Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-648/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya əlillik dərəcəsinin dayandırıldığı tarixdən bərpa edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya əlillik dərəcəsinin dayandırıldığı tarixdən bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı ali-hərbi məktəbdə oxuduğu müddət ərzində 1992-ci ilin dekabr ayında Ümumqoşun Komandanlıq Məktəbinin Komandirinin 304 nömrəli əmri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda işğal olunmuş torpaqların erməni işğalçılarına qarşı döyüş əməliyyatları bölgəsinə, Ağdam rayonunun Mərzili-Novruzlu kəndlərinə göndərilərək döyüş əmrini icra etmişdir. Eyni zamanda 18 fevral 1994-cü il tarixdə məktəb rəisinin 76 nömrəli əmri ilə Xanlar rayonu ərazi vahidində mövcud olan “Murov və Güzgü” dağ adlanan yüksəkliklərin işğaldan azad olunmasında kursant yoldaşları ilə birlikdə fəal iştirak etmiş, elə həmin döyüşlərdə qarşı tərəfdən atılan artileriya mərmiləri nəticəsində sağ-bud çanaq, sağ baldır və bədənin müxtəlif nahiyyələrindən çoxsaylı mərmi "qəlpə" yaraları almışdır. O cümlədən, X6 zabit qismində xidmətdə olarkən 21-ci Sərhəd Zastavasında ezamiyyətdə olduğu müddətdə Dövlət sərhədində baş vermiş hadisənin qarşısının alınması məqsədi ilə hadisə yerinə hərəkət edən zaman “Sol diz” oynağından xəsarət almış, aldığı xəsarət səbəbindən 14 noyabr 1997-ci ildə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında əməliyyat olunmuşdur. Aldığı çoxsaylı (qəlpə) yaraları və xəsarətlər səbəbindən səhhətində yaranan hər iki ayağının diz oynağında hərəkətin məhdudluğu yerişin pozulması, sağ pəncənin parezi, hər iki aşağı ətraf əzələlərin hipotrofıyası, hər iki diz oynağının postravmatik deformasiyaedici artrozu, bel fəqərələrinin asteoxandrozu və sair səbəblərdən 2003-cü ilin aprel ayından etibarən könüllü ərizə ilə silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. Hər il mütamadi olaraq müxtəlif tibb müəssisələrində müayinə və müalicə olunmuş, səhhətində illər ötdükcə yaranan ağırlaşmalar səbəbilə 2016-cı ilin dekabr ayında Ağstafa Rayon Mərkəzi Xəstəxanası tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra yazılmış (forma 088) rəsmiləşdirildikdən sonra 2017-ci il yanvar ayının 27-də ona 2-ci qrup əlillik təyin edilmişdir. X13 Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyyası tərəfindən şəhadətləndirilərkən 1994cü ildə döyüş əməliyyatları bölgəsində “döyüş” əmrini icra edərkən aldığı xəsarətlər, istər 1997-ci ildə Naxçıvan MR ərazisində dövlət sərhədinin mühafizəsi zamanı “sol diz” oynağından aldığı xəsarətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 Fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi həkim ekspertizası haqqında» Əsasnamənin 7.2 bəndinin a) yarımbəndində nəzərdə tutulmuş qaydada təyin edilməyərək, Dövlət sərhədində baş vermiş hadisə zamanı “sol diz” oynağından aldığı xəsarət “Travmadır. Hərbi xidmət dövründə alınmışdır" 1994-cü ilin 18 fevralında işğal olunmuş torpaqların azad olunması uğrunda gedən döyşlərdə qarşı tərəfdən atılan artileriya mərmiləri nəticəsində “sag bud-çanaq, sağ baldır” və bədənin müxtəlif nahiyyələrindən aldığı coxsaylı mərmi “qəlpə” yaraları “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilmişdir. 27 yanvar 2017-ci ildə ona təyin edilmiş 2-ci qrup əlillik dayandırılmışdır. Lakin 22 may 2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin MHHK-nin 2003-cii ildən hazırkı vaxtadək barəsində verdiyi ayrı-ayrı illərdə 3 müxtəlif məzmunlu ziddiyyət yaradan qərarlar məhkəmədə mübahisələndirilmişdir. Məhkəmə prosesləri zamanı Dövlət Sərhəd Xidmətinin MHHK-nın məsul şəxsləri barəsində verdiyi qərarlara yenidən baxacağı öhdəlik götürərək, aldığı xəsarətlərin səbəb əlaqəsini yenidən müvafiq sənədlərə xəstəlik epiqrizlərinə əsaslanaraq 21 sentyabr 2019cu ildə Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin 7.2-ci bəndinin a) yarımbəndini yenidən əldə rəhbər tutaraq barəsində 541 nömrəli düzgün qərar vermişdir. Korrupsiya İdarəsinin araşdırması zamanı nəzarət qaydasında müayinə üçün tibbi ekspertizaya, oradan isə Travmatalogia İnstitutuna göndərişlə göndərilərək müayinə olunmuşdur. Döyüş əməliyyatları bölgəsində və dövlət sərhədinin mühafizəsi zamanı aldığı xəsarətlər səbəbindən səhhətində yaranan bütün fəsadlar bir daha öz əksini tapmışdır. Lakin dayandırılmış 2-ci qrup əlilliyinin yenidən bərpası ücün aidiyyatı üzrə dəfələrlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Xidmətinə müraciət etmiş, Ağstafa Rayon Mərkəzi Xəstəxanasından səbəb əlaqənin dəyişdirilməsi və əlilliyin bərpası üçün yazılmış forma- 088 aidiyyatı üzrə təqdim olunsa da, əlilliyi bərpa olunmamışdır. İddiaçı üçün verilmiş göndəriş əsasında diaqnoz olaraq əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. İmtina tamamilə qanunsuz hesab edilir. Belə ki. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda qeyd olunmuşdur ki. 0221003AAEWM saylı göndərişlə göndərilmiş 088 saylı arayış əsasında 27 yanvar 2017ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində, iddiaçıya ikinci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti 27 yanvar 2022-ci il tarixə qədər müəyyən olunmuşdur. Əlillik səbəbi kimi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik göstərilmişdir. Dövlət Sərhəd Xidməti MHHK-nın 21 sentyabr 2019-cu il tarixli 541 nömrəli qərarında göstərilmişdir ki. 2006 saylı Hərbi hissənin sabiq hərbi qulluqçusu kapitan İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa Rayon Şöbəsinin 31 may 2019-cu il tarixli 571 nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə əsasən (Xidmətin Ağstafa Rayon Şöbəsinin 31 may 2019-cu il tarixli 287 nömrəli arayışı və təsdiq olunmuş şahid ifadələri, DSX HH-nın 2029, 257, 463 saylı xəstəlik tarixlərindən çıxarış epikrizləri. MN Mərkəzi Arxivinin 12 fevral 2015-ci il tarixli 9/2-860 nömrəli arayışı) İddiaçı 18 fevral 1994-cü il tarixdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin 37 nömrəli əmri ilə döyüş bölgəsinə göndərilmiş və döyüş zamanı sağ bud-çanaq, sağ baldır və bədənin müxtəlif nahiyələrindən mərm yarası alması və Dövlət Sərhəd Xidmətinin X6 xidmət edərkən 21-ci Sərhəd Zastavasında dövlət sərhədində baş vermiş hadisə yerinə gedərkən sol diz oynağından xəsarət alması. 14 noyabr 1997-ci ildə əməliyyat olunması təyin edilmişdir. Diaqnoz: Odlu silah yaralanması/1994). Sağ budçanaq və sağ baldır nahiyyəsinin qəlpə yaralanmasından sonrakı köhnə dəri çapıqları. Sol diz oynağın içəri meniskinin cırılmasma görə aparılmış “Açıq üsulla total meniskektomiya əməliyyatının/14.11.97) uzaq qalıq əlamətləri. Soltərəfli posttravmatik qonartroz(İİ mərhələ), oynağın fiziki gərginlikdən yaranan cüzi qeyri- sabitliyi, təkrarlanan sinoviti, meniskokalsinoz. “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” Eyni zamanda nəzərinizə çatdırılır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 406/2021 saylı iş üzrə 21 yanvar 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçı 1 sentyabr 1974-cti il təvəllüdlü İddiaçı təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin bərpa olunması vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1278/2021 saylı iş üzrə 13 sentyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-121/2022 saylı iş üzrə 19 yanvar 2022-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək, İddiaçı təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin bərpa olunması vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Ali Məhkəmənin 19 yanvar 2022-ci il tarixli qərarı qanuni qüvvəsini almış və icra edilmişdir. Bundan başqa, cavabdeh iddiaçının xəbəri olmadan əlilliyin təyinatından imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 38-ci maddələrinə, «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin müddıalarına əsaslanaraq, İddiaçı təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin əlilliyin dayandırıldığı tarixdən bərpa olunması öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı əlillik vəziyyətinə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının 14 yanvar 2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M16 - Koksartroz [bud çanaq oynağının artrozu] => M16.4 - İkitərəfli Diaqnozun mətni: Oynaqların kontrakturası, Hər iki bud-çanaq oynağının yaxınlaşdırıcı-uzaqlaşdırıcı kəskin kontrakturası. Spastik hemiplegiya, Sağ pəncənin parezi. Hərəkətin və yerişin pozulmaları, Hərəkətin və yerişin pozulması.Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxandrozu. İkitərəfli posttravmatik koksartroztar, Odlu silah yaralanmasından sonra hər iki bud-çanaq oynağının koksartrozu.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9,G80-G80.9);” səbəbi ilə beş İl müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik müddətinin bitməsi ilə əlaqədar növbəti qiymətləndirmə Qazax Rayon Mərkəzi Xəstəxanasının 18 avqust 2022-ci il tarixli göndərişi əsasında aparılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanmasından sonrakı vəziyyət(1994),(1997). Yumşaq toxumalarda qalmış yad cisim, bədəndə çoxsaylı metal qəlpələr. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Həmçinin, iddiaçı Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 14 noyabr 2022-ci il tarixli qərara əsasən 19 oktyabr 2022-ci il tarixli müayinənin nəticəsində iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, İddiaçı əlillik təyinatının aparılmasından imtina edilmişdir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazı müdafiə etdi və iddianın təmin olunmamsını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olmuş 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ilə «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur Həmin Meyarların 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklər” bölməsinin M16 kodu altında koksartroz (bud-çanaq oynağının artrozu) və M17 kod altında qonartroz (diz oynağının artrozu) xəstəlikləri əlilliyin dərəcəsinin təyininə əsas verir. Həmin Meyarların 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklər” bölməsinin M42 kod altında osteoxondroz xəstəliyi əlilliyin dərəcəsinin təyininə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza AR ƏƏSM Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 1.5-ci bəndinə görə şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (1.5.1) ümumi səbəblərdən, (1.5.1.1) ümumi xəstəlik, (1.5.1.2) istehsalat zədəsi, (1.5.1.3) peşə xəstəliyi, (1.5.1.4) Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, (1.5.1.5) hərbi xidmət dövrü ilə əlaqədar, (1.5.1.6) hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, (1.5.1.7) terror hadisəsi ilə əlaqədar, (1.5.2) xüsusi səbəblərdən, (1.5.2.1) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, (1.5.2.2) 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, (1.5.2.3) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, (1.5.2.4) Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Qanuna və İPM-ə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qaydanın 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə «İnzibati icraat haqqında» Qanuna uyğun olaraq baxılır. Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmənin 05 iyul 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə olunmuşdur: 1) xx xxxxxxxx 1974-cü il tarixdə doğulmuş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? göndərişdən müalicələrin qısa müddətli olması, adıçəkilən şəxsin ətraflı müalicə olunmaması, ixtisaslaşmış müayinə, müalicənin davam etdirilməməsi halları müəyyən edilirmi? 2) xx xxxxxxxx 1974-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? Bu xəstəlik və qüsürlar müalicə ilə aradan qaldırıla biləndirmi? 3) xx xxxxxxxx 1974-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacı varmı? Məhkəmənin 05 iyul 2023-cü il tarixli qərardadının icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 15 sentyabr 2023-cü il tarixli məktubu ilə T 607/2023 nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Rəydə göstərilmişdir ki, 1972-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilmiş suallara uyğun komissiya nəticəyə gəlir: (1) Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişlər tam doldurulmuş, göndərişlərdə onun ixtisaslaşmış müayinə, müalicələrinin qısa müddətli olması halları müəyyən edilməmişdir. (2) Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilərkən travmatoloqlar tərəfindən ona “Odlu silahla yaralanmadan sonrakı hər iki budun yuxarı-orta-aşağı 1/3-nin ön, arxa və tış, sol diz oynağının iç, ön, sağ baldırın orta 1/3-nin ön-iç, sağ dirsək oynağının tış, ön səthlərində kobud dartıcı çapıq toxumaları, hər iki bud-çanaq oynağının koksartrozu İİİ (üçüncü) dərəcəli, açıcı-bükücü, yaxınlaşdırıcı kontrakturası, solda açma 10°, bükmə 45°, uzaqlaşma 20°, sağda açma 10°, uzaqlaşma 23°, bükmə 55°, sol diz oynağının içəri meniskinin meniskektomiya əməliyyatının sonrakı vəziyyəti İİİ (üçüncü) dərəcəli qonartroz, oynağın qeyri stabilliyi, laxlayan oynağı, açıcı-bükücü kəskin kontrakturası (açma 165 dərəcə, bükmə 155 dərəcə), bel fəqərələrinin osteoxondrozu, kəskin irradiasiya verən kökcük ağrı sindromu ilə, əzələ atrofıyası ağrı sindromu ilə, dayaq-hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması” diaqnozu müəyyən edilmişdir. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə ilə aradan qaldırılması mümkün deyildir. (3) Vətəndaş İddiaçı sağlamlıq vəziyyətinə görə hazırda əlavə müalicəyə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərsə onların ağırlığından asılı olaraq istər ambulator, istərsə də stasionar müalicəyə cəlb oluna bilər. Bundan sonra məhkəmə tərəfindən yenidən tibbi ekspertiza təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə olunmuşdur: 1) xx xxxxxxxx 1974-cü il tarixdə doğulmuş İddiaçı almış olduğu “bud və baldır nayihənin yumşaq toxumalarının çapıqları” xəsarəti bud çanaq oynağının sümük patologiyasını törədə bilərmi? 30 il əvvəl alınmış baldır nayihənin yumşaq toxumalarının çapıqları xəsarəti iddiaçıda hər hansısa bir hərəkət məhdudiyyətinə səbəb ola bilərmi? 2) xx xxxxxxxx 1974-cü il tarixdə doğulmuş İddiaçı hər iki diz oynağında 4-cü dərəcəli qonartroza rast gəlinirmi? 3) xx xxxxxxxx 1974-cü il tarixdə doğulmuş İddiaçı Bud çanaq oynağında 4-cü dərəcəli koksartroza və təzahür edən hərəkət məhdudluğuna rast gəlinirmi? Gəlinirsə bu baldır nayihənin yumşaq toxumalarının çapıqları xəsarəti əlaqəlidirmi? 4) xx xxxxxxxx 1974-cü il tarixdə doğulmuş İddiaçı hər iki aşağı ətraflarda iflic, parez, paraparez əlamətləri izlənilirmi? Məhkəmənin 02 noyabr 2023-cü il tarixli qərardadının icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 19 dekabr 2023-cü il tarixli məktubu ilə T 871/2023 nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Rəydə göstərilmişdir ki, 1972-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilmiş suallara uyğun komissiya nəticəyə gəlir: (1-4) X1 28 avqust 2023-cü il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilərkən travmatoloqlar tərəfindən ona “Odlu silahla yaralanmadan sonrakı hər iki budun yuxarı-orta-aşağı Wnin ön, arxa və tış, sol diz oynağının iç, ön, sağ baldırın orta 1/3-nin ön-iç, sağ dirsək oynağının tış, ön səthlərində kobud dartıcı çapıq toxumaları, hər iki bud-çanaq oynağının koksartrozu İİİ (üçüncü) dərəcəli, açıcı-bükücü, yaxınlaşdırıcı kontrakturası, solda açma 10°, bükmə 45°, uzaqlaşma 20°, sağda açma 10°, uzaqlaşma 23°, bükmə 55°, sol diz oynağının içəri meniskinin meniskektomiya əməliyyatının sonrakı vəziyyəti İİİ (üçüncü) dərəcəli qonartroz, oynağın qeyri stabilliyi, laxlayan oynağı, açıcı-bükücü kəskin kontrakturası (açma 165 dərəcə, bükmə 155 dərəcə), bel fəqərələrinin osteoxondrozu, kəskin irradiasiya verən kökcük ağrı sindromu ilə, əzələ atrofıyası ağrı sindromu ilə, dayaq-hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması” diaqnozu müəyyən edilmişdir. Həmin diaqnozda “hər iki diz oynağında 4-cü dərəcəli qonartroza, bud-çanaq oynağında 4-cü dərəcəli koksartroza və bunların nəticəsi kimi təzahür edən hərəkət məhdudluğuna” rast gəlinir. Həmin xəstəliklər “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr; Odlu silah yaralanmasından sonrakı vəziyyət” əsas diaqnozunun ağırlaşmalarıdır. Qalıq əlamətləri olan aşağı ətraflarda əzələ gücünün zəifləməsi, atrofiya və paraparez EMQ müayinəsinin nəticəsi ilə bir daha öz təsdiqini tapır. Göründüyü kimi, məhkəmə icraatında tibbi-ekspertizasının keçirilməsi barədə məhkəmə qərardadlarının icrası ilə əlaqədar verilmiş aidiyyəti səlahiyyətli qurum tərəfindən ekspert rəylərinin müqayisəli təhlilindən aydın olur ki, İddiaçı müvafiq tibb müəssisəsi tərəfindən müayinənin nəticələri üzrə tibbi göndərişdə (forma 088 arayışında) qoyulmuş diaqnoz düzgün müəyyən edilmişdir. İş materiallarında olan müvafiq tibb müəssisəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə (forma-88) onda olan bud-çanaq oynağının koksartrozu, sol diz oynağının qonartrozu, bel fəqərələrinin osteoxondrozu kimi xəstəliklər göstərilmişdir ki, hansı ki, «Əlilliyin müəyyən olunması meyarları»nın 13-cü bölməsində M16, M17, M42 kodları altında əlilliyə əsas verir. Eyni zamanda məhkəmə onu da bildirir ki, «İnzibati icraat haqqında» Qanunun 13cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, 2017-ci ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq İddiaçı müvafiq əlillik təyinatından imtina etmişdir. Halbuki, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 13-cü bölməsində M16, M17, M42 kodlar altında nəzərdə tutulmuşdur, ən əsası isə həmin xəstəliklər “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr; Odlu silah yaralanmasından sonraki vəziyyət” əsas diaqnozunun ağırlaşması olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi müəyyən edilməlidir. Əlilliyin dayandırıldığı tarixdən təyin olunmasına münasibətdə isə Məhkəmə bildirir ki, iddiaçıya ilkin ikinci dərəcəli əlillik 27 yanvar 2017-ci il tarixdə təyin olunmuş və əlilliyin müddəti 5 ilə müəyyən olunmuşdur ki, bu da əlilliyin bitmə tarixinin 27 yanvar 2022-ci il tarixinə təsadüf etdiyini göstərir. Nəzərə alınmalıdır ki, iddiaçının əlilliyi dayandırıldığı tarixdən (27 yanvar 2022-ci il tarix) sonra o, əlilliyin təyin edilməsi ilə bağlı yeni göndəriş əsasında yalnız xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Qeyd olunmalıdır ki, cavabdeh «Əlilliyin qiymətləndirilməsi Qaydası»na əsasən göndəriş əsasında qeyd olunanları rəhbər tutaraq vətəndaşın əlilliyini qiymətləndirir. Yəni, göndəriş olmadan iddiaçının əlilliyin məhz dayandırıldığı, yəni 27 yanvar 2022-ci il tarixdən qiymətləndirilməsi mümkün deyildir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçıya ikinci dərəcəli əlillik dayandırıldığı tarixdən deyil, 18 avqust 2022-ci il tarixdən təyin olunmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə İPM-in 52, 68-ci maddələrinin də tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı 18 avqust 2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı 18 avqust 2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-648/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-648/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver