Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6446/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “bildirişin əsassız hesab edilərək gömrük rəsmiləşdirilməsinin keçirilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə inzibati işin materiallarına məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 28 yanvar 2023-cü il tarixli **********4315 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2023-cü il tarixli “gömrük dəyərinə düzəlişlər edilməsi üçün” GDD********** saylı bildirişin əsassız hesab edilməsi və cavabdehin üzərinə həmin gömrük bəyannaməsi üzrə tərəflərindən ölkəyə gətirilmiş malların buraxılması və rüsum və vergisi ödənilmiş həmin malların idxalı üçün müvafiq gömrük proseduru üzrə rəsmiləşdirilmək vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC olaraq uzun illərdir ki, Azərbaycan daxili bazarı üçün akkumlyatorlar idxal edərək satışı ilə məşğul olur və dövlət büdcəsinə hər il külli miqdarda vergilər ödəyir. Cavabdehə 28 yanvar 2023-cü il tarixli **********4315 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edərək, elektrik akkumlyatorları idxal etmək istərkən xx.xx.2023-cü il tarixli “gömrük dəyərinə düzəlişlər edilməsi üçün” GDD********** saylı bildiriş cavabdeh tərəfindən verilərək gömrük auditi nəticəsində həmin sorğunun “Gömrük tarifi” haqqında AR Qanununun 14-cü maddəsinə uyğun olmadığı müəyyən edildiyi bildirilmiş, 96387,23 manat məbləğində malın gömrük dəyərində uyğunsuzluq olması göstərilmişdir. Həmin sorğu və bəyannamə ilə cəmi bəyan etdikləri mal məbləği 82277,47 manat (gömrük dəyəri) olmuş, cavabdeh isə artıq 9 ay əvvəl eyni mallarla bağlı bəyan etdikləri məbləğdə, yəni 82277,47 manatlıq malı 96387,23 manat məbləğində bəyan etməklərini tələb etmiş, halbuki həmin malları aldıqları Rusiya şirkətindən davamlı olaraq müqavilə üzrə mallar gələcəkdir və faktura dəyərindən fərlqi tələb edilən məbləğdə bəyan edilməsi müflisləşmə deməkdir, belə ki arada qalan fərqdən ödənilməli vergilər qazanc məbləğini də aşmaqla ziyana düşməklərinə səbəb olacaqdır. 28 yanvar 2023-cü il tarixli **********4315 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük rüsumları tam olaraq tərəflərindən ödənilmişdir (ödəniş sənədi əlavə edilir). Vergilər də depozit hesabından silinmişdir. Hazırda gömrükdə olan depozit hesabında 87.000 manat pul vardır. Halbuki, 27 dekabr 2022-ci il tarixli 774-VİQD saylı “Azərbaycan Respublikası Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” AR Qanununa əsasən həmin Məcəlləyə 163.6-cı maddə əlavə edilmişdir. Nəzərə alaraq ki, 163.6-cı maddənin tələblərinə əsasən depozitdə təminat məbləği olaraq 87.000 pulları vardır, gömrük ödənişləri bəyannamə üzrə tam olaraq ödənilmiş və cavabdeh tərəfindən mallar bəyannaməçiyə ziyan dəyməməsi üçün buraxılmalıdır, cavabdeh hər gün malların yükləndiyi maşınlarda saxlamaqla və malları təhvil almaqlarına şərait yaratmamaqla əsassız uyğunsuzluq səbəbilə hüquqlarını pozur və məhkəmə müdafiə hüquqlarının yaranmasına səbəb olmuşdur. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin iddia tələbinə dair yazılı münasibətləri (etirazı) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş “Kommersiya hüquqi şəxslərinin Dövlət qeydiyyatı haqqında” şəhadətnamənin və Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə (VÖEN **********) hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin hüquqi ünvanı ünvan 1.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 8.1.2, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “bildirişin əsassız hesab edilərək gömrük rəsmiləşdirilməsinin keçirilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair 2-1(112)-6446/2023 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6446/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6446/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver