Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-646/2020 13.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X4 Eminzadənin katibliyi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “onların ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair”iddiası üzrə işə 13 mart 2020-ci il tarixdə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 3axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, yaşadığı ünvana qeydiyyata düşməyinə köməklik götərilməsini xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onların ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2019cu il tarixli, 2-1(81)-5030/2019 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, sonradan həmin iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. Bakı İnzibati Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2-1(112)-646/2020 qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “onların ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair”iddiası “İddiaçı2 yaşayış yeri üzrə ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair” hissədə mümkün sayılmamışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 həyat yoldaşı və oğlu 2010-cu ildən ünvan 1 ünvanında qeydiyyatdadırlar. İddiaçı və gəlini nəvələri ilə birlikdə faktiki olaraq həmin ünvanda yaşayırlar. İddiaçı1 2016-cı ildən etibarən mühafizəçi vəzifəsində işləyir. İddiaçı yuxarıda qeyd edilmiş ünvana qeydiyyata alınması barədə Bakı şəhəri Cavabdehnə dəfələrlə müraciət etmiş, lakin o, sözügedən ünvana qeydiyyata alına bilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və cavabdehin imtinasını əsassız sayaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri Cavabdehndən məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda məhkəmə iclasına onların nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz edilmədiyi bildirilmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli, 059-44418A nömrəli cavab məktubundan məlum oldugu kimi İddiaçı1 müraciətinə baxılaraq bildirilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onun, İddiaçı2 və X2 ünvan 1 ünvanına qeydiyyata alınması üçün RPİ-nin QMB-nə müraciət edilməlidir. Qanunvericlikdə qeyd edilən sənədlərdən hər hansı biri təqdim edilmədikdə sözügedən ünvana qeydiyyata alınması qanunamüvafiq deyildir. Sonda məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olması göstərilmişdir; - xx.xx.2017-ci il tarixdə Kürdəmir RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1967-ci il tarixdə Kürdəmir rayonu, Xırdapay kəndində doğulmuş İddiaçı1 yaşayış yeri üzrə Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatdadır; - xx.xx.2018-ci il tarixdə Kürdəmir RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonu, Şahsevən kəndində doğulmuş İddiaçı2 yaşayış yeri üzrə Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatdadır; - ünvan 1 ünvanında yaşayan vətəndaşın qeydiyyatı üçün ev kitabında (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş) həmin ünvanda qeydiyyatda olan şəxslər kimi X3 və X1 adları qeyd edilmişdi; - X3 adından notarial qaydada tərtib edilmiş ərizədə İddiaçı2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə etirazının olmadığı göstərilmişdir; - X1 adından notarial qaydada tərtib edilmiş ərizədə İddiaçı2 və İddiaçı1 ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə etirazının olmadığı göstərilmişdir. İşin faktiki hallarından və tədqiq edilən sənədlərdən məlum olur ki, İddiaçı1 gəlini İddiaçı2 və nəvəsi X5 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İddiaçı ünvan 1 ünvanına onun, həmçinin gəlini İddiaçı2 və nəvəsi X2 qeydiyyata alınması barədə Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin ərizəsinə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edə bilmədiyi üçün ona imtina edilmişdir. Məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə,yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində «fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır» anlamında «yaşayış yeri» dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qanunvericilikdə qeyd edilən əsaslarla «yaşadığı yer» başa düşülməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Məhkəmə hesab edir ki, iddiaçının gəlini İddiaçı2 və nəvəsi X5 ilə birlikdə yaşayış yeri üzrə qeydiyyata alınmaq istədiyi ünvan 1 ünvanında yerləşən evə dair onun və yaxud digər müvafiq şəxslərin (arvadının və sairə) əmlak hüquqlarının mövcudluğunu təsdiq edən hər hansı hüquqi sənədi nə cavabdeh orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, hazırki vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “onun gəlini İddiaçı2 və nəvəsi X5 ilə birlikdə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair” iddiası əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “onların ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair”iddiası “İddiaçı1 ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi” hissəsində təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 12 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-646/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-646/2020
13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver