd edilmişdir) müvafiq fərdi yaşayış evinə dair X2 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X2 adına tərtib olunmuş 14.12.2005-ci il tarixli qeydiyyat vəsiqəsində sözügedən fərdi yaşayış evinin ona məxsus olan sahələrin ölçüsü (yaşayış sahəsi 40,4 kv.m, ümumi sahəsi 59,5 kv.m) göstərilmişdir. Bundan sonra 15.07.2006-cı il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı adına MH seriyalı ******* qeydiyyat nömrəli 24.08.2006-cı il tarixli çıxarışda fərdi yaşayış evinin ona məxsus hissəsi 3 otaqlı yaşayış sahəsi 40,4 kv.m, ümumi sahəsi 59,5 kv.m olaraq qeyd edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 15.01.2021-ci il tarixli, **********58 saylı imtina bildirişində qeyd edilir: ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzənndə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 25.11.2020-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına bütün payçılar tərəfdən şərait yaradılmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzənndə mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğulann, yaşayış və qeyriyaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasan hüquqların qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 9 otaqlı, 134 kv.m yaşayış, - kv.m qeyri- yaşayış, 62.4 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********46-10301, qeydiyyat nömrəsi 110630106, qeydiyyat tarixi 24.08.2006-cı il. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 25.05.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 9 otaqlı, 134 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 62.4 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı - 3 otaq (y/s-40.4 kv.m, üm/s-59.5 kv.m) adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********46-10301, qeydiyyat nömrəsi 110630106, qeydiyyat tarixi 24.08.2006-cı il. Həmin məktuba əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 2-756/2005 nömrəli 04 may 2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, ünvan 3 ünvanda yerləşən evin sahəsi 16,6 kv.metr, 11,2 kv.metr və 12,6 kv.metr sahəsi olan yaşayış otaqları və sahəsi 12,5 və 6,6 kv.metr yardımçı otaqlardan ibarət hissəsinə Təhməz Səfəralı oğlunun adına ilkin hüquqi qeydiyyata alınması barədə sərəncam və qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin Səbail rayon İcra Hakimiyyəti və Bakı şəhər Tİ və MHQİ-nə həvalə olunması qət edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 07.10.2005-ci il tarixli 573 nömrəli sərəncamının surətindən görünür ki, Bibiheybət qəsəbəsi, Məktəb küçəsi, 13 saylı ünvanda yerləşən sahəsi 16,6 kv.m, 11,2 kv.m və 12,6 kv.m olan yaşayış otaqları, sahəsi 12,5 kv.m və 6,6 kv.m yardımçı sahənin mərhum Təhməz Səfəralı oğlunun adına sənədləşdirilməsi, mövcud sərəncam əsasında mərhum Təhməz Səfəralı oğlunun adına şəxsi qeydiyyat vəsiqəsi və texniki pasportun verilməsinin Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən xahiş edilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş 15.07.2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 vərəsəsi oğlu İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak - irs qoyana məxsus olan yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m olan Bakı şəhəri, Bibi-Heybət qəsəbəsi, Məktəb küçəsi, ev 13-də 3 otaqlı ev. Həmin məktuba əlavə edilmiş Səbail RİH başçısının Bibi-Heybət qəsəbə nümayəndəliyinin 29.11.2005-ci il tarixli arayışından görünür ki, Bibi-Heybət qəsəbəsi, Məktəb küçəsi, 13 nömrəli ev 1 mərtəbə, 3 otaqdan ibarətdir, yaşayış sahəsi 40.4 kv.m, köməkçi sahəsi 19.1 kv.m, ümumi sahə 59.5 kv.m-dir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17.03.2021-ci il tarixli məktubda qeyd olunur: İddiaçı adına 2 saylı DNK-nın 2V/1-69 reyestr nömrəli 15.06.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsi, 9 otaqlı 13 saylı fərdi yaşayış evinin 3 otağı (yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m) qeydiyyatdan keçmişdir və MH ******* seriyalı ********* qeydiyyat nömrəli 24.08.2006-cı il tarixli çıxarış almışdır. Həmin məktuba əlavə edilmiş 15.07.2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 vərəsəsi oğlu İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak - irs qoyana məxsus olan yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m olan Bakı şəhəri, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsi, ev 13-də 3 otaqlı evdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 21.10.2021-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsi ünvanına dair İddiaçı verilmiş MH ******* seriyalı çıxarışın ləğv edilməsinə əsas olmuş sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 5 ünvanına dair arxiv qovluğunda MH ******* seriyalı çıxarış ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, 2 saylı DNK-nın 2V/1-69 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 3 otağı (yaşayış sahəsi 40,4 kv.m, ümumi sahəsi 59,5 kv.m) İddiaçı adına qeydiyyata alınmış və MH ******* seriyalı dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17.12.2021-ci il tarixli məktubda qeyd olunur: ünvan 5 ünvanında yerləşən əmlaka dair İddiaçı verilmiş MH seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli çıxarışların əsillərinin İdarədə olub-olmaması barədə məlumat verilməsi ilə bağlı sorğunuza baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 5 ünvanına dair İddiaçı adına tərtib edilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surəti arxiv qovluğunda mövcuddur. ünvan 7 ünvanına dair İddiaçı adına tərtib edilmiş MH seriyalı ******* nömrəli çıxarışa dair hər hansı məlumat (sənəd) aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən 22.10.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş vərəsəlik işində (15.07.2006-cı il tarixli, 2V/1-69 reyestr nömrəli) olan 15.07.2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 vərəsəsi oğlu İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak - irs qoyana məxsus olan yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m olan Bakı şəhəri, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsi, ev 13-də 3 otaqlı evdir. Həmin notariat işində olan Azərbaycan Respublikası Bakı ŞİH Tİ və MHQİ tərəfindən verilmiş FM seriyalı 040428 nömrəli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 fərdi yaşayış evi (3 otaq, yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m) Təhməz Səfəralı oğlunun adına 14.12.2005-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr; 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 9 otaqlı, 134 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 62.4 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı - 3 otaq (y/s-40.4 kv.m, üm/s-59.5 kv.m) adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınmışdır, reyestr nömrəsi **********46-10301, qeydiyyat nömrəsi 110630106, qeydiyyat tarixi 24.08.2006-cı il. İddiaçı hazırda Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 9 otaqlı, yaşayış sahəsi 134 kv.m, 62,4 kv.m köməkçi sahəsi olan 13 saylı ev barədəki MH seriyalı, ******* saylı, **********46-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışdakı və MH seriyalı, ******* saylı, **********46-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışdakı yanlışlıqların düzədilməsini və yanlışlığa səbəb olmuş halların aradan qaldırılmasının təmin edilməsini tələb edir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 21.10.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanına dair arxiv qovluğunda MH ******* seriyalı çıxarış ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir və həmin ünvanda yerləşən fərdi yaşayış evinin 3 otağı (yaşayış sahəsi 40,4 kv.m, ümumi sahəsi 59,5 kv.m) İddiaçı adına qeydiyyata alınmış və MH ******* seriyalı dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17.12.2021-ci il tarixli məktubdan görünür ki, həmin ünvana dair İddiaçı adına tərtib edilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surəti arxiv qovluğunda mövcuddur, həmin ünvana dair İddiaçı adına tərtib edilmiş MH seriyalı ******* nömrəli çıxarışa dair isə hər hansı məlumat (sənəd) aşkar edilməmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Səbail Rayon Məhkəməsinin 2- 756/2005 nömrəli 04 may 2005-ci il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilmiş, ünvan 3 ünvanda yerləşən evin sahəsi 16,6 kv.metr, 11,2 kv.metr və 12,6 kv.metr sahəsi olan yaşayış otaqları və sahəsi 12,5 və 6,6 kv.metr yardımçı otaqlardan ibarət (ümumi sahə 59.5 kv.m, yaşayış sahəsi 40.4 kv.m) hissəsinə Təhməz Səfəralı oğlunun adına ilkin hüquqi qeydiyyata alınması barədə sərəncam və qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin Səbail rayon İcra Hakimiyyəti və Bakı şəhər Tİ və MHQİ-nə həvalə olunması qət edilmişdir. Həmçinin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 07.10.2005-ci il tarixli 573 nömrəli sərəncamına əsasən Bibiheybət qəsəbəsi, Məktəb küçəsi, 13 saylı ünvanda yerləşən sahəsi 16,6 kv.m, 11,2 kv.m və 12,6 kv.m olan yaşayış otaqları, sahəsi 12,5 kv.m və 6,6 kv.m yardımçı sahənin mərhum Təhməz Səfəralı oğlunun adına sənədləşdirilməsi qərara alınmışdır və Səbail RİH başçısının Bibi-Heybət qəsəbə nümayəndəliyinin 29.11.2005-ci il tarixli arayışından görünür ki, Bibi-Heybət qəsəbəsi, Məktəb küçəsi, 13 nömrəli ev 1 mərtəbə, 3 otaqdan ibarətdir, yaşayış sahəsi 40.4 kv.m, köməkçi sahəsi 19.1 kv.m, ümumi sahə 59.5 kv.m-dir. Bundan başqa, Azərbaycan Respublikası Bakı ŞİH Tİ və MHQİ tərəfindən verilmiş FM seriyalı 040428 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 3 fərdi yaşayış evi (3 otaq, yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m) Təhməz Səfəralı oğlunun adına 14.12.2005-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir, 15.07.2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən isə X3 vərəsəsi oğlu İddiaçıdur və Şəhadətnamə verilən miras əmlak - irs qoyana məxsus olan yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m olan Bakı şəhəri, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsi, ev 13-də 3 otaqlı evdir. Göründüyü kimi, iddiaçı ona məxsus evin 9 otaqlı, yaşayış sahəsi 134 kv.m, köməkçi sahəsi 62,4 kv.m olduğunu, buna görə də çıxarışdakı yanlışlıqların düzədilməsini və yanlışlığa səbəb olmuş halların aradan qaldırılmasını tələb etsə də, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, qeyd olunan ünvana dair ilkin hüquqmüəyyənedici sənədlərdə həmin ev 3 otaq, yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m qeyd olunmuşdur. Cavabdeh tərəfindən həmin sənədlərə uyğun olaraq da daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyat aparılaraq MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar