Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6417/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı birdəfəlik subsidiyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı cavabdeh tərəfindən 300 ha torpaq sahəsində intensiv üsulla salınmış fındıq bağına dair birdəfəlik əkin subsidiyasının İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ötən dövrdə Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Fındıq və meyvə sahələrində fəaliyyət göstərən şirkət - İddiaçı MMC ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatı sahəsinin inkişafında yaxından iştirak edir. İddiaçı MMC hal-hazırda 1300 ha fındıq bağlarına, 370 ha meyvə bağlarına sahibdir və əlavə olaraq, 1200 hektar fındıq bağlarını salmaqdadır. Qusar rayonunda şirkətin 5.000 tonluq soyuducu anbarı tikilib, Zaqatalada isə 7.000 tonluq fındıq ləpə istehsal gücünə malik zavodun tikilməsi başa çatır. Şəki rayonu, Layısqı meşəbəyliyində yerləşən 902.02 ha torpaq sahəsi üzərində icarə hüquqları İddiaçı MMC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixində çıxarış verilmişdir. Şəki rayonu, Layısqı meşəbəyliyində yerləşən, **********34 reyestr nömrəli torpaq sahəsi üzrə subsidiyaların alınması üçün tərəflərindən müvafiq sistem vasitəsilə AKİA-ya müraciət edilmişdir. 2021-ci il 21 iyun tarixdə müvafiq müraciət üzrə təsdiq qeydi sistemdə aparılmış, lakin hesablanmış, birdəfəlik qaydada ödənilməsi nəzərdə tutulmuş subsidiya vəsaitləri bank hesablarına keçirilməmişdir. Aqrar Kredit və İnkişaf Agentliyinə tərəflərindən ən son ünvanlandıqları 008/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubun məzmunu aşağıdaki olmuşdur: İddiaçı MMC-nin adına olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən yüklülük çıxarışın (**********34 saylı reyestr nömrəli) xx.xx.2021-ci il tarixli olmasını nəzərə alaraq, Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2021-ci il tarixli, 22/xx/xx-5647 saylı məktubuna cavab olaraq bildirmişlər ki, Şəki rayonu, Layısqı meşəbəyliyində yerləşən meşə fonduna aid 300 hektar torpaq sahəsində 2020-ci il noyabr ayından 4 ədəd buldozer (riperlə), 2 ədəd ekskavator və digər texniki vasitələrdən istifadə edilərək çay daşlarının, kollarının təmizlənməsi işləri görülmüş, 2021-ci il yanvarın 1-dək yer şumlanaraq fındıq bağının salınması üçün əkinə hazır vəziyyətə gətirilmişdir. Bildirirlər ki, 2021-ci il yanvarın 1-dən mart ayınadək 300 hektar torpaq sahəsində intensiv üsulla fındıq bağının salınması üçün əkin aparılmışdır. 300 hektar torpaq sahəsində intensiv üsulla salınmış fındıq bağına dair birdəfəlik əkin subsidiyasının Şirkətin bank hesabına ödənilməsində dəstək olmalarını və müvafiq göstəriş vermələrini xahiş edirlər”. Aqrar Kredit və İnkişaf Agentliyinin MİHO/1.2.2- 2-2022-116 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı MMC-yə imtina verilmişdir. Həmin məktubda 902.02 ha torpaq sahəsinin 300 hektarında intensiv üsulla salınmış fındıq bağının 2020-ci ilin noyabr ayında salındığına görə birdəfəlik əkin subsidiyasının ödənilməsi mümkün olmadığı qeyd edilmişdir. Bildirirlər ki, Aqrar Kredit və İnkişaf Agentliyinin MİHO/1.2.2-2-2022-116 saylı, xx.xx.2022-ci il tarixli məktubunda 300 hektarında intensiv üsulla salınmış fındıq bağının 2020-ci il salındığı sübuta yetirilməmişdir və qanunvericiliyə uyğun əsaslandırılmamışdır. Belə ki, Şəki rayonu, Layısqı meşəbəyliyində yerləşən meşə fonduna aid 300 hektar torpaq sahəsində 2020-ci il noyabr ayından 4 ədəd buldozer (riperlə), 2 ədəd ekskavator və digər texniki vasitələrdən istifadə edilərək çay daşlarının, kollarının təmizlənməsi işləri görülmüş, 2021-ci il yanvarın 1-dək yer şumlanaraq fındıq bağının salınması üçün əkinə hazır vəziyyətə gətirilmişdir. 2021-ci il yanvarın 1-dən mart ayınadək 300 hektar torpaq sahəsində intensiv üsulla fındıq bağının salınması üçün əkin aparılmışdır. 300 hektarında intensiv üsulla salınmış fındıq bağının 2021-ci ildə salındığı aşağıdakı qeyd olunan müqavilələrlə sübuta yetirilir: - "xxxx" MMC ilə bağlanılan AGC-008Pp/2020 saylı, xx.xx.2020-ci il tarixli podrat müqaviləsinin 1.1-ci bəndində Şəki rayonu, Layısqı kənd ərazisində 272 ha və 226 ha sahələrində 2 tam dəst suvarma sisteminin çəkilməsi işlərinin görülməsi qeyd edilmişdir; - "xxxx" MMC ilə bağlanılan AGC-009i/2020 saylı, xx.xx.2020-ci il tarixli texnikanın icarəyə verilməsi haqqında müqaviləyə əsasən 1 ədəd SD-300 markalı “DOOSAN” yükləyici İddiaçı MMCyə icarəyə verilmişdir və müqavilənin 3.6-cı bəndində əmlakın istifadə ediləcək sahə Şəki rayonu qeyd edilmişdir; "xxxx" MMC ilə bağlanılan AGC-016İ/2020 saylı, xx.xx.2020-ci il tarixli texnikanın icarəyə verilməsi haqqında müqaviləyə əsasən 1 ədəd CAT 329D markalı tırtırlı ekskavator İddiaçı MMC-yə icarəyə verilmişdir və müqavilənin 3.5-ci bəndində əmlakın istifadə ediləcək sahə Şəki rayonu, Layısqı qeyd edilmişdir; "xxxx" QSC ilə bağlanılan AGC-003İ/2020 saylı, xx.xx.2020-ci il tarixli texnikanın icarəyə verilməsi haqqında müqaviləyə əsasən 2 ədəd SHANTUİ SD 32 markalı buldozerləri İddiaçı MMCyə icarəyə verilmişdir və müqavilənin 3.5-ci bəndində əmlakın istifadə ediləcək sahə Şəki rayonu qeyd edilmişdir; "xxxx" MMC ilə bağlanılan AGC-005İ/2020 saylı, xx.xx.2020-ci il tarixli texnikanın icarəyə verilməsi haqqında müqaviləyə əsasən 1 ədəd CAT-950H markalı CAT yükləyici “Agrarco" MMC-yə icarəyə verilmişdir və müqavilənin 3.6-cı bəndində əmlakın istifadə ediləcək sahə Şəki rayonu qeyd edilmişdir; "xxxx" MMC ilə bağlanılan AGC-007İ/2020 saylı, 04.11 .2020-ci il tarixli texnikanın icarəyə verilməsi haqqında müqaviləyə əsasən 3 ədəd "SHANTUİ SD 32” markalı buldozeri İddiaçı MMC-yə icarəyə verilmişdir və müqavilənin 3.1 -ci bəndində əmlakın istifadə ediləcək sahə Şəki rayonu qeyd edilmişdir; "xxxx" MMC ilə bağlanılan AGC-019X/2020 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixli 1 saylı Xidmətlərin Həcmi və Ödəmə şərtlərinin (əlavə 1) 1-ci bəndində, xx.xx.2020-ci il tarixli 2 saylı Xidmətlərin Həcmi və Ödəmə şərtlərinin (əlavə 2) 1-ci bəndində, xx.xx.2021-ci il tarixli 3 saylı Xidmətlərin Həcmi və Ödəmə şərtlərinin (əlavə 3) 1-ci bəndində Şəki rayonu, Layısqı kəndinə gedən yolun üzərində İddiaçı MMC-yə məxsus ərazidə artezian quyusunun qazılması üzrə qiymətlər qeyd edilmişdir; "xxxx" MMC ilə bağlanılan AGC-006P/2020 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixli 1 saylı İşlərin Həcmi və Qiymət Cədvəlinin 1 -ci bəndində Şəki rayonu, Layısqı kəndinə gedən yolun üzərində İddiaçı MMC-yə məxsus ərazidə artezian quyusunun qazılması üzrə qiymətlər qeyd edilmişdir; “X6 Məhsulları istehsalı” ASC ilə bağlanılan AGC-043A/2021 saylı, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən fındıq tingləri alınmışdır. Bundan əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmişdir “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydalarında və “2021-ci il üzrə təsdiqlənmiş birillik və çoxillik əkinlər üzrə, eləcə də əldə edilmiş məhsulun satışına görə verilən subsidiyaların əmsalları və məbləğləri” haqqında X2 Qərarında salınmış bağlara subsidiya verməkdən imtina edilməsinə dair əsaslar qeyd edilməmişdir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən 2020-ci il 1 yanvar tarixindən etibarən fermerlərə subsidiyaların verilməsi X3 informasiya Sistemi (EKTİS) üzərində həyata keçirilir. Həmin qaydanın 3.8-ci bəndinə əsasən fermerlər hüquqi sənədləri və əkin barədə məlumatları bu Qayda ilə müəyyənləşdirilən müddətlərə EKTİS-ə daxil etməlidirlər. Qaydaların 2.2-ci bəndinə uyğun olaraq yaradılan X2 2021-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə Qərarına əsasən 2021-ci ildə fındıq bağının salınmasına görə birdəfəlik əkin subsidiyası verilir. Həmin qərara əsasən birdəfəyə məxsus əkin subsidiyası məqsədli təyinatı əkin, dinc, çoxillik əkmə olan, habelə meşə fondu boş torpaqlarda, dəniz səviyyəsində ***-**** m hündürlükdə dağlıq və dağətəyi torpaqlarda 2021-ci ildə salınan intensiv fındığ bağlarına şamil edilir, 1 hektar intensiv fındıq bağının salınması üçün dövlət büdcəsinin vəsaiti hesabına 4400 AZN məbləğində subsidiya ödənilir və digər torpaq sahələrində salınan intensiv fındıq bağına görə bir dəfəyə məxsus nəzərdə tutulan əkin subsidiyası üçün əkin əmsalı 0-a bərabər qəbul edilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edərək bildirmişdir ki, İddiaçı MMC iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 300 ha torpaq sahəsində intensiv üsulla salınmış fındıq bağına dair birdəfəlik əkin subsidiyasını iddiaçı "xxxx" MMC-yə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bildirilir ki, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən 2020-ci il 1 yanvar tarixindən etibarən fermerlərə subsidiyaların verilməsi X3 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər hüquqi sənədləri və əkin barədə məlumatları bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə EKTlS-ə daxil etməlidirlər. Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X2 2021-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə Qərarına əsasən 2021-ci ildə fındıq bağının salınmasına görə birdəfəlik əkin subsidiyası verilir. Həmin qərara əsasən birdəfəyə məxsus əkin subsidiyası məqsədli təyinatı əkin, dinc, çoxillik əkmə olan, habelə meşə fondu boş torpaqlarda, dəniz səviyyəsindən ***-**** m hündürlükdə dağlıq və dağətəyi torpaqlarda 2021-ci ildə salınan intensiv fındıq bağlarına şamil edilir, 1 hektar intensiv fındıq bağının salınması üçün (bir dəfəyə məxsus) dövlət büdcəsinin vəsaiti hesabına 4400 AZN (dörd min dörd yüz manat) məbləğində subsidiya ödənilir və digər torpaq sahələrində salınan intensiv fındıq bağına görə bir dəfəyə məxsus nəzərdə tutulan əkin subsidiyası üçün əkin əmsalı 0-a bərabər qəbul edilir. 902,2 hektar torpaq sahəsinin 300 hektarında intensiv üsulla salınmış fındıq bağına dair iddiaçı tərəfindən EKTİS-ə daxil edilmiş məlumatlara əsasən fındıq bağı 2020ci il noyabr ayında salındığı üçün birdəfəlik əkin subsidiyasının ödənilməsi mümkün olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 008/2022 nömrəli, xx.xx.2022-ci il tarixli müraciətdən görünür ki, iddiaçı müraciətində bildirmişdir ki, fındıq və meyvə sahələrində fəaliyyət göstərən şirkətləri – İddiaçı MMC ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatı sahənin inkişafında yaxından iştirak edir. İddiaçı MMC hal-hazırda 1300 ha fındıq bağlarına, 370 ha meyvə bağlarına sahibdir və əlavə olaraq 1200 hektar fındıq bağlarını salmaqdadır. Qusar rayonunda şirkətin 5.000 tonluq soyuducu anbarı tikilib, Zaqatalada isə 7.000 tonluq fındıq ləpə istehsal gücünə malik zavodun tikilməsi başa çatdır. Bu əməliyyatların maliyyələşməsinin vacib qismi, məhz dövlət tərəfindən ayrılan subsisiyaların heabına həyata keçirilir və onların vaxtı vaxtında daxil olması şirkətin dayanıqlı fəaliyyətinin zaminidir. İddiaçı MMC-nin adına olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən yüklülük çıxarışın (**********34 saylı reyestr nömrəli) xx.xx.2021-ci il tarixli olmasını nəzərə alaraq, Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2021-ci il tarixli, 22/xx/xx- 5647 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, Şəki rayonu, Layısqı meşəbəyliyində yerləşən meşə fonduna aid 300 hektar torpaq sahəsində 2020-ci il noyabr ayından 4 ədəd buldozer (riperlə), 2 ədəd ekskavator və digər texniki vasitələrdən istifadə edilərək çay daşlarının, kollarının təmizlənməsi işləri görülmüş, 2021-ci il yanvarın 1-dək yer şumlanaraq fındıq bağının salınması üçün əkinə hazır vəziyyətə gətirilmişdir. 2021-ci il yanvarın 1-dən mart ayınadək 300 ha torpaq sahəsində intensiv üsulla fındıq bağının salınması üçün əkin aparılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, 300 ha torpaq sahəsində intensiv üsulla salınmış fındıq bağına dair birdəfəlik əkin subsidiyasının Şirkətin bank hesabına ödənilməsində dəstək olmaları və müvafiq göstəriş verilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 21 yanvar 2022-ci il tarixli, MİHO/122-2-2022-116 nömrəli imtina məktubunun surətindən görünür ki, ididaçının birdəfəlik əkin subsidiyasının verilməsinə köməklik göstərilməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən 2020-ci il 1 yanvar tarixindən etibarən fermerlərə subsidiyaların verilməsi X3 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər hüquqi sənədləri və əkin barədə məlumatları bu Qayda ilə müəyyənləşdirilən müddətlərə EKTİS-ə daxil etməlidir. Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X2 2021-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə Qərarına əsasən 2021-ci ildə fındıq bağının salnmasına görə birdəfəlik əkin subsidiyası verilir. Həmin qərara əsasən birdəfəyə məxsus əkin subsidiyası məqsədli təyinatı əkin, dinc, çoxillik əkmə olan, habelə meşə fondu boş torpaqlrda, dəniz səviyyəsindən ***-**** m hündürlükdə dağlıq və dağətəyi torpaqlarda 2021-ci ildə salınan intensiv fındıq bağlarına şamil edilir, 1 hektar intensiv fındıq bağının salınması üçün (bir dəfəyə məxsus) dövlət büdcəsinin vəsaiti hesabına 4400 AZN (dörd min dörd yüz manat) məbləğində subsidiya ödənilir və digər torpaq sahələrində salınan intensiv fındıq bağına görə bir dəfəyə məxsus nəzərdə tutulan əkin subsidiyası üçün əkin əmsalı 0-a bərabər qəbul edilir. 902.02 hektar torpaq sahəsinin 300 ha intensiv üsulla salınmış fındıq bağına dair EKTİS-ə daxil etikləri məlumatlarda fındıq bağının 2020-ci ilin noyabr ayında salındığı qeyd edilmişdir. Bu səbəbdən, fındıq bağına görə birdəfəlik əkin subsidiyasıın ödənilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Layısqı Meşəbəyliyi ünvanında yerləşən 902.02 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin icarə hüquqları xx.xx.2019-cu il tarixdən 49 il müddətinə ********** qeydiyyat nömrəsi ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş AA seriyalı, 601103 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Şəki rayonu, Layısqı Meşəbəyliyi ünvanında yerləşən icarəçisi İddiaçı MMC olan 902.02 ha torpaq sahəsinin plan və ölçüsü təsdiq edilmişdir. İşdə olan müqavilələrdən görünür ki: - "xxxx" MMC ilə bağlanılan AGC-008Pp/2020 saylı, xx.xx.2020-ci il tarixli podrat müqaviləsinin 1.1-ci bəndində Şəki rayonu, Layısqı kənd ərazisində 272 ha və 226 ha sahələrində 2 tam dəst suvarma sisteminin çəkilməsi işlərinin görülməsi qeyd edilmişdir; - "xxxx" MMC ilə bağlanılan AGC-009i/2020 saylı, xx.xx.2020-ci il tarixli texnikanın icarəyə verilməsi haqqında müqaviləyə əsasən 1 ədəd SD-300 markalı “DOOSAN” yükləyici İddiaçı MMC-yə icarəyə verilmişdir və müqavilənin 3.6-cı bəndində əmlakın istifadə ediləcək sahə Şəki rayonu qeyd edilmişdir; - "xxxx" MMC ilə bağlanılan AGC-016İ/2020 saylı, xx.xx.2020-ci il tarixli texnikanın icarəyə verilməsi haqqında müqaviləyə əsasən 1 ədəd CAT 329D markalı tırtırlı ekskavator İddiaçı MMC-yə icarəyə verilmişdir və müqavilənin 3.5-ci bəndində əmlakın istifadə ediləcək sahə Şəki rayonu, Layısqı qeyd edilmişdir; - "xxxx" QSC ilə bağlanılan AGC-003İ/2020 saylı, xx.xx.2020-ci il tarixli texnikanın icarəyə verilməsi haqqında müqaviləyə əsasən 2 ədəd SHANTUİ SD 32 markalı buldozerləri İddiaçı MMC-yə icarəyə verilmişdir və müqavilənin 3.5-ci bəndində əmlakın istifadə ediləcək sahə Şəki rayonu qeyd edilmişdir; - "xxxx" MMC ilə bağlanılan AGC-005İ/2020 saylı, xx.xx.2020-ci il tarixli texnikanın icarəyə verilməsi haqqında müqaviləyə əsasən 1 ədəd CAT-950H markalı CAT yükləyici “Agrarco" MMC-yə icarəyə verilmişdir və müqavilənin 3.6-cı bəndində əmlakın istifadə ediləcək sahə Şəki rayonu qeyd edilmişdir; - "xxxx" MMC ilə bağlanılan AGC-007İ/2020 saylı, xx.xx.2020-ci il tarixli texnikanın icarəyə verilməsi haqqında müqaviləyə əsasən 3 ədəd "SHANTUİ SD 32” markalı buldozeri İddiaçı MMC-yə icarəyə verilmişdir və müqavilənin 3.1 -ci bəndində əmlakın istifadə ediləcək sahə Şəki rayonu qeyd edilmişdir; - "xxxx" MMC ilə bağlanılan AGC-019X/2020 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixli 1 saylı Xidmətlərin Həcmi və Ödəmə şərtlərinin (əlavə 1) 1-ci bəndində, xx.xx.2020-ci il tarixli 2 saylı Xidmətlərin Həcmi və Ödəmə şərtlərinin (əlavə 2) 1-ci bəndində, xx.xx.2021-ci il tarixli 3 saylı Xidmətlərin Həcmi və Ödəmə şərtlərinin (əlavə 3) 1-ci bəndində Şəki rayonu, Layısqı kəndinə gedən yolun üzərində İddiaçı MMC-yə məxsus ərazidə artezian quyusunun qazılması üzrə qiymətlər qeyd edilmişdir; - "xxxx" MMC ilə bağlanılan AGC-006P/2020 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixli 1 saylı İşlərin Həcmi və Qiymət Cədvəlinin 1 -ci bəndində Şəki rayonu, Layısqı kəndinə gedən yolun üzərində İddiaçı MMC-yə məxsus ərazidə artezian quyusunun qazılması üzrə qiymətlər qeyd edilmişdir; “X6 Məhsulları istehsalı” ASC ilə bağlanılan AGC-043A/2021 saylı, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən fındıq tingləri alınmışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən iddiaçının müraciətindən 21 yanvar 2022-ci il tarixli, məktublarla imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdehin imtina məktubunun və iddia ərizəsinə qarşı təqdim edilmiş etirazdan görünür ki, mübahisənin predmetini iddiaçı tərəfindən 902.02 ha torpaq sahəsinin 300 hektarında intensiv üsulla salınmış fındıq bağına dair EKTİS-ə daxil edilmiş məlumatlarda fındıq bağının 2020-ci ilin noyabr ayında salındığının qeyd edilməsi təşkil edir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Şəki rayonu, Layısqı meşəbəyliyində yerləşən **********34 reyestr nömrəli torpaq sahsi üzrə subsidiyaların alınması üçün iddiaçı tərəfindən müvafiq elektron sistem vasitəsilə cavabdehə müraciət edilmişdir. 2021-ci il 21 iyun tarixdə isə müvafiq müraciət üzrə təsdiq qeydi sistemdə aparılmışdır. Həmin torpaq sahəsində 2020-ci il noyabr ayından texniki vasitələrdən istifadə edilərək çay daşlarının, kollarının təmizlənməsi işləri görülmüş, 2021-ci il yanvarın 1-dək yer şumlanaraq fındıq bağının salınması üçün əkinə hazır vəziyyətə gətirilmişdir. 2021-ci il yanvarın 1-dən mart ayınadək 300 hektar torpaq sahəsində intensiv üsulla fındıq bağının salınması üçün əkin aparılmışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin sözügedən dəlili əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydalarının 2.4.1-ci bəndinə əsasən X5 hər il yanvarın 15- dək əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısının, regionlar üzrə bitkilərin siyahısının (bu Qaydanın 2.5.1-ci bəndi nəzərə alınmaqla) və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır. Həmin Qaydaların 2.5-ci bəndinə görə həmin Qaydaların 2.4-cü bəndinə əsasən müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq Şura yeniləyə bilər. Həmin Qaydaların 3.1-ci bəndinə görə əkin subsidiyasının məbləği aşağıdakı qaydada hesablanır: baza məbləği x əkin əmsalı = əkin subsidiyası. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); 3.8.2-1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən fermerdən əlavə sənədlər yalnız “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 300 ha torpaq sahəsində intensiv üsulla salınmış fındıq bağına dair birdəfəlik əkin subsidiyasının İddiaçı MMC-yə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6417/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6417/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver