Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6468/2025 01.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X8 kаtibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı əmlak üzərində aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə iddiası üzrə inzibati işə üçüncü şəxs X5 cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq 1033- 1034k saylı bağ sahəsində tikilməkdə olan evə və torpaq sahəsinə dair X1 adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın, çıxarışın verilməsinə əsas olan ********** saylı, xx.xx.2022cil il tarixli qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixdə ********** sayla aparılmış qeydiyyatına əsasən 0.065 ha-dan ibarət Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 1034 saylı bağ sahəsinin mülkiyyətçisidir. Qeyd edilən bağda əvvəlki sahibindən qalma fərdi yaşayış evi vardı və iddiaçı həmin fərdi yaşayış evini bütünlüklə təmir edib, müasirləşdirib yenidən qurmuşdur. Əlavə olaraq bağda çimmək üçün müasir görünüşlü hovuz inşa etmişdir. Bağda daimi yaşamır, il ərzində əsasən yay mövsümündə bağda qalır. Covid-19 pandemiyası başladıqdan sonra isə 2020-2021 -ci illərdə bağda qala bilməmişdir. Bağın əvvəlki sahibinin torpaq sahəsi daha böyük idi və iddiaçıya satılandan başqa özünə qalan hissəni ayıran divar yox idi. İddiaçı bağı aldıqdan bir qədər sonra qalan hissəni (1033-1034k saylı bağ) Qorxmaz Ağayev adlı şəxs almışdır və iddiaçı ona təklif etmişdir ki, torpaq sahələrinin sərhədlərini ayırmaq üçün çəpər inşa etsinlər. Beləcə, iddiaçı və üçüncü şəxs yarı-yarı xərc qoyub, qoşa daşla ortaq divar çəkmişlər. İddiaçı bağa gedib-gəlmədiyi üçün divarın çəkilməsi işlərinə Qorxmaz Ağayev nəzarət etmişdir. Qorxmaz Ağayev iddiaçıya bildirmişdir ki, torpaq sahəsində fərdi yaşayış evi inşa edib, qazanc əldə etmək üçün onu satmaq fikrindədir və burda yaşamayacaqdır.2022-ci ildə iddiaçı bağa gəldikdə görmüşdür ki, Qorxmaz Ağayev bir hissəsi ortaq divarın üzərində olmaqla (divara oturan hissənin uzunluğu 6.40 metrdir) əsas hissəsi ortaq divardan 1 metr aralı fərdi yaşayış evi inşa etməkdədir. Bununla bağlı iddiaçı dərhal Binəqədi rayon İcra Hakimiyyətinə şikayət etmişdir, icra hakimiyyətinin nümayəndələri başda memar olmaqla yerə baxış keçirib, bildirmişlər ki, Qorxmaz Ağayev qanunsuzluq etmişdir, tikili tikinti norma və qaydalarına uyğun deyildir, tikinti barədə rayon icra hakimiyyətinə məlumat verməmişdir, onunla razılaşdırılmamışdır. Qorxmaz Ağayevin qanunsuz tikinti aparması ilə əlaqədar ara divarında çoxsaylı çatlar əməl gəlmiş, çatlar 2 sm qədər enlənmişdir, üzərinə düşən yük artdıqca divarın iddiaçı tərəfdəki hissəsində uçmaq təhlükəsi daha da artır, çatlar daha da böyüyür. Bu isə divarın uçmasına, ailə üzvlərinin, başqa şəxslərin üzərinə daş betonun düşməsinə və bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər. 3-cü şəxsin tikilinin sökülməsini dəfələrlə tələb etməsinə baxmayaraq, o müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmış, söküntünü aparmamış, hətta iddiaçıya bildirmişdir ki, guya borcuna görə bank bağı onun əlindən alır. Cavabdeh evin pəncərələrini bütünlüklə iddiaçının həyətinə, sanki panorama olaraq hovuza tərəf qoymuşdur. İddiaçının həyətinə tərəf olan 3 pəncərənin eni 3,3 metr, uzunluğu 1 metrdir. Hovuzda çimərkən cavabdehin fəhlələri, qohumları pəncərələrdən və ortaq çəpərin üzərindəki tikilidən iddiaçı tərəfə baxır, həyatına müdaxilə edirlər. Bununla yanaşı üçüncü şəxsin tikilisinin altındakı torpaq nəm və qumluq yerdir, tikiliyə davamsızdır. Bünövrə bu tikiliyə tab gətirə bilməz və gələcəkdə uça bilər, uçduğu halda iddiaçıua təhlükə vardır, hər an bədbəxt hadisə baş verə bilər.Habelə üçüncü şəxs iddiaçının bağda olmamağından, divarın çəkilməsinə nəzarəti özünün etməyindən istifadə edərək divarı aradakı sərhəddən çəkmək əvəzinə iddiaçının həyətinin ərazisindən çəkmiş və bununla öz torpaq sahəsini genişləndirmiş, iddiaçının həyətinə girmişdir.X7suzluq etmiş, öz bağ sahəsinin küçə tərəfdən divara baxan hissəsini 2.0-2.5 m enində, təqribi 45 metr uzunluğunda küçədəki piyada səkisinin hesabına genişləndirmişdir. Nəticədə küçə darısqallaşmış, avtomobillərin hərəkətində çətinliklər yaranmış, piyada səkisi yoxa çıxmış, piyadaların hərəkəti isə ümumiyyətlə mümkünsüz olmuşdur ki, bu da iddiaçı və piyadaları avtomobillərin altında qalmaq təhlükəsi ilə üz-üzə qoymuşdur.Qeyd edilənlərlə əlaqədar 3-cü şəxsə qarşı Binəqədi rayon Məhkəməsində işə baxılır və məhkəmə gedişatında məlum olmuşdur ki, Qorxmaz Ağayevə fərdi yaşayış evinə dair hazırkı iş üzrə cavabdeh tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. İddiaçı hesab edir ki, bu çıxarış qanunsuz verilmişdir və ləğv edilməlidir.Belə ki, çıxarışa əlavə edilən texnki sənədlərdə fərdi yaşayış evinin ümumi divarın üzərində olduğu görünür, halbuki Binəqədi rayon İcra Hakimiyyətinin 3-cü şəxs üçün təsdiq etdiyi layihədə ev divardan bir neçə metr aralı olmalı idi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin evin layihəsindən kənar, başqa evə dair çıxarış verməsi qanunsuzdur.Digər tərəfdən isə fərdi yaşayış evi tikilib başa çatmadan, tikinti işləri başlamadan çıxarış verilməsi qanunsuzdur.Cavabdehin qanunun tələbinə əməl etməməsi ondan ibarətdir ki, 3-cü şəxsin tikintisinə icazə sənədləri fərqli olmuş və ya olmamışdır.Digər tərəfdən isə 3-cü şəxsin mülkiyyətində kifayət qdədr böyük - 0.13 ha torpaq sahəsi (faktiki sahə dəfələrlə çoxdur, çünki o küçədəki torpaqları da öz sahəsinə əlavə etmiş, çəpəri bu formada inşa etmişdir) olsa da, o evini gətirib birgə divarın üzərində inşa etmişdir.Bununla bağlı verilmiş çıxarışın və qeydin ləğvi üçün cavabdehə edilmiş müraciətə cavab verilməmişdir. Pozulmuş hüquqların başqa qaydada bərpa edilməsi mümkün olmadığından iddiaçı məhkəməyə müraciət edir və həmin hüquqları məhkəməyə qaydasında bərpa etmək məcburiyyətindədir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçının iddia tələbi ilə bağlı İdarəyə müraciəti daxil olmamışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.035 ha ölçüsü olan 1033 saylı torpaq sahəsi X9 ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “torpaq sahəsinin bağışlama müqaviləsi” əsasında **********07 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. X4 ilə X5 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında 0.065 ha ölçüsü olan 1034k saylı torpaq sahəsi özgəninkiləşdirilmiş, bunun əsasında 0.065 ha ölçüsü olan 1034k saylı torpaq sahəsinə dair X1 adına **********29 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Bundan sonra ərizə əsasında 2 torpaq sahəsi birləşdirilərək 0.1 ha ölçüsü olan torpaq sahəsinə **********59 saylı, xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Daha sonra X5 tərəfindən torpaq sahəsinin ölçüsündə yol verilmiş uyğunsuzluğun aradan qaldırılması barədə ərizəsi əsasında 1309 kv.m torpaq sahəsi onun adına qeydiyyata alınmışdır. Hazırda daşınmaz əmlakın dövlət reyestrində X1 adına sahəsi 1309 kv.m olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi **********59-10301 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixindən mülkiyyətindədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X5 iddia tələbinə etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddianın predmeti və mübahisənin mahiyyəti tam olaraq fiziki şəxslər arasında yaranmış mülki münasibətlərdən irəli gəlir.İnzibati xarakterli element mövcud deyildir.Belə ki, iddiaçı üçüncü şəxsə qarşı qanunsuz tikililərin sökülməsi barədə Binəqədi rayon məhkəməsində iddia qaldırmış, lakin iddia rədd edilmişdir.Rədd edilmiş ilk iddianın tərəfləri, əsasları və predmeti demək olar ki, eynidir, belə ki, hazırki işdəki cavabdeh həmin işdə üçüncü şəxs qismində işə cəlb edilmişdir.Bundan başqa Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn mübahisələr üzrə subyektiv iddia hüququ müvafq dövlət qurumuna məxsusdur.Üçüncü şəxs X5 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı ərizə ilə cavabdehə müraciət etmişdir, buna dair məhkəməyə iddiaçının cavabdehə ünvanlanmış ərizəsi və həmin ərizənin cavabdehə göndərilməsi haqqında SX044245041AZ izləmə kodu olan xx.xx.2025-ci il tarixli qəbz təqdim edilmişdir, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab verilməmiş və o, prosessual müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Q.Ağayev iddia tələbinə etirazında göstərdiyi məzmunda izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi.
İnzibati iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda 0,13 ha torpaq sahəsi X1 xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci ildə qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1034 saylı bağ sahəsi (0,065 ha torpaq sahəsi) İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2019-cu ildə qeydə alınmışdır. Binəqədi rayon məhkəməsinin e-2(001)-33/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 ("xxxx" ASC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “qanunsuz tikilinin sökülməsi” barədə ilk iddiası təmin olunmamış, X1 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” barədə qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı 1343,5 (min üç yüz qırx üç manat 50 qəpik) manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilmiş, qarşılıqlı iddia qalan hissələrdə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2587/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Binəqədi rayon məhkəməsinin e-2(001)-33/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraat Bak İnzibati Məhkəməsinin 2-1(112)-6468/2025 saylı işi üzrə yekun məhkəmə aktı qüvvəyə minənə qədər dayandırılmışdır. Binəqədi rayon məhkəməsinin e-2(001)-5493/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/377 saylı 09 iyun 2023-cü il tarixli ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, “Qərardadın birinci, dördüncü, beşinci və altıncı sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyi təqdim olunmadığına görə, qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. Qeyd olunur ki, mülki iş materiallarının 153-cü səhifəsində olan X3 ünvanlanmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 07 dekabr 2023-cü il tarixli **********91 nömrəli məktubunda qeyd olunur ki, “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları naturada müəyyənləşdirilərək Sizə göndərilmişdir”. Qərardadın ikinci, üçüncü və doqquzuncu sualları üzrə: X5 tərəfindən inşa olunmuş tikilinin həmin tikiliyə dair tərtib olunmuş texniki pasporta və layihəyə (bax səh. 144 və 154) uyğun olduğu, lakin tikinti zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun olaraq ara məsafəsinin saxlanılmadığı müəyyən edilmişdir. Belə ki, həmin bəndlərin tələblərinə əsasən hündürlüyü 9,95 metr olan tikili ilə, həmin tikilinin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər ara məsafəsi 2,985 metr (9,95 x 0,3) nəzərdə tutulur. Eyni zamanda qeyd olunur ki, inşa olunmuş tikili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X1 adına qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş **********59-10301 reyestr nömrəli Texniki Pasport tərtib olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69- cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinin həmin tikiliyə tətbiq olunması məsələsinə son nəticədə məhkəmə tərəfindən qiymət verilə bilər. Qeyd olunur ki, tədqiq olunan yaşayış evinin bünövrəsi lentvari şəkildə monolit dəmir betondan inşa edilmişdir. Lakin həmin bönövrənin standart və normalara uyğun olubolmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Qərardadın yeddinci və səkkizinci sualları üzrə: Tədqiq olunan evin hasara bitişik 6,2 metr olan hissəsi yaşayış evinin bir hissəsi olduğundan, həmçinin 6,2 metr hissə yaşayış evinin digər konstruktiv elementlərinə bağlantılı şəkildə inşa edildiyindən, həmin hissənin söküntüsü zamanı fərdi yaşayış evinə ziyan dəyə bilər. Qərardadın onuncu, onikinci, onüçüncü, onsəkkizinci və iyirmi ikinci sualları üzrə: Tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığına görə, qərardadın bu sualları cavablandırılmadı. Qərardadın onbirinci sualı üzrə: ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 2 torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində yerləşən torpaq sahələri arasında olan hasarın hündürlüyünün 3,6 metr olduğunu nəzərə alaraq həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin 73.1. bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu. Qərardadın ondördüncü, onbeşinci və onaltıncı sualları üzrə: X3 məxsus olan torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahələri arasında yerləşən hasarın İddiaçı həyətyanı sahəsi tərəfdən baxdıqda üzərində çatlar və künc hissədə (hasar ilə üzbəüz dayandıqda sağ künc) aralanma olduğu müəyyən olundu. Lakin həmin çatların əmələ gəlmə səbəbi və həmin çatların hasarın uçmasına səbəb olubolmamasının müəyyən olunması tikinti texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Qərardadın onyeddinci sualı üzrə: X1 mülkiyyətində olan ünvan 2 ünvanda inşa olunmuş tikililər ilə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən tikililərlə (fərdi yaşayış evi və köməkçi tikili) ara məsafəsi 15-25 metrdir. Lakin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikililər arasındakı məsafə deyil, tikili ilə həmin tikilinin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər olan məsafə tənzimlənməsi nəzərdə tutulmuşdur. Qərardadın on doqquzuncu sualı üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.35-ci bəndinin tələblərini nəzərə alaraq, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 2 torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda olan hasara bitişik X3 məxsus divarın yanaşı divar olduğu müəyyən edilir. Qərardadın iyirmi və iyirmi birinci sualları üzrə: İddiaçı məxsus olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin və yay mətbəxinin digər qonşular ilə arasında olan sərhəd hasarına bitişik olduğunu nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu. Qərardadın iyirmi üçüncü sualı üzrə: İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş su hovuzuna dair müvafiq layihə sənədləri təqdim olunmadığına görə, qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Qərardadın iyirmi dördüncü sualı üzrə: Aparılmış tədqiqatla tərəflərin mülkiyyətində olan torpaq sahələrini ayıran hasarın inşasına çəkilən xərcin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 2687 manat məbləğində olduğu müəyyən olundu. Binəqədi rayon məhkəməsinin 2(001)-309/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/1924 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinə əsasən Qərardadın birinci, ikinci, üçüncü, iyirminci və iyirmi yeddinci sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-7929/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, hər iki sahənin sərhədləri hasarla ayrılmışdır. Dövlət reyestrində qeydiyyata alınmış tikililər sərhədlər daxilindədir. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə və ilkin ekspertiza rəyinə əsasən qeyd olunur ki, tədqiq olunan ünvan 4 ünvanında yerləşən torpaq sahəsində inşa olunan evin hasara bitişik 6,2 metr olan hissəsi yaşayış evinin bir hissəsi olduğundan, həmçinin 6,2 metr hissə yaşayış evinin digər konstruktiv elementlərinə bağlantılı şəkildə inşa edildiyindən, həmin hissənin söküntüsü zamanı fərdi yaşayış evinə ziyan vurula bilər. Qərardadın beşinci sualı üzrə: İlkin ekspert rəyinə əsasən qeyd olunur ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 2 torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində yerləşən torpaq sahələri arasında olan hasarın hündürlüyünün 3,6 metr olduğunu nəzərə alaraq həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin 73.1. bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu. Qərardadın altıncı və on doqquzuncu sualları üzrə: Qərardadın bu suallarının cavablandırılması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Qərardadın yeddinci sualı üzrə: İlkin ekspertiza rəyinə əsasən qeyd olunur ki, X3 məxsus olan torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahələri arasında yerləşən hasarın İddiaçı həyətyanı sahəsi tərəfdən baxdıqda üzərində çatlar və künc hissədə (hasar ilə üzbəüz dayandıqda sağ künc) aralanma olduğu müəyyən olundu. Qərardadın səkkizinci sualı üzrə: - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, 3.0.35-ci bəndinin tələblərini nəzərə alaraq, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 2 torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda olan hasara bitişik X3 məxsus divarın yanaşı divar olduğu müəyyən edilir. Qərardadın doqquzuncu sualı üzrə: ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli mülkiyyət haqqında çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən 0,065 kv.m olan torpaq sahəsindəki tikililərə dair heç bir hüquq müəyyənedici, texniki və layihə sənədləri təqdim olunmadığına görə qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Qərardadın onuncu və on birinci sualları üzrə: İlkin ekspertiza rəyinə əsasən qeyd olunur ki, İddiaçı məxsus olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin və yay mətbəxinin digər qonşular ilə arasında olan sərhəd hasarına bitişik olduğunu nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu. Qərardadın on ikinci, on üçüncü və on dördüncü sualları üzrə: İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi ev 1034 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş su hovuzuna dair müvafiq layihə sənədləri təqdim olunmadığına görə, qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Qərardadın on beşinci sualı üzrə: X5 tərəfindən inşa edilməkdə olan fərdi yaşayış evi mülki iş materiallarının 27-30 səhifələrihdə olan eskiz layihəsinə deyil, iş materiallarının 144-152 səhnələrində olan eskiz layihəsinə uyğundur. Qərardadın on altıncı, on yeddinci və on səkkizinci sualları üzrə: Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin təsdiq etdiyi layihəyə əsasən (bax səh. 27-30) X1 torpaq sahəsində inşa edilməli olan fərdi yaşayış evi, İddiaçı ilə aralarında olan divardan 3 metr aralı məsafədə olmalı idi (bax səh. 27). Qərardadın iyirmi birinci sualı üzrə: İlkin ekspert rəyinə əsasən qeyd olunur ki, X5 tərəfindən inşa olunmuş tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2- 1-ci bəndinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmamışdır. Belə ki, həmin bəndlərin tələblərinə əsasən hündürlüyü 9,95 metr olan tikili ilə, həmin tikilinin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər ara məsafəsi 2,985 metr (9,95 x 0,3) nəzərdə tutulur. Qərardadın iyirmi ikinci sualı üzrə: İlkin ekspert rəyinə əsasən qeyd olunur ki, İddiaçı mülkiyyətində olan 0,065 ha torpaq sahəsində yerləşən 1034 saylı bağ sahəsinə bitişik X3 məxsus 1033-1034k saylı bağ arasında olan divarın ölçüsü (mübahisəli hissədə) 22,5 metrdir. Qərardadın iyirmi üçüncü və iyirmi dördüncü sualları üzrə: Mübahisəli divar ikiqat mişar daşından inşa olunmaqla, bəzi yerlərdə eninə qoyulmuş mişar daşları ilə birbirinə birləşdirilmişdir və mişar daşlarının arasında boşluq vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri11 publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21- 3- 30/2-7929/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, hər iki sahənin sərhədləri hasarla ayrılmışdır. Dövlət reyestrində qeydiyyata alınmış tikililər sərhədlər daxilindədir. Mütəxəssis rəyində qeyd olunanları o cümlədən, divarın iki qat mişar daşından inşa olunduğunu, arasında boşluq olduğunu nəzərə alaraq həmin divarlar yanaşı divarlar funksiyasında qəbul edilə bilər. Qərardadın iyirmi beşinci və iyirmi altıncı sualları üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin mütəxəssis rəyi təqdim olunmadığına görə, qərardadın bu suallarını cavablandırmaq mümkün olmadı. X1 mülkiyyətində olan iddiaçının sökülməsini tələb etdiyi tikilinin eskiz layihəsinə əsasən tikili 3 mərtəbəlidir və ümumi hündürlüyü 10,45 metr təşkil edir. Cavabdehin üçüncü şəxsə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-61 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,065 ha torpaq sahəsi X1 adına xx.xx.2020-ci ildə qeydiyyatdan keçmişdir, daha sonra eskiz layihəyə və Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanmış məlumatlandırma ərizəsinə əsasən həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 312,kv metr, yaşayış sahəsi 159,5 kv metr, köməkçi sahəsi 152,7 kv metr olan 1034K nömrəli fərdi yaşayış evi iddiaçının adına xx.xx.2022-ci ildə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 1034K nömrəli fərdi yaşayış evinin Bakı şəhəri 46 saylı notariat ofisində kontorunda 3M-508 reyestr nömrəsi ilə qeydə alınmaqla bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi müəyyən olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7534 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən ünvan 8nin yerləşdiyi bağ-torpaq sahəsinin həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AA seriyalı 607921 №li “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən ölçülərə uyğun olaraq, 0,1309 ha olmaqla daşınmaz əmlakın dövlət reyestrində iddiaçı X1 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1033 saylı bağ sahəsinin bir hissəsi (0,035 ha) üzərində X1 mülkiyyət hüququ xx.xx.2014-cü ildə qeydə alınmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 ünvan 8ni (0,065 ha) X12 adlı şəxsdən xx.xx.2020-ci ildə satın almışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 8 (0,065 ha) üzərində X1 mülkiyyət hüququ xx.xx.2020-ci ildə qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 8 (0,1 ha) üzərində X1 mülkiyyət hüququ xx.xx.2021-ci ildə qeydə alınmışdır. X1 cavabdehə ünvanlanmış ərizəsinə əsasən o, ünvan 7 ünvanda yerləşən 0,035 kv metr torpaq sahəsinə və ünvan 8 ünvanda yerləşən 0,065 kv metr bağ sahəsinə dair vahid çıxarış və vahid texniki pasportun verilməsini və hər iki torpaq sahəsinə bitişik olan faktiki istifadəsində olan torpaq sahələrinin də texniki pasporta salınması xahiş edilmişdir.
Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilir: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;139-1.1.12. 2006cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol;8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə , tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat;8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd;8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə;8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır:9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması;9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi;9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2.Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində göstərilir : 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir:57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır;57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir;57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır;57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir;57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır;57.2.6. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tələblərə uyğun olmalıdır;57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində);57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. 57.3. Bu Məcəllənin 57.2.5-57.2.6-cı maddələrində nəzərdə tutulmuş tələblərlə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir:69.5.1. divar hündürlüyünün 0,6 hissəsi;69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. 69.7. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması;69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü;69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü;69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü.69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71.1. Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. 71.2. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. 72.2. Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. 73.2. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. 73.3. Mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir. 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların;79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin;79.1.5. bu Məcəllənin 81.1ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının;79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin;79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin;79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin;79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin;79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların;79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
Məhkəmə işin faktiki hallarından müəyyən etmişdir ki, iddiaçı ilə üçüncü şəxs X5 qonşudurlar, onların torpaq sahəsi daş hasarla ayrılır,həm iddiaçının, həm də üçüncü şəxsin torpaq sahələrinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, həm iddiaçı öz mülkiyyətində olan torpaq sahəsində yaşayış evi, hovuz inşa etmiş, həm də üçünc ü şəxs tərəfindən öz mülkiyyətində olan torpaq sahəsin 3 mərtəbəli tikili inşa edilmişdir, hal-hazırda iddiaçı qonşusu olan üçüncü şəxs X1 1033-1034k saylı bağ sahəsində tikilməkdə olan evə və torpaq sahəsinə dair X1 adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın, çıxarışın verilməsinə əsas olan ********** saylı. xx.xx.2022-cil il tarixli qeydiyyatın ləğv edilməsini tələb edir, qeydiyyatın və çıxarışım ləğv edilməsinn əsası kimi onu göstərir ki, üçüncü şəxs X5 öz mülkiyyətində olan tikilini tikinti normalarına riayət olunmadan inşa etmiş, fərdi yaşayış evinin və köməkçi tikililərin inşası zamanı ara məsafəsinin tələbləri pozulmuş, bundan başqa cavabdehə aid bağ sahəsinin əsas küçəyə baxan hasarının inşası zamanı küçənin bir hissəsi zəbt olunmuşdur. Məhkəmə inzibati işə baxan zaman aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququ notariat qaydasında təsdiq edilmiş torpağın özgəninkiləşdirilməsi haqqında müqavilələr və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7534 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı əsasında aparılmışdır və bu zaman cavabdeh inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilməmişdir, belə ki, qeydiyyatın aparılması zaman notariat qaydasında təsdiq edilmiş müqavilələr, əvvəlki mülkiyyətçilərin hüquqlarını təsdiq edən çıxarışlar, və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7534 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı cavabdehə təqdim edilmişdir. İddiaçının tələb etdiyi qeydiyyatın ləğv edilməsinə o zaman yol verilmiş olardı ki, cavabdeh inzibati orqan tərəfindən qeydiyyatın aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmazdı, lakin nə qədər ki, cavabdeh inzibati orqan tərəfindən qeydiyyat qanunla nəzərdə tutulmuş əsaslar əsasında aparılmışdır, o zaman inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilməmiş, beləliklə cavabdehin hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri çərçivəsində olmuşdur. Tikinti işlərinin tikinti normalarına riayət olunmadan aparılmasına, ara məsafəsinin tələblərinin pozulmasına və Q.Ağayevin bağ sahəsinin əsas küçəyə baxan hasarının inşası zamanı küçənin bir hissəsi zəbt olunması məsələlərinə gəldikdə qeyd edilən hallar daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi üçün əsas kimi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 1033-1034k saylı bağ sahəsində tikilməkdə olan evə və torpaq sahəsinə dair X1 adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın, çıxarışın verilməsinə əsas olan ********** saylı, xx.xx.2022-cil il tarixli qeydiyyatın ləğv edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova