Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6431/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinə dair plan ölçü verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı RİB-nin 06.06.2000-ci il tarixli 894 saylı Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 nömrəli binanın qarşısında yerləşən torpaq sahəsinə hazırda mövcud olan ölçüdə yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək, ona verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 06 iyun 2000-ci il tarixli 894 nömrəli sərəncamı ilə ona yəni İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur Qəsəbəsi, N.İsmayılov küçəsi, 6 №-li binanın qarşısındakı sahədə, bağ sahəsi kimi istifadə etdiyi 300 kv. metr torpaq sahəsinə dair plan ölçünün tərtib olunaraq, verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı RİB-nın 06.06.2000-ci il tarixli, 894 saylı Sərəncamı və torpaq sahəsinin yerləşmə sxemi-cizgisi ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 6 nömrəli binanın qarşısında yerləşən, əvvəllər bağ sahəsi istifadələrində olan 300 (üç yüz) kv. metr torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ona ayrılmışdır. Həmin vaxtdan da torpaq sahəsinin ətrafı tərəfindən daş hasara alınmış və hal-hazırda da istifadəsindədir. Bakı şəhəri Suraxanı RİB-nın 06.06.2000-ci il tarixli, 894 saylı Sərəncama əsasən ona ayrılmış torpaq sahəsinin yerləşmə sxem-cizgisinin əslini itirdiyindən, o həmin torpaq sahəsinə təkrarən, yeni yerləşmə sxem-cizginin tərtib və təsdiq edilərək ona verilməsi ilə bağlı rəsmi ərizə ilə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 17 fevral 2022-ci il tarixli, Q-22091 saylı məktubu ilə RİH-in sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyi və bu barədə Suraxanı RİH-də heç bir məlumatın olmadığl” bildirilərək müraciətinə qanunsuz olaraq imtina edilmişdir. Ona ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ona verilmədiyindən o, qanuni əsaslarla ayrılmış torpaq sahəsi üzərində öz mülkiyyət hüquqlarımı rəsmiləşdirə bilmir. Hesab edir ki, torpaq sahəsinin yerləşmə sxem-cizgisinin tərtib və təsdiq edilməklə ona verilməsinə dair cavabdehin imtinası əsassız və qanunsuz sayılmalı və Bakı şəhəri Suraxanı RİB-nın 06.06.2000-ci il tarixli, 894 saylı Sərəncamı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 6 nömrəli binanın qarşısında yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək, ona verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair 1/626 №li 28.03.2022-ci il tarixli yazılı münasibətdə göstərilmişdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 nömrəli binanın qarşısında 300 kv.m torpaq sahəsinə dair cigi (plan-sxem) həmin dövrdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 06.06.2000-ci il tarixli 894 saylı sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilmişdir. Eyni zamanda ötən illərə dair o cümlədən 2000-ci illərdə daxil olmaqla Rayon İcra Hakimiyyətinin sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. 24.05.2022-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasının cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İddiaçıya məxsus AA 0765856№-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olnur ki, xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. 10.06.2000-ci il tarixli aktın surətindən görünür ki, Suraxanı rayonunun Baş memarı V.Seyidov, mütəxəssis S.Məmmədzadə, Qaraçuxur qəsəbə nümayəndəsi F.Süleymanovun iştirakı ilə Suraxanı İcra Hakimiyyəti Başçısının 06 iyun 2000-ci il tarixli 894 saylı sərəncamına əsasən Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 6 №-li binanın qarşısındakı sahədə, istifadə etdiyi 300 kv. metr torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgüsü aparmışlar və daimi nişanlar qoyulmuşdur. Akt bölgüdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayıloov küçəsi 6 №-li binanın qarşısında yerləşən, İddiaçı Sabiir oğluna məxsus olan torpaq sahəsinin naturada ölçüsü və planı tərtib olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17.11.2021-ci il tarixli **********13 saylı məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24-cü maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş Q-22091 №-li 17 fevral 2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizginin verilməsinə köməklik göstərilməsi haqqında ərizəsinə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. RİH-in sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətinin müsbət həlli səlahiyyətləri xaricindədir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının BA02493-2022 №li 06.05.2022-ci il tarixli məktubunda İddiaçı torpaq sahəsi ayrılması barədə Suraxanı rayon İH-nin arxiv fondu üzrə 06.06.2000-ci il tarixli, 894 saylı sərəncamının təsdiq edilmiş ksero surəti 2(iki) vərəqdən ibarət göndərildiyi, sərəncama cizginin əlavə edilmədiyi qeyd olunmuşdur. Qeyd olunan məktubla məhkəməyə təqdim olunmuş Bakı şəhəri ünvan 3 ünvanında yaşayan İddiaçı İsmayıl oğluna fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” 894 №li, 06.06.2000-ci il tarixli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 30.08.1985-ci il tarixli 274 nömrəli, BŞİK-nin 27.01.1989-cu il tarixli 13/713 nömrəli və BŞXDS-nin 20.10.1989-cu il tarixli 11/412 nömrəlii qərarlarına əsaslanaraq aşağıda qeyd olunanlara dair sərəncam verilmişdir: - İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsi 66 saylı binanın qarşısındakkı sahədə bağ sahəsi kimi istifadə etdiyi 300 kv. metr torpaq sahəsi ayrılsın. - İddiaçı ayrılmış sahədə 185-000-İİİSN bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə vrilsin. Kürsülülük 2 metr müəyyən edilsin. - Tikinti sahibi layihə-smeta sənədlərinin hazırlanması üçün rayon Layihə-smeta bürosu ilə müqavilə bağlasın - Tikinti sahibi yaşayış evinin tikilməsi üçün rayon Təmir Tikinti Təşkilatı ilə müqavilə bağlasın. - Tikinti sahibi torpaqdan istifadə etmək hüququna malik olmaq üçün rayon MKTB-yi ilə notarial qaydada müqavilə bağlasın. - Mütəxəssis S.Məmmədzadə sahənin ölçülərini naturada təyin etsin. - Tikinti sahibi rayon MKTB ilə müqavilə bağladıqdan sonra bir ildən gec olmayaraq tikintiyə başlamalı və üç il müddətində tikintini başa çatdırmmalıdır. - Tikiləcək sahədə aşkar olunmamış yeraltı mühəndis kommunikasiyaları müəyyən edilərsə, tikinti işləri dərhal dayandırılsın və rayon Memarlıq və Tikinti şöbəsinə xəbər verilsin. - Tikintinin notarial qaydada təsdiq olunmuş müqavilə torpaq sahəsinin ayrılması haqqında akt və layihə smeta sənədləri əsasında ayrılmasına nəzarət etmək Qaraçuxur qəsəbə nümayəndəliyinə və 32 nömrəli polis bölməsinə tapşırılsın. - Azərbaycan Respublikası Dövlət Torpaq komitəsindən xahiş olunsun ki, İddiaçı torpaq üzərində fərdi mənzil tikinti aparılması məqsədilə torpaq mülkiyyət hüququna dair şəhadətnamənin təqdim edilməsini təmin etsin. - Sərəncamın surəti Qaraçuxur qəsəbə nümayədəliyinə və 32 saylı polis bölməsinə, rayon vergi müfətişliyinə göndərilsin. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Hazıra qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər (Maddə 48.2). Həmin Məcəlləyə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər (Maddə 83.1). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (Maddə 65.5.). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (Maddə 65.8). Həmin Məcəlləyə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Maddə 68). Həmin Məcəlləyə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur (Maddə 84.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddələrin ümumiləşdirilmiş təhlilinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 saylı Sərəncamı ilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsinin həmin rayonların inzibati ərazi hüdudlan nəzərə alınmaqla Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Eyni zamanda məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən bildirilmişdir ki, sözügedən sərəncama eskiz və ya ayrıc aktı əlavə olunmamışdır. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Suraxanı rayon İcra Hakimiyyəti başçısının 06 iyun 2000-ci il tarixli 894 nömrəli sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 6 №-li binanın qarşısındakı sahədə, bağ sahəsi kimi istifadə etdiyi 300 kv. metr torpaq sahəsinə dair cizginin (ayrıc aktının) verilməsi öhdəliyi cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6431/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6431/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver