Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6465/2024 04.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X3, X1 və X2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı "yaşayış yeri üzrə qeydiyyata alınma" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı və digər iddiaçılar X1 və X2 qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı, X3, X1 və X2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı "yaşayış yeri üzrə qeydiyyata alınma" tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun və ailə üzvləri X3, X2 və X1 ünvan 6 yerləşən evə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Mədən küçəsi 1, inzibati binada qeydiyyatda olmağına baxmayaraq uzun müddətdir ki, ailə üzvlərilə birlikdə ünvan 2 ünvanında yaşayır və həmin fərdi yaşayış evi ona məxsusdur. Buna dair müvafiq sənədlər qismində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 14 noyabr 2007-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsinin hüdudları daxilində Binəqədi qəsəbə ərazisinin istifadəsində olan 200 m torpaq səhəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qeyd olunmuşdur. Həmin torpaq sahəsinin eskizi belə tərtib olunmuşdur. Hazırki vəziyyətdə iddiaçı və ailə üzvləri X9, yetkinlik yaşına çatmayan X4, X6 hazırda digər bir ünvanda pasport qeydiyyatındadırlar. X6 hazırda ünvan 3 ünvanında, arvadı X9 isə ünvan 4 ünvanında pasport qeydiyyatındadırlar. Onlara məxsus yaşayış yerinin olmasına baxmayaraq digər bir ünvanda qeydiyyatda olmaları gələcəkdə bir problem yaradacaqdır. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olmadığı üçün həmin torpaq sahəsi üzrə tikili özbaşına tikili sayılmaqdadır. Lakin qeyd edir ki, həmin torpaq sahəsində özbaşına tikilidə qeydiyyatda olan digər şəxslər qeydiyyatda vaxtilə olmuşdur. Yaşadığı müddət ərzində hər il fərdi yaşayış evinə görə dövlətə torpaq vergisi ödəyir. Qeydiyyata alınmaları ilə bağlı cavabdehə müraciət etsələr də, həmin qurumumdan onlara məhkəməyə müraciət edilməsi bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iş üzrə X5, X1 və X2 iddiaçılar sırasına əlavə edilməsi, cavabdeh qismində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin göstərilməsi və iddia tələbini dəqiqləşdirərək iddiaçıların ünvan 6 yerləşən evə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı digər iddiaçılar X1 və X2 qanuni nümayəndəsi qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etiraz ( mülahizəsi ) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı və digər iddiaçılar X1 və X2 qanuni nümayəndəsi İddiaçı iddia tələbini müdafiə edərək, hazırda mübahisəli ünvanda yaşadıqlarını bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X7 və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iş üzrə təyin edilmiş məhkəmə iclasının nümayəndəsinin iştirakı oımadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçı X3 və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, proses iştirakçısına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-13- 46/2-Ə-48564/11/223 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Əks təqdirdə müraciətində adları qeyd olunan vətəndaşların qeydiyyata alınması tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 1451/1 nömrəli 14 noyabr 2007-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 200 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən verilmiş seriya AAE 133436 nömrəli 2008-ci ilin yanvar ay tarixli kassa mədaxil orderinin qəbzinə əsasən İddiaçı torpaq vergisini ödəmişdir. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən verilmiş seriya AFE 171981 nömrəli xx.xx.2011-ci il tarixli əhalidən vergilərin qəbulu üçün qəbzə əsasən İddiaçı 2007-2011-ci illər üzrə torpaq vergisini ödəmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə hazırki iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçı və digər iddiaçılar X1 və X2 qanuni nümayəndəsi İddiaçı izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qanunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Özünə yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıra biləcək hallar Qanunda göstərilənlərdən artıq olmamalı və geniş şəkildə şərh edilməməlidır. İşin faktiki hallarından və tədqiq edilən sənədlərdən məlum olur ki, iddiaçılar faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, ünvan 5 ünvana qeydiyyata alınmaları ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişlər, lakin cavabdeh tərəfindən yuxarıda qeyd edilən əsaslara görə onlara imtina edilmişdir. Halbuki işdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 1451/1 nömrəli 14 noyabr 2007-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 200 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. İddiaçılar da həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində ailəlikcə yaşayırlar, ora yaxın ərazidə işləyirlər, təhsil alır, müalicə olunurlar. Avropa Məhkəməsinin presedent hüququnda “mənzil” anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X10rşı, 54-cü bənd), belə ki, mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı, 36-cı bənd). Bu anlayış həm də ərizəçinin kirayəçi qismində məskunlaşdığı və kirayə hüququnun müddətinin başa çatdığı bələdiyyə şurasının mənzilinə (X8rşı, 46-cı bənd), yaxud bir neçə il ərzində kirayə hüququ əsasında yaşadığı mənzilə (Brejets Xorvatiyaya qarşı, 36-cı bənd) şamil oluna bilər. Hazırki işin faktiki hallarına gəldikdə qeyd edilməlidir ki, iddiaçılar faktiki olaraq ünvan 6 ünvanında yaşayırlar. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçıların faktiki olaraq yaşadıqları yerdə deyil, başqa yerdə qeydiyyatda olmaları dövlət və cəmiyyətdə maraqlarının gəcələkdə pozulmasına səbəb ola bilər. Belə ki, gələcəkdə həmin şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrasına cəlb edilməsi məqsədilə ilə axtarıldıqda qeydiyyatda olduqları yerdə yaşamadıqları üçün müəyyən çətinliklər yarana bilər. Məhz bu halların yaranmaması üçün iddiaçının təkcə öz maraq və mənafeləri üçün deyil, həm də dövlət və cəmiyyətin maraqları üçün faktiki yaşadıgı yerdə qeydiyyatda olması məqsədə və qanunamüvafiqdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Bundan əlavə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”-nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı, X3, X1 və X2 ünvan 6 yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. İddiaçılar İddiaçı, X3, X1 və X2 ünvan 6 yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 8akim Mehriban Qarayeva