Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6480/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyina “torpaq sahəsinin məcburi boşaldılması” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın baxılmadan geri qaytarılması haqqında ərizəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən zəbt olunan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən mülkiyyətində olan 0.6 ha torpaq sahəsinin məcburi boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının mülkiyyətində olan Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən 0,6 ha torpaq sahəsində tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 12 avqust 2021-ci il tarixli Qərardadı əsasında ərizə rədd edilmişdir. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edilərək iş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin hər iki tərəfin nümayəndələri məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində inzibati məhkəmə icraatından yayınmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, iddia geri götürülmüş sayılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin «Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz» müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyina “torpaq sahəsinin məcburi boşaldılması” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6480/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6480/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver