Məhkəmə qərarları › İş №2-1(112)-6497/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6497/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6497/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1na, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 X4 üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1na, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 X4 İdarəsinə (hazırki: X4 üzrə Mərkəzi Filialı) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 X4 İdarəsinin üzərinə İddiaçı güzəştli şərtlər ilə pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, tələb üzrə tək səlahiyyətli orqan AR ƏƏSMN yanında DSMF-nun X4 üzrə Mərkəzi filialı olması,.bu səbəbdən cavabdehlər siyasıhısında dəqiqləşmə aparılmalı olduğu, həmçinin, iddia üzrə cavabdehlərin birgə həmiştirakçılığına yol verilmədiyi bildirilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1na və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi U.Musayeva iddia tələbinə yazılı etiraz edərək, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan xx.xx.1994-xx.xx.2000-ci il tarixləri arasındaki dövr ərzində “28 May” NQÇİ-nin Elektrik Stansiyaları sexində işlədiyi daxili yanma mühərriki üzrə təmirçi çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş. “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun xx xxxxxx 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərkən bildirmişdir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1na, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 X4 İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş və həmin iş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxxx 2021-ci il tarixə saat 09:30-a təyin edilmişdir. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin icraatında iki ayrıca iş vardır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və ya eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi,mülki-prosessual qanunvericilik məhkəmə icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və ya eyni əsaslarla mübahisə üzrə iddiaların olduğu zaman, məhkəmə iddianın baxılmamış saxlama barədə qərardad qəbul etmə səlahiyyətindədir. Lakin inzibati-prosessual məcəlləsində qanunverici qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Belə olan halda, qanunun analogiyasından istifadə edilməlidir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Şərh edilən maddənin normasına əsasən, məhkəmə mübahisənin həllində qanunun analogiyasını və ya hüququn analogiyasını tətbiq edərkən, öz qərarında mübahisənin məhz bu yolla həllinin zəruriliyini, konkret olaraq hansı oxşar maddi hüquq normalarını və hansı əsaslara görə tətbiq etdiyini və ya hüququn hansı ümumi prinsiplərini rəhbər tutduğunu ətraflı əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Məhkəmə qeyd etmək istəyir ki, tərəflər arasında yaranmış inzibati hüquq mübahisələri ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdə, iddiaçının həmin iddiası dərhal icraata götürülür. Lakin nəzərə almaq lazımdır ki, qüvvədə olan qanunvericilik, inzibati hüquq münasibətindən irəli gələn mübahisə nəticəsində verilən iddia məhkəmə icraatında olduğu zaman, iddiaçı həmin tələb ilə bağlı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququna malik deyildir. Buna baxmayaraq, Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı X3 xx xxxx 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona güzəştli şərtlər ilə pensiya təyin edilməsini xahiş etmiş, cavabdehlər qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmişdir. X1 2-1(112)-5485/2020 saylı iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 X4 İdarəsinin cavabdeh olaraq işə daxil edilməsini, cavabdehlər Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 X4 İdarəsinin üzərinə İddiaçı güzəştli şərtlər ilə pensiya təyin edilməsi haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5485/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Hazırda həmin iş üzrə icraat məhkəmənin digər hakiminin icraatında davam etdirilir və məhkəmə iclası xx xxxxxx 2021-ci il tarixə saat 09:30-a təyin olunmuşdur. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı İPM-nin 45.5.1-ci maddəsinin tələblərini pozaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1na, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 X4 üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair 2-1(112)-6497/2020 saylı iş üzrə iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1na, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 X4 üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar