Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6418/2022 18.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X17 oglunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1ə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanı üzrə hal hazırda ailəliklə əvvəldən vərəsəlik hüququ əsasında yaşadıqları şəxsi mülkiyyətin babası – X11 adına o dövr üçün mülkün rəsmiləşdirilməsi sənədlərini əsas götürülməklə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən mülkün vərəsəlik hüququnun rəsmiləşdirilməsi şəhadətnaməsi əsasında rəsmiləşdirilərək hal hazırda yaşadıqları mülkün vərəsə paylarının müəyyənləşdirilməsi qismində mənsub olduqları vərəsə- daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın rəsmiləşdirilərək daşınmaz əmlaka çıxarışın verilməsi hüquqi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2-də doğulduğundan (1956-cı il tarixindən) hal-hazıra kimi ailəsi ilə birlikdə yaşayır. Həmin ünvan üzrə şəxsi mülkiyyətin sahibi 1886-cı il təvəllüdlü doğma babası X12 məxsus olmuş, onun övladlarından- vərəsələrindən biri xx.xx.1977-ci ildə vəfat etmiş iddiaçının doğma atası X4 olmuşdur. xx.xx.1964-cü il tarixli 778-saylı arayış Bakı şəhəri, Lenin (Sabunçu) rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanı üzrə babası X9 şəxsi mülkiyyət sahibi olmasını təsdiqləməklə, onun ölümündən sonra həmin mülk üzrə hüquqi vərəsələrinin - övladlarının siyahısını təsdiq edən o dövr üçün müvafiq icra hakimiyyəti orqanının rəsmi təsdiqlənmiş sənədidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2.-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş şəxs həmin hüququn təsdiq edən çıxarış almadan öldükdə onun qanunu vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqda arayışı - vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 1159-cu maddəsi ilə vərəsəlik hüququnun təsdiqi haqqında hüquqi əsasın tələbi üzrə Bakı şəhəri, 1 saylı dövlət notariat orqanı tərəfindən xx.xx.1978-ci il tarixli 1202 №-li vərəsəlik işinə əsasən iddiaçı xx.xx.1977-ildə vəfat etmiş atası X1 qanun üzrə vərəsələri sırasına daxil edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” rəsmi arayışına əsasən iddiaçı ailəsi ilə birlikdə qeyd olunan ünvan üzrə əvvəli babası X12 məxsus olan şəxsi mülkiyyətdə yaşayır. Vərəsə payı üzrə aralarında qeyri-rəsmi olaraq bölüşdürülmüş mülkün ayrı-ayrılıqda adlarına rəsmi təsərrüfat kodları mövcuddur, su, qaz, işıq və digər kommunal ödənişləri rəsmi olaraq adlarına müəyyənləşdirilmiş, yaşadıqları mülkün onlara aid hissəsinin (yəni - vərəsə paylarının) torpaq payı xərcləri ödənişi üzrə adlarına ayrılıqda bələdiyyə ödənişləri qəbzləri də mövcuddur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada yaşadıqları doğma baba mülkünün hüquqi əsasla vərəsəlik hüququ əsasında onlara aid olan və halhazırda yaşadıqları hissəsinə sahibkarlıq və sərəncam vermək hüquqlarının rəsmi qaydada təsdiqlənməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş vətəndaş mülkü hüquqlarının və azadlıqlarının qorunmasının dövlət təminatına qarşı yönəldilmiş hallar kimi qiymətləndirilməlidir. Onlara qeyri-müəyyən mənbələrdən məlum olmuşdur ki, həmin mülkün ümumilikdə vərəsəlik hüququ əsasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmiləşdirilməsi qeydiyyatı əmisi X5 adına aparılmış, rəsmi müraciətlərinə baxmayaraq cavabdeh bu haqda onları məlumatlandırmamışdır. Məhkəmə tərəfindən hazırki iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ ilə baglı hazırlıq icraatı üzrə iclasda iddianın mümkünlük məsələsinə baxılmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək aidiyyəti məhkəməyə müraciət etməsi təklif edilsə də, iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin dəftərxanası vasitəsi ilə yazılı etiraz daxil olmuşdur. Yazılı etiraza əsasən bildirilmişdir ki, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının müvafiq iddia tələbi ilə bağlı idarəyə rəsmi qaydada müraciəti daxil olmamışdır. Belə ki, İddiaçı İdarəyə müraciəti Bakı səhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X5 adına hansı sənədlər əsasında qeydiyyata alınması ilə bağlı olmuşdur. Bununla bağlı iddiaçıya **********62 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkarlanmamışdır və bu barədə iddiaçının müraciətinə **********23 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. Bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri və həmin Qanunun 5.1-1-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci və 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Cavabdehin nümayəndəsi yazılı etiraza uyğun izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********63 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X3 və X2 adlarına Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 1 saylı evin qeydiyyatdan keçməsi və evə dair texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı Notariat Ofisinin 25 noyabr 2021-ci il tarixli, 771 nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri 1 saylı Notariat Ofisində açılmış xx.xx.1978-ci il tarixli 1202 nömrəli vərəsəlik işinə əsasən İddiaçı xx.xx.1977-ci ildə vəfat etmiş X1 qanun üzrə vərəsələri sırasına daxildir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçı Bakı şəhəri, Ramana qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 1 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Naziliyi Dövlət Notariat Arxivi tərəfindən xx/xx- 2272/11 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna qoşma olaraq Bakı şəhəri 1 saylı dövlət notariat ofisində 21 iyul 1978-ci il tarixdə 2kнН-1348 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı xx.xx.1977-ci ildə vəfat etmiş atasının X1 qanun üzrə vərəsəsi olmaqla mərhumun adına olmuş əmanəti miras üzrə qəbul etmişdir. Vərəsəlik işində iddiaçının hər-hansı miras əmlakın qəbulu ilə baglı sənədlər aşkar olunmamışdır. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Lakin məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Belə ki, hazırki işdə iddiaçının mərhum atasının adına Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 1 saylı evin qeydiyyatdan keçməsi və evə dair texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. Həmçinin vərəsəlik işində də iddiaçının həmin miras əmlakın qəbulu ilə baglı sənədlər yoxdur. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində təsbit olunmuş normaya əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hazırki halda isə iddiaçı mərhum atasının miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 1 saylı evinə dair heç bir hüquqmüəyyənedici sənədə əsaslanmamaqla daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması ilə baglı cavabdehdən müəyyən hərəkətləri etməyi tələb edə bilməz. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6KİM MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-6418/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6418/2022
18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver