Məhkəmə qərarları › İş №2-1(112)-6429/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6429/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6429/2022 16.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sərəncamın və çıxarışın qanunsuz sayılaraq etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 118 saylı Sərəncamın (inzibati aktın) və həmin Sərəncam əsasında verilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarışın qanunsuz sayılaraq etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, 1989-cu ildən Ç.İldirim adma Politexnik İnstitutunun “Elektrotexnika” fakültəsini bitirərək, Rabitə Nazirliyinin təyinatı əsasında “Azərrabitəinşaat” trestinin layihə axtarış bürosuna işə qəbul olunub. Müdiriyyətlə həmkarlar komitəsinin xx.xx.1989-cu il tarixli birgə qərarına uyğun olaraq Bakı şəhəri, Razin qəsəbəsi, 20 saylı yataqxananın 2 otaqdan ibarət 17 saylı mənzili yaşayış üçün 48 saylı Order əsasında mənə və bacım Arzu Cəfərovaya verilmişdir. 1990-cı ildən müdiriyyətlə həmkarlar ittifaqının birgə qərarına əsasən mənzil növbəsinə götürülmüş və bu növbəliliyinə hər hansı əsasla xitam verilməmişdir. Hələ bacısı ilə birlikdə bu mənzildə yaşayarkən, həmin yataqxananın 13-cü mənzilində qeydiyyatda olan Zərifə İbrahimova və Məhluqə Sadıqova otaqlarında olan təmirlə bağlı müvəqqəti olaraq onların yaşadığı mənzilə yerləşdirilmişlər. Bir müddət burda yaşadıqdan sonra Zərifə İbrahimova və Məhluqə Sadıqova qeydiyyatda olduqları mənzilə qayıtmaqdan imtina edərək israrla burada yaşamağa davam etmişlər. 1998-1999-cu illərdə bacısı Arzu Cəfərova isə ailə həyatı quraraq həmin mənzildən çıxmış və başqa mənzillə təmin olunmuş, o isə 17 saylı mənzilin 12 kvadratmetr otağında yaşamağa davam edib. Həmin mənzilin 14 kvadratmetr otağında isə Zərifə İbrahimova və Məhluqə Sadıqova yaşamağa davam etmişlər. 2000-ci ildə o, özü ailə həyatı quraraq qeydiyyatda olduğu 17 saylı mənzildə yaşamaq istəsə də, Zərifə İbrahimova və Məhluqə Sadıqova mənzili tərk etməmiş, bu səbəbdən də o məcburiyyət qarşısında qalaraq ərimlə birlikdə həmin mənzildən müvəqqəti kirayədə yaşamağa çıxmışam. Beləliklə, mənə sözügedən mənzili təqdim etmiş müəssisədə on ildən çox müddətində çalışmışam Ötən müddət ərzində müxtəlif təşkilat və idarələrə məsələnin həll edilməsi ilə bağlı tərəfimdən çoxsaylı müraciətlər olunmuş, lakin yuxarıda qeyd edilən şəxslərin qeydiyyatda olduqları əvvəlki mənzilə qaytarılması məsələsi öz həllini tapmamışdır. Bundan sonra mən ailə üzvlərimlə birlikdə adıma qanuni order və həmin mənzildə qeydiyyatda olduğuna arxayın olaraq kirayələrdə yaşamağa davam edib. 2021-ci ilə qədər yaşayış yeri üzrə qeydiyyat haqqında aldığı rəsmi arayışların heç birində nə Zərifə İbrahimovanın, nə də Məhluqə Sadıqovanın həmin mənzilin qeydiyyatında adları qeyd olunmamışdır. Lakin, bu yaxınlarda ona hüquqi yardım göstərən vəkilin sorğusu əsasında məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 118 saylı Sərəncamına uyğun olaraq Bakı şəhəri, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində yerləşən 20 saylı evin, yaşayış sahəsi 12 kvadratmetr olan birotaqlı 17a saylı mənzilinə X4 adma icarə müqaviləsi bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. O da məlum olmuşdur ki, həmin Sərəncam əsasında Məhluqə Sadıqova Bakı şəhəri, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində yerləşən 20 saylı evin, yaşayış sahəsi 12 kvadratmetr olan birotaqlı 17a saylı mənzilinə mülkiyyət hüququ əldə etmişdir. Bildirir ki, həmin mənzildə qeydiyyatda olmağına və qəbul olunmuş Sərəncamın mənafeyinə toxunmağına baxmayaraq, bu Sərəncam məlumat üçün ona göndərilməmişdir. Belə ki, sözügedən sərəncamın ləğvi ilə bağlı həmin inzibati aktı qəbul etmiş Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət olunsa da, həmin ərizə üzrə hər hansı araşdırılma aparılmamış və bu araşdırılmada iştirakı təmin olunmamış və xx.xx.2007-ci il tarixli 118 saylı Sərəncamı ləğv etməkdən imtina olunmuş və bununla bağlı xx.xx.2021-ci il tarixli C-28 saylı məktub göndərilmişdir. Daha sonra o yuxarıda qeyd edilən Sərəncamın ləğvi ilə bağlı subordinasiya baxımından daha yuxarı inzibati orqan olan Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciətinə baxılmadan həmin müraciət araşdırılması üçün Sərəncamı qəbul edən Departamentə göndərilmiş və bu günədək ərizə mahiyyəti üzrə cavablandırılmamışdır. Aşağıdakı əsaslara görə hesab edir ki, yuxarıda qeyd edilən Sərəncam qanunsuz və əsassız olduğundan artıq icra olunmuş inzibati akt kimi, həmin aktın etibarsızlığı məhkəmə tərəfindən tanınmalıdır. Hər şeydən əvvəl qeyd edir ki, sözügedən mənzilin sıra sayı arxiv sənədlərinə əsasən də 17 olmuş və bu mənzilin 17a saylı mənzilə çevrilməsinə dair heç bir hüquqi əsas və rəsmi sənəd mövcud olmamışdır. Eləcə də həmin mənzilə onun adına 1989-cu ildə rəsmi order verilmiş və mən həmin mənzildə 1989-cu ildən hal-hazıradək daimi yaşayış qeydiyyatındadır. Göstərilən mənzildən müvəqqəti olaraq kirayəyə çıxmağımın səbəbləri barədə yuxarıda qeyd olunanları nəzərə almaqla, həmin mənzildən məcburi qaydada kirayə çıxmış və bu günədək daimi yaşayış yeri və ya mənzillə təmin olunmamışdır. Göründüyü kimi hazırkı vəziyyətdə onun həmin mənzildən məcburi qaydada başqa yerə getməyi qeyd olunan mənzilə olan hüquqlarının xitamına əsas ola bilməzdi, buna görə də onun həmin mənzilə olan hüquqlarının itirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən hər hansı Sərəncam qəbul olunmamışdır. Bununla da onun sözügedən mənzilə hüquqları bu gün də qüvvədədir və bu hüququ əsasında yeganə yaşayış sahəsi olaraq bu mənzilə dair mülkiyyət hüququ əldə etməklə bağlı onun qanuni və əsaslı gözləntisi var. Mənzil növbəliliyinə əsasən mənzillə təmin olunmadan və bu günədək qeydiyyatda olduğu mənzil üzərində hüquqları itirilmədən sözügedən mənzilin Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007-ci il tarixli 118 saylı Sərəncamı ilə onun sıra sayı da saxtalaşdırılmaqla, Məhluqə Sadıqovanm icarəsinə verilməsinə dair qəbul edilmiş inzibati akt tamamilə qanunsuzdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi mənzilin M.F.Sadıqovanm icarəsinə verilməsinə dair Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007-ci il tarixli, 118 saylı Sərəncamı inzibati aktın məhkəmə qaydasında qanunsuz sayılmasına mənim hüquqi və iqtisadi maraqları vardır.

3. İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

4. xx.xx.1989-cu il tarixli orderin kötüyünə əsasən, “Azərrabitəinşaat” LTB tərəfindən texnik və korrektor vəzifələrində işləyən Cəfərova Arzu və İddiaçı müəssisədə işlədiyi müddətdə Əfəndiyev küç., ev 20, mən. 17-də yaşamağa icazə verilmişdir.

5. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 456 nömrəli sərəncamına əsasən X2 ailə tərkibi 2 nəfər (özü, qızı) olmaqla yaşadığı A.Bakıxanov qəsəbəsi, Əfəniyev küçəsi ev 20, mən. 17 yaşayış sahəsi 14 kv.m. olan bir otaqlı sıxlaşdırılmış mənzilinə daimi order verilmişdir.

6. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı MKTD-nin xx.xx.2007-ci il tarixli 118 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Bakıxanov qəs., Oskar Əfəndiyev küçəsində 20 saylı evin yaşayış sahəsi 12 kv.m. olan 1 otaqlı 17a saylı mənzilinə X4 adına icarə müqaviləsi bağlanılmış və o həmin mənzilin icarədarı hesab olunmuşdur.

7. İddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 20 saylı evin 17 saylı mənzilinə dair X5 adına verilmiş sərəncamın ləğv edilməsi barədə müraciətinə cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən bildirilmişdir ki, əvvəllər Azərbaycan Respublikasının Rabitə Nazirliyinə məxsus olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 20 saylı evin 17 saylı mənzilinə dair Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 456 nömrəli sərəncamına əsasən İbadova (Məmmədova) Zərifə İbrahimxəlil qızına xx.xx.2001-ci il tarixli, 026518 saylı order verilmiş, mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq xx.xx.1992-ci il tarixli, 53 saylı order əsasında 17a saylı mənzilə orada faktiki olaraq yaşayan M.F.Sadıqovanın adına kirayə müqaviləsinin bağlanılması barədə müvafiq sərəncam verilmişdir və hazırda həmin yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir.

8. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

9. Cavabdeh tərəfindən Sabunçu rayonu, Bakıxanov qəs., Əfəndiyev küçəsində yerləşən 20 saylı evin 17 və 17a nömrəli mənzillərinə dair arxiv qovluğu təqdim edilmişdir. Həmin qovluğa əsasən müəyyən olunur ki, Sabunçu rayonu, Bakıxanov qəs., Əfəndiyev küçəsində yerləşən 20 saylı evin 17 nömrəli mənzilinə dair X1 adına daşınmaz əmlakın dövlə reyestrindən çıxarış verilmişdir. Çıxarışın verilməsi üçün əsas Sabunçu RİH-nin xx.xx.2001-ci il tarixli 456 saylı Sərəncamı və həmin sərəncam əsasında verilmiş order olmuşdur.

10. Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Məlumat üçün bildirilmişdir ki, müvafiq daşınmaz əmlak (Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 20, mənzil 17) Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007-ci il tarixli, 118 saylı sərəncamı əsasında daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmış və ona ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli çıxarış verilmişdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

12. Məhkəmənin hazırlıq icraatı üzrə əvvəlki iclasında iştirak edən X8 izaha verərək bildirmişdir ki, 1990-cı illərin əvvəlindən Sabunçu rayonu, ünvan 2 ünvanında yaşayı və həmin mənzilə dair orderi vardır.

13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, qeyd edilən torpaq sahəsi bələdiyyənin ərazisi olmaqla qanuni olaraq ayrılmışdır.

II. İddianın mümkünlüyü

14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

15. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Bakı şəhər İcra Hakimiyyəti MKTD tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 118 saylı sərəncamının və onun əsasında verilmiş çıxarışın qanunsuzluğunun tanınmasını tələb edir.

16. xx.xx.1989-cu il tarixli orderin kötüyünə əsasən, “Azərrabitəinşaat” LTB tərəfindən texnik və korrektor vəzifələrində işləyən Cəfərova Arzu və İddiaçı müəssisədə işlədiyi müddətdə Əfəndiyev küç., ev 20, mən. 17-də (yataqxanada) yaşamağa icazə verilmişdir. Hazırda həmin müəssisənin mövcudluğu və ya iddiaçının həmin müəssisədə işlədiyi müəyyən edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı ən azı 1990-cı illərin əvvəllərindən qeyd edilən mənzildə yaşamır, könüllü olaraq başqa yaşayış sahəsinə köçmüş və qeyd edilən müddətdə məhkəməyə müraciət hüququna hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtləri bildirməmişdir.

17. Odur ki, iddiaçının həmin sərəncamın mübahisələndirməyə subyektiv hüququ yoxdur.

18. Digər tərəfdən iddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.

19. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

20. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

21. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

22. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

23. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). . -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X10rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).

24. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.

25. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır.

26. Odur ki, qərarın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür. Bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

27. Məhkəmə eyni zamanda qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən:

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülkihüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat Sərəncam əsasında aparılmış, iddiaçı tərəfindən həm də daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mübahisələndirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən iddia uğurlu olduğu təqdirdə qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilərdi. Odur ki, məhkəmə hesab edir ki, əsas tələb mümkünsüz sayıldığından ondan asılı olan tələb də mümkün sayılmamalıdır.

28. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.

29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

30. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar