Məhkəmə qərarları › İş №2-1(112)-6483/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6483/2020

25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6483/2020 25.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə qarşı inzibati xəta haqqındaqərarın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, qeyd olunan iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi İddiaçı xx.xx.2020-ci il tarixdə 2507 №li ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ərazi aidiyyatı üzrə təqdim olunması üçün baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə qarşı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar