Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6421/2024 13.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmas” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı AR Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli cavab məktubu verərək bildirmişdilər ki, AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.7-ci yarımbəndəsinə əsasən 1988-ci il yanvarın 1dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənəd təqdim etdikdən sonra əlavə araşdırılma aparılacaqdır. İddiaçı qeyd edir ki, Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon bölməsi tərəfindən iddiaçıya qaçqın statusunun verilməsini təsdiq edən arayış verilmişdir. İddiaçı qeyd olunan arayışı cavabeh orqana təqdim edərək yenidən müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2023-cü il tarixli, ******* nömrəli məktubu ilə əvvəlki məktubla eyni məzmunlu cavab vermişdir. İddiaçı 23 fevral 1965-ci ildə Ermənistan, Spitak rayonu, Qursah kəndində anadan olmuşdur. Məlum hadisələrlə bağlı yaşadığı Ermənistan, Spitak rayonu, Qursah kəndindən qaçqın düşərək Bakıya köçmüşdür. Bakıya köçəndə iddiaçının pasportu və doğum haqqında şəhadətnaməsi var idi, lakin iddiaçı tərəfindən törədilən cinayət hadisəsi ilə bağlı aparılan istintaq zamanı təqdim etdiyi pasport itmişdir. Cəzaçəkmə müəsisəsindən azadlığa buraxılandan sonra pasportu və doğum haqqında şəhadətnaməni tapa bilməmişdir. Cinayət hadisəsindən öncə iddiaçı X4 ilə 27 may 2000-ci il tarixində nikaha girmişdir və bu fakt bir daha təsdiq edir ki, cinayət hadisəsinə qədər iddiaçının pasportu və doğum haqqında şəhadətnaməsim olmuşdur, digər halda nikahı rəsmiləşdirilməsi mümkün olmazdı. İddiaçı sənədlərini yenidən bərpa etmək məqsədilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, doğum faktının qeydiyyata alınması və doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(001)-4044/2023 saylı qətnaməsi ilə ərizəni təmin etmişdir. Qeyd olunan qətnamə əsasında doğum haqqında şəhadətnaməni əldə etmişdir. Doğum haqqında şəhadətnamədə iddiaçının atasının X14 və anasının X5 milliyyəti qrafasında azərbaycanlı qeyd edilmişdir. İddiaçı əlavə olaraq qeyd edir ki, həyat yoldaşı X4 Azərbaycan Respublikasının vətəndaşıdır.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddia ərizəsi heç bir hüquqi əsası yoxdur və iddia təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Xidmətə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. O, müraciəti zamanı müvafiq ərizə-anketdə 1988-ci il tarixdə Ermənistan SSRİ-dən qaçqın kimi Azərbaycan SSRİ-yə gəldiyini qeyd etmişdir. Bu səbəbdən, Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsə xx.xx.2023-cü il tarixli ******* nömrəli məktub göndərilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.7-ci yarımbəndinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğunuz halda, bu barədə müvafiq təsdiqedici sənəd ünvanımıza təqdim edildikdən sonar Sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə bağlı əlavə araşdırma aparılacağı bildirilmişdir. Şəxs sonradan xx.xx.2024-cü il tarixdə müvafiq arayış təqdim etmişdir. Lakin, həmin arayışda baş vermiş münaqişə ilə bağlı 1988-1993-cü il yanvar ayının 1-nə qədər Ermənistandan qovulmuş soydaşlarımıza müvafiq qaydalar əsasında qaçqın status verilmişdir. Göründüyü kimi, burda artıq həmin statusun verilmə prosesinin başa çatmasından məlumat verir və iddiaçıya münasibətdə həmin məsələyə toxunmur. Odur ki, cavabdeh orqan yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.7-ci yarımbəndinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğunuz halda, bu barədə müvafiq təsdiqedici sənəd təqdim edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı əlavə araşdırma aparıla bilər.
5. AZ-İV 760162 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı Hüsen oğlu xx.xx.1965-ci il tarixdə Ermənistan, Hamamlı rayonunda doğulmuşdur. X6 (milliyəti – azərbaycanlı), anası X3r (milliyəti – azərbaycanlı).
6. Azı-T 013737 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən İddiaçı (doğulduğu yer: Ermənistan, Spitak r-nu, Qursalı k-di) və X4 (doğulduğu yer: Ermənistan, Spitak r-nu, Qursalı k-di) arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4044/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməyə əsasən ərizə təmin edilmişdir. İddiaçı xx.xx.1965-ci il tarixdə Ermənistanın spitak rayonunda doğulması, atasının X14, anasının X8, milliyyətlərinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilmişdir.
8. Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5711 nömrəli Arayışda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il iş № 2(001)-4044/2023 qət etdiyinə görə İddiaçı xx.xx.1965-ci il tarixdə Ermənistanın Spitak rayonunda doğulması, atasının X14, anasının X9, milliyətinin azərbaycanlı olması barədə doğumun qeyd edilmə faktı müəyyən edilmişdir və X1 xx.xx.2023 tarixdə AZ İV №760162 doğum haqqında şəhadətnamə verilmiş və Ermənistanda doğulduğu qeyd edilmişdir. Məlum hadisələrlə bağlı 1988-1992ci illərdə Ermənistandan qovulmuş soydaşlarımıza müvafiq qaydalar əsasında qaçqın statusu verilmişdir.
9. Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 15/BB-25/02 nömrəli Arayışda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il iş № 2(001)-4044/2023 qət etdiyinə görə İddiaçı xx.xx.1965-ci il tarixdə Ermənistanın Spitak rayonunda doğulması, atasının X14, anasının X9, milliyətinin azərbaycanlı olması barədə doğumun qeyd edilmə faktı müəyyən edilmişdir və X1 xx.xx.2023 tarixdə AZ İV №760162 doğum haqqında şəhadətnamə verilmiş və Ermənistanda doğulduğu qeyd edilmişdir. Məlum hadisələrlə bağlı 1988-1993-cü il yanvar ayının 1-nə kimi Ermənistandan qovulmuş soydaşlarımıza müvafiq qaydalar əsasında qaçqın statusu verilmişdir.
10. İddiaçı münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün” Ərizə-Anket iş materiallarına əlavə olunmuşdur.
11. Məhkəmənin mümkünlük iclasında iştirak edən iddiaçının nümayəndəsi (qızı) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
II. İddianın mümkünlüyü
12. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
13. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
15. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).
17. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasını tələb etmişdir.
18. İddiaçı iddia tələbinin əsaslandırmaq üçün Ermənistan Respublikasını tərk edərək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğunu bildirmiş və bu faktı təsdiqləmək üçün Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon bölməsi tərəfindən verilmiş Arayışların surətini məhkəməyə təqdim etmişdir.
19. Məhkəmə müəyyən edir ki, Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5711 nömrəli və xx.xx.2024-cü il tarixli 15/BB-25/02 nömrəli Arayışlarda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il iş № 2(001)-4044/2023 qət etdiyinə görə İddiaçı xx.xx.1965-ci il tarixdə Ermənistanın Spitak rayonunda doğulması, atasının X14, anasının X9, milliyətinin azərbaycanlı olması barədə doğumun qeyd edilmə faktı müəyyən edilmişdir və X1 xx.xx.2023 tarixdə AZ İV №760162 doğum haqqında şəhadətnamə verilmiş və Ermənistanda doğulduğu qeyd edilmişdir. Məlum hadisələrlə bağlı 1988-1992ci illərdə Ermənistandan qovulmuş soydaşlarımıza müvafiq qaydalar əsasında qaçqın statusu verilmişdir.
20. Məhkəmə qeyd edir ki, təqdim edilmiş Arayışlarda İddiaçı Ermənistan Respublikasında doğulması, valideynlərinin milliyyətcə azərbaycanlı olması (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4044/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə təsdiqlənmiş faktlar) və Ermənistandan qovulmuş azərbaycanlılara qaçqın statusunun verilməsi faktı təsvir edilmişdir. Buna baxmayaraq məhz İddiaçı Ermənistan Respublikasından qovulmuş olması və ona qaçqın statusunun verilməsi ilə bağlı hər hansı məlumat əks olunmamışdır.
21. Odur ki, Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5711 nömrəli və xx.xx.2024-cü il tarixli 15/BB- 25/02 nömrəli Arayışlar İddiaçı Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olması faktını təsdiqləyən mötəbər sübut hesab edilə bilməz.
22. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə İddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən Azərbaycan Respublikasının vətəndaşı sayılan şəxslər kateqoriyasından hər hansı birinə aid olması müəyyən edilmir.
23. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun həmin məqsədə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi “Azərbaycan Respublikası ərazisində daimi yaşama faktının və digər dövlətlərə münasibətdə vətəndaşlığının olmaması faktının müəyyən edilməsi” ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə (cavabdeh orqanın imtinası ilə birlikdə) Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciətdir.
24. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
25. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
27. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva