Məhkəmə qərarları › İş №2-1(112)-6441/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6441/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6441/2021 19.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X2, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X4) qarşı mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi və üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X4) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi B27, mənzil 2 ünvanına mülkiyyət hüquqlarının qeydiyyata alınması və həmin idarə tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, o cümlədən X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, 08.08.2019-cu il tarixli qeydiyyatın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4651/2020 saylı qərardadına əsasən iş üzrə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4651/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli 2- 1(103)-1947/2020-ci Qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4651/2020 nömrəli qərardadının ləğv edilməsi, müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2021-ci il tarixli 2-1(102)-713/2021-ci Qərardadı ilə üçüncü şəxs X2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli 2-1(103)-1947/2020-ci Qərardadından verdiyi kassasiyanın mümkün sayılmaması, kassasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. İş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra iddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 19 avqust 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclası iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddianın mümkünlüyü məsələsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qannsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya 08 may 2021-ci il tarixli məktub ünvanlkanaraq hazırkı iddia tələbinin inzibati icraat qaydasında baxılmasının mümkün olmadığı izah edilmiş, eyni zamanda mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı əvvəlcə inzibati orqana müraciət edilməsi və cavabdeh inzibati orqan tərəfindən ərizənizin təmin edilməsindən imtina edilməsinə dair müvafiq sübutları təqdim etməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən müvafiq addım atılmamışdır. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göründüyü kimi, iddiaçının tələbi Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, ev 27, mənzil 2 ünvanda yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması və həmin mənzilin mülkiyyətçisinin adına aparılmış qeydin ləğv edilməsindən ibarətdir. Məhkəmə işin araşdırılan halları ilə iddianın bir neçə əsasa görə mümkünlük şərtlərinə cavab vermədiyi qənaətinə gəlmişdir. Belə ki, Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən onun qeyd olunan ünvana hüquqlarının qeyd alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi və inzibati orqan tərəfindən müraciətinin təmin edilməsindən imtina edilməsi iş materialları ilə müəyyən edilmir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Göründüyü kimi iddiaçı tərəfindən müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilmədiyindən, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməyindən iddia tələbinin qeyd olunan hissədə mümkünlük şərtləri mövcud deyil. İddianın digər mümkünlük şərtlərinə cavab vermədiyini şərtləndirən hal ondan ibarətdir ki, iddiaçı tələbində Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi B27, mənzil 2 ünvanına dair 3-cü şəxs X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, 08.08.2019-cu il tarixli qeydiyyatın ləğv edilməsini tələb etməklə yanaşı, eyni zamanda sözügedən ünvana özünün hüquqlarının qeydə alınmasını tələb etməkdədir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbləri mübahisə predmeti üzrə eyni olsa da, lakin eyni faktiki və hüquqi əsaslara söykənməməklə fərqli tələblərdən ibarətdir və birgə icraatda baxılmanın şərtlərinə cavab vermir. Eyni zamanda məhkəmə qeyd edir ki, 3-cü şəxsin mülkiyyət hüquqlarının qeydə alındığı çıxarışın qüvvədə olduğu təqdirdə iddiaçının eyni ünvana dair özünün mülkiyyət hüquqlarının qeydə alınması barədə olan hüquqlarını istisna edir. Məhkəmə iddia tələbinin digər hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarının tələbi baxımından əmlak hüquqları ilə bağlı mübahisələrdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi müvafiq qeydiyyatın ləğv edilməsindən ibarət olsa da, lakin mübahisənin kökündə mülki münasibətlər durmaqdadır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ləğv olunması tələb edilən ********** nömrəli, 08.08.2019-cu il tarixli çıxarışın verilməsinə əsas olmuş sənədlər cavabdehdən tələb edilmiş və həmin sənədlərdən müəyyən edilir ki, qeyd olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın əsasında Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, bina 27, mənzil 2, giriş 2 ünvanında yerləşən 68,36 kv.metr olan 2 otaqdan ibarət mənzilin "xxxx" MTK tərəfindən X1 dayanır. İddiaçı tələbinin əsası olaraq onunla "xxxx" MTK arasında bağlanan 03/MK saylı, 16 dekabr 2016-cı il tarixli müqaviləyə istinad edir. Həmin müqavilənin 1.2-ci bəndindən görünür ki, İddiaçı müvəqqəti olaraq məskunlaşdığı Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 27 ünvanında yerləşən ümumi sahəsi 44,5 kv.metr olan 15 saylı mənzili yeni “Park Bayıl” yaşayış kompleksinin tikintisi məqsədilə “kooperativ”ə təhvil vermiş, “kooperativ” isə sözügedən mənzilin əvəzinə həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 66,55 kv.metr olan təmirli mənzili İddiaçı müvəqqəti yaşaması üçün təhvil verməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bütün göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbləri bir hissədə inzibati mübahisəni (publik hüquq sahəsini) təşkil edən mübahisə ilə bağlı deyildir, mülki xarakterli iddia tələbi olmaqla cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə ümumi məhkəmədə baxılmalı olduğundan, digər hissədə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulması müəyyən edilmədiyindən, o cümlədən qeyd olunan müxtəlif tələblərin birgə icraatda baxılmanın şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalı, iddiaçıya yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X4) qarşı mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi və üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət vrə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar