Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6473/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyətinə qarşı “Bakı şəhəri, Binə qəsəbəsi, 2146 məhəllə, ev 25, 15 saylı mənzilin adına rəsmiləşdirilməsi barədə Cavabdeh üzərinə vəzifə kimi qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ.
1. İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyətinə qarşı “Bakı şəhəri, Binə qəsəbəsi, 2146 məhəllə, ev 25, 15 saylı mənzilin adına rəsmiləşdirilməsi barədə Cavabdeh üzərinə vəzifə kimi qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi, 2146 məhəllə, ev 25, 15 saylı mənzildə yaşayır. Ailəsi dörd nəfərdən ibarətdir. Əzizbəyov rayon Telefon Qovşağı 03 iyul 1991-ci il tarixli 101019 nömrəli məktubla Əzizbəyov rayon (indiki Xəzər) X7 İcraiyyə Komitəsinə xidməti mənzil ayrılması üçün müraçiət etmiş, Əzizbəyov rayon (indiki Xəzər) X7 İcrayyə Komitəsinin 09 iyul 1991ci il tarixli, 12 nömrəli sərəncamı ilə Əzizbəyov rayon Telefon Qovşağına Bakı şəhəri Binə qəsəbəsi 2146 məhəllə, 25 saylı evin 15 saylı mənzili ayrılmışdır. Sözügedən mənzil M.T.Uşkovaya məxsus olmuş, Uşkovanın ölümü səbəbi ilə həmin mənzil boşaldığından Telefon Qovşağının sərəncamına verilmişdir. Həmin mənzil boşaldıqdan sonra ona verilmiş, o ailəsi ilə birgə həmin vaxtdan bəri orada yaşayır. Onun və ailəsinin qeydiyyatı sözügedən mənzildir. Onun həmin mənzildə 1992-ci ildən qeydiyyatda olmağına baxmayaraq, o evi sənədləşdirə bilməmişdir. Bu məsələ ilə əlaqədar Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən onun müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, İddiaçı Cavabdehnə müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim edilən sənədlərdən göründüyü kimi, Binə qəsəbəsi, 2146-cı məhəllə, ev 25, 15 nömrəli mənzil Əzizbəyov (indiki Xəzər) rayon X7 İcraiyyə Komitəsinin 12 nömrəli, xx.xx.1991-ci il tarixli Qərarına əsasən mənzilin kirayəçisi M.Uşkovanın vəfat etməsi ilə əlaqədar sözügedən mənzil boşaldığından Əzizbəyov rayon Telefon Qovşağının sərəncamına verilmişdir. Hazırda qeydiyyatda olduğu və yaşadığı mənzilin ona ayrılması barədə hüquqmüəyyənedici sənədlər RlH-nə təqdim edilməmişdir. Bununla əlaqədar olaraq ərizəsində qeyd etdiyi məsələnin həlli Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Göründüyü kimi iddiaçı həmin mənzildə qeydiyyatda olmağına baxmayaraq mənzilin onun istifadəsinə verilməsi (mənzildən istifadə hüququnun tanınması) barədə heç bir sənəd təqdim etməmişdir. Bununla əlaqədar olaraq, hesab edirik ki, hazırki inzibati iş üzrə Cavabdeh inzibati orqan hesab oluna bilməz. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı "mənzilin rəsmiləşdirilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışında iştirak etməmişlər. Odur ki, məhkəmə işə iddiaçının və cavabdehin (nümayəndəsi) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım haqqında məktub ünvanlansa da, təyin edilmiş məhkəmə iclaslarında iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsinin zəruri olduğu bildirilsə də, iddiaçı tərəfindən məhkəmənin üzərinə qoyduğu vəzifə icra edilməmiş və cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının qanunvericiliyi ilə təsbit edilmiş qorunma sferasına müdaxilənin edilməsini məhkəmənin diqqətinə çatdırmamışdır.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır.
8. Həmin qərarın 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.
9. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.
10. Hazırkı iddiaçının “Bakı şəhəri, Binə qəsəbəsi, 2146 məhəllə, ev 25, 15 saylı mənzilin adına rəsmiləşdirilməsi barədə Cavabdeh üzərinə vəzifə kimi qoyulması” iddianın verilməsinin səbəbi- mənzilə dair onun mülkiyyət hüququnun dövlət orqanı tərəfindən tanınması istəyidir. Aşağıdakılara əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçının hüquqları pozulmamışdır..
Faktiki hallar və sübutlar.
AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1965ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşıdır. Əzizbəyov Rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 №-li qərarından görünür ki, Binə qəsəbəsi, məhəllə 2146, ev 24, sahəsi 15,97 kv.m olan 15 nömrəli bir otaqlı mənzil xidməti yaşayış sahəsi kateqoriyasındadır. Əzizbəyov rayon X6 15 gün müddətinə yuxarıda göstərilən yaşayış sahəsində məskunlaşması qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Xəzər rayon MTKB-nin 4393 nömrəli şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı (arvadı və qızı ilə birlikdə) Bakı şəhəri, Binə qəsəbəsi, 2146 məhəllə, ev 25, 15 saylı mənzildə 1992-ci ildən qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Xəzər rayon MKTB-nin 131 saylı MKİS-nin 05 nömrəli, 22 avqust 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Binə qəsəbəsi, 2146 məhəllə, ev 25, 15 saylı mənzildə yaşayır. Evdə qeydiyyatda olan və yaşayanlar: özü - İddiaçı (1992-ci ildən), arvadı – X3 (1992-ci ildən), qızları – X4 (2008-ci ildən) və X5 (2012-ci ildən) "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 154 nömrəli arayışından görünür ki, İddiaçı 26.1.2018-ci il tarixindən hal-hazırdək Bakı Telefon Rabitəsi” MMC-nin 5 saylı Rabitə xidmətləti mərkəzinin Xətt qurğularının istismarı şöbəsinin EATS 456 (Binə) xəttində montyor işləyir. İddiaçının müraciəti əsasında cavabdeh Xəzər RİH-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Binə qəsəbəsi, 2146-cı məhəllə, ev 25, 15 nömrəli mənzil Əzizbəyov (indiki Xəzər) rayon X7 İcraiyyə Komitəsinin 12 nömrəli, xx.xx.1991-ci il tarixli Qərarına əsasən mənzilin kirayəçisi M.Uşkovanın vəfat etməsi ilə əlaqədar sözügedən mənzil boşaldığından Əzizbəyov rayon Telefon Qovşağının sərəncamına verilmişdir. Hazırda qeydiyyatda olduğu və yaşadığı mənzilin ona ayrılması barədə hüquqmüəyyənedici sənədlər RlH-nə təqdim edilməmişdir. Bununla əlaqədar olaraq, ərizəsində qeyd etdiyi məsələnin həlli Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Məhkəmənin müvafiq sorğularına əsasən: Xəzər RİH-nin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında” xx.xx.2019-cü il tarixli birtipli müqavilədən görünür ki, Kirayədar - Xəzər rayonu MKTB-nin 131 saylı MKİS kirayəçi – İddiaçı və onun ailə üzvlərinə Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, ev 25, 15 nömrəli mənzilini müddətsiz istifadə üçün verir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Xəzər rayon MKTB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə 25 saylı binanın 15-ci mənzili Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır və Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı qərarı ilə xidməti yaşayış mənzili kimi qeydə alınmışdır.
Məhkəmənin mövqeyi
11. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının “Bakı şəhəri, Binə qəsəbəsi, 2146 məhəllə, ev 25, 15 saylı mənzilin adına rəsmiləşdirilməsi barədə Cavabdeh üzərinə vəzifə kimi qoyulması” tələbinə dair iddiası qanunla nəzərdə tutulmuş mümlünlük şərtlərinə cavab vermir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır
12. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsində qeyd edilən normanın tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar
14. Hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçının iddiasına cavab verən orqan deyil. Belə ki, iddiaçının “ onun adına rəsmilşdirilməsini” istədiyi mənzil Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında olan mənzildir.
15. Bundan başqa iddiaçı mənzilin onun adına rəsmiləşdirilməsi tələb etdikdəmənzilin onun mülkiyyətinə verilməsini nəzərdə tutur. İş üzrə toplanılmış sənədlərə əsasən o hal da müəyyən edilmişdir ki, mübahisəli mənzil xidməti mənzillərin siyahısına daxildir.
16. Belə olan halda, Cavabdeh balansında olmayan yaşayış sahəsi barəsində sərəncam vermək səlahiyyətinə malik deyildir.
17. Hazırki iş üzrə iddiaçının “mənzilin onun adına rəsmiləşdirilməsi” tələbinə dair məhkəmə qeyd edir ki, mənzil barəsində Xəzər rayonu MKTB tərəfindən iddiaçı ilə müqavilə bağlanmış və Xəzər rayonu MKTB iddiaçının nəzərdə tutduğu tələbi öz səlahiyyətləri daxilində yerinə yetirmişdir.
18. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının “Bakı şəhəri, Binə qəsəbəsi, 2146 məhəllə, ev 25, 15 saylı mənzilin adına rəsmiləşdirilməsi barədə Cavabdeh üzərinə vəzifə kimi qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
20. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
21. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
NƏTİCƏVİ HİSSƏ
22. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyətinə qarşı “Bakı şəhəri, Binə qəsəbəsi, 2146 məhəllə, ev 25, 15 saylı mənzilin adına rəsmiləşdirilməsi barədə Cavabdeh üzərinə vəzifə kimi qoyulması”na dair iddia tələbi mümkün sayılmasın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova