Məhkəmə qərarları › İş №2-1(112)-6437/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6437/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6437/2023 06.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasmda xx.xx.2019-xx.xx.2020-ci il müddətində saxlanmaqla azadlıqdan məhrum edildiyinə görə, ona cəza çəkməkdən azad edilən şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsi vəzifəsi cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun (sədrlik edən) qəbul etdiyi 4(011)-564/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Xətai rayon prokurorluğunun AR CM-nin 120.2.1, 120.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamına əsasən iddiaçı barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi İbrahim İbrahimlinin (sədrlik edən) qəbul etdiyi 4(011)-42/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 , 120.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihama əsasən, iddiaçı barəsində həbsdə saxlama müddəti 03 (üç) ay olmaqla 07 (yeddi) ayadək, yəni 28 aprel 2020-ci ilədək uzadılmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Hüseyn Cavidin (sədrlik edən) qəbul etdiyi 4(011)-261/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihama əsasən, iddiaçı barəsində seçilmiş həbsdə saxlama müddəti 01 (bir) ay olmaqla 08 (səkkiz) ayadək, yəni 28 may 2020-ci ilədək uzadılmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Fərid Yaqubovun (sədrlik edən) qəbul etdiyi 4(011)-344/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə AR Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihama əsasən, iddiaçı barəsində seçilmiş həbsdə saxlama müddəti 02 (iki) ay olmaqla 10 (on) ayadək, yəni 28 iyul 2020-ci ilədək uzadılmışdır. Bakı şəhərinun Xətai rayon prokurorluğu “təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittihamın elan olunması haqqında” xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixdə AR Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.2.1-ci maddələri ilə iddiaçıya elan olunmuş ittiham dəyişdirərək, ona AR Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə yeni ittiham elan olunmuşdur. AR CPM-in 159.7 və 159.7.2-ci maddələrin tələbinə əsasən , cinayət işinin məhkəməyədək icraatı zamanı az ağır cinayətlər üzrə təqsirləndirilən in həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq 7 (yeddi) aydan artıq ola bilməz. Qeyd edir ki, ona elan edilmiş əsassız ittihama əsasən, xx.xx.2020-ci il tarixdə 10 ay həbsdə saxlanma müddətim tamamlanmış, bu isə AR CPM-nin 159.7. 159.7.2 və 159.8-ci maddələri ilə nəzərdə tutlmuş cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin son həddidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-65/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən, iddiaçı AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və həmin cəza ibtidai istintaq zamanı AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasmda saxlandığı 10 (on) ay müddəti ilə əvəzlənmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-960/2022 saylı xx.xx.2022ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 65/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünü dəyişdirərək, iddiaçının təqsirləndirildiyi AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə mənə cəza təyin edilməmiş və cəza təyin edilməsinə dair göstərişlər hökmdən xaric edilmişdir. Artıq qeyd edildiyi kimi AR Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə mənə elan edilmiş ittihama əsasən, cinayət işinin məhkəməyədək icraatı zamanı az ağır cinayətlər üzrə təqsirləndirilən şəxsin həbsdə saxlanılmanın son həddi 10 (on) aydır. Məlum cinayət işinin ibtidai istintaqı davam etdiyindən xx.xx.2019-xx.xx.2020-ci il müddətində AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasmda saxlandıqdan sonra, barəsində “polisin nəzarətinə verilmə” haqqında qətimkan tədbiri seçilmişdir. Yuxarıda qeyd edilmiş faktları nəzərə alaraq, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 14.1-ci maddəsinin tələbinə əsasən, AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasmın təqdim etdiyi xx.xx.2020-ci il tarixli 15 saylı arayışın sürətini və aidiyyəti digər sənədlər əlavə etməklə 3 saylı Bakı DOST Mərkəzi vasitəsi ilə cavabdeh-AR ƏƏSMN-nin tabeliyyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial) müraciət etmiş və həmin Filial birdəfəlik müavinətin təyin olunmasından imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4 saylı məktubla cavab vermişdir. Bildirir ki, adıçəkilən məktub 3 saylı Bakı DOST Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixində mənə təqdim edilmişdir. Məlumat üçün bildirilir ki, adıçəkilən məktubda cavabdeh “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” AR 31 may 2007-ci il tarixli Qanunun 1.0.1 , 1.0.2-ci, AR Cinayət-Prosessual Məcəlləsinin 7.0.38 , 7.0.40-cı və AR Cinayət Məcəlləsinin 41.1, 83.1-ci maddələrinə istinad edərək, birdəfəlik müavinətin təyin olunmasından imtina edilməsi haqqında mövqeyinin qanuna uyğunluğunu sübut etməyə cəhd etmişdir. Hesab edir ki, cavabdehin birdəfəlik müavinətin təyin olunmasından imtina edilməsi barədə öhdəliyin icrası haqqında hərəkəti aşağıdakı arqumentlərə görə əsassız və qanunsuzdur.

3. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə Azərbaycan Rəspubiikasının qanunvericiliyində nəzərdə tutulmuş əsasi əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər-qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çekməkdən azad edilmiş şəxslərdir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir İddiaçının ərizəsinə əlavə ediımiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasıntn xx.xx.2020-ci il tarixli 15 nömrəli arayışının surətinə əsəcən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci li tarixinədək Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.38-ci maddəsinə əsasən qətimkan tədbiri-bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məzuniyyət tədbiridir. Həmin Məcəllənin 7.0.40-cı maddəsinə əsasən həbs-qətimkan tədbiri qismində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbsdə saxlanılma yerində (istintaq təcridxanalarında) saxlanılmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1 -ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakıerli tədbirdir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Yuxanda qeyd olunanlara əsasən bildiririk ki, penitensiar müəssisədə cəza çəkməyi ilə bağlı qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Bu səbəbdən iddiaçı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin müəyyən etdiyi şəxslər kateqoriyasına aid edilmir. Müraciət ilə əlaqədar olaraq bildirilir ki, iddiaçıya cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət hüququ iddiaçıya izah edilmişdir.

4. Cavabdeh orqan tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir: Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmaqla azadlıqdan məhrum edildiyinə görə ona cəzaçəkməkdən azad edilən şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsini edir. Qeyd edilir ki, İddiaçı barəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 10 ay müddətində AR Cinayət Məcəlləsinin 120.2.1; 120.2.2; 221.2.1-ci maddələri ilə elan edilmiş ittihama əsasən (4(011)-564/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarla 04 ay; 4(011)-42/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarla 03 ay; 4(011)-344/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarla 01 ay olmaqla) həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin 1(101)-65/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə İddiaçı AR Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən İddiaçı ibtidai istintaq zamanı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 10 ay müddətində həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla İddiaçı cəzasını çəkmiş hesab olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 389-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi onların qanuni qüvvəyə minməsini dayandırır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-960/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı təqsirləndirildiyi AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin edilməsin və cəza təyin edilməsinə dair göstərişlər hökmdən xaric edilsin. Müvafiq qərarın əsaslandırma hissəsindən aydın olduğu kimi AR CM-nin 128-ci maddəsi ilə olan cinayət əməlləri İddiaçı tərəfindən törədilməsi sübuta yetirilmiş, lakin həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməmişdir. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır). “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına birdəfəlik müavinət ödənilir. Həmin Qanuna əsasən, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 1.0.1-ci maddəsinə əsasən, penitensiar müəssisə-Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Qanunun 6.1.7-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu məhz penitensiar müəssisədə cəza çəkmiş və sonra həmin cəzanı çəkməkdən azad edilmiş şəxlərin sosial adaptasiya məsələlərini tənzimləyir. Məhkəmənin diqqətinə çatdırılır ki, İddiaçı barəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2020ci il tarixədək 10 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.38-ci maddəsinə əsasən, qətimkan tədbiri təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 7.0.40-cı maddəsində qeyd edilmişdir ki, həbs qətimkan tədbiri təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır. Beləliklə, həbs qətimkan tədbiri cəza növü olmadığından, İddiaçı istintaq təcridxanasında saxlanıldığından, o cümlədən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi səbəbindən cəza təyin edilmədiyindən İddiaçı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə aid deyil. Qanun məhz penitensiar müəssisədə cəza çəkmiş və sonra həmin cəzanı çəkməkdən azad edilmiş şəxlərin sosial adaptasiya məsələlərini tənzimləyir. Bildiririk ki, penitensiar müəssisələrdən buraxılmış şəxslər sosial cəhətdən həssas əhali kateqoriyasına daxil olduqları, müəyyən müddət ərzində cəmiyyətə adaptasiya olunmaq ehtiyacı duyduqları üçün dövlət həmin kateqoriyadan olan şəxslərə qeyd olunan 1 illik müddət ərzində güzəştlər müəyyənləşdirib. Sosial adaptasiya müavinəti almağa hüquq da bu güzəştlərdən biridir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı sosial adaptasiyaya, tibbi və sosial yardıma ehtiyac duyması istisna edilir. Əlavə olaraq qeyd edilməlidir ki, İddiaçı əsassız şəkildə 10 ay müddətində istintaq təcridxanasında saxlanıldığını iddia edirsə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 56.0.3-cü maddəsinə əsasən 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11 ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən ve haqqında cinayət təqibi davam etdirilən şəxslər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın vəzifəsi deyildir. Beləliklə qanunvericilik bu məsələ üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit etdiyindən və iddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından, ona bu müavinətin ödənilməsi mümkün deyildir. Buna görə də qeyd olunanları nəzərə alaraq hesab edirik ki, İddiaçı "birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi təmin edilməməlidir.

5. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

6. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X1rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X2rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

10. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

11. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

12. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

13. Məhkəmə qeyd edir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına birdəfəlik müavinət ödənilir. Qanunun 6.1.7-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. İddiaçı barəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 10 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.

14. Qüvvədə olan məhkəmə qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2022-ci il tarixli 1(101)-65/2022 nömrəli hökmü dəyişdirilmiş, İddiaçı təqsirləndirildiyi AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin edilməmiş və cəza təyin edilməsinə dair göstərişlər hökmdən xaric edilmişdir.

15. İddiaçı barəsində həbs qətimkan seçilmiş, qüvvədə olan məhkəmə qərarına əsasən barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməmişdir. Odur ki, iddiaçı cəza çəkməkdən azad edilmiş şəxs olmadığından “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, birdəfəlik müavinət ödənilməsi hüququ yoxdur.

16. Odur ki, iddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar