Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6466/2022 26.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1i ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (hüquqşünas, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, X5 ərazisində yerləşən iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, X5 ərazisində yerləşən iddiaçıya ayrılmış 0,075 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 25 dekabr 1991 -ci il tarixli 145 nömrəli əmri ilə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli 175 nömrəli qərarına əsasən sovxoz işçilərinə fərdi ev tikmək məqsədilə sovxoz işçilərinə, o cümlədən ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Südçülük sovxozunda yerləşən 0,08 hektar torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin F-621 nömrəli, 25,05.2021 -ci il tarixli arxiv çıxarışından da görünür ki, Abşeron rayon X2 Həmkarlar İttifaqı X3 birgə yığıncağının xx.xx.1991-ci il tarixli 68 nömrəli protokolu ilə Abşeron rayon İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli 175 saylı qərarına əsasən sovxoz işçilərinə fərdi ev tikmək məqsədilə sovxoz işçilərinə, o cümlədən ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Südçülük sovxozunda yerləşən 0,08 hektar torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinin pian-cizgisi də tərtib edilərək sovxoz direktoru tərəfindən təsdiqlənmişdir. Sözügedən torpaq sahəsinə uzun müddətdir ki, mübahisəsiz olaraq təyinatı üzrə istifadə edilir və hal-hazırda da onun qanuni istifadəsindədir. Bakı şəhəri, Suraxanı rayonu, X5 ərazisində yerləşən ona ayrılmış müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərlə rəsmi qaydada 25 05.2021-ci il tarixdə ərizə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən mənə ünvanlanmış 18 iyun 2021-ci il tarixli, **********03 saylı məktubla imtina cavabı verilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair coğrafi mövqeyi göstərən yerləşmə cizgisində, dəqiq istinad və məsafələr qeyd edilmədiyi üçün sənəd üzrə yerləşməni dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi ümumi istifadədə olan yol olmaqla, fərdi yaşayış evinin tikintisi üçün ayrılan ərazilərə aid deyildir. Bundan əlavə, təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Təqdim edilən X2 Həmkarlar İttifaqı X3 birgə yığıncağının protokulunun arxiv arayışıdır. X2 xx.xx.1991 -ci il tarixli, 145 nömrəli əmrin arxiv arayışı təqdim edilməmişdir. Həmçinin, Hövsan-Südçülük sovxozu üzrə xx.xx.1991-ci il tarixli Əmrdə xx.xx.1991-ci il tarixli protokola istinad edilmişdir. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, qonşu torpaq sahəsinin giriş-çıxış yolu yuxarıda qeyd edilən torpaq sahəsindən keçir. Əlavə olaraq bildirirlər ki, göstərilən torpaq sahəsinin sənəd üzrə ölşüsü 800 kv.m faktiki ölçüsü isə 750 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********03 saylı, xx.xx.2021ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümum istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə- park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqlar haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəi Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycam- Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-c bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələr üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfat müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpac sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ys onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsinin planı və ölçüsü ərizəyə əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırkı iddia ərizəsi üzrə iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, X5 ərazisində yerləşən iddiaçıya ayrılmış 0,075 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunu onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair coğrafi mövqeyi göstərən yerləşmə cizgisində, dəqiq istinad və məsafələr qeyd edilmədiyi üçün sənəd üzrə yerləşməni dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi ümumi istifadədə olan yol olmaqla, fərdi yaşayış evinin tikintisi üçün ayrılan ərazilərə aid deyildir. Bundan əlavə, təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Təqdim edilən X2 Həmkariar ittifaqı X3 birgə yığıncağnın pkotokulunun arxiv arayışıdır. X2 xx.xx.1991 -ci il tarixli 145 nömrəli əmrin arxiv arayışı təqdim edilməmişdir. Həmçinin, Hövsan-Südçülük sovxozu üzrə xx.xx.1991 ci il tarixli Əmrdə xx.xx.1991-ci il tarixli protokola istinad edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, işdə olan X5 üzrə 145 nömrəli xx.xx.1991-ci il tarixli Əmrindən görünür ki, Sovxozda işləyən fəhlələrin mənzil sahəsi darısqal olduğunu bəzilərinin evi olmadığı üçün ərizə ilə sovxozun müdiriyyətinə müraciət edən İddiaçı 0.08 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin F-621 nömrəli xx.xx.2021-ci il tarixli Arxiv çıxarışından görünür ki, 68 nömrəli xx.xx.1991-ci il tarixli Abşeron rayon X2 Həmkarlar İttifaqı X3 birgə yığıncağının protokoluna əsasən Sovxozda işləyən fəhlələrin mənzil sahəsi darısqal olduğu nəzərə və onların bəzilərinin evi olmadığı üçün Abşeron rayon X6 icraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 №-li qərarına əsasən sovxoz işçilərinə fərdi ev tikmək məqsədilə verilən aşağıdakı sovxoz işçilərinə (25. İddiaçı) 0,08 hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Suraxanı rayonu, X5 ərazisində yerləşən iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsinin Bakı şəhərinin və ya Abşeron rayonunun ərazisinə aid olması barədə məlumatın məhkəməyə göndərilməsi sorğu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb olunmuşdur. Sorğuya cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 ərazi idarələrində mövcud arxiv materiallarına əsasən qeyd edilən 0,08 ha torpaq sahəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin inzibati hüdudları daxilində yerləşir. Məhkəmə qeyd edir ki, imtina məktubunda və iddiaya dair etirazda göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi ümumi istifadədə olan yol olmaqla, fərdi yaşayış evinin tikintisi üçün ayrılan ərazilərə aid deyildir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunda və iddiaya dair etirazda göstərmişdir ki, torpaq sahəsinə dair coğrafi mövqeyi göstərən yerləşmə cizgisində, dəqiq istinad və məsafələr qeyd edilmədiyi üçün sənəd üzrə yerləşməni dəqiqləşdirmək mümkün olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməməsi iddiaçının təqsiri deyil və qeyd edilən hal torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Həmçinin, qanunvericiliyə əsasən Xidmətin müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın iddiaya dair etirazda göstərdiyi “X2 Həmkarlar İttifaqı X3 birgə yığıncağının protokulunun arxiv arayışıdır. X2 xx.xx.1991 -ci il tarixli, 145 nömrəli əmrin arxiv arayışı təqdim edilməmişdir. Həmçinin, Hövsan-Südçülük sovxozu üzrə xx.xx.1991-ci il tarixli Əmrdə xx.xx.1991-ci il tarixli protokola istinad edilmişdir.” dəlili ilə bağlı qeyd edir ki, göstərilən dəlillər iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Məhkəmə cavabdeh inzibati orqanın iddiaya dair etirazda göstərdiyi “torpaq sahəsinin sənəd üzrə ölşüsü 800 kv.m faktiki ölçüsü isə 750 kv.m təşkil etməsi” dəlili ilə bağlı qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə Bakı şəhəri, Suraxanı rayonu, X5 ərazisində yerləşən iddiaçıya ayrılmış 0,075 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını tələb edir. Cavabdeh inzibati orqanın iddiaya dair etirazda göstərdiyi “qonşu torpaq sahəsinin giriş-çıxış yolu yuxarıda qeyd edilən torpaq sahəsindən keçir” dəlili ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi ilə qonşu olan torpaq sahəsinin xx.xx.2021-ci il tarixli qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətiçisi tərəfindən təqdim edilmiş ərizədən görünür ki, həmin torpaq sahəsinin mülkiyyətçisi G.Süleymanov İddiaçı məxsus olan torpaq sahəsinin rəsmiləşdirilməsinə etiraz etmir, ona məxsus olan torpaq sahəsinin əks istiqamətdə giriş-çıxış yolu var. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən imtina üçün gətirilən dəlillər əsassızdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsini 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (maddə 12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ona ayrılmış torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə etdiyindən, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, X5 ərazisində yerləşən iddiaçıya ayrılmış 0,075 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, X5 ərazisində yerləşən İddiaçı ayrılmış 0,075 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6466/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6466/2022
26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver