Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-649/2020 28.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «şəxsiyyət vəsiqəsinin yaşayış yeri hissəsində olan məlumata düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona verilmiş şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” hissəsində olan məlumata düzəliş edilməsinin və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Ş.Məmmədova küçəsi , ev 3 , mənzil 116 kimi yazılmaqla şəxsiyyət vəsiqəsi verilməsinin Cavabdeh öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, sonradan işə Bakı İnzibati Məhkəməsində baxılmağa başlanılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Asan 1 xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə onaverilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində yaşayış yeri qrafasında səhv qeyd olunmuş məlumatın düzəldilərək, “Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsi, ev 3, mənzil 116” əvəzinə “Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.Məmmədova küçəsi, ev 3, mənzil 116” göstərilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanına qeydiyyata alınmış və ona verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində yaşayış yeri “Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsi, ev 3, mənzil 116” kimi göstərilmiş, bu səbəbdən də ünvanda uyğunsuzluq yaranmışdır.Belə ki, şəxsiyyət vəsiqəsinin yaşayış yeri hissəsində iddiaçının qeydiyyatda olduğu ünvan barədə məlumat şəxsiyyət vəsiqəsini verən orqan tərəfindən düzgün qeyd edilməmişdir.Binəqədi RİH tərəfindən “ASAN Xidmət" Mərkəzinə ünvanlanmış 20 sentyabr 2019-cu il tarixli məktubda iddiaçının ünvan 2 ünvanda qeydiyyatda olmağı, şəxsiyyət vəsiqəsində qeyd edilmiş ünvanın mövcud olmadığı, 78 saylı MKİS-nin xidmət etdiyi inzibati ərazidə mövcud olmaması və ünvanda buraxılmış səhvin düzəliş olunmasına dair müvafiq göstəriş verilməsi xahiş edilmişdir.Həmçinin, 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyinin 78 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsi, ev 3, mənzil 116 ünvanı yoxdur. Həmin tarixdə verilmiş digər arayışda iddiaçının ünvan 2 ünvanda qeydiyyatda olmağı göstərilmişdir.Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, şəxsiyyət vəsiqəsində yaşayış yeri məlumatı hissəsində ünvan 2 kimi qeyd edilməlidir.İddiaçı şəxsiyyət vəsiqəsindəki səhv məlumatın düzəldilməsi ilə bağlı Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin xx.xx.2019-cu il tarixli məktubla ona imtina cavabı verilmişdir.Bununla da, cavabdeh tərəfindən hərəkətsizliyə yol verilmişdir, halbuki, şəxsiyyət vəsiqəsində düzəliş edilməsi barədə tədbirlər görülməli idi və bunun üçün hüquqi və faktiki əsaslar mövcuddur. Şəxsiyyət vəsiqəsində məlumatın səhv göstərilməsi iddiaçının hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 27 fevral 2020-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Cavabdeh təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz edilmədiyi bildirilmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib,iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti (keçmiş Oktyabr XDS İK-si) tərəfindən xx.xx.1970-cı ii tarixdə verilmiş 095993 saylı orderdən müəyyən edilir ki, Bakı şəhəri 8-ci mkr., 3 nömrəli 9 mərtəbəli evin 9-cu mərtəbəsində 76,18 kv.metr yaşayış sahəsi olan 5 otaqlı 116 nömrəli mənzil X3 (iddiaçının babası) ayrılmışdır; - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti MKTB-nin 1 saylı MKİS tərəfindən verilmiş arayışdan aydın olur ki, 1053 saylı şəxsi maliyyə haqq-hesabı xx.xx.1989-cu ildə açılmışdır, İddiaçı, həqiqətən, 8-ci mkr., Ş.Məmmədova küçəsindəki 3 nömrəli 9 mərtəbəli evin 9-cu mərtəbəsində 76,18 kv.metr yaşayış sahəsi olan 5 otaqlı 116 nömrəli mənzilində yaşayır. Bina yerli icra hakimiyyəti orqanına məxsusdur. Sahibi (kirayəşin) X1r (ölüb). Ailə tərkibi 14 (on dörd) nəfərdən ibarətdir və ailə üzvləri sırasında 1980-ci ildə doğulmuş İddiaçı da göstərilmişdir; - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən “ASAN Xidmət" Mərkəzinə ünvanlanmış 20 sentyabr 2019-cu il tarixli, 03/09-11-32/693 saylı məktubda göstərildiyi kimi Binəqədi Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 1 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışa əsasən vətəndaş X6 Bakı şəhəri, Ş.Məmmədova küçəsi, 3 saylı evin 116-cı mənzilində qeydiyyatdadır. Vətəndaş İddiaçı şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu ünvan 6-cı mikrorayon, S.Məmmədova küçəsi, ev 3, mənzil 116 qeyd olunsa da, 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışından müəyyən olunmuşdur ki, qeyd olunan ünvan 78 saylı Mənzil-X5 xidmət etdiyi inzibati ərazidə mövcud deyildir. Həmçinin, təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Yasamal Rayonu İcra Hakimiyyəti (keçmiş Oktyabr XDS İK-si) tərəfindən babası X2 adına Bakı şəhəri 8-ci mikrorayon, 3 saylı binanın 9-cu mərtəbəsində yerləşən 116 saylı mənzilinə dair xx.xx.1970-cı il tarixdə 095993 saylı order verilmişdir. Vətəndaş İddiaçı şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın mövcud olmadığını, order və 1 saylı Mənzil- Kommunal İstismar Sahəsinin arayışını nəzərə alaraq, vətəndaşın şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu ünvanda buraxılmış səhvin düzəliş olunmasına dair müvafiq göstəriş verilməsi xahiş olunur; - Asan 1 xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsi, ev 3, mənzil 116 ünvanında qeydiyyatdadır; - Məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdehndən məhkəmə ünvanlanmış 14.02. 2020-ci il tarixli qeydiyyat haqqında “Forma 1” kartoçkasında İddiaçı qeydiyyatda olduğu ünvan 6-cı m., Ş.Məmmədova 3, mənzil 116 kimi göstərilmişdir; - Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 059-44115C saylı məktubdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Cavabdehnə ünvanladığı müraciətinə cavab olaraq Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə əsasən ünvan 8 ünvanından ünvan 9üzəliş edilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirildiyi bildirilərək məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. Beləliklə işdə olan sənədlərdən məlum olur ki,İddiaçı ona verilmiş şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu ünvanın səhv qeyd olunduğunu, mikrorayon nömrəsinin “6-cı” əvəzinə “8-ci” yazıldığını bildirməklə, habelə bu halı təsdiq edən sənədlərini ərizəsinə əlavə etməklə həmin səhvin aradan qaldırılması barədə Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona məzmunu yuxarıda şərh edilən imtina cavabı verilmişdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir: bu maddənin birinci hissəsində göstərilən məlumatlar; vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi; vətəndaşın valideynlərinin soyadı və adı; vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir); vətəndaşın uşaqlarının soyadı və adı; vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır); şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar. Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana müraciət etməlidir. Fotoşəkilə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və vəsiqəni verən yerli qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. Maddənin qeydində göstərilmişdir ki, 2018-ci il sentyabrın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Hazırki işin faktiki hallarına gəldikdə qeyd edilməlidir ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində qeyd edilən yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan ünvan 10ilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixli, AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi verilməmişdən əvvəl mövcud olan bir çox sənədlərdə və iş materiallarında həmin ünvan ünvan 11dilmişdir. İşin şərh edilən hallarından aydır olur ki, İddiaçı şəxsiyyət vəsiqəsində onun qeydiyyatda olduğu ünvan ona şəxsiyyət vəsiqəsi verilərkən Bakı şəhəri Cavabdeh səlahiyyətli şəxsi tərəfindən düzgün qeyd edilməmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın imtinası qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Asan 1 Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə İddiaçı verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində yaşayış yeri qrafasında səhv qeyd olunmuş məlumatın düzəldilərək, “Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsi, ev 3, mənzil 116” əvəzinə “Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.Məmmədova küçəsi, ev 3, mənzil 116” kimi göstərilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Asan 1 Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə İddiaçı verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində yaşayış yeri qrafasında səhv qeyd olunmuş məlumatın düzəldilərək, “Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsi, ev 3, mənzil 116” əvəzinə “Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.Məmmədova küçəsi, ev 3, mənzil 116” kimi göstərilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 14ƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-649/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-649/2020
28.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver