Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-642/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli uşaq poliklinikası 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə sağlamlıq imkanlarının müəyyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quliyeva Dürdanə Elmar qızının sağlamlıq imkanlarının məhdud olmasının müəyyən edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qızı Quliyeva Dürdanə Elmar qızı 29 may 2007-ci ildə anadangəlmə qüsur ilə doğulmuşdur. Belə ki, hər iki əli inkişaf qüsurlu olmaqla, baş barmaqları inkişaf etməmişdir. Qızı ümumi olaraq da fiziki cəhətdən yaşıdlarından geri qalır. Qızının kiçik yaşlarında anadangəlmə əlilliyinin müəyyən olunması və dövlətin verdiyi imtiyazlardan istifadə etmə imkanının olmasından məlumatlı olmamışdır. Onun istəyi uşağın sağlamlığının bərpa olunması olmuşdur. Lakin illər keçdikcə uşağın baş barmaqları inkişaf etməmişdir, mövcud qüsurlar düzəlməmişdir, uşaq yaşıdlarından geri qalmışdır. Onun geyimləri düymələmək, saçını daramaq kimi sadə işlərdə yardıma ehtiyacı vardır. Bu səbəbdən onun sağlamlıq imkanlarının məhdud olmasının müəyyən olunması ilə bağlı dəfələrlə tibb müəssisələrində olsa da, müsbət nəticə olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciətlər edilmişdir. Həmin orqan tərəfindən müraciətlərin təmin edilməsindən imtina edilmişdir. Belə ki, sonuncu müraciətinə cavab olaraq cavabdeh orqan bildirmişdir ki, Dövlət Səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Göründüyü kimi inzibati orqanın cavabı formal xarakter daşıyır. Belə ki, iddia ərizəsinə də əlavə etdiyi sənədlərdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaqlar üçün Tibbi Sosial Ekspert Komissiyasına 0006003AABSİ saylı göndərişin bütün blankları tam olaraq doldurulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat travmatologiya və ortopediya institutunun 22 iyul 2019 və 10 avqust 2020-ci il tarixli arayışın da qızı Durdanə Quliyevanın xəstəliyinin diaqnozu kimi hər iki əlinin anadangəlmə inkişaf qüsurunun olması, hər iki əlin birinci barmağının və birinci daraq sümüyünün hipoplaziyası, sol əlin 1-ci daraq sümüyünün daraq nahiyyədə yalançı oynağı, İ barmaqların deformasiyası, açıcı-bükücü kontrakturası, hər iki əlin tutma funksiyasının pozulması qeyd edilmişdir. 8 saylı uşaq poliklinikasının Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışında da qızımın xəstəliyinin diaqnozu sözügedən arayışlardakına uyğun qeyd edilmişdir. Göndərişin özündə həkim rəy verərək qızının xəstəliyinin nədən ibarət olduğunu qeyd edib. Cavabdeh orqan tərəfindən tibbi rəyin dəqiqləşdirilib qeyd olunması tələb olunur ki, qeyri-dəqiqliyin nədən ibarət olması imtinada ifadə olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli uşaq poliklinikasının iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-nin 62.3-ci maddənin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə doğulmuşdur. AZE seriyalı ******* №-li şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Quliyeva Dürdanə Elmar qızı xx.xx.2007-ci ildə Bakı şəhərində doğulmuşdur, anası İddiaçıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli uşaq poliklinikası tərəfindən Quliyeva Dürdanə Elmar qızına aid; xx.xx.2019-cu il tarixdə göndərilmiş 0006003AABN3 nömrəli Forma 88 saylı arayışda göstərilmişdir ki, xəstəlik xx.xx.2007-cü il tarixdə başlamaqla, xəstəliyin gedişi xronikidir, ağırlıq dərəcəsi orta ağır. Əsas xəstəlik kimi Q68.1 Əlin anadangəlmə deformasiyası. Hər iki əlin anadangəlmə inkişaf qüsuru. Hər iki əlin birinci barmağının və birinci daraq sümüyünün hipoplazıyası. sol əlin birinci daraq sümüyünün daraq-əlönü nahiyəsində yalançı oynaqı. birinci barmaqların deformasiyası, açıcı-bükücü kontrakturası. hər iki əlin tutma funksiyasının pozulması.. B) Ağırlaşma- Z 74.1—özünə xidmət zamanı köməyə ehtiyac. Uşaq doğulandan xəstə hesab olunur. Fiziki cəhətdən yaşıdlarından geri qalır. Daxili orqanlarda patologiya yoxdur Dəri və görünən selikli qişaları təmiz Dili ərpsizdır Qarnı yumşaq və ağrısızdır. Özünə xidmət edə bilmir Ətrafdakıların köməyinə ehtiyacı var; C) M 24.5- Oynaqların kontrakturası Oynaqların konrtuklurası. Birinci barmaqların deformasiyası, açıcı-bükücü kontrakturası. xx.xx.2020-ci il tarixli 0006003AABQ5 nömrəli Forma 88 saylı arayışda göstərilmişdir ki, xəstəlik xx.xx.2007-cü il tarixdə başlamaqla, xəstəliyin gedişi xronikidir, ağırlıq dərəcəsi, orta ağırdır. Əsas xəstəlik kimi A) Əsas xəstəlik kimi Q68.1 Əlin anadangəlmə deformasiyası. B) Ağırlaşma- Z74.1— özünə xidmət zamanı köməyə ehtiyac; C) Yanaşı xəstəliklər Z 73.6- Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması.; C) yanaşı xəstəliklər M24.5- Oynaqların kontrakturası Oynaqların konrtuklurası. xx.xx.2020-ci il tarixli 0006003AABS1 nömrəli Forma 88 saylı arayışda göstərilmişdir ki, xəstəlik xx.xx.2007-ci il tarixdə başlamaqla, xəstəliyin gedişi xronikidir, ağırlıq dərəcəsi, orta ağırdır. Əsas xəstəlik kimi A) Q71.8 Yuxarı ətrafı (ətralları) qısaldan digər defektlər Yuxarı ətrafı (ətrafları) qısaldan digər defektlər. B) Ağırlaşma- Z74.1— özünə xidmət zamanı köməyə ehtiyac; C) Yanaşı xəstəliklər Z 73.6- Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması.; C) yanaşı xəstəliklər M24.5- Oynaqların kontrakturası Oynaqların konrtuklurası. Tibbi-Sosial Ekspert Komissiyyasının elektron müraciətlərə dair arayışlardan müəyyən edilir ki, müvafiq olaraq iddiaçının müraciətlərinin təmin olunmasından imtina edilərək bildirilmişdir ki; - göndərişin natamam doldurulması- ixtisaslaşdırılmış klinikadan tibbi rəy obyektiv müayinə dəqiqləşdirilməli və ətarlı qeyd edilməlidir. - Əlavə müayinəyə ehtiyacın olması, - Göstərilən diaqnoz sağlamliq imkanlarının məhdudluğu təyinatına əsas vermir. Xətənin hal-hazırki vəziyyəti və funksionlar pozğunluqlarını dəqiqləşdirmək üçün ETTOİ-da müayinə olunması və müayinənin nəticəsinin qeyd olunması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 131/2022 saylı (ekspertizanın başlanma tarixi 01 aprel 2022-ci il, başa çatma tarixi 21 aprel 2022-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, 2007-ci il təvəllüdlü Quliyeva Dürdanə Elmar qızının iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 8 nömrəli uşaq poliklinikası tərəfindən 0006003AABN3, 0006003AABS1 və ******* AABQ5 göndərişlərlə göndərilmiş 088 saylı arayışlarda şəxsin səhhətini əks etdirən funksional diaqnostik müayinələrin nəticələri və şəxsin canlı müayinəsi əsasında müəyyən edilmiş “yuxarı ətrafın digər defektləri, hər iki əlin birinci barmağının və birinci daraq sümüyünün hipoplaziyası” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməndə müəyyən olunmur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin; - 1.2-ci bəndində göstərilmşdir ki, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.; - 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.; - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət tərəfindən müəyyən edildiyini, məhkəmə-tibbi ekspertizası aparılarkən göndərişlərlə göndərilmiş 088 saylı arayışlarda şəxsin səhhətini əks etdirən funksional diaqnostik müayinələrin nəticələri və şəxsin canlı müayinəsi əsasında müəyyən edilmiş “yuxarı ətrafın digər defektləri, hər iki əlin birinci barmağının və birinci daraq sümüyünün hipoplaziyası” diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməndə müəyyən olunmadığının nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-642/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-642/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver