Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-644/2022 25.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin təyin edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Tibbi Ərazi X4rşı iddiaçının 2012-ci il təvəlüdlü övladına əlillik və ya sağlamlıq imkanları məhdud şəxs statusunun verilməsi tələbini irəli sürərık iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının övladı – 18 iyun 2012-ci il tarixdə doğulmuş X15 “uşaq autizmi, Kanner sindromu” xəstəliyindən əziyyət çəkir. Uzun illər ərzində aparılan ambulator və dərman müalicəsinin faydası olmamışdır. 2018-ci ildə Ayan Hüseynovanın 6 yaşı tamam olanda onu sağlamlıq durumu ilə əlaqədar orta məktəbin birinci sinfinə qəbul etmək mümkün olmamışdır. Qanunvericiliyə görə xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan əqli və (və ya) psixi ləngimələri olan şəxsə sağlamlıq imkanları məhdud şəxs deyilir və onlara qanunvericilikdə müəyyən edilmiş müavinətlərin verilməsi nəzərdə tutulur. İddiaçı övladı Ayan Hüseynovanın əlilliyinin və ya sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün tələb olunan arayış və məlumatları toplamaq məqsədilə Lənkəran Şəhər Uşaq Poliklinikasına və müxtəlif səhiyyə müəssisələrinə çoxsaylı müraciətlər etsə də, bu günədək Ayan Hüseynovaya sağlamlıq imkanları məhdud şəxs statusu verilməmişdir. Belə ki, 2018-ci ildə Lənkəran Şəhər Uşaq Poliklinikasının rəhbərliyi poliklinikada uşağın xəstəliyinə dair həkim-mütəxəssisin olmadığını əsas gətirərək, müavinət təyin olunması üçün TSEK-ə göndəriş verməkdən imtina etmiş, poliklinikanda psixi sağlamlıq bölməsi mövcud olduğu halda onu Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına aparmağı tövsiyə etmişdir. Sonradan məlum olmuşdur ki, baş həkimin müavini Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasında uşaq şöbəsinin olmadığını bilə-bilə iddiaçını ora göndərmişdir. Uşağın 2018-ci ildə Lənkəran şəhər internat tipli Gimnaziya məktəbinə qəbul olunması ilə bağlı poliklinikanın nevropatoloqu 27 sentyabr 2018-cı il tarixli arayışda uşağa "yüngül ağıl zəifliyi" diaqnozunu qoymuşdur ki, bu da Poliklinikanın baş həkiminin sözlərinə görə əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi meyarlarına uyğun deyil. X13 sağlamlıq vəziyyəti faktiki olaraq dövlət təhsil standartlarına uyğun təlimi qeyri-mümkün edən əqli və ya psixi ləngimənin qanunvericiliklə müəyyən olunmuş dərəcə kateqoriyasına daxil edilməli idi. Qoyulan diaqnozdan fərqli olaraq, ondan cəmi bir həftə sonra, yəni 2 oktyabr 2018-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzində (tibb üzrə fəlsəfə doktoru tərəfindən) uşağa əlillik meyarlarına daha çox uyğun gələn diaqnoz qoyulmuşdur və iddiaçı həmin diaqnoza daha çox inandığıma görə hesab edir ki, Ayan Hüseynovanın əlilliyi və ya sağlamlıq imkanları məhdudluğu sonuncu diaqnoz əsasında müəyyən oluna bilərdi. Arayışda həmçinin Ayan Hüseynovanın poliklinikanın dispanser qeydiyyatında olduğu göstərilir. Lakin təkcə 2016-ci ilin noyabr ayında H.Əliyev Fondunun dəstəyi ilə keçirillmiş əmək təlimi və idman kursu nəzərə alınmasa, Ayan Hüseynova poliklinikanın həkimləri tərəfindən ümumiyyətlə heç bir müalicə almamış, uzun illər ərzində həkim nəzarətindən kənarda qalmış və onunla maraqlanan olmamışdır. Ayan Hüseynovanın sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması üçün iddiaçı 7 iyun 2018-ci il tarixdə Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına müraciət etmiş, xəstəxananın baş həkimi xəstəni qeydiyyata götürsə də, orada uşaq şöbəsinin olmaması üzündən onu stasionar müayinə və müalicəyə qəbul edə bilməyəcəyini bildirmiş, bundan ötrü uşağı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına ya da Psixi Sağlamlıq Mərkəzinə aparmaq lazım gəldiyini bildirmişdir. İddiaçı bu məqsədlə 2018-ci ildə iki dəfə – may və oktyabr aylarında Psixi Sağlamlıq Mərkəzinə göndərişlə müraciət etmiş, lakin X12 stasionar müalicəsi üçün imkan olmadığını bildirmişlər. Buna baxmayaraq, Ayan Hüseynova müayinə olunmuş və ona “Uşaq autizmi, Kanner sindromu F84.0, Orta kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları F71.1, Nitqi anlamaq qabiliyyətinin pozuntusu F80.2 diaqnozları” qoyulmuşdur. Psixi Sağlamlıq Mərkəzinin həkimi hazırda təsdiq edir ki, Ayan Hüseynovanın əlilliyinin və ya sağlamlıq imkanları məhdud şəxs kimi qiymətləndirilməsi üçün bu diaqnozlar yetərlidir. Lakin Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi və onun müavini bunun əksini deyir və bu səbəbdən iki ildən də artıq müddətdə xəstə uşaq barədə onlara təqdim olunmuş məlumatları Tibbi Sosial Ekspertiza və Reabilitasiya (TSER) alt sisteminə daxil etməmiş, bununla da uşaq mümkün dövlət təminatından məhrum olmuşdur. «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndində göstərilir ki, şəxsin son 12 ay ərzində fasilələrlə, ümumilikdə isə 6 aydan çox ambulator müalicədə olmasına baxmayaraq, əgər onun cəmiyyətə tam inteqrasiyasına mane olan psixi, əqli və ya hissiyyat pozuntuları varsa, bu tibbi-sosial ekspert müayinəsinə göndəriş üçün əsasdır. Bundan əlavə, şəxsdə əgər əqli pozuntular varsa, göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir. Uzun təkidlərdən sonra, nəhayət, 28 avqut 2020-ci il tarixdə Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən 3716003AACTQ saylı göndəriş TSER alt sisteminə daxil edilmişdir. Lakin Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) 7 sentyabr 2020-ci il tarixli qərarı ilə Ayan Hüseynovaya əlillik təyinatından imtina edilmiş, səbəbi isə belə göstərilmişdir ki, göndəriş natamam doldurulmuş, həkim-psixiatrın rəyi səthi yazılmışdır. Lakin göndərişi dolduran həkim-psixiatr imtinanın qərəzli xarakter daşıdığını, göndərişin lazımi şəkildə doldurulduğunu bildirərək demişdir ki, bununla əlaqədar şikayət verilə bilər. İddiaçı bununla bağlı haqsız hərəkətlərin müəyyən olunması məqsədilə 19 oktyabr 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlamış, lakin müraciətə mahiyyəti üzrə baxılmamışdır. Hələ 2015-ci ildə hərarəti qalxan X14 Şürük kənd Sahə Xəstəxanasına aparılmışdır. Həmin vaxt Xəstəxananın həkim-pediatrı 3 yaşlı körpəyə müəyyən iynələr tövsiyə etmişdur, güman olunur ki, həmin iynələrin mənfi təsirləri uşağın mərkəzi sinir sisteminin zədələnməsinə və ya digər fəsadlara səbəb olsun. Çünki məhz həmin iynələrdən sonra uşaqda ciddi davranış pozuntuları müşahidə olunmağa başlandı. Elə o vaxtdan da uşağın durumu pisləşmişdir. Uşağı sağaltmaq vəziyyəti ilə bağlı digər tibb müəssisələrinə, o cümlədən Lənkəran Şəhər Uşaq Poliklinikasına müraciətlər olunmuşdur. Lakin bu qurumlar da kömək etmədi. "Sahə həkim-pediatrın nümunəvi vəzifə Təlimatı"nda göstərilir ki, sahə həkimi-pediatrı ona təhkim edilmiş sahənin uşaq əhalisinə tibbi xidmət göstərir, uşaqların fiziki və əsəb-psixi inkişafına dinamik tibbi müşahidəni aparır, habelə evdə və ambulator şəraitdə diaqnostika və müalicə işini həyata keçirir. Bu baxımdan əgər Ayan Hüseynovada davranışın patoloji forması ilə müşayiət olunan ağıl zəifliyi və ya autizm var idisə, sahə həkimi və ya uşaq poliklinikasının həkimi bunu bilməli idi. Çünki ilk növbədə onlar uşaqlarda əqli və ya fiziki inkişafın gizli pozuntularını erkən aşkar etmək məqsədilə icbari dispanserizasiyanı həyata keçirir, tibbiprofilaktik müayinələrin nəticələrinə əsasən onları müvafiq sağlamlıq qrupuna daxil edir, dispanser müşahidəsinə götürür və xəstə üçün X17 açırlar. Lakin onlar Ayan Hüseynovaya münasibətdə bunların heç birini etməmiş və bununla da öz vəzifə öhdəliklərinin icrasında məsuliyyətsizliyə və səhlənkarlığa yol vermişlər. İddiaçı uşağın müalicəsini davam etdirmək məqsədilə 2016 – 2019-cu illər ərzində uşağı dəfələrlə ünvan 1 ünvanındakı Respublika Uşaq Nevroloji Xəstəxanasına aparmışdır. Burada da müsbəıt nəticə əldə olunmadı. Ayan Hüseynovanın ambulator müalicəsinə dair sənədlər toplanarkən məlum olmuşdur ki, X6 adına tibbi kartoçka açılmamış, xəstəlik tarixçəsi müəyyən edilməmişdir. Xəstəxananın baş həkimi məsələyə münasibətini "əlinizdə reseptlər var, arayışa ehtiyac yoxdur" şəklində ifadə edərək, uşaq autizmi xəstəliklərinin ümumiyyətlə onlara aidiyyəti olmadığını bildirmişdir. İddiaçı hesab edir ki, Respublika Uşaq Nevroloji Xəstəxanasının nevropatoloqu Lənkəran rayonu Kərgəlan kənd həkim məntəqəsinin sahə həkiminin, Şürük kənd sahə xəstəxanasının həkim-pediatrının, Lənkəran şəhər Uşaq Poliklinikasının baş həkim müavininin, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkiminin Ayan Hüseynovaya münasibətdə hərəkət və ya hərəkətsizliyinə hüquqi qiymət verilməli, bununla bağlı hüquqi əhəmiyyət kəsb edən digər faktlar araşdırılmalıdır. Ayan Hüseynovam orta məktəbin ibtidai təhsil pilləsinə qəbul etmək mümkün olmadığından o, 2019 –2020-ci tədris ilində Lənkəran rayonu H.Səfərov adına Kərgəlan kənd tam orta məktəbində təşkil olunmuş fərdi qrupda təhsilə cəlb edilmişdir. Lakin o, yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkir, hərəkətlərinə nəzarət edə bilmir və bu səbəbdən anası onunla sinifdə oturmağa məcburdur. Ayan Hüseynova 2018-ci ildə "Loqos" psixoloji tibbi yardım mərkəzinin Lənkəran filialında da bir müddət müalicə kursu keçmişdir. Bu barədə arayış üçün filiala müraciət etdikdə, onlar Bakıdan icazə tələb olunduğunu bildirmişlər. 2019-ci ilin sentyabr ayında iddiaçı Ayan Hüseynovanı müalicə üçün Lənkəran şəhərindəki "Medical Hospital" özəl tibb mərkəzinə aparmış, Mərkəzin həkimi onu müayinə etmiş və onda autizm, ciddi davranış pozuntuları və s. kimi xəstəlik simptomlarım müəyyən etmiş, lakin apardığı dərman müalicəsinin effekti olmamışdır. Bütün bunlar barədə müxtəlif qurumlara məktub yazılaraq tələb olunmuşdur ki, Ayan Hüseynovanın sağlamlıq imkanları məhdudluğu məsələsini nəzərdən keçirərkən problemin hərfi yox, mahiyyəti nəzərə alınmalıdır. «Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə»nin 3-cü maddəsinə görə Xidmətin Əsasnamə ilə müəyyən edilmiş vəzifələrindən biri də şəxsin psixi, əqli, və ya hissiyyat pozuntularının olmasını qiymətləndirməkdir. Lakin Agentliyin nəzdindəki TSEK Ayan Hüseynovanın sağlamlıq imkanlarını qiymətləndirərkən Psixi Sağlamlıq Mərkəzinin verdiyi rəyləri nəzərə almamaqla, bu tələbi pozmuşdur. Mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi uşaqlara keyfiyyətli tibbi yardımın göstərilməsini, eləcə də tibbi fəaliyyətlə məşğul olan müəssisə və təşkilatların uşaqlara göstərdiyi tibbi xidmətin keyfiyyətinə, həmin sahədə tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti təmin etməlidir. X18 münasibətdə bu, hiss olunmur. Belə ki, dəfələrlə müraciətlər olunmasına baxmayaraq, Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumlar, xüsusilə Lənkəran RPX Ayan Hüseynovanın sağlamlıq imkanlarının qiymətləndirilməsi işində heç bir yardım göstərməmişdir. Belə ki, 2018-ci ildə əziyyətlə uşaq iki dəfə – may və oktyabr aylarında Bakı şəhərindəki Psixi Sağlamlıq Mərkəzinə aparılmışdır. Burada da nətocə olmamışdır. Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanası HMK-nın sədri və üzvü bildirmişlər ki, stasionar müalicə haqqında epikriz olmayınca Ayan Hüseynovanın sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsi məsələsi açıq qalacaq. Halbuki, uşağın stasionar müalicəsi üçün nə Psixi Sağlamlıq Mərkəzində, nə Respublika X8, nə də digər bir yerdə imkan və şərait yaradılmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»də uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması üçün stasionar müalicə tələbini istisna edən aşağıdakı meyarlardan ən azı biri mövcud diaqnozlar əsasında bizim xəstəyə şamil oluna bilər və olunmalıdır: (3.1.3) davamlı nitq pozuntuları: alaliya, afaziyanın kompensasiya olunmayan forması, ağır formalı dizartriya (F80-F80.9,F98.5-F98.6); (3.1.6) dayanıqlı psixotik hallar (6 ay və daha artıq davam edən hallar) (F00-F98); (3.1.7) eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpan pozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm (F70-F79,F80-F80.9,F84- F84.9,F98.4-F98.9); (3.1.25) imbesillik və idiotiya dərəcəsində olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi, daun sindromu (F71-F72, F73,F79, Q90). Bundan başqa, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsinin yeni qaydasına görə şəxsdə əqli pozuntular aşkar edildikdə göndəriş üçün ambulator və ya stasionar müalicə müddəti tələb olunmur (AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar, maddə 1.5.2). Səhiyyə Nazirliyinin rəhbərliyinin hələ 2017-ci ilin may ayında KİV-ə açıqlamasında "Forma-088"in düzgün doldurulmadığı üçün geri qaytarılmasını bu sahədə çalışan tibb mütəxəssislərinin savadsızlığı ilə əlaqələndirmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkim-psixiatrı 3716003AACTQ saylı göndərişin xəstəliyə görə ambulator müraciətlər bölməsində ardıcıllığı pozaraq XBT 10 kodu üzrə əvvəlcə 5 mart 2020-ci il tarixdə, daha sonra 29 yanvar 2020-ci il tarixdə müraciət olunduğunu göstərmişdir. Bu hal araşdırılmalıdır. Nazirliyin həmin açıqlamasında əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikaları ilə yanaşı, ölkənin digər şəhər və rayon mərkəzi xəstəxanalarında, həmçinin ambulator şəraitdə həyata keçirilməsini məqsədəuyğun saymışdır. Həmçinin qeyd olunmuşdur ki, xəstələrin regionlardan Bakıya göndərilməsinin və süründürməçiliyin qarşısını almaq üçün onlar yaşadıqları yerdə müayinədən keçməli və göndəriş almalıdırlar. Beləliklə, yuxarıda göstərilən halların xronoloji ardıcıllıq üzrə təhlilindən belə nəticəyə gəlmək olar ki, iddiaçının övladı – Azərbaycan Respublikasının vətəndaşı, 18 iyun 2012-ci il tarixdə doğulmuş (AZE ******** nömrəli), Lənkəran rayon Kərgəlan kəndində yaşayan X10 əlil və ya sağlamlıq imkanları məhdud şəxs statusunun alınması ilə bağlı hüquqları ya Lənkəran Şəhər Uşaq Poliklinikasının baş həkim müavini, Respublika Uşaq Nevroloji Xəstəxanasının həkimi, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi və müavini tərəfindən, ya da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən pozulmuşdur. Yuxarıda adları sadalanan tibb işçilərinin təmsil etdikləri müəssisələr hazırda Cavabdeh1n tabeliyinə keçirildiyindən inzibati iddia predmeti də məhz bu hüquqi şəxsə qarşı yönəldilməlidir. Beləliklə, X11 əlilliyin verilməsindən imtina əsaslıdırsa birinci tərəf, əsassızdırsa ikinci tərəf məsuliyyət daşıyır. Bunu müəyyənləşdirmək isə artıq məhkəmənin səlahiyyətindədir. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarını, İPM-in 8-ci maddəsini və digər müvafiq qanunvericilik aktlarını rəhbər tutaraq, məhkəmədən xahiş edilir ki, X11 əlillik və ya sağlamlıq imkanları məhdud şəxs statusunun verilməsi barədə qərar qəbul olunsun. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Göndəriş adsızlaşdırıldığından və qiymətləndirmə şəxsin iştirakı olmadan aparıldığından onun kimə aid olması komisiyaya məlum olmur. Qaydanın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Lənkəran Ruhi-Əsəb Xəstəlikləri X1 aid 716003AACTQ saylı göndərişi 7 sentyabr 2020-ci il tarixdə şəxsin iştirakı olmadan təhlil olunarkən, həkim psixiatrın rəyi səthi yazıldığından sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirmək mümkün olmamış və natamam doldurulduğundan göndərişdə müvafiq qeyd aparılmaqla bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Səhiyyə müəssisə tərəfindən daxil olan göndəriş natamam olduğundan sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün deyil, Hazırkı işdə Ayan Hüseynovanın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması prosesi tamamlanmadığından ona sağlamlıq imkanlarının məhdudluğunun təyini istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol .erilməmiş, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Yuxarıda sadalanan səbəblərdən Ayan Hüseynova barəsində sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair yekun qərar qəbul edilmədiyindən hazırki iddia ərizəsi mümkün sayılmamalıdır. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Göstərilənləri nəzərə alaraq, iddiaçı iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı etiraza əlavədə aşağıdakılar bildirilir: - İddiaçının qızı X10 əlillik vəziyyətinə X3 28 avqust 2020-ci il tarixli 3716003AACTQ saylı göndərişi əsasında baxılmış və “X5: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F80-F89 - Psixoloji inkişaf pozğunluqları => F84 - Psixoloji inkişafın ümumi pozğunluğu => F84.0 - Uşaq autizmi; Diaqnozun mətni: F84.0 Uşaq autizmi, “Uşaq Autizmi. Kanner sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Həkim psixiatrın rəyi səthi yazılıb” səbəbi ilə imtina verilmişdir. Bundan sonra, Ayan Hüseynova 8 iyul 2021-ci il tarixdə əyani müayinə olunmuş, aparılmış müayinənin nəticəsinə görə səhiyyə müəssisəsinin 3716003AACTQ saylı göndərişində qeyd edilmiş diaqnozun əsasını tapdığı qənaətinə gəlinmişdir. Beləliklə, diaqnoz əlillik təyininə əsas verir. Göründüyü kimi, iddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia “sağlamlıq imkanları məhdud şəxs statusunun verilməsi” hissəsində və cavabdeh Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə münasibətdə mümkün sayılmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlməmiş, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın əsassız olduğunu bildirdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunmalıdır ki, iddia ərizəsində tələb «əlillik statusunun verilməsi» kimi verilsə də, bu, mahiyyətcə «əlilliyin təyin edilməsi»ni ehtiva etdiyindən, məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini rəhbər tutaraq, iddianı «əlilliyin təyin edilməsi» kimi irəli sürülmüş sayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur; Əsasnamənin 3.1-ci bəndinə görə uşaqların sağlamlıq imkanlarının məhdudluğu aşağıdakı hallarda müəyyən edilir: (3.1.3) davamlı nitq pozuntuları: alaliya, afaziyanın kompensasiya olunmayan forması, ağır formalı dizartriya (F80-F80.9,F98.5-F98.6), (3.1.6) dayanıqlı psixotik hallar (6 ay və daha artıq davam edən hallar) (F00-F98), (3.1.7) eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpanpozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm (F70-F79,F80-F80.9,F84-F84.9,F98.4-F98.9), (3.1.25) imbesillik və idiotiya dərəcəsində olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi, daun sindromu (F71-F72, F73,F79, Q90). Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçının 2012-ci il təvəllüdlü övladı X11 əlillik təyin edilməsi məqsədilə onun müayinəsi üzrə müvafiq tibb müəssisəsinin göndərişinin səthi (natamam) doldurulması səbəbi ilə adıçəkilən şəxsə əlillik təyin edilməmişdir. Qeyd olunmalıdır ki, normatov-hüquqi aktların tələblərinə görə şəxsin müayinəsi üzrə adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi-Sosial Ekspert Komissiyasına göndərilir. Hazırkı məhkəmə icraatın dövründə cavabdehin tabeliyində olan yerli struktur bölmələrinin mütəxəssisləri tərəfindən Ayan Hüseynovanın müayinəsinin nəticələri ona əlillik təyin olunmasına münasibətdə müsbət olsa da (cavabdehin bildirdiyinə görə), bu hal üzrə xüsusatar aidiyyəti tibb müəssisəsinin müvafiq göndərişində tələb olunan səviyyədə və tam şəkildə əks olunmadığından, məhkəmənin qənaətinə görə cavabdehin hərəkətləri qanuna zidd qiymətləndirilə bilməz. Lakin nəzərə alınmalıdır ki, hazırkı iş üzrə məhkəmə icraatında müvafiq tibb müəssisəsinin göndərişi üzrə iddiaçının övladı Ayan Hüseynovanın əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraatda qanunvericiliyin tələblərinbin poulubpozulmaması halları araşdırılır. Adıçəkilən şəxsin müayinəsinin nəticələri üzrə tam doldurulmaqla yeni göndərişin tərtib olunaraq gələcəkdə tibb müəssisəsi tərəfindən cavabdehinzibati orqana göndərilməsi ilə bağlı Ayan Hüseynovanın əlilliyinin təyin olunması məsələsinə yenidən baxılması üzrə inzibati orqanda ayrıca inzibati icraat aparıla bilər. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı iddiası əsaslı sayılmamalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-644/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-644/2022
25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver