Məhkəmə qərarları › İş №2-1(112)-6435/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6435/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6435/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı bakı «ASAN xidmət» X2rşı “doğum haqqında şəhadətnamənin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 4 saylı bakı «ASAN xidmət» X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 yanvar 2022-ci il tarixdə doğulmuş uşağın «X4» ilə qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiçı bildirir ki, X10 ilə xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində 78 saylı nikah haqqında akt qeydi ilə nikahları qeydə alınmış, sonradan aralarında bağlanmış nikah həmin qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 143 saylı nikahın pozulması haqqında akt qeydi ilə pozulmuşdur. Qeyri rəsmi nikahda olduğu X9 ilə birgə xx.xx.2022-ci ildə Əlixan adlı övladları anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 103№-liDoğum haqqında Tiddi şəhadətnaməsinə əsasən uşaq haqqında məlumatda soyadı Məmmədov ata adı isə göstərilməmişdir. İddiaçı qeyd edir ki, keçmiş həyat yoldaşı ilə nikahları pozulmamışdan əvvəl də faktiki olaraq ayrı yaşayırmışlar. Toydan sonra o, yaşadıqları evi tərk edərək getmiş və hazırda harada yaşamasından heç bir məlumatı yoxdur. X1 ilə birlikdə yaşayır, təsərrüfatı birgə idarə edirlər. Belə ki, uşağa doğum haqqında şəhadətnamə almaq üçün cavabdeh orqana müraciət etsə də, 4 saylı Bakı Asan xidmət Mərkəzində Qeydiyyat şöbəsi xx.xx.2022-ci i tarixdə rəsmi imtina məktubu verərək inzibati qaydada məhkəməyə müraciət etməsini bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Lakin məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-99-05 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, X10 ilə xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı "ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 78 saylı nikah haqqında akt qeydi ilə nikahı qeydə alınmış, həmin nikah ər-arvadın birgə ərizəsi əsasında həmin qeydiyyat şöbəsinin xx.xx.2021-cı ıl tarixli 143 saylı nikahın pozulması haqqında akt qeydi ilə pozulmuşdur. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.15-ci bəndinə uyğun olaraq nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Eyni Qaydanın 2.8-ci bəndində görə, doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kımı qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Bununla bağlı ata adının verilməməsindən və valideyn kimi X10”nun qeyd olunmamasından imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəməyə sikavət vermə hüququnun olduğu bildirilmişdir. İşdə olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il təvəllüdlüdür. İşdə olan AZ-İ № 391422 saylı 23 avqust 2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X7 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə 02 sentyabr 2021-ci il tarixdə 143 nömrə ilə akt qeydləri kitabında qeydiyyatı aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş TQS№103 saylı **********86 №li doğum haqqında Tibbi Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə doğulan övladının doğumunun dövlət qeydiyyatına alınması üçün ərazi üzrə qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə təqdim etmək üçün Tibbi Şəhadətnamə verilmişdir. Beləliklə işin hallarından görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı X10 ilə xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş, sonradan 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən iddiaçı ilə X10 arasında bağlanmış nikah pozulmuşdur. İddiaçının dəlillərinə əsasən o X9 ilə vətəndaş nikahında olmuş və həmin nikahdan xx.xx.2022-ci il tarixdə Əlixan adlı övladı doğulmuşdur. İddiaçı övladının doğumunun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.2-ci maddəsinə istinadən iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh həmçinin imtinaya əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydaları»nın müvafiq bəndlərinə istinad etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydaları»nın 2.15-ci bəndinə əsasən. Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Həmin Qaydaların 2.8-ci bəndinə əsasən doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: Həmin Qaydaların 2.8.1-ci bəndinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Hazırki iddia tələbi üzrə iddiaçı 26 yanvar 2022-ci il tarixdə doğulmuş uşağın «X4», yəni öz ata adı ilə qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə istinad edərək cavabdehin imtinasının əsassız hesab edilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə müvafiq olaraq uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalığın ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunması ilə şərtləndirilir. Hazırki iş üzrə araşdırılan hallardan müəyyən edilir ki, iddiaçı ilə keçmiş əri arasında bağlanmış izdivaca 02 sentyabr 2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamə əsasında xitam verilmişdir. İddiaçının övladı isə 08 fevral 2022-ci il tarixdə doğulmuşdur. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçının övladı nikah pozulduqdan 300 gün ərzində doğulduğundan və qanunvericiliyin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən nə inzibati orqana, nə də ki, məhkəmə araşdırması zamanı başqa sübutlar təqdim edilmədiyindən cavabdeh inzibati orqanın ata adının verilməməsindən və valideyn kimi X5 qeyd olunmamasından imtina edilməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur. Göründüyü kimi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar isə həmin məzmunda tələbin təmin olunması üçün yetərli deyil. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar