Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6421/2023 10.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) “çıxarışın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanındakı, ümumi sahəsi 49,20 kv.m olan evə dair verilmiş çıxarışın ləgv edilərək reyestrdən silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı, ümumi sahəsi 49,20 kv.m olan evə dair cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Çıxarış 1980-ci ildə vəfat etmiş X4 adına verilmişdir. Qeyd edilən evdə 1983-cü ildən yaşayırlar. Onlardan başqa evdə yaşayan yoxdur. Evdə onlar yaşamaqla evin bütün kommunal xərcləri də onlar tərəfindən ödənilir. Ev özbaşına tikili olmuş və 40 il müddətində evin saxlanılması cari təmiri və tikilidəki müəyyən tikililərin quruluşunda dəyişiklik edilməsi onlar tərəfindən həyata keçirilmişdir. Həmin evdə daimi passport qeydiyyatındadırlar. Evin onlardan başqa heç kimə aidiyyəti yoxdur. İki otaqlı evdə yaşayan şəxslərdən heç kim mənzilin özəlləşdirilməsi barəsində cavabdehə müraciət etməmişdir. Onların xəbəri olmadan evin özəlləşdirilməsi və bu barədə çıxarışın verilməsi onlar üçün müəyyən problemlər yaratmışdır və hüquqları pozulmuşdur. Evə görə əmlak və torpaq ödənişləri Gürgan bələdiyyəsinə ailənin başçısı İddiaçı1 tərəfindən ödənilir və ödənilməkdə də davam edilir. Gürgan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş arayışdan da görünür ki, evdə ancaq onlar yaşayırlar. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçılar tərəfindən müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli, **********41 nömrəli cavab məktubu ünvanlanmışdır. ünvan 2da yerləşən fərdi yaşayış evi oğlu X2 müraciəti ilə vərəsəlik məktubu və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasport əsasında qeyd edilən fərdi yaşayış evi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən “Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar” hüquqmüəyyənedici sənəd hesab olunur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri- dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1- ci və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1 -ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; xx.xx.2022-ci il) əsasən Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, E.Hüseynov küçəsi, ev 45 X4 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti Gürgən qəsəbəsi üzrə nümayəndəlik tərəfindən təqdim edilmiş 108 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 həqiqətən ünvan 4 ünvanında yaşayır və pasport qeydiyyatındadır. Bakı şəhəri Pirallahı rayonu Gürgən bələdiyyəsi tərəfindən təqdim edilmiş 94 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, E.Hüseynov küçəsində yerləşən 45 saylı evdə qeydiyyatda olan, əmlak və torpaq ödənişləri X5 tərəfindən ödənilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İ-JQ seriyalı 260700 saylı xx.xx.1982-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1982-ci il tarixdə ölmüşdür. AZ-İ seriyalı 406201 saylı xx.xx.2010-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində qismində iştirakına xitam verilmiş və X7 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İX-JQ seriyalı 498425 saylı xx.xx.1984-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1984-cü il tarixdə doğulmuşdur (atası – X9; anası – İddiaçı1). Xİİİ-JQ seriyalı 311828 saylı xx.xx.1989-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1989-cu il tarixdə doğulmuşdur (atası – X9; anası – İddiaçı1). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-11065/2023 **********65 saylı xx.xx.2023-cü il tarixli məktubla X4 adına verilmiş xx.xx.2022-ci il tarixli **********43-10301 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. **********43-10301 reyestr nömrəli xx.xx.2022-ci il tarixli torpaq sahəsinin planına əsasən sözügedən torpaq sahəsi Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi ünvanında yerləşir və sahəsi sənəd üzrə 0,12792 ha, faktiki olaraq 0,12792 ha, tikintialtı 0,00685 ha (digər sahələr 0,12107 ha) müəyyən edilmişdir. Tikilinin altındakı torpaq sahəsinin koordinatları:
1. X = 443300.3080 ; Y = 4472786.3600
2. X = 443293.0980 ; Y = 4472801.4759
3. X = 443289.7240 ; Y = 4472802.2697
4. X = 443283.7730 ; Y = 4472814.8498
5. X = 443302.9590 ; Y = 4472825.7190
6. X = 443315.1350 ; Y = 4472833.5374
7. X = 443333.4470 ; Y = 4472801.6740
8. X = 443320.4130 ; Y = 4472795.1461
9. X = 443318.7070 ; Y = 4472793.0177
10. X = 443316.0450 ; Y = 4472791.7441
11. X = 443314.3970 ; Y = 4472791.0610
12. X = 443308.3780 ; Y = 4472789.6020 Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq sahəsi ümumi 49.2 kv.m, yaşayış sahəsi 28.5 kv.m, köməkçi sahə 20.7 kv.m, ümumi torpaq sahəsi 1279,2 kv.m təşkil edir. Ərazi qonşu sahələrlə bir hasar daxilindədir. Ərazidə əlavə yaşayış evi inşa olunub. İnventarlaşma zamanı məlum olmuşdur ki, “A” tikilisində digər şəxs yaşayır. Həmin şəxsin bildirdiyinə görə, məhkəmə qərarına əsasən ev ona məxsusdur. Ərizəçi həmin ərazidə inşa edilən başqa evdə yaşayır və ərizəçi sözügedən evə girə bilmir, aralarında mübahisə var. Texniki pasportdakı yaşayış evinin perimetrik ölçülərli fərqlidir. Texpasportdakı “İİ” literli həyət tikilisi sökülüb. Mülk mübahisəlidir və İdarədə araşdırılması məqsədə uyğundur. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçılara hüquqi yardım haqqında məktub ünvanlanaraq iddia tələbinə dair subyektiv hüquqlarını (hüquqi maraqlarını) təsdiq edən sənədlərin (ölüm haqqında şəhadətnamə, vərəsəlik şəhadətnaməsi və s.) məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçılar və üçüncü şəxs iştirak etməmişdir. Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 digər iddiaçılar İddiaçı2 və İddiaçı3 anasıdır. X1 iddiaçılar İddiaçı2 və İddiaçı3 babası, üçüncü şəxs isə onların əmisidir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçılar ünvan 1 ünvanındakı, ümumi sahəsi 49,20 kv.m olan evin mülkiyyətçiləri deyillər, bundan əlavə həmin evin X1na məxsus olması iddia ərizəsi ilə iddiaçılar tərəfindən mübahisələndirilməməklə yanaşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (qeydiyyat nömrəsi **********; xx.xx.2022-ci il) da öz təsdiqini tapır. İddiaçıların X4 vərəsələri olmaları iş materialları ilə müəyyən edilmir, bununla belə məhkəmə tərəfindən iddiaçılara hüquqi yardım göstərilərək onlara hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqlarını (hüquqi maraqlarını) təsdiq edən sənədlərin (ölüm haqqında şəhadətnamə, vərəsəlik şəhadətnaməsi və s.) məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların mülkiyyətçisi olmadığı sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğvi barədə ərizə ilə müraciət etmək hüququ qanunvericiliklə müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə həmçinin prosessual qənaət prinsipindən çıxış edərək hesab edir ki iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. İddiaçılara subyektiv hüququnu təsdiq edən sənədlərlə birlikdə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova