Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6494/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh X5, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X10) qarşı “çıxarışın verilməsi” üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 106 № li Sərəncamına əsasən İddiaçı adına ayrılmış Sabunçu rayonu Ləhiş bağlar massivində yerləşən, 0.12 ha ərazisi olan 2021 “A” № li bağ sahəsinin Dövlət reyestri qeydiyyatından keçirərək həmin bağ sahəsinə mülkiyyət hüququna dair plan və ölçülərin tərtib edilməsi və çıxarışın verilməsi vəzifəsini cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə X10 üçüncü şəxs qismində cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu Ləhiş bağlar massivində yerləşən 0,12 ha ərazisi olan 2021 “A” № li bağ sahəsi 1970-ci il tarixdən İddiaçı atası, mərhum X1 istifadəsində olmuş, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 106 № li Sərəncamına əsasən Sabunçu rayonu Ləhiş bağlar massivində yerləşən 0.12 ha ərazisi olan 2021 “a” № li bağ sahəsi İddiaçı icarəsinə verilmiş və xx.xx.2005-ci il tarixdə X4 və İstismarı Birliyi İddiaçı ilə 34943 № li müqavilə bağlamışdır. İddiaçı köhnə bud daşlardan kiçik bağ evi inşa etmiş və hal-hazırda həmin tikili yararsız vəziyyətdə olsa da 2021 “A” № li bağ sahəsində mövcuddur. Məhkəməyə təqdim olunan aerokosmik görüntüdə, habelə arxiv cizgisində qeyd olunan həmin evin 25 X 48 ölçülü sahədə yerləşməsi öz əksini tapmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli H-240- 112 № li Arxiv Arayışına əsasən Ləhiş bağlar massivində yerləşən 2021 “A” № li bağ İddiaçı adına sənədləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı Sabunçu rayonu Ləhiş bağlar massivində yerləşən 0.12 ha ərazisi olan 2021 “A” № li bağın X8 alınması üçün ********** № li ərizə ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X19 Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 2021 “A” № li bağı Dövlət reyestrində qeydiyyata almamış və xx.xx.2022-ci il tarixli, **********37 № li bildirişi ilə əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmaması bildirilmişdir. Həmçinin bildirmək istəyir ki, uzun illər ərzində bağların hasarlanmasına icazə olmadığı üçün 1990-cı ildən başlayaraq vətəndaşların istifadəsində olan bağlar, X4 və İstismarı Birliyi tərəfindən razılaşdırılmadan hasara alınmış və fərdi yaşayış evləri tikilmişdir. Bu səbəbdən 60-70-ci illərdə tərtib edilmiş bağların bölgüsünə dair sxematik xəritəsində və cizgisində uyğunsuzluq əmələ gəlmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində yerləşən 0.12 ha ərazisi olan 2021 “A” № li bağ sahəsinə dair əmlakı Dövlət Reyestrində qeydiyyata almaması tamamilə qanunsuz və əsassızdır. Cavabdehin əmlakı qeydiyyata almaması İddiaçı hüquqlarının pozulması halı kimi qiymətləndirilir. İddiaçı sözügedən torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olduğu üçün aşağıda sadalanan qanunvericilik normalarına əsasən onun torpaq üzərində sahiblik hüququna təminat verilməlidir. Göründüyü kimi «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində hüquqların qeydiyyata alınmasının qanuni əsasları, 15-ci maddəsində isə daşınmaz əmlak üzrə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Əsaslardan yalnız biri mövcud olarsa, o zaman hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdehin imtinasınnda göstərilən hallar "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Azərbaycan Respublikası Qanununun 15ci maddəsində nəzərdə tutulmamışdır. Beləliklə, "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında " Qanunun 15-ci maddəsində "Hüquqların dövlət qeydiyyatından imtina"nın hallarına nəzər yetirdikdə cavabdehin imtina məktubunda göstərdiyi iradiar qanunsuz və əsassızdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti haqqında qanunun 8.0.5.-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan baq təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış baq sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər dövlət qeydiyyatı üçün əsasdır.
4. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli **********37 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2021 a” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2015-ci il tarixli, ********** nömrəli, xx.xx.2015-ci il tarixli, ********** nömrəli, xx.xx.2019-cu il tarixli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2015-ci il tarixli, **********74 nömrəli, xx.xx.2015-ci il tarixli, **********68 nömrəli xx.xx.2019-cu il tarixli, **********77 nömrəli və xx.xx.2022-ci il tarixli, **********37 nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Qeyd olunan ərazi 2013a saylı bağın ərazisidir və cizgi iddiaçı tərəfindən göstərilən əraziyə aid deyil. İddia olunan əraziyə iddiaçı X7 Bakı İnzibati Məhkəməsinin icraatında olan “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2013 saylı bağın 0,13 ha hissəsinin Xeyransa Abdul qızına məxsus olması haqqında arayış verilməsinə” dair 2-1(112)-1859/2024 saylı inzibati işlə bağlı müraciəti daxil olmuşdur. Həmçinin iddiaçı tərəfindən müraciətləri zamanı fərqli ərazilər göstərilmişdir. xx.xx.2015-ci il tarixli müraciəti zamanı aparılan araşdırılma nəticəsində məlum olmuşdur ki, təqdim olunmuş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200 kv.m təşkil edir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, əlavə 139 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Elektron baza məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi və ölçüləri arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Əlavə torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. xx.xx.2015-ci il tarixli müraciəti zamanı aparılan araşdırılma nəticəsində məlum olmuşdur ki, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsinin hasarlanma və mərzçəkmə işləri tam aparılmamışdır. Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sözügedən bağ sahəsi “2022a” saylı bağın ərazisinə düşür. xx.xx.2019-cu il tarixli müraciəti zamanı aparılan araşdırılma nəticəsində məlum olmuşdur ki, göstərilən sahə **********23 reyestr nömrəsi ilə X2 (fin: 2RQQPD0) adına 2020 saylı sahə kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Üçüncü şəxs X10 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli,106 saylı sərəncamı əsasında Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində sahəsi 0,12 ha olun 2021 ”А" saylı bağ sahəsi ayrılması həmin sərəncam əsasında da onunla BTİ və İB-yi arasında xx.xx.2005-ci il tarixli 34943 nömrəli icarə müqaviləsi bağlanması mümkündür. Lakin həmin bağ sahəsinin hazırda iddia etdiyi 1986-cı ildən xx.xx.1991-ci il tarixdə vəfat etmiş anası Xeyransa Abdul qızının icarəsində olmuş 2013a saylı bağ sahəsi ilə heç bir əlaqəsi və bağlılığı yoxdur. İddiaçıya Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ayrılmış sahəsi 0,12 ha olan 2021 “A" saylı bağ sahəsi daş hasarın içində olmaqla bu gündə istifadəsindədir və həmin bağ sahəsi ilə hazırda iddia etdiyi əvvəllər anası Xeyransa Abdul qızının hazırda isə onun sahibliyində olan bağ sahəsinin aralarında 200 metr məsafə vardır. Hesab edir ki, bu əsasla da cavabdeh tamamilə əsaslı olaraq elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşdiyi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyini əsas götürməklə reyestrdən çıxarışın verilməsinə etiraz etmişdir. Cavabdehin etiraz ərizəsindən də məlum olur ki, məhkəmə sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir, eyni zamanda qeyd olunan ərazi 2013a saylı bağın ərazisidir və cizgi iddiaçı tərəfindən göstərilən əraziyə aid deyil. İddia olunan əraziyə dair iddiaçı X7 Bakı İnzibati Məhkəməsinin icraatında olan "Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 2013a saylı bağın 0,13 ha hissəsinin Xeyransa Abdul qızına məxsus olması haqqında arayış verilməsinə" dair 2-l(112)- 1859/2024 saylı inzibati işlə bağlı müraciəti daxil olduğuna istinad edilmişdir. Etiraz ərizəsinə əlavə edilmiş rəsmi sənədlərlə müəyyən olunur ki, İddiaçı iddia etdiyi ərazidə 1986-cı ildən xx.xx.1991-ci il tarixdə vəfat etmiş anası Xeyransa Abdul qızının icarəsində olmuş sahəsi 0,25 ha olan 2013 saylı bağ sahəsi olmuş, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-6214/2024 **********14 saylı məktubu ilə bildirilmişdir ki, idarənin arxivində 2013 saylı bağ sahəsi 0,12 ha olmaqla 15931 nömrəli icarə müqaviləsi əsasında X3 adına **********22 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınaraq sonradan özgəninkiləşdirilmiş, göstərilən ərazi 2013 saylı bağ sahəsinin arxiv qovluğundakı cizgiyə əsasən 2013a saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Etiraz ərizəsinə əlavə edilmiş digər sənədlərlə müəyyən edilir ki, mərhum anası Xeyransa Abdul qızının istifadəsində Bakı şəhəri Sabunçu rayonu Ləhiş Bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 2013 saylı bağ sahəsi olmuş, həmin bağ sahəsinə dair Bağlar Təsərrüfatı İdarəsi ilə anası Xeyransa Abdul qızının aralarında xx.xx.1986-cı il tarixli 15931 saylı müqavilə bağlanmışdır. 1988-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə vətəndaşların istifadəsinə yalnız sahəsi 0,12ha olan bağ sahələrinin verilməsinin mümkünlüyü əsas götürülməklə anası Xeyransa Abdul qızına icarəsində və istifadəsində olan 2013 saylı 0,25 ha bağ sahəsinin 0,12ha başqa şəxsin adına rəsmiləşdirilməsi təklif edilmiş, bu əsasla və anasının razılığı ilə sahəsi 0,25 ha bağ sahəsinin 0,12 ha hissəsinə dair X9 ilə 15931 nömrəli xx.xx.1989-cu il tarixli icarə müqaviləsi bağlanmış, 2013 saylı bağın qalan 0,13 ha hissəsi isə anasının və onun ailə üzvlərinin, o cümlədən də onun istifadəsində qalmışdır.
7. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 106 nömrəli sərəncamından olan çıxarışa əsasən Ləhişdəki 2021 a №-li bağın İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır.
8. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2021 “A" saylı torpaq sahəsinin sxematik xəritəsi və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) etirazın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
18. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
22. İddia mümkündür. III. Məhkəmənin mövqeyi
23. X15 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
24. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
25. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
26. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (Vəkil şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, eyni yanaşma inzibati məhkəmə icraatı qaydasında çıxarılan məhkəmə aktına da şamil edilməlidir.
27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
29. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
30. Hazırki iş üzrə iddia tələbi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 106 № li Sərəncamına əsasən İddiaçı adına ayrılmış Sabunçu rayonu Ləhiş bağlar massivində yerləşən, 0.12 ha ərazisi olan 2021 “A” № li bağ sahəsinin Dövlət qeydiyyatına alaraq həmin bağ sahəsinə mülkiyyət hüququna dair plan və ölçülərin tərtib edilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar çıxarılması ilə bağlıdır.
31. Məhkəmə ilk növbədə qeyd edir ki, sxematik xəritəyə və ortofoto çıxarışına əsasən məlum olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Qeyd olunan ərazi 2013a saylı bağın ərazisidir və cizgi iddiaçı tərəfindən göstərilən əraziyə aid deyil. İddia olunan əraziyə X7 “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2013 saylı bağın 0,13 ha hissəsinin Xeyransa Abdul qızına məxsus olması haqqında arayış verilməsinə” dair ərizəsi Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1(112)-1859/2024 nömrəli qərarı ilə təmin edilmişdir. Həmçinin iddiaçı tərəfindən müxtəlif illərdə müraciətləri zamanı fərqli ərazilər göstərilmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edildi ki, Ləhiş bağ massivində 2021A (faktiki olaraq 2013A) saylı bağ sahəsi iddiaçının faktiki istifadəsində deyil.
32. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva