Məhkəmə qərarları › İş №2-1(112)-6448/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6448/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6448/2022 11.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun müəssisənin şəxsi vərəqəsinən silinməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müəssisəyə hesablanmış 39861 manat borcun müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Firması aidiyyəti üzrə vergi orqanlarında mənfəət vergisinin ödəyicisi kimi qeydiyyata alınmış və cəmiyyətin adına müvafiq olaraq VÖEN: ********** və müvafiq mənfəət vergisi bildirişi verilmişdir. Müəssisə fəaliyyətə başladığı dövrdən vergi ödəyicisi kimi öhdəliyimizdə yaranmış vergiləri vicdanla, tam və zamanında ödəyərək fəaliyyət göstərilib və dövlət büdcəsinə borc olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müəssisəyə mütəmadi olaraq borc bildirişləri göndərərək ona 39.861 manat (otuz doqquz min səkkiz yüz atmış bir manat ) sosial sığorta və vergilər borcları hesablanmışdır. Vergi öhdəlikləri və hesabatları vaxtında mütəmadi verilmiş, ödənişləri dövlət büdcəsinə köçürülmüşdür. Vergi yoxlamaları aparılan müddətlərdə müəssisə tərəfindən yoxlamaların şəffaf aparılması məqsədi ilə lazım olan bütün mühasibat sənədləri, müəssisənin gəlir və xərclərinin, mədaxil məbləğlərini göstərən sənədlər, qaiməfakturalar, müqavilələr, razılaşma protokolları, təhvil-təslim aktları təqdim edilmişdir. Mühasibat sənədləri həmişə Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə aparılmışdır. Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabatlar müəssisə tərəfindən vergi orqanına vaxtaşırı təqdim edilmişdir. Bütün yuxarıda göstərilənlərə baxmayaraq vergi orqanı tərəfindən vaxtı keçmiş və əsassız hesablanmış sosial sığorta və vergilərə görə borc bildirişləri göndərilmiş, müəssisənin fəaliyyətini iflic vəziyyətinə salmışdır. Hesablarına sərəncam qoyulmuş və hətta müəssisənin əmlakını belə siyahıya alaraq hərracda satılması barədə qərar çıxarmışlar, məhkəməyə müraciət etmişlər. Göstərdiyi vergi və sosial sığorta borcunun haradan yaranması bizə məlum deyildir, həmçinin bu məbləğlər müəssisənin real fəaliyyət göstəricilərinə də uyğun gəlmir, çox hissəsi isə şəxsi hesab vərəqəsində faizlər qrafasındadır. Hesablamalar aparılarkən müəssisənin iş rejimi, əmək tutumu, pandemiya dövrünün tələblərinnən irəli gələn səbəblər belə nəzərə alınmamışlar, bu da sonda qeyriqanuni vergilərin hesablanmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 93.2-ci maddəsində qeyd olunur ki, diğər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada şilinə bilər. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xəərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Göründüyü kimi vergi qanunvericiliyinə görə vergi ödəyicisinin gəlir və xərclərinə dair məbləğlər müvafiq qaydada sənədləşdirildikdən sonra həm mühasibatlıq, həm də vergi uçotunda əks oluna bilər. Ciddi hesabat bankları, müqavilələr, təhvil-təslim aktları və digər maliyyə sənədləri ilə təsdiq olunan gəlir və xərc məbləğləri vergi qanunvericiliyi tərəfindən qəbul olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli qərarına əsasən, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Azərbaycan Respublikası Konstitusiyasını 59 və 73-cü maddələrinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək tək başına və ya başqaları ilə birgə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər və heç kim qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcsmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0, 54.0.1, 54.0.2, maddələrinə görə vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmaması, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması halları olduqda şəxs vergi qanunvericiliyinin pozulmasma görə məsuliyyətə cəlb edilə bilməz. Həmin məcəllənin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktiki təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasının aradan qaldırılması halları olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Hazırda vergi orqanını bu cür qanunsuz hərəlcətlərinə görə heç bir fəaliyyət göstərə bilmir və bunun nəticəsində müəssisəyə xeyli miqdarda ziyan dəyir. Bağlanmış müqavilələr qarşılıq tərəflərdən pozula bilər ki, bu da müəssisən iflic vəziyyətə sala bilər.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin - fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarı). Belə ki, mülki qanunvericilik normalarının inzibati münasibətlərə tətbiq edilməsini istisna edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələblərinə zidd olaraq formalaşmış məhkəmə təcrübəsi həmin Məcəllənin iddia müddəti ilə bağlı 373.2, 373.3, 527.1, 550, 551.2.1, 553.1 və 554.2-ci maddələrinin məcburi dövlət sosial sığorta haqları üzrə yaranan borc münasibətlərinə tətbiq edilməsinə və bu əsasla borcların silinməsinə yol verirdi. Qeyd olunan təcrübə ilə razılaşmayan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh olunmasını xahiş etmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 24 aprel 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsini şərh etmişdir (xx.xx.2019-cu il tarixdə "Respublikası” qəzetində dərc olunaraq həmin tarixdən qüvvəyə minmişdir). Həmin qərarda əks olunmuş mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəalarının tətbiq edilməsi istisna olunmuşdur. Başqa sözlə, mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər hansı müddətlə məhdudlaşmır. Müvafiq qanunvericiliyə əsasən, yaşa görə, əlilliyə və ailə başçısını itirməyə görə pensiya, pensiya kapitalı və sosial sığorta stajı əsasında formalaşır. Pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının və pensiya kapitalının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsasında formalaşdığını nəzərə alaraq, iddia müddətinin ötməsini əsas gətirərək sığortaedənin borclarının silinməsi sığortaolunanın pensiya təminatından məhrum olmasına səbəb olmuşdur. Konstitusiya Məhkəməsi yuxarıda göstərilən Qərarı ilə məsələyə aydınlıq gətirmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Qərarında göstərir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunuin 1-ci maddəsinə əsasən sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən sosial sığortanın prinsipləri aşağıdakılardır: sosial sığortanın müntəzəmliyinə dövlət təminatı; sosial sığortanın ümumiliyi; sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi; sosial sığorta subyektlərinin hüquq bərabərliyi; dövlət sosial sığortasının məcburiliyi; məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması. Həmin Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmçinin qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzindd tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Həmin Məcəllənin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. Əlavə olaraq, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsaslardan biridə iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı cəmiyyətə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcun şəxsi vərəqədən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilir.

4. Sığortaedən İddiaçı Firmasının (SUN: **********2; VÖEN: **********) məcburi dövlət sosial sığorta haqları üzrə borcunun yaranma səbəbləri barədə məlumatların təqdim edilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən bildirilmişdir ki, müraciətdə qeyd edilən sığortaedənin məcburi dövlət sosial sığorta haqları üzrə borcunun yaranma səbəbləri barədə məlumatlar qoşmadakı cədvəldə öz əksini tapmışdır. İddiaçı firmasının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinə kimi hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları barədə məlumat cədvəlinə əsasən dövrün sonuna olan borc 11123,96 manat təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur.

5. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarxdə təqdim edilmişdir.

6. 10.03.2022-ci il tarixə çap olunmuş şəxsi vərəqəyə əsasən iddiaçının sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən, məcburi dövlət sosial sığorta haqqı üzrə qalıq borcu xx.xx.2022-ci il tarixə 16752,18 manat, penya borcu 4856,87 manat, işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxs kimi məcburi dövlət sosial sığorta haqqı üzrə borcu xx.xx.2020-ci il tarixə 12693,79 manat, penya borcu 4834,02 manatdır.

7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

8. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

9. İddia tələbi borcun silinməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına aiddir.

10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Məhkəmə qeyd edir ki, iddiaya yazılı etirazda qeyd edilən dəlillər iddiaya mahiyyəti üzrə qiymət verilməsi üçün əsasdır.

12. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir.

14. Həmin qərarda ifadə ediln hüquqi mövqeyə əsasən: ...Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Bununla belə qanunverici “əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa” müddəasını Mülki Məcəllənin 2.5-ci maddəsində ifadə edərkən, ümumi (publik) hüquq münasibətlərində mülki qanunvericiliyin tətbiqini tam istisna etməmişdir. Bu, yalnız qanunvericinin birbaşa göstərişinin olduğu halda mümkündür. Məsələn, Vergi Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir...

15. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunuin 1-ci maddəsinə əsasən sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən sosial sığortanın prinsipləri aşağıdakılardır: sosial sığortanın müntəzəmliyinə dövlət təminatı; sosial sığortanın ümumiliyi; sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi; sosial sığorta subyektlərinin hüquq bərabərliyi; dövlət sosial sığortasının məcburiliyi; məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması. Həmin Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

16. "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

17. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzindd tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Həmin Məcəllənin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir.

18. Beləliklə, məhkəmə qeyd edir ki, yaşa görə, əlilliyə və ailə başçısını itirməyə görə pensiya, pensiya kapitalı və sosial sığorta stajı əsasında formalaşır. Pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının və pensiya kapitalının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsasında formalaşdığını nəzərə alaraq, iddia müddətinin ötməsini əsas gətirərək sığortaedənin borclarının silinməsi sığortaolunanın pensiya təminatından məhrum olmasına səbəb ola bilər.

19. İddiaçı hüquqi şəxsin şəxsi hesab vərəqəsinə əsasən silinməsi tələb olunan məcburi dövlət sosial sığorta haqqı üzrə borc (o cümlədən penya) xx.xx.2006-cı il tarixdən hesablanmaqla yaranmışdır.

20. Odur ki, mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər hansı müddətlə məhdudlaşmır. Qeyd edilənlərə əsasən iddiaçının qanunla qorunan hüquqları pozulmadığından iddia tələbi təmin edilməməlidir.

21. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar