Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6438/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X9 və X5) «çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X9 və X5) «çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi 3184/3187-ci məhəllədə yerləşən, ümumi sahəsi 52 kv.m, yaşayış sahəsi 36.49 kv.m olan 300 nömrəli mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair adına daşınmaz əmlakın dövlə reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 11 aprel 1990-cı il tarixdən “Binəqədineft” NQÇİ-də (hazırda X12) çilingər vəzifəsində işləyir. İşlədiyi dövrdə, 25 aprel 1997-ci il tarixli 08 nömrəli orderə əsasən “Binəqədineft” NQÇİ-nin ailə yataqxanasında ona 5 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi 3184/3187-ci məhəllədə 3 otaqlı 300 nömrəli mənzil verilmişdir. Həmin vaxtdan qeyd olunan mənzildə qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə orada yaşayır. Bu yaxınlarda yaşadığı mənzilə dair adına çıxarış almaq üçün sənədləri hazırlayan zaman ona məlum olmuşdur ki, 25 aprel 1997-ci il tarixli 8 nömrəli orderdə yanlış olaraq mənzilin nömrəsi 136 olmaqla, otaq sayı 1 göstərilmişdir. Order verilən zaman hüquqi savadı olmadığından mənzilin nömrəsinə və otaqların sayına fikir verməmiş, düşünmüşdür ki, ona 300 nömrəli 3 otaqlı mənzil verildiyindən, orderdə də 3 otaqlı 300 nömrəli mənzil qeyd edilmişdir. Orderdə faktiki yaşadığı mənzilin nömrəsində və otaq sayında uyğunsuzluq olduğundan yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün 145 saylı Mənzil- Kommunal İstismar Sahəsinə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 56/1 nömrəli 06 oktyabr 2022-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 3184/3187-ci məhəllədə yerləşən evin, yaşayış sahəsi 36,49 kv.m olan 3 otaqlı 300 saylı mənzilinə 6 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu, qızı və 2 nəvəsi) iddiaçının adına daimi kirayə müqaviləsi bağlanmış və o həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd olunan mənzilə adına kirayə müqaviləsinin bağlanması və şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 145 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. Həmin sərəncamdan görünür ki, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər rəşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. Bakı şəhəri binəqədi rayonu Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 3184/3187-ci məhəllədə yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 1997ci ildən qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 3184/3187-ci məhəllədə yerləşən evin, yaşayış sahəsi 36,49 kv.m olan 3 otaqlı 300 saylı mənzilində 6 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu, qızı və 2 nəvəsi) yaşayır». Bundan sonra onunla 3 saylı Xüsusi Təyinatlı MKTİB-nin 145 saylı Mənzil- Kommunal İstismar Sahəsi arasında 17 noyabr 2022-ci il tarixdə 05 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi 3184/3187-ci məhəllə, 300 nömrəli mənzildə yerləşən, dövlət mənzil fonduna aid, ümumi saəsi 52 kv.metrdən, yaşayış sahəsi 36.49 kv.metrdən ibarət 3 otaqlı yaşayış sahəsi haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə müddətsiz olaraq onun sahibliyinə və istifadəsinə verilmişdir. Bundan sonra iddiaçı 27 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 3184/3187-ci məhəllədə yerləşən 300 nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Adıçəkilən idarə tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, «qeyd olunan mənzilin mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhsuslaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır». Aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onunla 145 saylı Mənzil-Kommunal İstismar Sahəsi arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 17 noyabr 2022-ci il tarixdə, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra bağlansa da, həmin mənzil 25 aprel 1997-ci il tarixdən onun istifadəsinə verilmişdir və həmin vaxtdan hal-hazıradək fasiləsiz olaraq ailə üzvlərilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Göründüyü kimi, mübahisəli mənzilə dair hüquq münasibətləri 1997-ci ildə yaranmışdır, ona görə də hazırkı mübahisə üzrə həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququ olan və öz hüququnu saxlayan şəxsdir, belə olan halda cavabdeh orqanın imtinası əsassız olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6438/2023 nömrəli xx.xx.2023-cü il qərardadı ilə X5 və X9 3-cü şəxs kimi məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddia tələbində qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər, eləcə də ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi təqdim edilməmişdir. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 56/1 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Təqdim olunan 8 saylı, xx.xx.1997-ci il tarixli orderdə mənzilin nömrəsi 136 qeyd edilsə də, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 56/1 saylı sərəncamında isə mənzilin nömrəsi 300 qeyd edilmişdir. Əlavə olaraq bildiririk ki, hüquqmüəyyənedici sənəddə mənzil 1 (bir) otaqlı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin 3 (üç) otaqlı olduğu və mənzildə rekonstruksiya işlərinin aparıldığı müəyyən edilmişdir. Mənzilin faktiki yaşayış sahəsi 35,9 kv.m, ümumi sahəsi isə 52,1 kv.m-dir. Qeyd olunan səbəblərə görə ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********78 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq, xx.xx.2023-cü il tarixli **********78 nömrəli məktubunda qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmiakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddiaçının ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının onun adınıza daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-52-13/2-228/2023 nömrəli məktub ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/3187-ci məhəllədə yerləşən evin 300 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanması barədə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 56/1 saylı sərəncamının təsdiq edilmiş surəti və həmin sərəncamın verilməsinə əsas olan sənədlərin kserosurəti məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş, xx.xx.1997-ci il tarixli 8 nömrəli Order əsasında Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi 3184/3187-ci məhəllədə yerləşən, ümumi sahəsi 52 kv.m, yaşayış sahəsi 36.49 kv.m olan 300 nömrəli mənzil İddiaçı ayrılmışdır. - “Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/3187-ci məhəllə, 300 saylı mənzilə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında” Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 56/1 nömrəli Sərəncamı əsasında vətəndaş İddiaçı 1997-ci ildən qeydiyyatda olamaqla Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/3187-ci məhəllədə yerləşən evin, yaşayış sahəsi 36,49 kv.metr olan 3 otaqlı 300 saylı mənzilinə 6 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu, qızı və 2 nəvəsi) yaşadığı qeyd edilmiş və İddiaçı adına daimi kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd olunan mənzilə İddiaçı adına kirayə müqaviləsinin bağlanması və şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 145 saylı Mənzil-Kommunal İstismar sahəsinə tapşırılmışdır. - Məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, 145 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 92 nömrəli Arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi 3184/3187-ci məhəllədə yerləşən 300 nömrəli mənzildə xx.xx.1997-ci il tarixdən hal-hazırki vaxtadək yaşayırlar. - Məhkəmənin sorğusuna cavab olaraq, Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli 3-52-13/2-475/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/3187-ci məhəllədə yerləşən keçmiş yataqxana binası balansa qəbul edilmişdir. Hal-hazırda qeyd edilən bina və orada yerləşən 300 saylı mənzil 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. - Məhkəmənin sorğusu əsasında təqdim edilmiş və iş materiallarına əalvə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 435s nömrəli xx.xx.2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respubliası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yaraqxanalar və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/3187-ci məhəllədə yerləşən yataqxanadakı bütün mənzillərə dair arxiv qovluğunda olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müxtəlif Sərəncamları əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/3187-ci məhəllədə yerləşən evin 95 saylı mənzilinə dair **********73-05101-093002 reyestr nömrəli; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/3187-ci məhəllədə yerləşən evin 73 saylı mənzilinə dair **********73-05101-093001 reyestr nömrəli; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/3187-ci məhəllədə yerləşən evin 11 saylı mənzilinə dair **********73-05101-091001 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar verilmişdir. - Cavabdeh məhkəmə icraatı zamanı xx.xx.2023-cü il tarixli etiraz məktubu məhkəməyə təqdim etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı iddiadır. İddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən və işin fakti halları ilə müəyyən edilir ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi 3184/3187-ci məhəllədə yerləşən, 300 nömrəli mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq, xx.xx.2023-cü il tarixli **********78 nömrəli məktub ünvanlayaraq iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmiakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddiaçının ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının onun adınıza daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan narazı qalan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarının araşdırılmasını təmin edilməsi məqsədi ilə inzibati orqanlara müxtəlif sorğular vermişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-52-13/2-228/2023 nömrəli məktub ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/3187-ci məhəllədə yerləşən evin 300 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanması barədə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 56/1 saylı sərəncamının təsdiq edilmiş surəti və həmin sərəncamın verilməsinə əsas olan sənədlərin kserosurəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1997ci il tarixli 8 nömrəli Order əsasında Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi 3184/3187-ci məhəllədə yerləşən, ümumi sahəsi 52 kv.m, yaşayış sahəsi 36.49 kv.m olan 300 nömrəli mənzil İddiaçı ayrılmışdır. Sonradan “Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/3187-ci məhəllə, 300 saylı mənzilə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında” Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 56/1 nömrəli Sərəncamı əsasında vətəndaş İddiaçı 1997-ci ildən qeydiyyatda olamaqla Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/3187-ci məhəllədə yerləşən evin, yaşayış sahəsi 36,49 kv.metr olan 3 otaqlı 300 saylı mənzilinə 6 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu, qızı və 2 nəvəsi) yaşadığı qeyd edilmiş və İddiaçı adına daimi kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd olunan mənzilə İddiaçı adına kirayə müqaviləsinin bağlanması və şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 145 saylı Mənzil-Kommunal İstismar sahəsinə tapşırılmışdır. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, 145 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 92 nömrəli Arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi 3184/3187-ci məhəllədə yerləşən 300 nömrəli mənzildə xx.xx.1997-ci il tarixdən hal-hazırki vaxtadək yaşayırlar. Məhkəmənin sorğusuna cavab olaraq, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli 3-52-13/2-475/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/3187-ci məhəllədə yerləşən keçmiş yataqxana binası balansa qəbul edilmişdir. Hal-hazırda qeyd edilən bina və orada yerləşən 300 saylı mənzil 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 435s nömrəli xx.xx.2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respubliası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/3187-ci məhəllədə yerləşən yataqxanadakı bütün mənzillərə dair arxiv qovluğunda olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müxtəlif Sərəncamları əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/3187-ci məhəllədə yerləşən evin 95 saylı mənzilinə dair **********73-05101-093002 reyestr nömrəli; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/3187-ci məhəllədə yerləşən evin 73 saylı mənzilinə dair **********73-05101-093001 reyestr nömrəli; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/3187-ci məhəllədə yerləşən evin 11 saylı mənzilinə dair **********73-05101-091001 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar verilmişdir. Cavabdeh məhkəmə icraatı zamanı xx.xx.2023-cü il tarixli etiraz məktubu məhkəməyə təqdim etmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə icraatı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etdiyi “ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi təqdim edilməmişdir.” imtina dəlili ilə bağlı olaraq məhkəmə aşağıda göstərilənlərə əsasən qeyd edir: Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 16. Bu Qanunun tətbiqi ilə əlaqədar meydana çıxan mübahisələrə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq qaydada məhkəmədə baxılır. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilir. Qanunun 5-ci maddəsində təsbit edilmiş şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsində “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Yəni, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə zamanı iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu 19 sentyabr 1995-ci il tarixli, 1116 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında “Azərbaycan Respublikasının mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 9-cu maddələri aşağıdakı redaksiyada verilmişdir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı on gündən geç olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; .............. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Maddə 9. Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra bir ay ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququ barədə qeydiyyat vəsiqəsini tərtib edib onu mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Həmin orqan bu barədə əsaslandırılmış qərar çıxarır və qərarın surətini üç gün ərzində vətəndaşa verir, yaxud poçtla göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar”. Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin Azərbaycan Respublikası mənzil fondu Məcəlləsinin 32.1-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinin müddəaları baxımından şərh edilməsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən xahiş etmişdir. Sorğuda qeyd olunur ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli Plenumunun Qərarı: Göstərilən Qanunun 12-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Hazırki mübahisəyə münasibətdə dövlət “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu qəbul etməklə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ versə də, bu hüququn reallaşdırılması şərtlərini və qaydasını da dəqiq təsbit etmişdir. Bu zaman qanunverici özünün mülahizə səlahiyyətindən istifadə etməklə özəlləşdirmənin yalnız müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcudluğu halında həyata keçiriləcəyini müəyyən etmişdir. Göründüyü kimi , qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 56/1 saylı xx.xx.2022-ci il tarixli sərəncamında adları göstərilən 6 nəfər ailə üzvü - özü, arvadı, oğlu, qızı və 2 nəvəsindən ibarət olmuşdur. Belə ki, təqdim edilmiş sənədlərdəndə görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 136 saylı mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanılmasına etiraz etmədiklərinə dair Bakı şəhər 26 saylı notariat ofisinin notariusu tərəfindən X2 (arvadı), X3 (qızı) və X4 (oğlu) notarial qaydada təsdiq edilmiş razılıq ərizələri təqdim edilmişdir. Ailə üzvü olaraq qeyd edilmiş nəvəsi X9 və digər nəvəsi X5 3-cü şəxs kimi məhkəmə icraatına cəlb edilmiş və razılıq ərizələri məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə icraatı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etdiyi “8 saylı, xx.xx.1997-ci il tarixli orderdə mənzilin nömrəsi 136 qeyd edilsə də, 56/1 saylı sərəncamda isə mənzilin nömərsi 300 qeyd edilmişdir. Hüquqmüəyyənedici sənəddə mənzil 1 (bir) otaqlı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin 3 (üç) otaqlı olduğu və mənzildə rekonstruksiya işlərinin aparıldığı müəyyən edilmişdir. Mənzilin faktiki yaşayış sahəsi 35,9 kv.m, ümumi sahəsi isə 52,1 kv.m-dir.” imtina dəlili ilə bağlı olaraq məhkəmə aşağıda göstərilənlərə əsasən qeyd edir: İş materiallarından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi 3184/3187-ci məhəllədə yerləşən 300 nömrəli mənzildə xx.xx.1997-ci il tarixdən hal-hazırki vaxtadək yaşayırlar. Göründüyü kimi, iddiaçının qeyd edilən mənzilə dair hüquqları 2009-cu il tarixədək yaranmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Nəzərə alınmalıdır ki, istinad edilən maddədə qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın - hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Qanunvericiliyin tələbinə görə mənzillər özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Vətəndaş yaşadığı mənzili özəlləşdirmək barədə verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi əlavə etməlidir. İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri ərizəsinə əlavə etməklə cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu hər hansı səlahiyyətli orqan tərəfindən mübahisələndirilmədiyi halda, ona imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. 26 yanvar 1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin qeyd olunan tələblərində də, məhz, mənzilin mülkiyyət hüququ ilə qeydə alınması üçün əsas olan sənədlər sadalanmışdır. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən də görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. Məhkəmə hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda bəhs olunan müddəalarına əsasən iddiaçının mənzili özəlləşdirmək hüququ olmuşdur. Həmçinin cavabdehin verdiyi imtina məktubunda iddiaçının tələbinin təmin olunmaması üçün göstərilən əsas qeyd olunan Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək üçün nəzərdə tutulan əsaslar sırasında müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir) 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən 2006-cı il iyulun 6- dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Göründüyü kimi, hazırda mülkiyyət hüququnun qeydə alınması üçün hüquq müəyyənedici sənəd müvafiq icra hakimiyyətinin 56/1 nömrəli sərəncamıdır. Həmin sərəncamda sözügedən daşınmaz əmlakın nömrəsi 300 olaraq qeyd edilmiş və yaşayış sahəsi 36.49 kv.m olmaqla, sərəncama əlavə edilən eskiz layihəsində ümumi sahənin 51,75 kv.m olduğu göstərilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, sözügedən mənzildə rekonstruksiya işlərinin aparıldığına dair cavabdeh inzibat orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişidir. Qeyd edilə hal yalnız cavabdeh inzbati orqanın mütəxəssislərinin müayinə aktında qeyd edilmiş və həmin müayinə aktı da hər hansı sübuta söykənməmişidir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan çıxarışlardan da görünür ki, həmin binada yerləşən mənzillərə dair digər şəxslərə cavabdeh orqan tərəfindən eyni hüquq müəyyənedici sənədlər əsasında və həmin sənədlərdə göstərilən ölçülərdə mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirilərək müvafiq çıxarışlar verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul edilmişdir. Beləliklə də, iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipini pozmuşdur ki, bu da “İnzibati icraat haqqında” Qanunun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “inzibati praktika”ya ziddir. Belə olan halda məhkəmənin qənaətinə əsasən cavabdehin imtinası qanuna zidd qiymətləndirilməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə və “İnzibati icraat haqqında” Qanunun hamının qanun və inzibati orqan qarşısında bərabər olması, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə 12-ci maddəsinin tələbinə əməl etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı 1997-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsi 3184/3187-ci məhəllədə yerləşən, ümumi sahəsi 51,75 kv.m mənzildə qeydiyyatda olmaqla yaşadığından, həmin mənzilə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı və mənzil kirayəsi müqaviləsi mövcud olduğundan, həmçinin mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı ailə üzvləri razılıq verdiyindən sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi 3184/3187-ci məhəllədə yerləşən, ümumi sahəsi 51,75 kv.m, yaşayış sahəsi 36.49 kv.m olan 300 nömrəli mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair adına daşınmaz əmlakın dövlə reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi 3184/3187-ci məhəllədə yerləşən, ümumi sahəsi 51,75 kv.m, yaşayış sahəsi 36.49 kv.m olan 300 nömrəli mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair adına daşınmaz əmlakın dövlə reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev