Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6450/2025 04.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə və Bakı Baş X11 İdarəsinə qarşı “inzibati xəta haqqında protokollar ödənilmədiyi üçün iddiaçının mülkiyyətində olan “Mercedes Benz E250 CDİ” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərarın qəbul edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli EQ/22232640 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 22559482 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 22640797 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 22667401 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 22667662 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 22678018 nömrəli, xx.xx.2024-cü il tarixli EQ22728749 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23427022 nömrəli, xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X4 və X2 adına tərtib olunmuş inzibati xəta haqqında protokollar ödənilmədiyi üçün onun mülkiyyətində olan “Mercedes Benz E250 CDİ” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Baş X11 tərəfindən qoyulmuş həbsin götürülməsinə dair qərarın qəbul edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, “Mercedes Benz” markalı “E 250 CDİ” modelli, **- EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan X5 və X4 ilə müəyyən pul müqabilində müqavilə bağlamaqla, onlara avtomobilin idarə edilməsi üçün etibarnamə verməklə icarəyə vermişdim. Həmin şəxslər avtomobili idarə etdikləri müddətdə “X10” Qanununun müxtəlif tələblərini pozub, barələrində elektron protokollar tərtib edilmişdir. İddiaçının onlarla şifahi razılaşmasına və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yol hərəkət qaydalarını pozan şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti özü daşıyır. Lakin istər Baş X11 İdarəsi, istərsə də Bakı Baş Polis İdarəsi onun yalnız müştəri kimi tanıdığı, halhazırda heç bir münasibəti olmadığı şəxslərin törətdiyi inzibati xətalara görə, mülkiyyətində olan avtomobilin üzərinə həbs qoymuşdur. İddiaçı bu barədə dəfələrlə adıçəkilən dövlət qurumlarına müraciət etməsinə baxmayaraq ona rəsmi olaraq cavab verməkdən imtina edilir, şikayətinə baxılmır. Hesab edir ki, bu qanunsuzdur. Belə ki, onun mülkiyyətində olan avtomobilin həbsdə olmasının bu şəxslər üçün heç bir marağı yoxdur. Ona görə də, onun şikayətinə baxılmalıdır. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli hüquqi yardım məktubu göndərilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, hazırkı işə baxılması inzibati məhkəmənin səlahiyyətinə aid olmadığından, iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək səlahiyyətinə malikdir. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, inzibati xəta ilə bağlı yaranan hüquq münasibətinə əsaslanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İnzibati xətalar haqqında iş üzrə qərardan, orqanın hərəkətlərindən və digər aktlardan şikayət verilməsi hüququ və qaydası İnzibati Xətalar Məcəlləsinin (“İXM”) 128 və 129-cu maddələri ilə tənzimlənir. Eyni zamanda barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətlər üzrə məhkəmə icraatı İXMdə müəyyən edilmiş qaydada həyata keçirilir. İddia ərizəsindən də göründüyü kimi, tələb inzibati hüquqi deyil, inzibati xəta xarakteri daşımaqdadır. İddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan, yuxarıda göstərilənlərə münasibət bildirməsi üçün iddiaçıya müddət təyin edilmişdir. Məhkəmənin yardım məktubu iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə qəbzə imza edilməklə qəbul edilmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, inzibati xətaya dair icraat çərçivəsində həll edilməlidir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin xarakteri nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İnzibati xətalar haqqında iş üzrə qərardan, orqanın hərəkətlərindən və digər aktlardan şikayət verilməsi hüququ və qaydası İnzibati Xətalar Məcəlləsinin (“İXM”) 128 və 129-cu maddələri ilə tənzimlənir. Eyni zamanda barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətlər üzrə məhkəmə icraatı İXM-də müəyyən edilmiş qaydada həyata keçirilir. İddia ərizəsindən də göründüyü kimi, tələb cavabdehin ümumi (publik) hüquq sahəsindəki qərarı, hərəkəti və ya hərəkətsizliyi, qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi ilə bağlı deyildir. İddia tələbi cavabdehlərin həyara keçirmiş olduğu inzibati xəta üzrə fəaliyyətə əsaslanmaqdadır. Tələb inzibati hüquqi deyil, inzibati xəta xarakteri daşımaqdadır. İddiaçı faktiki olaraq inzibati xətaya dair protokol və qərarlar əsasında həyata keçirilən fəaliyyətin nəticələrinin aradan qaldırılmasına yönəlmiş tələblə məhkəməyə müraciət etmişdir, hüquqi marağı bu nəticələrin aradan qaldırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İddiaçıya məhkəmə tərəfindən yazılı qaydada hüquqi yardım məktubu göndərilməklə qanunvericiliyin tələbləri izah edilmiş, məktubda göstərilənlərə yazılı şəkildə münasibət bildirməsi təklif edilmiş, İPM-in 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadlarının şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə biləcəyi diqətinə çatdırılmaqla dinlənilmə hüququ təmin olunmuşdur. İddiaçı tərəfindən məhkəmənin yardım məktubuna münasibət bildirilməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə və Bakı Baş X11 İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli EQ/22232640 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 22559482 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 22640797 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 22667401 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 22667662 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 22678018 nömrəli, xx.xx.2024-cü il tarixli EQ22728749 nömrəli, xx.xx.2024-cü il tarixli EQ/23427022 nömrəli, xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X4 və X2 adına tərtib olunmuş inzibati xəta haqqında protokollar ödənilmədiyi üçün iddiaçının mülkiyyətində olan “Mercedes Benz E250 CDİ” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə cavabdehlər tərəfindən qoyulmuş həbsin götürülməsinə dair qərarın qəbul edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2-1(112)-6450/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6450/2025
04.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver