Məhkəmə qərarları › İş №2-1(112)-649/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-649/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-649/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bag sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivi ünvanında yerləşən, sahəsi 0.12 ha olan, 44 “e” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivi ünvanında yerləşən, sahəsi 0.956 ha olan, 44 “e” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivi 0.12 ha olan, 44e saylı bağ sahəsi iddiaçıya 1990-cı il tarixində verilmiş, həmin vaxtdan iddiaçının və ailəsinin daimi istifadəsindədir. Bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin ona xx.xx.2021-ci il tarixli **********63 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, elektron baza məlumatlarında uyğunsuzluq mövcuddur, sxematik xəritə ilə uyğun gəlmir, əlavə olaraq bağ sahəsinin 244 kv.m hissəsi elektrik xəttinin mühafizə zolağına düşür. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********10 saylı, xx.xx.2021-cu il tarixli etirazında bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi ünvanında yerləşən, sahəsi 0.12 ha olan, 44e saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən eyni sərəncam və eyni BTK ilə iddiaçının adına “77q” saylı baq sahəsi ayrılmış və adına qeydiyyatdan keçmişdir. Elektron baza məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə sxematik xəritədə aşkar olunmamışdır və faktiki sahə “44e” saylı bağın həqiqi ərazisindən 175m aralı məsəfədə yerləşir. Bundan əlavə, sözügedən bağ sahəsinin bir hissəsi 244.0 kv.m yüksək gərginlikli 6.0 kV-luq elektrik xəttinin mühafizə zolağına düşür. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********63 saylı cavab məktubu ünvanlanmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı məhkəmə ərizə ilə müraciət edərək, hazırki inzibati işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı səbəblərə görə iddia rədd edilməlidir. İnzibati işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2016-cı il tarixli 4266 saylı məktubu ilə verilmiş Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4\143 №-li qərarının çıxarışından görünür ki, 11 №-li Əlavə 190 №-li Çöl-Şüvəlyan bağ-tikinti kooperativi üzvlərinin siyasında 20-ci sırada İddiaçı ümumi növbə üzrə adı göstərilmişdir. İş materiallarında olan Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X6 və İstismarı Komitəsinin X6 və X9-Şüvəlan bağlar sahəsindəki 190 №-li kooperativin verdiyi 20 №-li xx.xx.1990-cı il tarixli orderdən görünür ki, iddiaçıya Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 №-li qərarına əsasən Çöl-Şüvəlan bağlar sahəsində 190 №-li BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 44 E №-li bağ ayrılmışdır. İnzibati işdə olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********63 saylı imtina məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi ünvanında yerləşən 44e saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizəyə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən eyni sərəncam və eyni BTK ilə ərizəçinin adına “77g” saylı bağ sahəsi ayrılmış və adına qeydiyyatdan keçmişdir. Elektron baza məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə sxematik xəritədə aşkar olunmadı və faktiki sahə “44e” saylı bağın həqiqi ərazisindən 175 m aralı məsəfədə yerləşir. Bundan əlavə, sözügedən bağ sahəsinin bir hissəsi 244.0 kv.m yüksək gərginlikli 6.0 kV-luq elektrik xəttinin mühafizə zolağına düşür. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə sorgusuna əsasən təqdim edilmiş cavabdehin **********85 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına 190 nömrəli BTK nəzdində Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində 44e nömrəli bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Çöl Şüvəlan bağ massivində yerləşən 77g nömrəli bağ sahəsinə dair sənədlərin, 190 nömrəli BTK üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısının, yerləşmə planının təsdiq edilmiş surəti və sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir. Məktuba əlavə edilmiş sənədlərdən gürünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X6 və İstismarı Komitəsinin X6 və X9-Şüvəlan bağlar sahəsindəki 190 №-li kooperativin 20 №-li xx.xx.1990-cı il tarixli orderinə əsasən iddiaçıya Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 №-li qərarına əsasən Çöl-Şüvəlan bağlar sahəsində 190 №-li bağ-tikinti kooperativinin nəzdində 0.12 hektar torpaq sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan, 77g saylı 0.12 ha bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli ******* nömrəli notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən iddiaçı həmin bağ sahəsini X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, 77g saylı bağ sahəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. 77g saylı bağ sahəsinin rəqəmli kadastr xəritəsindən çıxarışdan görünür ki, həmin bağ sahəsi üzərində hüquq sahibi X4r. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-8.0.5-ci maddələrinə əsasən, 2006-cı ilin iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. İddiaçının tələbinin əsaslandığı hallara görə, müvafiq sənədləri cavabdehə təqdim etməklə ona ayrılmış torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən hüququnun qeydə alınması barədə ərizənin icra edilməsinin qeyri-mümkünlüyünün əsası kimi idarənin arxiv məlumatlarına əsasən eyni sərəncam və eyni BTK ilə iddiaçının adına “77q” saylı bağ sahəsinin ayrılması və adına qeydiyyatdan keçməsi bildirilmişdir. Məhkəmə araşdırması zamanı imtinanın əsaslı olması mötəbər sübutlarla müəyyən edilmişdir. Belə ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X6 və İstismarı Komitəsinin X6 və X9-Şüvəlan bağlar sahəsindəki 190 №-li kooperativin 20 №-li xx.xx.1990-cı il tarixli orderindən görünür ki, iddiaçıya Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 №-li qərarına əsasən Çöl-Şüvəlan bağlar sahəsində 190 №-li BTK-nın nəzdində “77q” saylı 0.12 hektar torpaq sahəsi ayrılmışdır. Həmin order əsasında ayrlımış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə reyestrdən çıxarış verilmişdir. Həmin çıxarış əsasında iddiaçı bağ sahəsini özgəninkiləşdirirək satmışdır. Hazırki iddia tələbində isə iddiaçı eyni nömrəli, tarixli orderə əsaslanaraq bu dəfə Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivi ünvanında yerləşən, sahəsi 0.956 ha olan, 44 “e” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələb edir. Halbuki eyni nömrəli və tarixli Bakı şəhər Soveti İcraiyyə Komitəsinin qərarına əsasən növbə ilə siyahıda göstərilən şəxslərə eyni bağ-tikinti kooperativi tərəfindən verilmiş eyni nömrəli və tarixli orderlə iddiaçıya başqa nömrəli bağ sahəsinin verilməsi mümkün deyil və ikinci orderin həqiqiliyinə məhkəmədə əsaslı şübhə dogurur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Çünki, cavabdeh tərəfindən torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün yuxarıda istinad edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu-9.1.3.-cü maddələrinin tələblərinə riayət olunmaqla bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlər, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilmişdir. Qeyd olunmuş hala münasibətdə qanunvericiliyin tələbi belə izah olunur ki, hüququn qeydə alınmasında iddialı olan şəxs hansı torpaq sahəsi üzərində hüquqa malik olmasını bəyan etməlidir ki, cavabdeh tərəfindən müvafiq qaydada yerində yoxlamanın aparılması mümkün olsun. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən artıq hüququn dövlət qeydiyyatına alınmasının əsası kimi çıxış edən eyni orqan tərəfindən verilmiş, eyni tarixli və saylı ordər yenidən başqa torpaq sahəsinə hüququn qeydiyyata alınması üçün yetərli əsas kimi qəbul edilə bilməz və məhkəmə tərəfindən açıq-aşkar qeyri-mötəbər sübut kimi qiymələndirilir. Belə olan halda isə torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsində konkret sadalanmış hüquq müəyyənedici sənədlərdən hər hansı biri iddiaçı tərəfindən təqdim edilmədiyinə görə məhkəmə hesab edir ki, helə bu əsasla da iddia tələbi rədd edilməlidir. Çünki, bu halda, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı müraciət etdiyi hüquq dövlət qeydiyyatına alınmalı olan hüquq kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Cavabdehin göstərilən əsasla imtinasını qanuni hesab edərək iddia tələbinin rədd edilməsi nəticəsinə gələn məhkəmə hesab edir ki, imtinada göstərilən digər əsasların - elektron baza məlumatlarına əsasən bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, göstərilən sahənin sxematik xəritədə aşkar olunmaması və faktiki sahənin “44e” saylı bağın həqiqi ərazisindən 175 m aralı məsəfədə yerləşməsi, habelə sözügedən bağ sahəsinin bir hissəsinin 244.0 kv.m yüksək gərginlikli 6.0 kV-luq elektrik xəttinin mühafizə zolağına düşməsi barədə dəlillərin araşdırılmasına prosessual gənaət prinsipindən irəli gələrək lüzum yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivi ünvanında yerləşən, sahəsi 0.956 ha olan, 44 “e” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivi ünvanında yerləşən, sahəsi 0.956 ha olan, 44 “e” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6KİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar