Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6457/2024 01.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkii Vəkil Südeyib oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hüququnun yarandığı 19 noyabr 2023-cü il tarixdən 60 yaşdan əmək cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1963-cü il təvəllüdlüdür, 19 noyabr 2023-cü ildə 60 yaşı tamam olmuş, onun 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdehə bununla bağlı müraciət etsə də, təmin edilməmişdir. İmtinada qeyd edilmişdir ki, güzəştli iş stajı 12 il 06 aydan az (4 il 3 gün (xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.2012-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı cavabdeh tərəfin imtinasını qanunsuz və əsassız hesab edir. Çünki 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də güzəştli iş stajı var. Cavabdeh tərəfindən ümumi əmək stajı deyil, güzəştli iş stajı mübahisələndirilir. Belə ki, onun güzəştli iş stajı aşağıdakılardan ibarətdir: xx.xx.1990-cı ildən-xx.xx.1991-ci ilə kimi X13 donanmasının istifadəsində olan “Neftqaz- 19” gəmisində 1-ci dərəcəli motorçu peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahıs”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” nömrəli kodda göstərilmişdir. xx.xx.2005-ci ildən xx.xx.2012-ci ilədək SOCAR-ın Geofizika və Geologiya İdarəsində maşinist, çilingər, qazma qurğusunun motorçusu vəzifələrində işləmişdir- 7 il 7 ay 5 gün; Siyahıda 1.3 nömrəli kodda göstərilmişdir. xx.xx.2012-ci ildən-xx.xx.2014-cü ilədək SOCAR-ın “Sahil” Qazma işləri İdarəsində və “Abşeron” Qazma işləri İdarəsində qazma qurğusunun motorçusu peşəsində işləmişdir-01 il, 05 ay. Siyahıda 10.1 nömrəli kodda göstərilmişdir. xx.xx.2016-cı idən hal-hazıradək SOCAR-ın “X10” trestində qazma avadanlıqlarına və daxiliyanma mühərriklərinə xidmət sahəsində və mexanika avadanlığına xidmət sahəsində təmirçi-çilingər peşəsində işləyir- 08 ildən artıqdır. Siyahıda 10.1 nömrəli kodda göstərilmişdir. Oxşar mübahisələrin həlli üzrə məhkəmə təcrübəsində qazma avadanlıqlarına və daxiliyanma mühərriklərinə xidmət sahəsində və mexanika avadanlığına xidmət sahəsində təmirçi-çilingər peşəsi məhkəmələr tərəfindən güzəştli iş stajı hesab edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(105)-553/2022 nömrəli qərarı ilə müəyyən etmişdir ki, mexanika avadanlığına xidmət sahəsində işləyən təmirçi çilingərin əmək fəaliyyətinə həm də qazma avadanlıqları, daxili yanma mühərriklərinin özül və buruqlarda təmir edilməsi də aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin” Siyahısından görünür ki, iddiaçının işlədiyi bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çiligər peşəsi Siyahının 10-cu bölmənin 10.1ci bəndinə uyğun gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2-1(102)-954/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(105)-553/2022 nömrəli qərarını qüvvədə saxlamışdır. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyasından Ali Məhkəmə həmin qərarının 29-cu bəndində qeyd edir ki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispazisiya şərtlərinin, o cümlədən də iddiaçının işlədiyi peşənin güzəştli pensiya hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş peşəyə uyğunluğunun müəyyən olunması üçün iddiaçının iş yerindən təmirçi-çilingərin “Vəzifə standartı” və izahlı arayış tələb olunmuş, həmin peşə üzrə görülən işlərin, həmin peşəyə aid əmək funksiyalarının məzmunu və xarakteri araşdırılmış və bundan sonra peşələrin uyğunluğuna qiymət verilmişdir. Belə ki, ARDNŞ tərəfindən sorğuya cavab olaraq təqdim olunmuş arayışa əlavə edilən mexanika avadanlığına xidmət sahəsində işləyən təmirçiçilingər “Vəzifə standartı”ndan görünür ki, həmin vəzifədə çalışan şəxsin həyata keçirdiyi fəaliyyətlər sırasında 3-cü bənddə “Qazma avadanlıqları, daxiliyanma müərriklərinin özül və buruqlarda təmir edilməsi, quyuağzı avadanlığın (preventor və kəmər başlıqları) quraşdırılması” fəaliyyəti də nəzərdə tutulmuşdur və “Özül və buruqlarda aparılan bütün təmir işlərinin yerinə yetirilməsi” funksiyası da müvafiq olaraq onun əmək funksiyasına aid edilmişdir. Beləliklə, məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, mexanika avadanlığına xidmət sahəsində işləyən təmirçi-çilingərin əmək funksiyalarına həm də qazma avadanlıqlarının, daxiliyanma mühərriklərinin özül və buruqlarda təmir edilməsi də aiddir. İddiaçı bildirir ki, əmək kitabçasının, hərbi biletinin və 112 nömrəli Bakı Texniki Peşə Məktəbinin təsdiq edilmiş diplomunun surətlərinə əsasən ümumi sığorta stajı 25 ildən və güzəştli iş stajı isə 12 il 06 aydan çoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı F.X8 müraciət edərkən aşağıda qeyd olunmuş 3 müəssisədən iş stajı ilə bağlı 4 arayış təqdim etmişdir: "xxxx" QSC-nin X13 Donanması, ARDNŞ-in Geofizika və Geologiya idarəsi, ARDNŞ-in “X10” tresti. Həmin arayışlarda qeyd edilən məlumatlara və Mərkəzi Filialın imtina məktubuna əsasən İddiaçı güzəştli iş stajı 4 il 3 gün təşkil edir. Qeyd edilən staja xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2014-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrlər daxildir. ARDNŞ-in Geofizika və Geologiya idarəsinin xx.xx.2023cü il tarixli 14-2-4/2-İ-9-42/2023-94 nömrəli arayışında iddiaçının işlədiyi vəzifələrin (1) qazma qurğusunun maşinisti; (2) çilingər; və (3) qazma qurğusunun motorçusu olduğu bildirilmişdir. Həmin sənəddə qeyd olunmuşdur ki, iddiaçının çalışdığı vəzifələrdə işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 1.3-cü bəndində (Geologiya kəşfiyyat işləri (yerüstü)) göstərilən işçilərlə eyni əmək funksiyasını yerinə yetirirlər. Həmin bənddə qeyd edilən aşağıdakı işçilər güzəştli pensiya hüququna malikdirlər: ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış islərində çalışan işçilər. Buna baxmayaraq, sözügedən müəssisənin arayışında iddiaçının çöl iş şəraitində işlədiyi vəzifələr üzrə iş stajı haqqında məlumatlar, yəni çöl iş günlərinin sayı göstərilməmişdir. Bu səbəbdən həmin dövrü İddiaçı güzəştli iş stajına daxil etmək mümkün deyil. Belə ki, çöl işlərində işləyən işçilərin güzəştli iş stajı məhz çöl işlərindəki faktiki günlərinə münasibətdə tənzimlənir. Siyahının 1.3-cü bəndindən də görünür ki, çöl işlərində müvafiq sahələrdə çalışmış işçilərin güzəştli şərtlərlə pensiya hüququ vardır. Bir qayda olaraq, belə işçilərin vəzifələri təkcə çöl işlərindən ibarət olmadığına görə həmin sahələr üzrə fəaliyyət göstərən işəgötürənlər tərəfindən işçilərin çöl günlərinin hesabatı aparılır. Həmçinin İddiaçı iddia ərizəsində xx.xx.2016-cı il tarixdən hal-hazıradək ARDNŞin “X10” trestində təmirçi-çilingər işlədiyini və həmin dövrün də güzəştli iş stajı hesab olunduğunu bildirsə də, qeyd edilənlərlə bağlı işəgötürənin arayışı Mərkəzi Filiala müraciət zamanı təqdim edilməmiş və Mərkəzi Filial bu məsələyə münasibətini bildirmək imkanına malik olmamışdır. Mövcud icraat materiallarına əsasən İddiaçı güzəştli iş stajı qanunvericiliklə tələb olunan 12 il 6 aydan azdır və “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə pensiya təyinatına imkan verməmişdir. Bu səbəbdən Mərkəzi Filialın imtinası qanunauyğundur. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bldirilmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.2016-cı il tarixdən hal-hazıradək ARDNŞ-in “X10” trestində təmirçi-çilingər işlədiyini və həmin dövrün də güzəştli iş stajı hesab olunduğunu bildirsə də, qeyd edilənlərlə bağlı işəgötürənin arayışı Mərkəzi Filiala müraciət zamanı təqdim edilməmiş və Mərkəzi Filial bu məsələyə münasibətini bildirmək imkanına malik olmamışdır. İddiaçıya güzəştli iş arayışının təqdim edilməməsi hazırkı iş üzrə cavabdehin məsuliyyət sferasına aid məsələ deyildir. Bu halda iddiaçı tərəfindən işlədiyi müəssisənin arayışı cavabdehə təqdim edilmədən pensiya təyin edən orqanlara qarşı qaldırılmış iddialar təmin oluna bilməz. İş materiallarından görünür ki, məhkəmə prosesinin gedişində iddiaçının xx.xx.2016-cı il tarixdən hal-hazıradək ARDNŞ-in “X10” trestində işlədiyi vəzifələrin güzəştli iş stajı hesab edilib-edilməməsi ilə əlaqədar məlumatların təqdim edilməsi məqsədilə cavabdeh inzibati orqan tərəfindən həmin müəssisəyə sorğu göndərilmiş, lakin müəssisə iddiaçıya təqdim etdiyi güzəştli iş arayışında qeyd olunan xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2014-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrlərə münasibət bildirmişdir. Bildirilir ki, sorğuya cavabda qeyd olunan dövrlər cavabdeh tərəfindən güzəştli iş stajına daxil edilmişdir. Həmçinin məhkəmənin diqqətinə çatdırılır ki, iş materiallarına da əlavə edilən və iddiaçının vəkili və nümayəndəsi tərəfindən müəssisəyə təqdim edilən sorğuya xx.xx.2024-cü il tarixli 14-2-15/2-94/2024 nömrəli cavab məktubuna əsasən iddiaçının xx.xx.2016-cı il tarixdən hal-hazıradək ARDNŞ-in “X10” trestində işlədiyi vəzifəyə münasibətdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun nəzərdə tutulmadığı göstərilmişdir. Beləliklə, işin istinad olunan hallarından görünür ki, iddiaçının işlədiyi müəssisə tərəfindən xx.xx.2016-cı il tarixdən hal-hazıradək olan dövrə münasibətdə güzəştli iş arayışı təqdim edilmədiyindən müvafiq dövrlər cavabdeh tərəfindən onun güzəştli iş stajına daxil edilməmişdir. Belə olan halda isə aydın olur ki, nə qədər ki, həmin güzəştli iş arayışı təqdim edilmədiyindən iddiaçının qeyd edilən dövr üzrə nə qədər güzəştli iş stajının olması barədə məlumat mövcud deyil və buna uyğun olaraq cavabdeh iddiaçının həmin dövr üzrə nə qədər güzəştli iş stajının olmasına münasibət bildirmək imkanına malik deyil, cavabdehin pensiya təyinatı məsələsini araşdırarkən həmin dövrləri güzəştli iş stajı kimi nəzərə almaq öhdəliyi də yaranmır. Çünki hazırkı iş üzrə cavabdeh iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə işləyib-işləməməsinə, həmçinin iddiaçının işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərinə dair arayış təqdim edilməsinə deyil, əmək pensiyasının təyin edilməsinə münasibətdə cavabdehlik daşıyır. Yəni cavabdeh inzibati orqanın iddiaçıya güzəştli is arayışı verilib-verilməməsi məsələsinə müdaxilə etmək səlahiyyəti yoxdur. Beləliklə, göstərilənlərə əsasən hesab edirik ki, cavabdehin imtinası əsaslı olduğundan və hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından, iddianın təmin edilməsi üçün əsas yoxdur...Bundan əlavə, iddiaçının işlədiyi müəssisə hazırda fəaliyyət göstərdiyindən məhkəmə sadəcə vəzifə təlimatlarını əldə etməklə güzəştli şərtlərlə pensiya hüququ verən funksional vəzifənin eyniliyini müəyyən edə bilməz. Odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubunda da qeyd olunduğu kimi Siyahıya əlavə edilmiş sahələrdə çalışanların gördüyü işlər əmək şəraitinin xüsusilə zərərli və ağır olması ilə bağlı heç bir şübhə doğurmamalıdır. Əks halda sadəcə vəzifənin adına əsaslanmaqla hər hansı iş dövrünün güzəştli staja daxil edilməsi yuxarıda istinad olunan hüquq normalarının qəbul edilmə məqsədinin nəzərə alınmaması ilə nəticələnə bilər. Qeyd edilən hal həm də bərabərsizliyə səbəb ola bilər....Bundan əlavə, ARDNŞ-in Geofizika və Geologiya idarəsinin xx.xx.2023-cü il tarixli 14-2-4/2-İ-9-42/2023-94 nömrəli arayışında qeyd edilən dövrlər cavabdeh tərəfindən güzəştli iş stajına daxil edilməmişdir. Lakin bildirilir ki, həmin dövrlər güzəştli is stajına daxil edilərsə belə, yenə də tələb olunan 12 il 6 ay müddətdən az olacaqdır. Göstərilənlərə əsasən cavabdeh tələbin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Şəxsiyyət vəsiqəsindəki məlumatlardan görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -xx.xx.1989-cu il tarixli Б№ 244972 №li diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə 112 nömrəli orta texniki-peşə məktəbinə daxil olmuş, xx.xx.1989-cu ildə “Traktor-avtomobil və kənd təsərrüfatı maşınlarının təmiri üzrə çilingər” peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. -НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. -19 noyabr 1985-ci il tarixdən doldurulmağa başlanan ИТ-İ № ******* nömrəli əmək kitabçasının iddiaçının iş yeri tərəfindən təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1988-ci il tarixədək “Araz” Kolxozunun üzvü olmuşdur. xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə tarixədək Bakı İnşaat Məktəbində çilingər peşəsi üzrə təhsil almışdır. xx.xx.1989-cu ildən xx.xx.1990-cı il tarixədək Bakı Dənizçilik məktəbində təhsil almış, xx.xx.1990-cı ildən xx.xx.1991-ci il tarixədək “KNF” 1-ci dərəcəli motorçu, xx.xx.1991-ci ildən xx.xx.1998-ci il tarixədək Avtotransport sexində 4-cü, 5-ci, 6-cı dərəcəli avtomobil çilingəri, xx.xx.1998-ci ildən xx.xx.1998-ci il tarxədək Suraxanı MİS-də çilingər, xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək benzin doldurma məntəqəsində xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “Azneft” İB-nin X4 Kəşfiyyat və Topoqrafiya İdarəsində qazma qurğusunun maşınisti, 5-ci dərəcəli qazmaya xidmət edən çiligər, 5-ci dərəcəli qazma qurğusunun motorçusu, xx.xx.2012-ci ildən xx.xx.2012-ci il tarixədək 6 saylı buruğda 5-ci dərəcəli qazma qurğusunun motoçusu, xx.xx.2012-ci ildən xx.xx.2014-cü il tarixədək X10 trestinin X11 idarəsinin 6 saylı buruğunda 5-ci dərəcəli qazma qazma-qurğu şistin motorçusu, xx.xx.2014-cü ildən xx.xx.2024-cü il tarixə olan qeydə əsasən Qaradağ Kalmaz istehalat bölümündə 5-ci dərəcəli qazma qurğusunun motorçsu, logistika bölümü, qazma avadanlıqlarına və daxili yanma mühərriklərinə xidmət sahəsində 5-ci dərəcəli təmirçi çilingər vəzifələrində işləmişdir. -ARDNŞ X10 Tresti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən SOCAR, “X10" trestinin bölümlərində işləmişdir. “X10” tresti üzrə: xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Qaradağ, Qalmaz İstehsalat bölümündə qazma qurğusunun motorçusu peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən (10.1. Qazma:a ) fəhlələr) yaşa görə güzəştli şərtlərlə təqaüd hüquqi verən əmək stajı 2 il, 18 gündür. Əsas: əmək kitabçası, T-2 şəxsi vərəqəsi. -ARDNŞ Geofizika və geologiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən X6 və topoqrafiya İdarəsinin (indiki X5 İstehsalat Bölümü) arxiv sənədlərində onun qazma qurğusunun maşinisti, çilingər, qazma qurğusunun motorçusu peşəsində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.2005-ci il tarixli 9-k saylı əmrə əsasən X6 və topoqrafiya İdarəsinin kəşfiyyat partiyasına 5-ci dərəcəli qazma qurğusunun maşinisti vəzifəsinə işə qəbul olunub. xx.xx.2009-cu il tarixli 39-k saylı əmrə əsasən çilingər, xx.xx.2010-cu il tarixli 95-k saylı əmrə əsasən qazma qurğusunun motorçusu peşəsinə keçirilib. İşdən azad olma: xx.xx.2012-ci il tarixli 200-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilib. Cəmi iş stajı: xx.xx.2005-ci tarixindən xx.xx.2012-ci il tarixinə qədər 7 il 7 ay 5 gündür. Cəmi güzəştli iş stajı: 7 il 7 ay 5 gün. İddiaçı çalışdığı qazma qurğusunun maşinisti, çilingər, qazma qurğusunun motorçusu peşəsində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 - ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısfnda 1.3. kodundakı Geologiya kəşfiyyat işləri (yerüstü) - ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiyageodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər ilə eyni əmək funksiyasını yerinə yetirir. Adlandırma: SSRİ Neftqazsənayesi Nazirliyinin xx.xx.1988-ci il tarixli, 220 saylı əmrinə əsasən "Xəzərdənizneftqazsənaye" İstehsalat Birliyi ləğv olunub və "Xəzərdənizneftqaz" İstehsalat Birliyi yaradılmışdır (əmr İstehsalat Birliyi 148 xx.xx.1988). X3 X7 (əmr № 229 xx.xx.1989-cu il) əsasında X9 Kəşfiyyat İdarəsi təşkil edilmişdir. ( əmr № 179 xx.xx.1989-cu il).“ Quruda və 'Dənizdə Neft və Qazçıxarma” İstehsalat Birlikləri birləşdirilmiş və onların bazasında “Azneft” İstehsalat Birliyi yaradılıb. ( Azərbaycan Respublikası Dövlət Neft şirkətinin 25 saylı əmri xx.xx.2003cü il). “X1” və “ X9 Kəşfiyyat İdarəsi” birləşdirilib onların bazasında “ X6 və Topoqrafiya İdarəsi (KGKTİ) yaradılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 64 nömrəli əmrinə əsasən KGKTİ hüquqi şəxs statusuna malik olmayan qurum kimi Geofizika və Geologiya idarəsinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” 10 avqust 2012-ci il tarixli 104 nömrəli əmrinə əsasən X6 və Topoqrafiya İdarəsi ləğv edilmiş, X5 Ekspedisiyası yaradılmışdır. Geofizika və geologiya İdarəsinin (GGİ) tabeliyində olan X5 Ekspedisiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli 13-1000-01-SM-05-000033 saylı əmri ilə X5 İstehsalat Bölümü adlandırılmışdır. -X10 Tresti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən “Sahil” Qazma İşləri İdarəsində və “Abşeron 11” Qazma İşləri İdarəsində işləmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X10" tresti yaradılmışdır, “Sahil11 Qazma İşləri İdarəsi və X11 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13- 1000/01/SM-05-000034 saylı əmrinə əsasən “X10” trestinin “Sahil11 Qazma İşləri İdarəsi ləğv olunaraq “Bulla, 8 Mart, Ümid11 İstehsalat bölümü kimi, “Abşeron11 Qazma İşləri İdarəsi ləğv olunaraq "Abşeron” İstehsalat bölümü kimi fəaliyyət göstərmişdirlər. “X1011 trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında" xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid11 İstehsalat bölümləri hal-hazırda “Sahil” İstehsalat bölümü kimi, “Siyəzən”, "Qaradağ-Qalmaz”, "Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron” İstehsalat bölümü kimi fəaliyyət göstərirlər. İddiaçı xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək 6 saylı buruğa 5-ci dərəcəli qazma qurğusunun motorcusu peşəsinə işə qəbul edilib. Əmr nömə 267/k, xx.xx.2012-ci il; xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək “ Abşeron” Qazma İşləri İdarəsində 6 saylı buruğa 5-ci dərəcəli qazma qurğusunun motorcusu peşəsinə işə qəbul edilib. Əmr nömə 431/k, xx.xx.2012-ci il. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən 10.1 a) qazma qurğusunun motorçuları peşəsi 01 il, 05 ay güzəştli iş stajı təşkil edir. -"xxxx" QSC X13 Donanması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1990-cı il tarixində X13 Donanmasının istifadəsində olan “Nefteqaz-19” gəmisinə 1-ci dərəcəli motorçu peşəsinə (xx.xx.1990-cı il tarixli 144-r/s nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1991-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) (xx.xx.1991-ci il tarixli 35-r/s nömrəli əmr) işdən azad edilmişdir. Onun tutduğu vəzifə üzən heyətə, eləcə də işlədiyi gəmi Donanmanın istifadəsində olan gəmiyə aiddir. Bu gəmi liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.,2007-ci il tarixli 12 nömrəli qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr siyahısına aid edilir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 06 ay 16 gün təşkil edir. Əsas: şəxsi vərəqə T/2, kadr əmrləri, ştat cədvəli, “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X13 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X13 Donanmasının yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü iddiaçının cavabdeh inzibati orqana 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaçıya xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2014-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan olan əmək fəaliyyətini dövrlərini nəzərə almaqla iddiaçıya ümumilikdə 04 il 03 gün güzəştli staj hesablamış və iddiaçının qanunvericilikdə tələb olunan (12 il, 6 ay) güzəştli stajı mövcud olmadığı qənətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması, ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2023-cü il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajı ilə bağlıdır və cavabdeh iddiaçının aşağıdakı əmək fəaliyyətini güzəştli iş stajına daxil etmir:
1. SOCAR-ın Geofizika və geologiya idarəsində xx.xx.2005-ci ildən xx.xx.2012-ci ilədək (7 il, 7 ay, 5 gün) qazma qurğusunun maşinisti, çilingər, qazma qurğusunun motorçusu vəzifələrində işlədiyi dövr. Bu dövrə dair cavabdehin dəlili belədir ki, işəgötürən tərəfindən tərtib edilmiş arayışda iddiaçının çalışdığı vəzifələrdə işləyənlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 1.3-cü bəndində nəzərdə tutulmuş “Geologiya kəşfiyyat işləri (yerüstü)” yarımbəndində göstərilən işçilərlə eyni əmək funksiyasını yerinə yetirdiyi göstərilsə də, iddiaçının çöl iş günlərinin sayı göstərilməmişdir. Belə ki, çöl işlərində işləyən işçilərin güzəştli iş stajı məhz çöl işlərindəki faktiki günlərinə münasibətdə tənzimlənir. Məhkəmə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, sözügedən Siyahının 1.3cü bəndində (Geologiya kəşfiyyat işləri (yerüstü)) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilərin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ tutulmuşdur. Göründüyü kimi qanunvericilikdə istinad olunan yarımbənddəki işlər konkret bir vəzifə ilə səciyyələndirilməmiş, yalnız görülən işlərin xarakteri müəyyənləşdirilməklə bu işlərin günlərlə və ya hər hansı müddətlə hesablanmasına dair müddəa nəzərdə tutulmamışdır. Başqa sözlə, qanunverici güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq etməklə kifayətlənərək işçinin həmin fəaliyyət sahəsi üzrə məşğul şəxs kimi çalışdığı ümumi dövrü nəzərə alır. Sadəcə Siyahının 1.3-cü yarımbəndinə görə görülən işlər mahiyyətcə yerüstündə geologiya kəşfiyyat işləri ilə bağlı olmalı və çöl şəraitində kəşfiyyat, axtarış, gofizika və sairə məqsədi daşımalıdır. Qeyd olunan işlərin isə iddiaçının işlədiyi qazma qurğusunun maşınisti, çilingər, qazma qurğusunun motorçusu kimi yerinə yetirilməsini istisna edən hal yoxdur. Belə olan halda, məhkəmə cavabdehin dəlilini əsaslı saymır və hesab edir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışla iddiaçının işlədiyi vəzifələrin güzəştli staj verən vəzifə olduğu öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir.
2. İddiaçının SOCAR “X10” trestində xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək (5 il, 2 ay, 12 gün) Qazma avadanlıqlarına və daxiliyanma mühərriklərinə xidmət sahəsində 5-ci dərəcəli təmirçi-çilingər və xx.xx.2021-ci il tarixdən pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixədək (2 il, 6 ay, 16 gün) mexanika avadanlığına xidmət sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsində işlədiyi dövr. Cavabdehin dəlilinə görə, iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrü ilə bağlı işəgötürən tərəfindən güzəştli arayış təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı müəsissə tərəfindən verilmiş sorğu cavablarında həmin vəzifənin güzəştli pensiya hüququ verən vəzifələr ollmadığı bildirilmişdir. Bu halın araşdırılması isə pensiya qurumunun məsuliyyət sferasına aid deyil. Məhkəmə cavabdehin qeyd olunan dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə razılaşır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış təqdim edilməlidir. Hansı ki bu arayış iddiaçının həmin arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, onun işlədiyi sahələrin, peşələrin və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğunun müəyyən edilməsinə xidmət etməlidir. Lakin oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən o da nəzərə alınmalıdır ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmalı və nəzərə almalıdır. Bu xüsusat inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, həmçinin maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtinanın yolverilməzliyi inzibati icraat haqqında qanunvericiliyin tələblərindən də irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). İş materiallarında olan SOCAR “X10 tresti”nin xx.xx.2024-cü il tarixli arayışında bildirilmişdir ki, iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək (halhazıradək) işlədiyi peşə üzrə (qazma avadanlıqlarına və daxiliyanma mühərriklərinə xidmət sahəsində və mexanika avadanlığına xidmət sahəsində təmirçi-çilingər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarında güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndan:
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları. buruqlara xidmət üzrə çilingərlər, bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər. İş materiallarında olan vəkil sorğusuna cavab olaraq “X10 tresti” tərəfindən iddiaçının işlədiyi təmirçi-çilingər peşəsinin funksiyaları üzrə vəzifə standartından görünür ki, mexanika avadanlığına xidmət sahəsində işləyən təmirçi-çilingərin icra etdiyi fəaliyyətlərin sırasının 3-cü bəndində “Qazma avadanlıqları, daxiliyanma mühərriklərinin özül və buruqlarda təmir edilməsi, quyuağzı avadanlığın (preventor və kəmər başlıqları) quraşdırılması, buruqda qazma avadanlığının quraşdırma işlərinin yerinə yetirilməsi, buruqda qazma avadanlığının sökülməsi işlərinin yetirilməsi” fəaliyyəti də aid edilmişdir. Göründüyü kimi, mexanika avadanlığına xidmət sahəsində işləyən təmirçi çilingərin əmək fəaliyyətinə həm də qazma avadanlıqları, daxiliyanma mühərriklərinin özül və buruqlarda təmir edilməsi də aiddir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının “X10 tresti” Trestində işlədiyi bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10.1-ci bəndindəki peşələrə uyğun gəlir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 954/2023 saylı, xx.xx.2023-cü il tarixli oxşar mübahisə ilə bağlı qəbul edilmiş qərarında “X10 tresti” Trestində mexanika avadanlığına xidmət sahəsində işləyən təmirçi-çilingər vəzifəsi icra etdiyi işlər baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10.1-ci bəndindəki peşələrə uyğun hesab edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının sözügedən Trestdə xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2023-cü il tarixədək mexanika avadanlığına xidmət sahəsində təmirçi-çilingər vəzifəsində işlədiyi müddət, yəni 2 il, 6 ay, 16 gün güzəştli şərtlərlə əmək pensiyası hüququ verən stajına daxil edilməlidir. Belə olan halda iddiaçının cavabdeh tərəfindən güzəştli iş stajı üzrə mübahisələndirilməyən 4 il, 03 gün stajı ilə onun SOCAR-ın Geofizika və geologiya idarəsindəki 7 il, 7 ay, 5 gün (xx.xx.2005-ci ildən xx.xx.2012-ci ilədək qazma qurğusunun maşinisti, çilingər, qazma qurğusunun motorçusu vəzifəsində) və “X10” Trestindəki 2 il, 6 ay, 16 gün (xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2023-cü il tarixədək mexanika avadanlığına xidmət sahəsində təmirçi-çilingər vəzifəsində) əmək fəaliyyəti dövrü toplandıqda 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranmış olur (14 il, 1 ay, 24 gün). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya xx.xx.2023cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov