Məhkəmə qərarları › İş №2-1(112)-647/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-647/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-647/2022 27.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı pensiyanın yenidən hesablanması barədə iddia tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirovküçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı 2000-ci ilin sentyarb ayından hal-hazıadək ona verilməli olan pulun hesablanaraq indeksasiya edilməklə və qərar qəbul edildiyi tarixdən sonra hər ay ixtisas dərəcəsinə görə minimum əmək haqqını iki misli olaraq pensiyasına əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 22 iyul 1988-ci il tarixdən 03 sentyabr 2000-ci il tarixədək Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. Hazırda 22 iyul 2019-cu il tarixdən yaşa görə pensiyaya çıxmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25.05.1996-cı il tarixli, 85-18QR saylı qərarına əsasən “Azərbaycan Respublikasının Məhkəmə Quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 93cü maddəsiə, “Azərbaycan Respublikası Məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq ona dördüncü ixtisas dərəcəsi verilmişdir. “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq ona verilmiş dördüncü ixtisas dərəcəsinə görə hər ay minimum əmək haqqının (şərti maliyyə) vahidinin iki misli miqdarında pul ödənilməsi nəzərdə tutulmuşdur. Həmin pulun ödənilməsi ömürlük nəzərdə tutulmuşdur. Yalnız məhkəmə qaydasında geri alına bilər. Buna baxmayaraq, 2000-ci ilin sentyabr ayından bu günə kimi həmin pul ona verilməmişdir. 1993-cü ilin yanvar ayının1-dən tətbiq edilən “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992-ci il tarixli, 364 saylı Qərarının 1-ci bəndinə əsasən, 4-cü ixtisas dərəcəli hakimə minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq verilməlidir. Bundan başqa qeyd edilənin məcburiliyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18.07.2008-ci il tarixli qərarından da irəli gəlir. Belə ki, sözügedən Qərarda qeyd edilmişdir ki, “Hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş, hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.” Buna baxmayaraq, cavabdeh onun müraciətinə cavab verərək qeyd etmişdir ki, ərizəsində göstərdiyi və istinad etdiyi qanunvericilik aktları qüvvədən düşmüşdür və buna görə də, ərizədə qeyd edilən əlavələrin ona ödənilməsi mümkün deyil. Göstərilən cavab rəsmi olaraq, ona 11.01.2021-ci il tarixdə təqdim edilmişdir. “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” 29.07.1992-ci il tarixli, 250 saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Əsasnamənin 7-ci bəndinin tələbinə görə ixtisas dərəcələri hakimlərə ömürlük verilir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 24.05.1996-cı il tarixli, 85-18QR nömrəli Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinə, “Azərbaycan Respublikası məhkəmələri ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq X1 verilmiş dördüncü ixtisas dərəcəsinə görə əmək haqqının iki misli miqdarında verilən əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İşdə olan ərizə və poçt qəbzindən görünür ki, iddiaçı hazırki iddia ərizəsilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, 07 dekabr 2020-ci il tarixli, **********8 nömrəli “Əmək pensiyasını yenidən hesablanması haqqında” məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanunu Azəbraycan Respublikasının 5 oktyabr 2001-ci il tarixli, 190-İİQD nömrəli Qanunu ilə, “Aərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamə isə Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş sabiq hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzində əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sornakı artımlar da, nəzərə alınmaqla müəyyən edilir. Göstərilənləri nəzərə alaraq, ona hakim kimi işlədiyi dövrdə ödənilən əmək haqqına dair arayışda ixtisas dərəcəsinə görə əlavənin ödənilməsi ilə bağlı hər ahsnı məlumat mövcud olmadığından, həmçinin qeyd etdiyi qanunvericilik aktları qüvvədən düşdüyündən ərizəsində göstərilən əlavələrin ona münasibətdə əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Milli Məclisinin 24.05.1996-cı il tarixli, 85-İ QR saylı qərarından çıxarışdan görünür ki, Şəmkir rayon Xalq Məhkəməsinin hakimi X1 4-cü ixtisas dərəcəsi verilmişdir. İşdə olan iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, iddiaçıya 26.05.2009-cu il tarixdən 2 qrup əlilliyə görə sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. İddiaçı 2014-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona hakim kimi təyin edilmiş əmək pensiyasının müavinət və pul təminatları nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmiş, cavabdeh tərəfindən müraciəti təmin olunmadığından müvafiq iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2-1(81)-2939/2014-cü il tarixli, 10.06.2014-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməklə, İddiaçı hakimlər məzunyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı və səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün aylıq vəzifə maaşının 15 faizi məbləğində verilən pul təminatı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə X4 üzərinə qoyulmuşdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 29.03.2022-ci il tarixli, 8/293 nömrəli məktubdan görünür ki, İddiaçı hakim işlədiyi dövrdə ixtisas dərəcəsi verilməsi ilə əlaqədar arxiv sənədlərinə baxış keçirilərərək məlum olmuşdur ki, Azərbaycan Respublikası Milli Məclisinin 24 may 1996-cı il tarixli, 85 nömrəli Qərarı ilə ona dördüncü ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli 364 nömrəli “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Qərarı ilə dördüncü ixtisas dərəcəli hakimlərə 1993-cü il yanvarın 1-dən minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. Həmin Qərara əsasən 24 may 1996-cı il tarixdən 31.08.2000-ci ilədək ona əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvədən düşmüş hesab edilməsi barədə 5 oktyabr 2001-ci il tarixli, 190-İQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanun qüvvədən düşmüşdür. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 07 dekabr 2020-ci il tarixli, **********8 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaq, 1970-ci ildən əmək fəaliyyətinə başlamışdır. 03.07.1988-ci il tarixdən 29.08.2000-ci il tarixədək Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışmışdır. Ona 26.05.2009-cu il tarixdən 2 qrup əlilliyə görə sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2939/2014 saylı, 10.06.2014-cü il tarixli qərarına əsasən İddiaçı hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı və səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün aylıq vəzifə maaşının 15 faizi məbləğində verilən pul təminatı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə X5 həvalə edilmişdir. İddiaçının hazırki tələbi Azərbaycan Respublikası Milli Məclisinin 24 may 1996-cı il tarixli, 85 nömərli Qərarı ilə ona verilmiş dördüncü ixtisas dərəcəsinə görə əlavənin ona pensiya hesablanması zamanı nəzərə alınması və pensiyasının yenidən hesablanmasından ibarətdir. Cavabdehin iddiaçının tələbinin əsassız olması ilə bağlı tələbi dəlili isə ondan ibarətdir ki, “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanunu Azəbraycan Respublikasının 5 oktyabr 2001-ci il tarixli, 190-İİQD nömrəli Qanunu ilə, “Aərbaycan Respublikası məkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamə isə Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş sabiq hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzində əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sornakı artımlar da, nəzərə alınmaqla müəyyən edilir. Göstərilənləri nəzərə alaraq, ona hakim kimi işlədiyi dövrdə ödənilən əmək haqqına dair arayışda ixtisas dərəcəsinə görə əlavənin ödənilməsi ilə bağlı hər hansı məlumat mövcud olmadığından, həmçinin qeyd etdiyi qanunvericilik aktları qüvvədən düşdüyündən ərizəsində göstərilən əlavələrin ona münasibətdə əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. 29.07.1992-ci il tarixdə qəbul edilmiş, 30.11.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, “Azərabycan Respublikası məhkəmləri hakimlərinin ixtisas dərəcləri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli, 364 nömrəli “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Qərarı ilə dördüncü ixtisas dərəcəli hakimlərə 1993-cü yanvarın 1-dən minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. Həmin Qərara əsasən iddiaçıya 24 may 1996-cı il tarixdən 31.08.2000-ci il tarixədək əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilmişdir. “Məhkəmələr və hakimlər hqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 5 oktyabr 2001-ci il tarixli, 190-İİQD nömərli Azərbaycan Respublikası Qanunu ilə “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanun qüvvədən düşmüşdür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə əsasən, hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən, Qulluq stjaına görə əmək pensiyasına əlaəvlər əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.7-ci maddəsinin redaksiyasına görə bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının2 faizi miqdarında əlavə olumaqla; 10 ildən yxuarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ldən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin, həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qanunvericiliyin tələbinə görə əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır, onların tutumuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Odur ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə iddiaçıya verilmiş dördüncü ixtisas dərəcəsinə görə 1996-2000-ci illərdə hər ay vəzifə maaşına minimum əmək haqqının 2 misli miqdarında ödənilmiş əlavə haqq nəzərə alınmaqla, iddiaçının əmək pensiyası yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 24.05.1996-cı il tarixli, 85-18QR nömrəli Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinə, “Azərbaycan Respublikası məhkəmələri ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq İddiaçı verilmiş dördüncü ixtisas dərəcəsinə görə əmək haqqının iki misli miqdarında verilən əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar