Məhkəmə qərarları › İş №2-1(112)-6447/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6447/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6447/2021 18.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ödəmənin verilməsindən imtinası barədə xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və imtina nəticəsində almadığı birdəfəlik ödəmənin ödənilməsi” tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 12 saylı Ərazi X2rşı “sonuncunun xx.xx.2021-ci il tarixli **********9 saylı imtinasının qanunsuz hesab edilməsi və 2020-ci ilin aprel ayından bu günə kimi aylıq 190 manat birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbini irəli sürmüşdür. Şəki İnzibati Məhkəməsinin 2-1(112)-553/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbi dəqiqləşdirərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin burdəfəlik ödəmənin verilməsindən imtina barədə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və imtina nəticəsində almadığı birdəfəlik ödəmənin ödənilməsi” variantında icraata qəbul edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birdəfəlik ödəmənin verilməsindən imtina barədə qərarının ləğv edilməsi və imtina nəticəsində 2020-ci il tarixli qərarına əsasən dünyada yayılmış koronovirus (COVİD- 19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronovirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel 2020ci il tarixədək saat 00:00-dək xüsusi karantin rejimi elan edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 30 mart 2020-ci il tarixli qərarına əsasən Koronovirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyəti 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Ona görə də pandemiya şəraitini nəzərə alaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün işsiz şəxslərə (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Karantin rejimi uzadıldıqca da həmin 190 manat müavinətin verilməsi davam etdirilmişdir. Lakin iddiaçı dəfələrlə həmin 190 manat müavinətin alınması ilə bağlı elektron qaydada müraciət etsə də, sms-lə cavab verilmişdir ki, həyat yoldaşı pensiya aldığı üçün ona həmin müavinətin verilməsindən imtina edilir. İddiaçı bununla bağlı cavabdehə ərizə ilə müraciət edərək bildirmişdir ki, X8 ilə olan nikahına 2002-ci il tarixdə xitam verilmiş və həmin nikahın pozulması 03 iyul 2002-ci il tarixdə Şəki VVADQ şöbəsi tərəfindən qeydiyyata alınaraq ona AZ-İ № 016172 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bunu təsdiq edən sənədlər də cavabdeh inzibati orqana təqdim edilmişdir. Lakin AR ƏƏSMN-nin tabeliyində X5 12 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı 22 yanvar 2021-ci il tarixli **********9 saylı məktubla həmin müavinətin verilməsindən imtina edildiyini bildirmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Əmrahova X3 (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəməni almaq üçün xx.xx.2020-ci il tarixdə “Məşğulluq” Alt Sistemində işaxtaran (işi və qazancı olmayan) vətəndaş kimi onlayn qeydiyyata alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “Təhlil” Alt Sistemindən əldə edilmiş məlumata əsasən vətəndaş İddiaçı həyat yoldaşı pensiya aldığı üçün 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Lakin göründüyü kimi cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Şəki İnzibati Məhkəməsinin 2-1(112)-553/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmışdır. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilmişdir ki, iddia əsassız olduğundan aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə, buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2.3.2-ci bəndinə əsasən, əmək pensiyaçılarına birdəfəlik ödənişin verilməsi istisna olunmaqdadır. Həmin Qaydanın 2.3.10-cu maddəsinə əsasən isə, yənə həmin Qaydanın 2.3.1- 2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən səxslərin əri və ya arvadı olanlara 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina üçün əsasdır. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı Nazirliklərinin, habelə, digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı iddia ərizəsində işsiz kimi qeydiyyata alındığını vurğulasa belə, iddiaçı xx.xx.2020-ci il tarixdə MAS-da işaxtaran kimi qeydiyyatdan keçmişdir və hələ də işsiz statusu təsdiqlənməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat birdəfəlik ödəmə işsiz kimi qeydiyyatda olan və ya xx.xx.2020-ci il tarixədək MAS-da qeydiyyatdan keçərək işsiz statusu təsdiqlənən şəxslərə şamil edilir. Habelə, İddiaçı barəsində birdəfəlik ödənişlə bağlı təyinat məsələsinin həlli məqsədi elektron informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmış, bunun nəticəsində iddiaçının evli olduğu və onun əri X6 (FİN: 2PSTKA5) pensiya aldığı müəyyən edilmişdir. Beləliklə, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslər kateqoriyasına aid olmaması, habelə ərinin pensiya alması səbəblərindən həmin Qaydaya uyğun birdəfəlik ödəməni almaq hüququ yaranmamış və ona birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı pandemiya dövründə 190 manat birdəfəlik ödəmə məbləğinin tutulmasına dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilənlərə uygun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin (MEİS) “Məşğulluq” altsistemindən (MAS-da) portaldan çıxarışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə işaxtaran kimi dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 12 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********9 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Əmrahova X4 (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəməni almaq üçün xx.xx.2020-ci il tarixdə “Məşğulluq” Alt Sistemində işaxtaran (işi və qazancı olmayan) vətəndaş kimi onlayn qeydiyyata alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “Təhlil” Alt Sistemindən əldə edilmiş məlumatlara əsasən vətəndaş İddiaçı həyat yoldaşı pensiya aldığı üçün 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. - Şəki şəhəri VVADQ şöbəsi tərəfindən 25 avqust 2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı 016172 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X8 və X9 arasında bağlanmış nikah xx.xx.2002-ci il tarixdə ləğv edilmişdir. - İddiaçıya məxsus fərdi məşğulluq vərəqindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə işaxtaran kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın: 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 aprel tarixli 149 nömrəli Qərarı ilə Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli qərarına dəyişiklik edilmiş və 2-1-ci hissə əlavə edilmişdir. Həmin əlavəyə görə birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir; 5.12-ci maddəsinə əsasən aşağıdakı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir: 5.12.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxslərə aid edilənlər; 5.12.2. 15 yaşına çatmayanlar; 5.12.3. təhsil müəssisəsində əyani təhsil alanlar; 5.12.4. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər; 5.12.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən, habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 (altı) ay müddətində. İşin hallarından göründüyü kimi iddiaçı X9 ilə X8 arasında bağlanmış nikah xx.xx.2002-ci il tarixdə ləğv edildiyi üçün cavabdehin guya iddiaçının ərinin pensiya almasına istinad edərək ona birdəfəlik ödəmənin verilməsindən imtinası qanunsuz və əsassız olmuşdur. Lakin digər əsasa gəldikdə isə məlum olur ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işaxtaran kimi qeydiyyata alınmış, ona X1 Sisteminin “Məşğulluq” altsistemində işsiz statusu verilməmişdir. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 2.2-ci bəndi nəzərə alınmış və buna görə də əsaslı şəkildə iddiaçıya həmin ödəmənin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar