Məhkəmə qərarları › İş №2-1(112)-646/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-646/2022

10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-646/2022 10.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, X1 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildən xx.xx.2014-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin X6 İşləri İdarəsində, “Sahil” Qazma İşləri İdarəsində və “Qazmaservis və Logistika” İdarəsində idarəsində işlədiyi qazmaçı-köməkçisi, elektrik montyoru və təmirçiçilingər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1-ci bəndinə əsasən (a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları, bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər, bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları güzəştli şərtlərlə pensiya hüququ vərən vəzifələr hesab olunur. Hal-hazıradək 27 ildən çox ümumi və 13 ildən çox xüsusi stajı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavab məktubu ilə ümumi iş stajı 25 ildən az olduğu əsas gətirlərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. İstər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda, istərsə də «Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydaları»nda sığorta olunanın əmək kitaçasının itirildiyi halda, onun işləmiş olduğu müəssisələr tərəfindən və ya buna dair arxiv arayışları əsasında sığorta stajlarının hesablanmasının yolverilməzliyi qanunla nəzərdə tutulmamışdır. Göründüyü kimi, İddiaçı 60 yaşadək, yəni xx.xx.2019-cu il tarixədək 27 ildən çox ümumi sığorta stajı, o cümlədən 13 ildən çox zərərli və ağır əmək sahəsində iş stajı toplamışdır. Həmin sosial sığorta stajı işlədiyi əmək kitabçasında öz əksini tapmışdır. Beləliklə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin imtinası əsassız hesab olunmalı və İddiaçı 60 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının xx.xx.2020-ci il tarixli müraciəti Mərkəzi Filial tərəfindən **********0 nömrəsi ilə qeydə alınmışdır. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən 19 aprel 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, İddiaçı ümumi iş stajı 25 ildən az (22 il 3 ay 16 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4212/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı “ona 57 yaşdan yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1981-ci ilin avqust ayından 1982ci ilin yanvar ayına qədər K.Marks adına Üzümçülük sovxozunda işləmiş (xx.xx.1982-ci il tarixli, 75 saylı arayış), xx.xx.1982-ci ildə Xammalın hazırlanması sexinə yükləyici qəbul edilmiş, xx.xx.1982-ci ildə Hazırlıq sexinə kauçuk və inqrediyentlərin 3-cü dərəcəli tərtibatçısı-çəkicisi keçirilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmişdir. xx.xx.1983-cü ildə Ağdaş rayon təmir-tikinti sahəsinə fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmişdir. xx.xx.1983-cü ildə 3 saylı maşın sahəsinə daş kəsən maşın maşinistinin köməkçisi keçirilmiş, xx.xx.1984-cü ildə işdən azad edilmişdir. xx.xx.1984-cü ildə şamaxaı rayonu N.Nərimanov adına sovxoz üzrə Şərab zavduna müvəqqəti fəhlə qəbul edilmiş, xx.xx.1984-cü ildə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə 185 nömrəli orta texniki peşə məktəbinə avadanlıqsaxalayn təyin edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmişdir. xx.xx.1989-cu ildə Volodarski adına tikiş fabrikində Biçmə sexinə 1/maşınında biçici şagirdi qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə “Fatalon” texniki mərkəzinə televiziya sexinə 3-cü dərəcəli radiomexanik qəbul edilmiş, xx.xx.1991-ci ildə 4cü dərəcə verilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmişdir. xx.xx.2000-ci ildə X6 İşləri İdarəsində neft və qaz quyularının istismarı və kəşfiyyat qazması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə 5-ci dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmiş, xx.xx.2007-ci ildə 5-ci dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə keçirilmiş, xx.xx.2009-cu ildə işdən azad edilmişdir. xx.xx.2009-cu ildə “Kompleks qazma işləri” trestinin “Sahil” Qazma İşləri İdarəsində Elektrik Avadanlıqlarının Təmiri sexinə 5-ci dərəcəli elektrik montyoru peşəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə Qazma Avadanlıqlarının Təmiri sexinə 6-cı dərəcəli abadlaşdırma üzrə fəhlə keçirilmiş, xx.xx.2010-cu ildə Qazma Avadanlıqlarının Təmiri sexinə təmirçi çilingəri (DYM üzrə) peşəsinə keçirilmiş, xx.xx.2011-ci ildə X3 xidmət sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmiş, xx.xx.2013-cü ildə işdən azad edilmişdir. xx.xx.2013-cü ildə “Kompleks qazma işləri” trestinin “Qazmaservis və Logistika” İdarəsində İstehsalat-dispetçer xidmətinə 5-ci dərəcəli takelajçı peşəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü ildə X3 xidmət sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmişdir. xx.xx.2014-cü ildə “Kompleks qazma işləri” trestində Logistika bölümünün Qazma avadanlıqlarına və X3 xidmət sahəsinə 5-ci dərəcəli təmirçi çilingər peşəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 10 nömrəli Texniki Peşə məktəbinin 2576 nömrəli xx.xx.1978-ci il tarixli arayışına əsasən İddiaçı sentyabr 1975-ci ildə texniki peşə məktəbinə daxil olmuş, iyul 1978-ci ildə bitirmişdir. İş materiallarına əlavə edilmiş hərbi komissarlığın 4.01.2001-ci il tarixli, 4/36 nömrəli arayışına (hərbi bilet əvəzi) əsasən İddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmət keçmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 01/150 nömrəli, xx.xx.2018-ci il tarixli arayışına əsasən verilir İddiaçı ondan ötəri ki,həqiqətən o, Bakı Şin zavodunda xx/xx/1982-ci il (əmr 38-k, xx.xx.1982) tarixindən xx.xx.1982-ci il tarixinədək Xammal Hazırlığı sexində yükləyici, xx.xx.1982-ci il (əmr 105-k, xx.xx.1982) tarixindən xx.xx.1983cü il (əmr 06-k, xx.xx.1983) tarixinədək Hazırlıq sexində 3-cü dərəcəli kauçuk və inqridiyent asıcısı işləmişdir. Xammal Hazırlığı və Hazırlıq sexləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə Əmək pensiaysı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 8-ci bölməsinin “Kimya İstehsalatı”nın 8.3.1 punktunun “a” bəndinə aiddir. Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “Kompleks qazma işləri” trestinin xx.xx.2021-ci il tarixli, SOCAR**********30020123X00015 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, SOCAR**********80020115X00053 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir xx xxxxxx 1959-cu il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən X6 İşləri İdarəsində, “Sahil” Qazma İşləri İdarəsində, “Qazmaservis və Logistika” İdarəsində işləmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və X6 İşləri İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən X6 İşləri İdarəsi qazma sexi kimi X7 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən hazırda “Kompleks qazma işləri” trestinin X7 İdarəsi ləğv olunaraq Abşeron İstehsalat bölümü kimi, “Sahil” Qazma İşləri İdarəsi ləğv olunaraq “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi, “Qazmaservis və Logistika” İdarəsi ləğv olunaraq Logistika bölümü kimi fəaliyyət göstərir. Vətəndaş İddiaçı barədə məlumatları təqdim edilir: - X6 İşləri İdarəsində - xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək 4-cü dərəcəli qazmaçı-köməkçisi peşəsinə işə qəbul edilib, Əmr № 51/k-xx.xx.2000-ci il; xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək 5-ci dərəcəli qazmaçı-köməkçisi peşəsinə keçirilib, Əmr № 26/kxx.xx.2004-cü il; xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək 5-ci dərəcəli xidmət üzrə elektrikmontyoru peşəsinə keçirilib, Əmr № 109/k-xx.xx.2007-ci il; xx.xx.2009-cu ildə işdən azad edilmişdir, Əmr № 181/k-xx.xx.2009-cu il; - “Kompleks qazma işləri” trestinin “Sahil” Qazma İşləri İdarəsində - xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək Elektrik Avadanlıqlarının Təmiri sexinə 5-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilib, Əmr № 86/k-xx.xx.2009-cu il; xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək Qazma Avadanlıqlarının Təmiri sexinə 6-cı dərəcəli abadlaşdırma üzrə fəhlə peşəsinə keçirilib, Əmr № 126/k-xx.xx.2009-cu il; xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək Qazma Avadanlıqlarının Təmiri sexinə 5-ci dərəcəli Daxili yanma mühərrikləri üzrə təmirçi-çilingər peşəsinə keçirilib, Əmr № 8/k-xx.xx.2010-cu il; xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilədək X2 xidmət sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilib, Əmr № 48/k-xx.xx.2011-ci il; xx.xx.2013-cü ildə işdən azad edilmişdir, Əmr № 92/k-xx.xx.2013-cü il; - “Kompleks qazma işləri” trestinin “Qazmaservis və Logistika” İdarəsində xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilədək İstehsalat-dispetçer xidmətinə 5-ci dərəcəli takelajçı peşəsinə işə qəbul edilib, Əmr № 03/k-xx.xx.2013-cü il; xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək X3 xidmət sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilib, Əmr № 38/k-xx.xx.2013-cü il; xx.xx.2014-cü ildə işdən azad edilmişdir, Əmr № 55/kxx.xx.2014-cü il; - “Kompleks qazma işləri” trestinin Logistika Bölümündə - xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək Qazma avadanlığının və X2 xidmət sahəsinə 5-ci dərəcəli təmirçiçilingər peşəsinə işə qəbul edilib, Əmr № 58/k-xx.xx.2014-cü il; xx.xx.2014-cü ildə işdən azad edilmişdir, Əmr № 474/k-xx.xx.2014-cü il. Qeyd: Vətəndaş İddiaçı güzəştli şərtlərlə arayış verilməsi səlahiyyətləri xaricindədir. Bu müddətə iş stajı: 13 il, 06 ay, 16 gün. Əsas: Fond 1, Siyahı 1, İş 1, 18, 23; Fond 12, Siyahı 1, İş 7, 10, 13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X8 filialının xx.xx.2021-ci il tarixli, 68/42 nömrəli məktubunda bildirilmişdir ki, X8 filialında saxlanılan Qobustan rayon Nərimankənd kəndi “K.Marks” adına kolxozun sənədlərinə baxış keçirilərək, vətəndaş İddiaçı işləməsi barədə sənəd aşkar olundu. Həmin sənədin təsdiq olunmuş Arxiv çıxarışı göndərilir. Lakin qeyd üçün bildirilir ki, Filialda saxlanılan Nərimankənd kənd “K.Marks” adına kolxozun sənədlərində minimum əmək haqqı qeyd olunmamışdır, kolxozun protokol kitablarında minimum əmək haqqı haqqında heç bir məlumat aşkar olunmadı. Əsas: fond - 110. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X8 filialının xx.xx.2021-ci il tarixli, 68/42 nömrəli arayışında qeyd edilmişdir ki, verilir həmin arayış İddiaçı ondan ötəri ki, həqiqətən 1975-1978-ci illərdə Şamaxı rayonu Nərimankənd kənd “K.Marks’'adına kolxozda işləmiş, onun adam və əmək günü aşağıdakı qaydada olmuşdur: 1975-ci ildə adam günü - 11, pul - 32; 1976-cı ildə adam günü - 136, pul - 39; 1977-ci ildə adam günü - 41, pul - 156; 1978-ci ildə adam günü - 27, pul - 138. Əsas: fond - 110, siyahı - 2, s/v - 11-12-13-14. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsil Müəssisəsi 18 №-li Bakı Peşə Liseyinin xx.xx.2021-ci il tarixli, 200/21 nömrəli arayışında qeyd edilmişdir ki, verilir, İddiaçı ondan ötəri ki, o həqiqətən 26 iyul 1975-ci il tarixində Azərbaycan Respublikası, Bakı şəhəri, 10 nömrəli Bakı Peşə Məktəbinə daxil olmuş (Əmr № 10K), 20 aprel 1979-cu ildə “Dülgər-xarrat” (Əmr № 23K) ixtisası üzrə tam kursu bitirmişdir. Bu barədə 10 nömrəli Bakı Peşə Məktəbinin əmrlər kitabında müvafiq qeyd aparılmışdır. 10 nömrəli Bakı Peşə Məktəbi ləğv olunduğu üçün arxivi 18 saylı Bakı Peşə Liseyinə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, 00-25-117/12 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı keçmiş 10 nömrəli Bakı Texniki Peşə Məktəbinə 1975ci ildə 17-K nömrəli əmrlə daxil olmuş və 1978-ci ildə 23-K nömrəli əmrlə “Dülgər-xərrat” ixtisası üzrə tam kursu bitirmişdir. Qeyd edilən dövrə aid təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı mövcud olmadığı üçün vətəndaş İddiaçı təhsil sənədlərinin verilməsi barədə araşdırma aparılması mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin xx.xx.2021-ci il tarixli, 1066 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı keçmiş Şamaxı rayon hərbi komissarlığı tərəfindən xx.xx.1979-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1981-ci il tarixdə ehtiyata buraxılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “Kompleks qazma işləri” trestinin xx.xx.2021-ci il tarixli, SOCAR**********30020123X00030 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, SOCAR**********80020115X00131 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir xx xxxxxx 1959-cu il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən X6 İşləri İdarəsində, “Sahil” Qazma İşləri İdarəsində, “Qazmaservis və Logistika” İdarəsində işləmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və X6 İşləri İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən X6 İşləri İdarəsi qazma sexi kimi X7 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X7 İdarəsi ləğv olunaraq Abşeron İstehsalat bölümü kimi, “Sahil” Qazma İşləri İdarəsi ləğv olunaraq “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi, “Qazmaservis və Logistika” İdarəsi ləğv olunaraq Logistika bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, “Qaradağ- Qalmaz”, “Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron” İstehsalat bölümü kimi, “Bulla, 8 Mart, Ümüd” İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi, “Logistika” və “Tamponaj” istehsalat bölümləri hal-hazırda “Qazmaservis” İstehsalat bölümü kimi fəaliyyət göstərir. Vətəndaş İddiaçı barədə məlumatlar təqdim edilir: - X6 İşləri İdarəsində - xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək 4-cü dərəcəli qazmaçı-köməkçisi peşəsinə işə qəbul edilib, Əmr № 51/k-xx.xx.2000-ci il; xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək 5-ci dərəcəli qazmaçı-köməkçisi peşəsinə keçirilib, Əmr № 26/kxx.xx.2004-cü il; xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək 5-ci dərəcəli xidmət üzrə elektrikmontyoru peşəsinə keçirilib, Əmr № 109/k-xx.xx.2007-ci il; xx.xx.2009-cu ildə işdən azad edilmişdir, Əmr № 181/k-xx.xx.2009-cu il; - “Sahil” Qazma İşləri İdarəsində - xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək Elektrik Avadanlıqlarının Təmiri sexinə 5-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilib, Əmr № 86/k-xx.xx.2009-cu il; xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək Qazma Avadanlıqlarının Təmiri sexinə 6-cı dərəcəli abadlaşdırma üzrə fəhlə peşəsinə keçirilib, Əmr № 126/k-xx.xx.2009-cu il; xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək Qazma Avadanlıqlarının Təmiri sexinə 5-ci dərəcəli Daxili yanma mühərrikləri üzrə təmirçi-çilingər peşəsinə keçirilib, Əmr № 8/k-xx.xx.2010-cu il; xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilədək X2 xidmət sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilib, Əmr № 48/k-xx.xx.2011-ci il; xx.xx.2013-cü ildə işdən azad edilmişdir, Əmr № 92/k-xx.xx.2013-cü il; - “Qazmaservis və Logistika” İdarəsində xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilədək İstehsalat-dispetçer xidmətinə 5-ci dərəcəli takelajçı peşəsinə işə qəbul edilib, Əmr № 03/k-xx.xx.2013-cü il; xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək X3 xidmət sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilib, Əmr № 38/k-xx.xx.2013-cü il; xx.xx.2014-cü ildə işdən azad edilmişdir, Əmr № 55/k-xx.xx.2014-cü il; - “Kompleks qazma işləri” trestinin Logistika Bölümündə - xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək Qazma avadanlığının və X2 xidmət sahəsinə 5-ci dərəcəli təmirçiçilingər peşəsinə işə qəbul edilib, Əmr № 58/k-xx.xx.2014-cü il; xx.xx.2014-cü ildə işdən azad edilmişdir, Əmr № 474/k-xx.xx.2014-cü il. Bu müddətə iş stajı: 13 il, 06 ay, 16 gün. Qeyd: Vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) qazmaçılar və qazmaçı köməkçisi peşəsi 08 il, 07 ay, 01 gün güzəştli iş stajı təşkil edir. Əsas: Fond 1, Siyahı 1, İş 1, 18, 23; Fond 12, Siyahı 1, İş 7, 10, 13. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “Kompleks qazma işləri” trestinin xx.xx.2021-ci il tarixli, SOCAR**********30490075X00055 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, SOCAR**********80020115X00190 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir xx xxxxxx 1959-cu il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən X6 İşləri İdarəsində, “Sahil” Qazma İşləri İdarəsində, “Qazmaservis və Logistika” İdarəsində işləmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və X6 İşləri İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən X6 İşləri İdarəsi qazma sexi kimi X7 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013cü il tarixli, SQCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X7 İdarəsi ləğv olunaraq Abşeron İstehsalat bölümü kimi, “Sahil” Qazma İşləri İdarəsi ləğv olunaraq “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi, “Qazmaservis və Logistika” İdarəsi ləğv olunaraq Logistika bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, “Qaradağ- Qalmaz”, “Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron” İstehsalat bölümü kimi, “Bulla, 8 Mart, Ümüd” İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi, “Logistika” və “Tamponaj” istehsalat bölümləri hal-hazırda “Qazmaservis” İstehsalat bölümü kimi fəaliyyət göstərir. Vətəndaş İddiaçı barədə məlumatlar təqdim edilir: - X6 İşləri İdarəsində - xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək 4-cü dərəcəli qazmaçı-köməkçisi peşəsinə işə qəbul edilib, Əmr № 51/k-xx.xx.2000-ci il; xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək 5-ci dərəcəli qazmaçı-köməkçisi peşəsinə keçirilib, Əmr № 26/kxx.xx.2004-cü il; xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək 5-ci dərəcəli xidmət üzrə elektrikmontyoru peşəsinə keçirilib, Əmr № 109/k-xx.xx.2007-ci il; xx.xx.2009-cu ildə işdən azad edilmişdir, Əmr № 181/k-xx.xx.2009-cu il; - “Sahil” Qazma İşləri İdarəsində - xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək Elektrik Avadanlıqlarının Təmiri sexinə 5-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilib, Əmr № 86/k-xx.xx.2009-cu il; xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək Qazma Avadanlıqlarının Təmiri sexinə 6-cı dərəcəli abadlaşdırma üzrə fəhlə peşəsinə keçirilib, Əmr № 126/k-xx.xx.2009-cu il; xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək Qazma Avadanlıqlarının Təmiri sexinə 5-ci dərəcəli Daxili yanma mühərrikləri üzrə təmirçi-çilingər peşəsinə keçirilib, Əmr № 8/k-xx.xx.2010-cu il; xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilədək X2 xidmət sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilib, Əmr № 48/k-xx.xx.2011-ci il; xx.xx.2013-cü ildə işdən azad edilmişdir, Əmr № 92/k-xx.xx.2013-cü il; - “Qazmaservis və Logistika” İdarəsində xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilədək İstehsalat-dispetçer xidmətinə 5-ci dərəcəli takelajçı peşəsinə işə qəbul edilib, Əmr № 03/k-xx.xx.2013-cü il; xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək X3 xidmət sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilib, Əmr № 38/k-xx.xx.2013-cü il; xx.xx.2014-cü ildə işdən azad edilmişdir, Əmr № 55/k-xx.xx.2014-cü il; - “Kompleks qazma işləri” trestinin Logistika Bölümündə - xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək Qazma avadanlığının və X2 xidmət sahəsinə 5-ci dərəcəli təmirçiçilingər peşəsinə işə qəbul edilib, Əmr № 58/k-xx.xx.2014-cü il; xx.xx.2014-cü ildə işdən azad edilmişdir, Əmr № 474/k-xx.xx.2014-cü il. Qeyd: Vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-11297-kodu ilə qazmaçılar 6 il, 11 ay, 12 gün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) xidmət üzrə elektrik-montyoru peşəsi 1 il, 09 ay, 19 gün güzəştli iş stajı təşkil edir. Bu müddətə iş stajı: 13 il, 06 ay, 16 gün. Güzəştli iş stajı: 8 il, 09 ay, 01 gün. Əsas: Fond 1, Siyahı 1, İş 1, 18, 23; Fond 12, Siyahı 1, İş 7, 10, 13. İş materiallarına əlavə edilmiş SOCAR “Kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli, SOCAR**********81200598X00011 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü kı, o həqiqətən SOCAR “Kompleks qazma işləri” trestinin müxtəlif idarələrində əmək şəraiti ağır və zərərli hesab edilən peşələrdə işləyib. X6 işləri İdarəsi üzrə: xx.xx.2000-xx.xx.2007-ci illər Neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi; xx.xx.2007-xx.xx.2009-cu illər buruğa xidmət üzrə elektrik montyoru; X9 idarəsi üzrə: xx.xx.2009-xx.xx.2009-cu illər buruğa xidmət üzrə elektrik montyoru; Qazmaservis və logistika idarəsi üzrə: xx.xx.2010-xx.xx.2013-cü illər daxiliyanma mühərriklərinə xidmət üzrə təmirçi çilingər; xx.xx.2013-xx.xx.2013-cü illər İstehsalat dispetçer xidmətinin takelajçısı; xx.xx.2013-xx.xx.2014-cü illər daxiliyanma mühərriklərinə xidmət üzrə təmirçi çilingər; “Kompleks qazma işləri” trestinin Logistika bölümü üzrə: xx.xx.2014-xx.xx.2014-cü illər daxiliyanma mühərriklərinə xidmət üzrə təmirçi çilingər peşələrində işləyib. Əmək şəraiti ağır və zərərli hesab edilən peşələrdə iş stajı: 13 il, 1 ay. Arayış SOCAR “Kompleks qazma işləri” tresti üzrə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı (1 nömrəli siyahı, 1100000a—11297; 1100000a—19861; 1100000a—18559) nəzərə alınmaqla əmək kitabçasına əsasən verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarxli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatla əsasən, onun ümumi iş stajının 22 il 1 ay 16 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990xx.xx.1992-ci il, xx.xx.2000-xx.xx.2006-cı il və xx.xx.2006-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər), güzəştli iş stajının isə 13 il 6 ay 16 gün (xx.xx.2000-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş SOCAR “Kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli, SOCAR**********81200598X00015 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü kı, o həqiqətən SOCAR “Kompleks qazma işləri” trestinin müxtəlif idarələrində əmək şəraiti ağır və zərərli hesab edilən peşələrdə işləyib. X6 İşləri İdarəsi üzrə: xx.xx.2000-xx.xx.2007-ci illər Neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi; (1100000а—11297) xx.xx.2007-xx.xx.2009cu illər buruğa xidmət üzrə elektrik montyoru; X9 İdarəsi üzrə: xx.xx.2009-xx.xx.2009-cu illər Elektrik avadanlıqlarının təmiri sexində elektrik montyoru; Qazmaservis və Logistika idarəsi üzrə: xx.xx.2010-xx.xx.2013-cü illər daxiliyanma mühərriklərinə xidmət üzrə təmirçi çilingər; xx.xx.2013-18 03.2013-cü illər İstehsalat dispetçer xidmətinin takelajçısı; xx.xx.2013-xx.xx.2014-cü illər daxiliyanma mühərriklərinə xidmət üzrə təmirçi çilingər; “Kompleks qazma işləri" trestinin Logistika bölümü üzrə: xx.xx.2014-xx.xx.2014-cü illər daxiliyanma mühərriklərinə xidmət üzrə təmirçi çilingər peşələrində işləyib. Əmək şəraiti ağır və zərərli hesab edilən peşələrdə iş stajı: 13 il, 1 ay təşkil edir. Bunlardan 8 il, 9 ay təşkil edən, güzəştli pensiya hüququ verən peşələr aşağıdakılardır: 1) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına 1 nömrəli siyahıya əsasən, Neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi (1100000а—11297) peşəsi üzrə xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək güzəştli əmək stajı 5 ildir. 2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına (siyahı 10.1) əsasən, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək Neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi, 12.12 2007-ci ildən xx.xx.2009-cu ilədək buruğa xidmət üzrə elektrik montyoru peşələri üzrə güzəştli əmək stajı - 03 il, 10 aydır. Əsas: Əmək kitabçası. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “Kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli, SOCAR**********30020123X00046 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, SOCAR**********80020123X00181 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir xx xxxxxx 1959-cu il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən X6 İşləri İdarəsində, “Sahil” Qazma İşləri İdarəsində, “Qazmaservis və Logistika” İdarəsində işləmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və X6 İşləri İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən X6 İşləri İdarəsi qazma sexi kimi X7 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X7 İdarəsi ləğv olunaraq Abşeron İstehsalat bölümü kimi, “Sahil“ Qazma İşləri İdarəsi ləğv olunaraq “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi, “Qazmaservis və Logistika” İdarəsi ləğv olunaraq Logistika bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR 2**********0040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, “Qaradağ- Qalmaz”, “Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron” İstehsalat bölümü kimi, “Bulla, 8 Mart, Ümüd” İstehsalat bölümü hal-hazırda “Sahil” istehsalat bölümü kimi, “Logistika” və “Tamponaj” istehsalat bölümləri hal-hazırda “Qazmaservis” İstehsalat bölümü kimi fəaliyyət göstərir. - X6 İşləri İdarəsində - xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək 4-cü dərəcəli qazmaçı-köməkçisi peşəsinə işə qəbul edilib, Əmr № 51/k-xx.xx.2000-ci il; xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək 5-ci dərəcəli qazmaçı-köməkçisi peşəsinə keçirilib, Əmr № 26/kxx.xx.2004-cü il; xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək 5-ci dərəcəli xidmət üzrə elektrikmontyoru peşəsinə keçirilib, Əmr № 109/k-xx.xx.2007-ci il; xx.xx.2009-cu ildə işdən azad edilmişdir, Əmr № 181/k-xx.xx.2009-cu il; - “Sahil” Qazma İşləri İdarəsində - xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək Elektrik Avadanlıqlarının Təmiri sexinə 5-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilib, Əmr № 86/k-xx.xx.2009-cu il; xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək Qazma Avadanlıqlarının Təmiri sexinə 6-cı dərəcəli abadlaşdırma üzrə fəhlə peşəsinə keçirilib, Əmr № 126/k-xx.xx.2009-cu il; xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək Qazma Avadanlıqlarının Təmiri sexinə 5-ci dərəcəli Daxili yanma mühərrikləri üzrə təmirçi-çilingər peşəsinə keçirilib, Əmr № 8/k-xx.xx.2010-cu il; xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilədək X2 xidmət sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilib, Əmr № 48/k-xx.xx.2011-ci il; xx.xx.2013-cü ildə işdən azad edilmişdir, Əmr № 92/k-xx.xx.2013-cü il; - “Qazmaservis və Logistika” İdarəsində xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilədək İstehsalat-dispetçer xidmətinə 5-ci dərəcəli takelajçı peşəsinə işə qəbul edilib, Əmr № 03/k-xx.xx.2013-cü il; xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək X3 xidmət sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilib, Əmr № 38/k-xx.xx.2013-cü il; xx.xx.2014-cü ildə işdən azad edilmişdir, Əmr № 55/k-xx.xx.2014-cü il; - “Kompleks qazma işləri” trestinin Logistika Bölümündə - xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək Qazma avadanlığının və X2 xidmət sahəsinə 5-ci dərəcəli təmirçiçilingər peşəsinə işə qəbul edilib, Əmr № 58/k-xx.xx.2014-cü il; xx.xx.2014-cü ildə işdən azad edilmişdir, Əmr № 474/k-xx.xx.2014-cü il. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-11297-kodu ilə qazmaçılar 6 il, 11 ay, 12 gün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) xidmət üzrə elektrik-montyoru peşəsi 1 il, 09 ay, 19 gün güzəştli iş stajı təşkil edir. Bu müddətə iş stajı: 13 il, 06 ay, 16 gün. Güzəştli iş stajı: 8 il, 09 ay, 01 gün. Əsas: Fond 1, Siyahı 1, İş 1, 18, 23; Fond 12, Siyahı 1, İş 7, 10, 13. Təqdim edilmiş inzibati icraat materiallarından görünür ki: - İddiaçı xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ yanında Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. - İddiaçı xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ yanında Dövlət Sosı̇ al Müdafı̇ ə Fonduna müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən 19 aprel 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızdan göründüyü kimi, sizin ümumi iş stajınız 25 ildən az (22 il 3 ay 16 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtinasının əsası iddiaçının tələb olunan 25 il ümumi iş stajının olmaması ilə bağlı olmuşdur. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericiliyə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1. 60 yaşın tamam olması; 2. azı 25 il sığorta stajına malik olması; 3. 25 il sığorta stajının azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; və 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşdən görünür ki, iddiaçı ona 60 yaşdan deyil, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsində nəzərdə tutulurdu. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmasa da (bunun üçün iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplanmır və güzəştli iş stajının əsas hissəsi 2006-cı il tarixdən sonraya təsadüf edir), “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı xx.xx.2017-ci il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilmir. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2016-cı il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya aid yuxarıda qeyd olunan hərbi xidmət barədə arayış, təhsil barədə arayış və əmək kitabçasına əsasən xx.xx.1975-xx.xx.1978-ci ilədək təhsil dövrü 02 il 10 ay 24 gün, xx.xx.1979-xx.xx.1981-ci ilədək hərbi xidmət dövrü 02 il 04 gün, əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti dövrü xx.xx.1981-xx.xx.1982-ci ilədək 05 ay 01 gün, xx.xx.1982-xx.xx.1983-cü ilədək 09 ay 03 gün, xx.xx.1983-xx.xx.1983-cü ilədək 02 ay 14 gün, xx.xx.1983- xx.xx.1984-cü ilədək 08 ay 09 gün, xx.xx.1984-xx.xx.1984-cü ilədək 03 ay 13 gün, xx.xx.1986-xx.xx.1989-cu ilədək 03 il 01 gün, xx.xx.1989-xx.xx.1989-cu ilədək 01 ay 29 gün, xx.xx.1990-xx.xx.1992-ci ilədək 02 il 10 gün, xx.xx.2000-xx.xx.2009cu ilədək 08 il 09 ay 02 gün, xx.xx.2009- xx.xx.2013-cü ilədək 03 il 04 ay 06 gün, xx.xx.2013-xx.xx.2014-cü ilədək 11 ay 26 gün, xx.xx.2014-xx.xx.2014-cü ilədək 03 ay 16 gün olmaqla ümumilikdə 25 il 10 ay 08 gün topladığı müəyyən olunur. Beləliklə, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixədək tələb olunan 25 ildən çox ümumi iş stajı toplamışdır. Qeyd edilməlidir ki, cavabdeh orqan inzibat iddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ilin tamam olmamasını bildirərək ümumi iş stajını mübahisələndirmişdir. Halbuki yuxarıda da qeyd edildiyi kimi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən iddiaçının 25 ildən çox ümumi iş stajının olduğu öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, cavabdeh məhkəmə icraatında iddiaçının güzəştli iş stajının 13 il 6 ay 16 gün (xx.xx.2000-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər) olmaqla xüsusi iş stajını mübahisələndirməmişdir. Məhkəmə hazırkı iddianın iddiaçı barəsində əliverişli inzibati aktın qəbul edilməsigüzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi olduğunu nəzərə alaraq qeyd edir ki, məcburetmə və öhdəliyin icrasına dair iddialar üzrə inzibati məhkəmə icraatında məhkəmə digər iddia növlərindən (xüsusən mübahisələndirmə haqqında iddia) fərqli olaraq inzibati orqanın imtina dəlilindən asılı deyildir və bu növ iddialarda əliverişli inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin sübuta yetirilməsi iddiaçıya aid olduğu kimi, iddiaçı barəsində əliverişli inzibati aktın qəbul edilməsi-hüququn mövcudluğunu yoxlamaq da inzibati məhkəməyə aiddir. Odur ki, məhkəmə hazırkı iddiada cavabdeh orqanın iddiaçının tələb olunan güzəştli stajına malik olmasını qəbul etməyindən asılı olmayaraq iddiaçının xüsusi iş stajının yoxlanılmasını qanuni və zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydalarının 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Məhkəmənin təkrar çoxsaylı sorğularına cavab olaraq SOCAR “Kompleks qazma işləri” trestinin cavablarında, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixli, SOCAR**********30020123X00046 nömrəli məktubu ilə təqdim edilmiş güzəştli arayışda yekun olaraq iddiaçının xx.xx.2000-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üzrə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-11297-kodu ilə qazmaçılar 6 il, 11 ay, 12 gün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) xidmət üzrə elektrik-montyoru peşəsi 1 il, 09 ay, 19 gün olmaqla ümumilikdə güzəştli iş stajının 8 il, 09 ay, 01 gün təşkil etdiyi bildirilmişdir. Məhkəmə SOCAR “Kompleks qazma işləri” trestinin təqdim etdiyi güzəştli iş stajı dövrü ilə yanaşı eyni zamanda iddiaçının təqdim etdiyi Azərşin” ASC-nin 01/150 nömrəli, xx.xx.2018-ci il tarixli arayışına istinadən Bakı Şin zavodunda xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək 09 ay 03 gün olmaqla işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə Əmək pensiaysı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 8-ci bölməsinin “Kimya İstehsalatı”nın 8.3.1 punktunun “a” bəndinə əsasən güzəştli iş stajına daxil etdikdə belə ümumilikdə güzəştli iş stajının 09 il 06 ay 04 gün (8 il, 09 ay, 01 gün+09 ay 03 gün) olmaqla tələb olunan 12 il 06 aydan az olduğu müəyyən olunur. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina əsaslı olmaqla iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozulması kimi qəbul edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar