Məhkəmə qərarları › İş №2-1(112)-6479/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6479/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6479/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “hərraca görə ödənilmiş məbləğin geri qaytarılması və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən 17.500 manat hərracın qalibi olmağı üçün, 300 manat məhkəmə işləri ilə əlaqədar vəkilə ödənilmiş pulun, əldən çıxmış fayda kimi 656 manat pulun, ümumilikdə 19.156 (on doqquz min bir yüz əlli altı) AZN məbləğində pul vəsaitinin qaytarılması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25 % hissəsində) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75 % hissəsində) həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 93,5 kv.metr qeyri-yaşayış sahəsini açıq hərrac yolu ilə AR ƏMDK-dan 13 sentyabr 2017ci il tarixdə 17500 manata əldə etmişdir. 12.09.2017-ci il tarixdə hərracın nəticələrinə dair 32/02 saylı hərrac protokolu tərtib edilmiş, protokol əsasında 13.09.2017-ci il tarixdə onunla AR ƏMDK arasında 3603 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin sonradan X11 iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və onun əldə etdiyi qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın 12 sentyabr 2017-ci il tarixli 32/02 saylı protokolun, 13.09.2017-ci il tarixli, 3603 saylı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(011)-487/2010 saylı qətnaməsi ilə X7 iddiası rədd edilmişdir. İddiaçının həmin qətnamədən verdiyi apelyasiya şikayəti isə təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2(103)-8709/19 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən 93,5 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı 12 sentyabr 2017-ci il tarixli 32/02 saylı protokolun, 13.09.2017-ci il tarixli, 3603 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair İddiaçı adına verilmiş 30.10.2017-ci il tarixli. RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilərək ləğv olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsindən cavabdehlərdən biri kimi tərəfimdən verilmiş kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.12.2019-cu il tarixli 2( 102)-8241 /2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Yəni həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərək hərracın etibarsızlığı barədə qənaətə gəlsə də, tərəfindən hərracın qalibi olmağı üçün cavabdeh AR ƏMDK-nə ödənilmiş 17500 manat pulun ona qaytarılması barədə qətnamədə qeyd etməmiş, yəni tərəflərin əvvəlki vəziyyətini (restitusiya) bərpa etməmişdir. Bundan sonra məcbur qalıb cavabdeh AR ƏMDK-nə müraciət edərək pulun qaytarılmasını xahiş etsə də, ona məhkəməyə müraciət etməyi bildirilmiş, yalnız məhkəmə qətnaməsi əsasında pulunun qaytarılacağı deyilmişdir. Hazırda hərracın qalibi olmağı üçün ödədiyi və hələ də ona qaytarılmayan pulun kompensasiya edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddianın mümkünlük şərtləri yoxlanılmış, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, zəruri sənədlər toplanılmış və iş üzrə şifahi məhkəmə baxış iclası 23.09.2021-ci il tarixə təyin edilmişdir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18 iyun 2021-ci il tarixli **********64 saylı etirazında göstərmişdir ki, iddia Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16.05.2000-ci il tarixli Qanununun 11.1 -ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür.Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə malik deyildir. Qeyd edilən səbəbdən, iddiaçı tərəfindən yuxarıda qeyd edilən əmlakın özəlləşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 17 500 manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya ödənilə bilər. İddiaçının digər tələbləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Əmlak Məsələləri Dövlət Xidməti iddiaçının pul vəsaitini qanunsuz olaraq saxlamamış və onu qaytarmaqdan boyun qaçırmamışdır. İddiaçı tərəfindən müvafiq pul vəsaiti öz iradəsinə uyğun olaraq dövlət büdcəsinə ödənilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti onu dövlət büdcəsindən iddiaçıya qaytarmaq imkanına malik olmadığından, iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Maliyyə Nazirliyi etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdin etibarsızlığını tənzimləyən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə geri qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd olunan maddədən də aydın görünür ki, söhbət tərəflərdən gedir ki, burada da tərəflər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən sözügedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, Maliyyə Nazirliyi hərracı təşkil etmədiyi, iddia tələbində sözügedən məsələlərlə əlaqədar Maliyyə Nazirliyi əvvəllər heç bir öhdəlik götürmədiyi, tələbdə qeyd olunan hərracda Maliyyə Nazirliyi heç bir tərəf olmadığı və müqavilə tərəfi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olduğu halda, iddianın Maliyyə Nazirliyinə qarşı yönəldilməsi anlaşılan deyildir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət ProqramTnın 13- cü bəndinə istinad edərək qeyd edir ki, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur və bu vəsaitdən 25 %-i Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hesabına ayrılır. Lakin sözügedən Fərmanda qeyd olunan müddəa hər hansı bir orqanın səhv hərəkəti nəticəsində dövlət büdcəsinə tutulmanın yönəldilməli olduğu anlamına gəlməməlidir. İş materiallarından tam aydın olaraq görünür ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43-cü maddəsində aşağıdakılar qeyd olunur: “43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.”Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş əsasnaməsinin 1.1-ci yarımbəndində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra - müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) strukturuna daxil olan qurum olması qeyd olunur. Dövlət büdcəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatı üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. Həmçinin iddiaçı vəkil xidmətinin göstərilməsi üçün ödəmiş olduğu 300 (üç yüz) manat pulun cavabdehlərdən qaytarılmasını tələb edir. Bununla əlaqədar qeyd edirik ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Eyni zamanda əldən çıxmış fayda kimi 656 (altı yüz əlli altı) manat pul tələbi ilə əlaqədar hər hansı bir sübut yoxdur, həmin tələbi də əsassız hesab edirlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı cavabdehlərə müraciət edərək açıq hərracdan əldə etdiyi daşınmaz əmlaka görə dövlət büdcəsinə ödədiyi 4.500 manat pul vəsaitinin ona qaytarılmasını xahiş etmiş, cavabdehlər ərizənin təmin edilməsindən imtina etmişdirlər. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehlərin üzərinə hərraca görə ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə öhdəliyin qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.08.2019-cu il tarixli 2(103)- 8709/2019 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “hərracın nəticələrinə dair protokolun, alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12.09.2017-ci il tarixli, 32/02 saylı protokolunun, cavabdehlə İddiaçı arasında ünvan 4 ünvanında yerləşən 93,5 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış 13.09.2017-ci il tarixli, 3603 saylı müəssisənin (obyektin) alğı-satqı müqaviləsinin, həmin qeyri-yaşayış sahəsinə dair İddiaçı verilmiş 30.10.2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-487/2019 saylı, 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.08.2019-cu il tarixli 2(103)-8709/2019 saylı qətnaməsi ilə iddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-487/2019 saylı, 09 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12.09.2017-ci il tarixli, 32/02 saylı protokolunun, cavabdehlə İddiaçı arasında ünvan 4 ünvanında yerləşən 93,5 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış 13.09.2017-ci ci il tarixli, 3603 saylı müəssisənin (obyektin) alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair İddiaçı verilmiş 30.10.2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarış etibarsız hesab edilərək ləğv edilməsi, cavabdehdən iddia ərizəsinin verilməsi ilə bağlı 10 manat və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 5 manat dövlət rüsumu olmaqla, cəmi 15 (on beş) manatın iddiaçı X8 və birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bi yüz) manat alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.12.2019-cu il tarixli 2(102)-8241/2019 saylı qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 avqust 2019-cu il tarixli, 2(103)-8709/19 saylı qətnaməsinin həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış **********75 saylı, 29 oktyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 93.5 kv. metr qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən dövlət büdcəsinə 17.500 (on yeddi min beş yüz) manat məbləğində vəsait ödənilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16.05.2000-ci il tarixli Qanununun 11.1 -ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin açıq hərracda satışını təşkil etdiyi qeyri-yaşayış sahəsini iddiaçı satın almış və həmin əmlaka görə 17.500 manat məbləğini ödəmişdir, lakin sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həmin əmlakın hərraca dair protokolu, alqı-satqı müqaviləsi və reyestrdən çıxarışı etibarsız hesab edilmişdir. Hazırda iddiaçı hərrac nəticəsində ona satılmış əmlaka görə ödədiyi 17.500 manat, 300 manat məhkəmə xərci, 656 manat əldən çıxmış faydanı ümumilikdə 19.156 (on doqquz min bir yüz əlli altı) manat məbləğinin cavabdehlər tərəfindən ona qaytarılmasını tələb edir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçının müraciətinə qiymət verilərkən yalnız “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinə istinad olunmuş və aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, hərracın və hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsız sayılması zamanı, şəxsin ümumiyyətlə müqavilə predmeti üçün ödənilən vəsaiti tələb etmək hüququna malik olub-olmaması və bu halın hansı normativ hüquqi aktlar əsasında tənzimlənməli olması müəyyənləşdirilməlidir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi-dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nın 1-ci bəndinə əsasən, bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən, ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür. Həmin Qaydaların 8-ci bəndinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 8.22-ci bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəzifələrinə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə, alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, qeyri-yaşayış sahəsi hərracda iddiaçı tərəfindən satın alınmış və 17500 manat haqq ödənilməklə alqı-satqısı həyata keçirilmişdir. Daha sonra qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında hərrac protokolu, alqı-satqı müqaviləsi və reyestrdən çıxarış etibarsız sayılmışdır. İddiаçı özəlləşdirilmiş əmlaka görə pul vəsaitini dövlət büdcəsinə köçürmüş, hərrac protokolu ləğv edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmalıdır. Ödənilmiş vəsaitin dövlət büdcəsindən qaytarılması ilə bağlı isə cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə yanaşı, həmçinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi də çıxış etməldiir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 13.1-ci bəndində qeyd edilir ki, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur (13.2-ci bənd). Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Qeyd edilən normaya əsasən qətnamə icra edilərkən ödənilmiş 17500 manatın 25 % hissəsi Əmlak Məsələləri Dövlət Komitəsindən, qalan 75 % hissəsi isə Dövlət büdcəsi hesabına Maliyyə Nazirliyindən alınmalıdır. İddiaçının iddia tələbinin əldən çıxmış fayda kimi 656 manatın ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması hissəsinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması və iddiaçının gəlirdən məhrum olması təsdiq olunmamışdır. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Bundan başqa, iddiaçı hüquqi xidmət haqqı kimi ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən hüquqi xidmət haqqı ilə bağlı xərcləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə də təmin olunmamalıdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üçün ödənilən 17.500 manat pul vəsaitinin iddiaçıya qaytarılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci mаddələrini rəhbər tutаrаq, Məhkəmə qərara aldı: İddiaçı iddiası qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üçün ödənilən 17.500 (on yeddi min beş yüz) manat pul vəsaitinin İddiaçı qaytarılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar