Məhkəmə qərarları › İş №2-1(112)-6493/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6493/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6493/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7 və X8) “bölgü sxeminin verilməsi və sair” tələbinə dair inzibati mübahisələrə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 15 A saylı fərdi yaşayış evində ona aid olan evə dair bölgü sxeminin verilməsi və həmin bölgü sxeminə əsasən ona çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə X7 və X8 (bundan sonra – üçüncü şəxslər) üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 15A saylı fərdi yaşayış evi xx.xx.2002-ci il tarixli FM seriyalı 017205 saylı qeydiyyat vəsiqəsinə əsasən ümumi sahəsi 333,5 kv.m, yaşayış sahəsi isə 218,3 kv.m-dən ibarətdir. Həmin sahə üzrə 120,3 kv.m ilə 5 otaq ona, 4 yaşayış otağı X3 və 25,7 kv.m. olan 2 yaşayış otağı X2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Hazırda həmin mülklər paylı mülkiyyətçilər arasında faktiki olaraq bölünmüş haldadır. Hər birinin ayrı girişçıxış yolu vardır və bu evlər bir dam altında yerləşmir. Həmçinin hər bir ev ayrıca qaz, işıq, su və digər kommunal xidmətlərdən istifadə edir. Hazırda o yaşadığı evə ayrıca çıxarış almaq üçün bölgü sxemi aparılması barədə müraciət etsə də, cavabdeh təşkilat bu mülklərin bir dam altında yerləşməsini bəhanə gətirib bundan imtina etmişdir. Həmin imtina əsassızdır. Mübahisə edilən ev hər bir paylı mülkiyyətçi tərəfindən tam ayrılmış, bir dam örtüyü altında yerləşmir, hər bir ev konstruktiv cəhətdən bölünmüşdür və bir-birindən tam ayrıdır. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında qeyd etmişdir ki, bölgüsü nəzərdə tutulan fərdi yaşayış evi (texniki pasporta əsasən “A” literli tikili) bir dam altında yerləşir. Belə ki, fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətdə qeyd olunan məsələnin həlli mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslərin məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X5 (2 otaq, 25.7 kv.metr), İddiaçı (5 otaq -y/s-120.3 kv.metr) və X4 (8 otaq, ü/s- 193.3 kv.m, y/s-163.8 kv.metr) paylı mülkiyyətindədir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının hissəsinə təqdim edilmiş texniki pasport və arxiv pasportuna əsasən yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, 1-ci mərtəbədə 1-8 sahələr və 2-ci mərtəbədə 6-10 saylı sahələr iddiaçıya məxsusdur. İddiaçıya aid olan həyət sahəsində talvar tikilmişdir. Həmçinin sanitar qovşağı və 2-ci mərtəbədə bağlı eyvan tipli tikili mövcuddur. Texniki pasportda göründüyü kimi iddiaçının hissəsinin divarları qonşunun divarlarından ayrıdır. Eyni zamanda dam hissəsi də ayrıdır. Belə ki, iddiaçının hissəsinin 2-ci mərtəbədə qonşunun hissəsinə aidiyyəti yoxdur. Bundan əlavə digər payçılar hissələrinə, baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. İddiaçı hazırda paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bölgü sxeminin tərtib edilməsini və həmin bölgü sxem əsasında ona ayrıca çıxarış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Göründüyü kimi, qanunvericiliyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya ümumi mülkiyyətdə olan əşya sayılır və ümumi mülkiyyətin bir növü olan ümumi paylı mülkiyyətə xitam verilməsi üçün əmlak fiziki olaraq bölünməlidir. İddiaçı hazırda mübahisəli əmlakın ona məxsus hissəsinə fiziki cəhətdən bölünmüş əmlak kimi ayrıca çıxarış verilməsini xahiş etsə də, həmin əmlakın bölünməsi ilə bağlı nə digər paylı mülkiyyətçi ilə arasında olan razılığı, nə də məhkəmə qərarını təqdim etmişdir. Məhkəmə qeyd edir ki, qanunverici daşınmaz əmlakın sxematik bölgüsünün aparılması ilə bağlı müraciət edən şəxslərin xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, əmlaka dair hüquqmüəyyənedici sənədlər və müvafiq ərizə təqdim etdiyi halda bölgü sxemin tərtib edilməsini cavabdehə həvalə etmişdir, hansı ki, bu bölgü sxem əsasında bölünmüş əmlaka dair hər bir şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun reyestrdə ayrıca qeydiyyatı mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İstinad olunan normalardan görünür ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi tərəflərin razılığı ilə həyata keçirilir. Əgər belə razılıq yoxdursa, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda cavabdehdən paylı mülkiyyətdə olan 15a saylı fərdi yaşayış evinə dair bölgü sxemin tərtib edilməsini xahiş etsə də, tərəflər arasında paylı mülkiyyətin bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyil. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün məsələ ilə bağlı həmin yaşayış sahəsinin naturada bölünməsi ilə bağlı digər paylı mülkiyyətçilərin razılığını təqdim etməli, belə razılıq olmadıqda isə ilk əvvəl bölünmə ilə bağlı ümumi məhkəməyə müraciət etməlidir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3ahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar