Məhkəmə qərarları › İş №2-1(112)-6499/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6499/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6499/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı MMC-nin etibarnamə əsasında nümayəndəsi (cəmiyyətin hüquqşünası) X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********801600 nömrəli qərarın ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 2021-ci ilin noyabr ayında vergi xidmətinin əməkdaşları tərəfindən "xxxx" MMC-yə məxsus anbarlara yoxlama aparılmış və nəticədə düzgün olmayan hesablamalara görə şirkətin cərimə olunması üçün qərar qəbul edilmişdir. Qərara əsasən 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün sonuna mal qalığı 626879,45 manat qeyd edilir, daha sonra xx.xx.2021xx.xx.2021-ci il tarixlər arası idxal əməliyyatı üzrə 18473473,44 manat müəyyən olunmuş, elektron alış aktı üzrə 3801401,4 manat və elektron qaimə-faktura üzrə 1198812,95 manat məbləğində mal alışı müəyyən olunmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində mal qalığının 1252982,32 manat və ticarət əlavəsinin 20% olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq, araşdırma nəticəsində xx.xx.2021xx.xx.2021-ci illər ərzində təqdim edilmiş malların maya dəyərinin 22633022,09 manat və ticarət əlavəsinin 20% olduğunu nəzərə alaraq, qeyd olunan dövrlər üzrə ümumi dövriyyə 27159626,5 manat olmalı halda, qeyd olunan dövr üzrə təqdim edilmiş bəyannamə və uçot baza məlumatlarına əsasən, dövriyyənin 24601553,69 manat təşkil etmiş və nəticədə 2558072,82 manat kənarlaşma aşkar edilərək, 460453,11 manat ƏDV məbləğinin büdcədən yayındırılması müəyyən edilməsi qərara alınmışdır. Hesab edilir ki, aparılmış yoxlama nəticəsində hesablanmış rəqəmlər qanunvericiliyə əsaslanmadan aparılmış və həmin yoxlamanın nəticəsində qəbul olunmuş qərar ləğv edilməlidir.

3. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli №**********801600 qərarına əsasən müəyyən edilmişdir ki, 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsində dövrün sonuna mal qalığı 626879,45 manat qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlər arası idxal əməliyyatı üzrə 18.473.473,44 manat müəyyən olunmuş, elektron alış aktı üzrə 3.801.401,4 manat və elektron qaimə-faktura üzrə 1.198.812,95 manat məbləğində mal alışı müəyyən olunmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində mal qalığının 1.252.982,32 manat və ticarət əlavəsinin 20% olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq araşdırma nəticəsində xx.xx.2021-xx.xx.2021-ci illər ərzində təqdim etdiyi malların maya dəyərinin 22.633.022,09 manat və ticarət əlavəsinin 20% olduğunu nəzərə alaraq qeyd olunan dövrlər üzrə ümumi dövriyyə 27.159.626,5 manat olmalı halda, qeyd olunan dövr üzrə təqdim edılmiş bəyannamə və uçot baza məlumatlarına əsasən dövriyyəsi 24.601.553,69 manat təşkil etmiş, nəticədə 2.558.072,82 manat kənarlaşma aşkar edilərək 460.453,11 manat ƏDV məbləğinin büdcədən yayındırılması müəyyən edilmişdir. Bununla əlaqədar, vergi orqanı tələfindən aparılmış kameral yoxlama nəticəsində 493.644,01 manat vergi müəyyən edilmiş, təqdim edilmiş bəyanamə üzrə 33.190,00 manat vergi hesablandığı nəzərə alınaraq 460.453,11 manat əlavə vergi məbləği hesablanmışdır.

4. Cavabdeh tərəfindən məhkəməyə vəsatət təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********801600 nömrəli qərar cavabdeh qurumun xx.xx.2022-ci il tarixli **********168600 nömrəli qərarı ilə ləğv edilmişdir. Bununla əlaqədar iddia mümkün sayılmamalıdır.

5. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli №**********168600 qərarına əsasən müəyyən edilmişdir ki, 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsində dövrün sonuna mal qalığı 626.879,45 manat qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2021xx.xx.2021-ci il tarixlər arası idxal əməliyyatı üzrə 18.473.473,44 manat müəyyən olunmuş, elektron alış aktı üzrə 3.801.401,4 manat və elektron qaimə-faktura üzrə 1.198.812,95 manat məbləğində mal alışı müəyyən olunmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində mal qalığının 1.252.982,32 manat və ticarət əlavəsinin 20% olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq araşdırma nəticəsində xx.xx.2021xx.xx.2021-ci illər ərzində təqdim etdiyi malların maya dəyərinin 22.633.022,09 manat və ticarət əlavəsinin 20% olduğunu nəzərə alaraq qeyd olunan dövrlər üzrə ümumi dövriyyə 27.159.626,5 manat olmalı halda, qeyd olunan dövr üzrə təqdim edılmiş bəyannamə və uçot baza məlumatlarına əsasən dövriyyəsi 24.601.553,69 manat təşkil etmiş, nəticədə 2.558.072,82 manat kənarlaşma aşkar edilərək 460.453,11 manat ƏDV məbləğinin büdcədən yayındırılması müəyyən edilmişdir. Təqdim etdiyi bəyannamənin 308-ci – VMnin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesabfakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ sətrində 59.760,39 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əladə edilmiş elektron qaimə-fakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. Bununla əlaqədar, vergi orqanı tələfindən aparılmış kameral yoxlama nəticəsində 504.400,88 manat vergi müəyyən edilmiş, təqdim edilmiş bəyanamə üzrə 33.190,00 manat vergi hesablandığı nəzərə alınaraq 471.209,98 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin xx.xx.2022-ci il tarixli №**********168600 qərarla vergi ödəyicisi barədə əvvəlki xx.xx.2022-ci il tarixli **********801600 nömrəli qərar ləğv edilmişdir (qərarın 6-cı bəndi).

6. İddiaçının ərizəsi əsasında iddia tələbinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********168600 nömrəli qərarının ləğv edilməsi kimi dəyişdirilməsi qəbul edilmişdir.

7. Cavadeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli **********168600 nömrəli qərarın ləğv edilməsi üçün prosessual müddət ötürülmüş, bununla əlaqədar iddia mümkün sayılmamalıdır. İşin mahiyyəti ilə bağlı bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə təqdim edilmiş sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsində “mallar” sətri üzrə dövrün sonuna mal qalığı 626.879,45 manat qeyd edilmiş, eyni zamanda xx.xx.2021-xx.xx.2021-ci il tarixlər arası idxal əməliyyatı üzrə 18.473.473,44 manat müəyyən olunmuş, elektron alış aktı üzrə 3.801.401,4 manat və elektron qaimə-faktura üzrə 1.198.812,95 manat məbləğində mal alışı müəyyən olunmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisinin təsərrüfat subyektlərində 1.252.982,32 manat məbləğində sənədli mal qalığı müəyyən edilmiş, keçirilmiş operativ vergi nəzarəti nəticəsində ticarət əlavəsinin orta həddi 20 faiz olduğu müəyyən edilmişdir. Nəticədə araşdırma nəticəsində xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasında təqdim edilmiş malların maya dəyəri 626.879,45+18.473.473,44+3.586.838,57+1.198.812,95-1.252.982,32=22.633.022,59 manat, ticarət əlavəsiylə birlikdə ümumi dövriyyə 22.633.022,59x20%=27.159.626,5 manat olmalı olduğu halda, operativ vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə faktura üzrə (xx.xx.2021-xx.xx.2021) 24.601.553,69 manat satış dövriyyəsi həyata keçirilmiş, kassa əməliyyatı 0 manat olmuş, nəticədə 2.558.072,82 manat kənarlaşma aşkar edilərək minimum 460.453,11 manat ƏDV məbləğinin büdcədən yayındırılması müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, analoji hal artan yekunla 2020-2021-ci illər üzrə baza əsasında da görmək olur. Belə ki, vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində “Mallar” sətri üzrə dövrün əvvəlinə qalıq məbləği 1.175.851,85 manat, operativ vergi nəzarəti tədbirlərinə qədər idxal əməliyyatları üzrə (xx.xx.2020-xx.xx.2021) statistik dəyər götürülməklə 27.854.150,03 manat (tam dəyər+idxal rüsumu+aksiz+digər rüsumlar-xidmət haqqı üzrə ödənilmiş ƏDV), eyni zamanda elektron alış aktları üzrə 4.060.485,77 manat, elektron qaimə-faktura əsasında 1.286.091,8 manat mal alışının həyata keçirildiyi müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə ümumi 1.303.835,32 manat mal qalığının, o cümlədən 1.252.981,82 manat sənədli mal qalığının olması müəyyən edilmişdir. Vergi ödəyicisinin aktiv təsərrüfat subyektlərində mal qalığı üzrə alış və satış qiymətləri götürülməklə ticarət əlavəsi müəyyən edilmiş, nəticədə ticarət əlavəsi ilə birlikdə dövriyyə məbləği 38.522.744,04 manat olmalı olduğu halda, müvafiq dövrlər ərzində vergi ödəyicisi tərəfindən elektron qaimə faktura üzrə 35.211.392,35 manat satış əməliyyatı göstərilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bildirilmişdir ki, müvafiq dövr üzrə ƏDV bəyannaməsi üçün əvəzləşdirilmiş elektron qaiməfaktura barədə məlumatlar təqdim edilməməsinə baxmayaraq, həmin bəyannamənin 308ci sətri üzrə 10756,87 manat ƏDV məbləği əvəzləşdirilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********726800 nömrəli və xx.xx.2022-ci il tarixli **********107900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş zəruri təsdiqedici sənədləri vergi orqanına təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi üzrə 460.453,11+10756,87=471.209,98 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********168600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qərarın qəbul edilməsinin və iddiaya yazılı etirazın hüquqi əsasən kimi Vergi Məcəlləsinin 23.1.1, 23.1.2, 37.1., 37.3, 37.4., 83.2, 16.1.3, 94.0.2-ci maddələrinə istinad edilmişdir. Qeyd edilənlərə əsasən həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və yoxlama nəticəsində qəbul edilmiş qərarların ləğv edilməsi üçün hər hansı əsas yoxdur.

8. Mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlər məhkəmə tərəfindən tələb olunmuşdur. Təqdim edilən sənədlərə əsasən müəyyən olunur ki: -Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********4643 nömrəli qərara əsasən İddiaçı MMC-yə məxsus olan AZ1117 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 5, Xırdalan qəsəbəsi ünvanında yerləşən Anbar və istehsalat obyektində (fəaliyyət növü məftil istehsalı) digər məsələlərlə yanaşı, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında salınmasına, malların elektron qaimə-faktura əsasında təqdim ediməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№003366 nömrəli akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı anbar və istehsalat obyektində malların (xammal, materialların) ümumi alış dəyərinin 157.202,52 manat olması, həmin malların 5724 manat ümumi alış dəyərində olan hissəsinin alışını təsdiq edən sənədlərin olmaması müəyyən edildi. Bununla əlaqədar, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 572,40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 5, Xırdalan qəsəbəsi ünvanında yerləşən Anbar və istehsalat obyektində anbarda Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və elektron qaimə-faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tətrib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların xx.xx.2021-ci il tarixli DVX№001590 siyahısına əsasən 157.202,52 manat dəyərində malların siyahısı, ondan elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan PA-FLEX boru üzlüyü adlı dəyəri 5724 manat olan mal müəyyən olunmuşdur. Həmin siyahıya əsasən alış qiyməti üzrə 157.202,52 manat dəyərində, satış qiyməti üzrə 172.922,77 manat dəyərində mallar olduğu müəyyən edilmişdir.

-Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********4805 nömrəli qərara əsasən İddiaçı MMC-yə məxsus olan AZ1108 ünvan 2 ünvanında yerləşən Anbar sahəsində digər məsələlərlə yanaşı, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında salınmasına, malların elektron qaiməfaktura əsasında təqdim ediməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№003368 nömrəli akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı anbar və istehsalat obyektində malların (xammal, materialların) ümumi alış dəyərinin 29.246,34 manat olması, həmin malların (mərmər) yük gömrük bəyannaməsi əsasında ölkəyə idxal olunduğu müəyyən olunmuşdur. Bununla əlaqədar nöqsan aşkar edilməmişdir və malların siyahısı xx.xx.2021-ci il tarixli DVX№001592 siyahısına əsasən əlavə olunmuşdur. Həmin siyahıya əsasən alış qiyməti üzrə 29.246,34 manat dəyərində, satış qiyməti üzrə 37.067,80 manat dəyərində mallar olduğu müəyyən edilmişdir.

-Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********4636 nömrəli qərara əsasən İddiaçı MMC-yə məxsus olan AZ1029 Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi 507 küçə 2113-cü məhəllə ünvanında yerləşən Anbar sahəsində digər məsələlərlə yanaşı, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında salınmasına, malların elektron qaimə-faktura əsasında təqdim ediməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№003370 nömrəli akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı anbar və istehsalat obyektində malların (xammal, materialların) ümumi alış dəyərinin 120.722 manat olması, həmin malların yük gömrük bəyannaməsi əsasında ölkəyə idxal olunduğu müəyyən olunmuşdur. Bununla əlaqədar nöqsan aşkar edilməmişdir və malların siyahısı xx.xx.2021ci il tarixli DVX№001594 siyahısına əsasən əlavə olunmuşdur. Həmin siyahıya əsasən alış qiyməti üzrə 120.722 manat dəyərində, satış qiyməti üzrə 138.310,5 manat dəyərində mallar olduğu müəyyən edilmişdir.

- Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********4642 nömrəli qərara əsasən İddiaçı MMC-yə məxsus olan AZ1039 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ŞTQ Daş karxanası (Maştağa) 17D ünvanında yerləşən Anbar sahəsində (fəaliyyət növü plastik lövhələrin, zolaqların, boruların, profillərin istehsalı) digər məsələlərlə yanaşı, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında salınmasına, malların elektron qaimə-faktura əsasında təqdim ediməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№003356 nömrəli akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı anbar və istehsalat obyektində malların (xammal, materialların) ümumi alış dəyərinin 21.586,92 manat olması, həmin malların xammal və həmin xammaldan hazırlanmış borulardan ibarət olduğu, malların alışını təsdiq edən sənədlərin mövcud olduğu müəyyən olunmuşdur. Malların siyahısı xx.xx.2021-ci il tarixli DVX№001584 siyahısına əsasən əlavə olunmuşdur. Həmin siyahıya əsasən alış qiyməti üzrə 21.586,92 manat dəyərində, satış qiyməti üzrə 26.033,75 manat dəyərində mallar olduğu müəyyən edilmişdir.

-Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********4637 nömrəli qərara əsasən İddiaçı MMC-yə məxsus olan ünvan 5 ünvanında yerləşən Anbar və istehsalat obyektində (fəaliyyət növü mərmər qranit) digər məsələlərlə yanaşı, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında salınmasına, malların elektron qaimə-faktura əsasında təqdim ediməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№003367 nömrəli akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı anbar və istehsalat obyektində malların (xammal, materialların) ümumi alış dəyərinin 217.976,70 manat olması, həmin malların 25780,50 manat ümumi alış dəyərində olan hissəsinin alışını təsdiq edən sənədlərin olmaması müəyyən edildi. Bununla əlaqədar, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 2578,05 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi ünvanında yerləşən Anbar istehsalat obyektində (mərmər, qranit) anbarda Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və elektron qaimə-faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tətrib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların xx.xx.2021-ci il tarixli DVX№001591 siyahısına əsasən alış qiyməti üzrə 217.976,70 manat dəyərində, satış qiyməti üzrə 240.564,45 manat dəyərində malların siyahısı, ondan elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan Politelen LDPZ adlı dəyəri 25.780,5 manat olan mal müəyyən olunmuşdur.

- Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********4645 nömrəli qərara əsasən İddiaçı MMC-yə məxsus olan AZ1054 Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ Binəqədi 294B ünvanında yerləşən Anbar sahəsində (fəaliyyət növü anbar kəsim sexi mərmər, qranit və s.) digər məsələlərlə yanaşı, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında salınmasına, malların elektron qaimə-faktura əsasında təqdim ediməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№003365 nömrəli akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı anbar və istehsalat obyektində malların (xammal, materialların) ümumi alış dəyərinin 261.505 manat olması, malların alışını təsdiq edən sənədlərin mövcud olduğu müəyyən olunmuşdur. Malların siyahısı xx.xx.2021-ci il tarixli DVX№001589 siyahısına əsasən əlavə olunmuşdur. Həmin siyahıya əsasən alış qiyməti üzrə 261.505 manat dəyərində, satış qiyməti üzrə 336.130 manat dəyərində mallar olduğu müəyyən edilmişdir.

- Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********4635 nömrəli qərara əsasən İddiaçı MMC-yə məxsus olan AZ0100 Abşeron rayonu, Məmmədli Kürdəxanı yolu ünvanında yerləşən Anbar sahəsində (fəaliyyət növü malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət) digər məsələlərlə yanaşı, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında salınmasına, malların elektron qaimə-faktura əsasında təqdim ediməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№003363 nömrəli akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı anbar və istehsalat obyektində malların (xammal, materialların) ümumi alış dəyərinin 65.100 manat olması, malların alışını təsdiq edən sənədlərin mövcud olduğu müəyyən olunmuşdur. Malların siyahısı xx.xx.2021-ci il tarixli DVX№001587 siyahısına əsasən əlavə olunmuşdur. Həmin siyahıya əsasən alış qiyməti üzrə 65.100 manat dəyərində, satış qiyməti üzrə 74.864 manat dəyərində mallar olduğu müəyyən edilmişdir.

-Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********4638 nömrəli qərara əsasən İddiaçı MMC-yə məxsus olan AZ1029 ünvan 8 ünvanında yerləşən metal qırıntı anbarı obyektində digər məsələlərlə yanaşı, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında salınmasına, malların elektron qaimə-faktura əsasında təqdim ediməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№003369 nömrəli akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı anbar və istehsalat obyektində 40 ton metal qırıntı aşkarlandı. Həmin metal qırıntıların sayı məcəllə ilə müəyyən edilmiş qaydada alış sənədləri təqdim edilməmişdir. Metal qırıntıların 1 tonunun alış qiyməti 390 manat olmasını nəzərə alaraq 15600 manat dəyərində mal aşkar edilmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 1560 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - AZ1029 ünvan 8 ünvanında yerləşən metal qırıntı anbarında Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və elektron qaimə-faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tətrib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların xx.xx.2021-ci il tarixli DVX№001593 siyahısına əsasən alış qiyməti üzrə 15.600 manat dəyərində, satış qiyməti üzrə 16.800 manat dəyərində malların siyahısı, ondan elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan metal qırıntıların dəyəri 15.600 manat olan mal müəyyən olunmuşdur.

-Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********4641 nömrəli qərara əsasən İddiaçı MMC-yə məxsus olan AZ1059 Bakı şəhəri, Sabunçu rayonu, Hüsü Hacıyev (Kürdəxanı qəs.) 10 ünvanında yerləşən əlvan metalların tədarükü və satışı anbarı obyektində digər məsələlərlə yanaşı, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında salınmasına, malların elektron qaiməfaktura əsasında təqdim ediməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№003364 nömrəli akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı anbar və istehsalat obyektində 3749 manat olan mal-material aşkarlandı. Həmin mallara alış sənədləri təqdim olunmadı. Bununla əlaqədar, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 374,90 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - AZ1059 Bakı şəhəri, Sabunçu rayonu, Hüsü Hacıyev (Kürdəxanı qəs.) 10 ünvanında əlvan metalların tədarükü və satışı anbarı obyektində Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və elektron qaimə-faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tətrib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların xx.xx.2021-ci il tarixli DVX№001588 siyahısına əsasən alış qiyməti üzrə 3749 manat dəyərində, satış qiyməti üzrə 4072 manat dəyərində malların siyahısı, ondan elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan metal tullantıların dəyəri 3749 manat olan mal müəyyən olunmuşdur. - Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, xx.xx.2022-ci il tarixində təqdim edilən bəyannamədə, hesabatda aşağıdakı göstərilən səbəblərdən kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: 1. Təqdim edilən bəyannamənin 308-ci “VM-nin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 59.760,39 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaiməfakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. 2. Təqdim edilən bəyannamənin 301-ci “ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (4.056.231,55 manat) ilə 307.1-ci “ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə” hesabat dövrü ərzində yaranmış debitor borc məbləğinin (776.032,33 manat) fərqi (3.280.199,18 manat) və 307.1-ci “ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə” hesabat dövrü ərzində silinən debitor borc məbləğinin (hesabat dövrü ərzində dəqiqləşdirilən əməliyyatlar nəzərə alınmaqla) (150897,44 manat), bəyannamənin 3 nömrəli Əlavəsinin 301.1.1.8, 301.1.2.7 sətirləri üzrə dövr ərzində daxil olmuş avans məbləğlərinin (0,00 manat) cəmi 3.431.096,62 manat olmasına baxmayaraq, 301-ci “ƏDVyə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətri üzrə daxil olmuş məbləğin 3.392.323,17 manat göstərilməsi nəticəsində 38.773, 45 manat kənarlaşma müəyyən edilmişdir. Bununla əlaqədar kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədlərin təqdim olunması tələb olunmuşdur. Əlavə dəyər vergisi bəyannaməsinin 1 nömrəli əlavəsi, həmin dövr üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi. - Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, təqdim edilmiş xx.xx.2021xx.xx.2021- dövrü üzrə Əlavə dəyər vergisi bəyannaməsi (hesabatı) idarə tərəfindən kameral vergi yoxlaması ilə araşdırılmışdır. Bildirilmişdir ki, 2020-ci ilin mənfəət vergisi bəyannaməsinin 1№-li əlavəsində dövrün sonuna mal qalığı 626.879,45 manat qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlər arası idxal əməliyyatı üzrə 18.473.473,44 manat müəyyən olunmuş, elektron alış aktı üzrə 3.801.401,4 manat elektron qaimə-faktura üzrə 1.198.812,95 manat məbləğində mal alışı müəyyən olunmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində mal qalığının 1.252.982,32 manat və ticarət əlavəsinin 20% olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar, araşdırma nəticəsində xx.xx.2021-xx.xx.2021-ci illər ərzində təqdim edilən malların maya dəyərinin 22.633.022,09 manat və ticarət əlavəsinin 20% olduğunu nəzərə alaraq qeyd olunan dövrlər üzrə ümumi dövriyyə 27.159.626,5 manat olmalı olduğu halda, qeyd olunan dövr üzrə təqdim edilmiş bəyannamə və uçot-baza məlumatlarına əsasən dövriyyəsi 24.601.553,69 manat təşkil etmiş, nəticədə 2.588.072,82 manat kənarlaşma aşkar edilərək 460.453,11 maant ƏDV məbləğinin büdcədən yayındırılması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün ətraflı izahat məktubunun, dəqiqləşdirilmiş (cari) bəyannamənin, gəlirlərin tərkibi bölgüsünü, malların çeşidi üzrə ticarət əlavəsi barədə məlumatı, bank hesabından çıxarış, kassa çekləri və kassa “Z” hesabatının təqdim edilməsi tələb olunmuşdur. - İddiaçı MMC-nin rəhbəri X2 tərəfindən yuxarıda qeyd aktlara uyğun olaraq mal qalığı, dəyəri, eləcə də alış aktı olmayan malların dəyərinə uyğun təsdiqeci izahatlar verilmişdir.

9. Cavabdehin vəsatəti əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı inzibati iş üzrə məhkəmə icraatı İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixdə təqdim etdiyi 2021-ci ilin noyabr ayı üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kameral vergi yoxlamasının nəticələri üzrə müvafiq qərar qəbul edilənədək dayandırılmışdır.

10. Cavabdeh tərəfindən məhkəməyə yazılı məlumat verilərək bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində 2021-ci ilin noyabr ayı üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamə üzrə həyata keçirilmiş kameral vergi yoxlaması nəticəsində xx.xx.2022-ci il tarixli, **********351500 saylı qərar qəbul edilərək xx.xx.2022-ci il tarixli **********168600 saylı qərar ləğv edilmişdir. Həmçinin bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********351500 saylı qərara düzəliş edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli, **********568500 saylı qərar qəbul edilmiş və mübahisə predmeti olan 2021-ci ilin noyabr ayının əlavə dəyər vergisi üzrə sonda qeyd edilən qərar qüvvədədir.

11. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********568500 saylı qərara əsasən müəyyən edilmişdir ki, araşdırma zamanı 2020-ci ilin əvvəlinə mal qalığı 1.175.851,85 manat, idxal əməliyyatları üzrə xx.xx.2020xx.xx.2021-ci il tarixədək mallar üzrə dəyər (rüsumlarla birlikdə) 27.854.150,03 manat, elektron alış aktı üzrə 4.060.485,77 manat, elektron qaimə-faktura üzrə mal alışı ilə 1.286.091,8 manat həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbirləri zamanı xx.xx.2021-ci il tarixlərində təsərrüfat subyeklərində cəmi 1.252.981,82 mamat dəyərində sənədli mal qalığı tapılmışdır. Obyektlər üzrə ortalama ticarət əlavəsi isə 16,3 % təşkil etmişdir. ƏDV bəyannamələrinə əsasən 2020-ci ilin yanvar 2021-ci ilin noyabr ayları üzrə cəmi daxil olma dövriyyə+debitor qalığı-avans məbləği 36.234.689,06 manat, elektron qaimə satış dövriyyə isə 36.115.111,08 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixədək elektron qaimə satış məbləği 35.211.392,35 manat olduğundan qəbul edilmiş satış dövriyyəsi (35.211.392,35+(36.234.689,06-36.115.111,08))=35.330.970,33) manat təşkil edir ki, nəticədə 3.191.773,71 manat malların əskik gəlməsi kimi qiymətləndirilməklə hesablama aparılmışdır. Təqdim edilmiş bəyannamə üzrə vergi orqanı tərəfindən 608.698,18 manat hesablanmışdır. Eyni tarixli qərarla hesablanmış 608.698,18 manat vergi məbləğinə əlavə 121,46 manat hesablanaraq yekun olaraq vergi orqanı tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş məbləğ 608.819,64 manat müəyyən edilmişdir.

12. Məhkəmənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********568500 saylı qərarın ləğv ediməsi kimi dəyişdirilmişdir.

13. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

14. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa və mübahisələndirilən qərarla müəyyən edilən hallara uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

15. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır,

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

18. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

19. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.

20. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya sifarişli məktubla çatdırılması müəyyən edilmir. Həmin qərarlar məhkəmə araşdırması zamanı qəbul edilmiş və iddiaçıya təqdim edilmişdir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir.

21. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

22. Vergi Məcəlləsindən: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək;

23. Məhkəmə qeyd edir ki, eyni xx.xx.2022-ci il tarixli **********351500 nömrəli iki qərar bir-biri ilə əlaqədir. Eyni xx.xx.2022-ci il tarixli **********351500 nömrəli qərarla 608.698,18 manat vergi məbləği hesablanmış, eyni tarixli ikinci qərarda əlavə 121,46 manat (əvəzləşdirilmiş e-qaimə faktura üzrə uyğunsuzluq) hesablanmaqla yekun olaraq 608.819,64 manat vergi məbləği hesablanmış, faktiki olaraq qərar dəyişdirilmiş, lakin sistem üzrə texniki olaraq eyni tarixli əvvəlki (birinci) xx.xx.2022-ci il tarixli **********351500 nömrəli qərarın ləğv edildiyi, nəticədə (eyni tarixli ikinci qərarda) vergi ödəyicisi tərəfindən hesablanmış vergi məbləği avtomatik olaraq birinci qərarda göstərilmiş 608.698,18 manat kimi qeyd edilmişdir (halbuki həmin məbləğ birinci qərara əsasən 34.178,91 manatdır). Odur ki, xx.xx.2022-ci il tarixli müəyyənləşdirilən hesablama eyni tarixli ikinci qərara da aiddir. İkinci xx.xx.2022-ci il tarixli qərarda sadəcə əvəzləşdirilmiş elektron qaimə fakturalara münasibət bildirilmişdir (həmin hissədə 121,46 manat əlavə vergi hesablanmışdır). Məhkəmə avtomatlaşdırımış proqram təminatında qeyd edilən texniki uyğunsuzluğu arzuolunan hesab etmir və proqram təminatının təkmilləşdirilməli olduğunu bildirir. Lakin qeyd edilən hal proqram təminatının funksionallığı ilə bağlı olduğundan mahiyyətcə düzgün olan nəticənin ləğv edilməsi üçün əsas ola bilməz.

24. Məhkəmə qeyd edir ki, iddiaçının təsərrüfat obyektlərində xx.xx.2021-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində ortalama ticarət əlavəsi 16,3 faizdir (yuxarıda qeyd edilən rəqəmlər üzrə sadə riyazi hesablama da ona uyğundur). Həmin rəqəmlər iddiaçı tərəfindən yoxlama zamanı təqdim edilən mal qalığı və satış məlumatlarına əsaslanmışdır. Məhkəmə 16,3 faiz ticarət əlavəsini məqbul və ağlabatan hesab edir.

25. İddiaçının 2020-ci ilin əvvəlinə mal qalığı 1.175.851,85 manat, idxal əməliyyatları üzrə xx.xx.2020-xx.xx.2021-ci il tarixədək mallar üzrə dəyər (rüsumlarla birlikdə) 27.854.150,03 manat, elektron alış aktı üzrə 4.060.485,77 manat, elektron qaimə-faktura üzrə mal alışı ilə 1.286.091,8 manat olduğundan və operativ vergi nəzarəti nəticəsində mal qalığı 1.252.981,82 manat təşkil etmişdir. Odur ki, qeyd edilən dövr üzrə ticarət dövriyyəsi müvafiq ticarət əlavəsi (16,3%) nəzərə alınmaqla ((1.175.851,85 manat + 27.854.150,03 manat + 4.060.485,77 manat + 1.286.091,8 manat - 1.252.981,82 manat)=33.123.597,6; 33.123.597,6 manat + 16,3%)=38.552.744 manat təşkil etməlidi idi.

26. Lakin iddiaçı tərəfindən təqdim edilən ƏDV bəyannamələrinə əsasən 2020-ci ilin yanvar 2021-ci ilin noyabr ayları üzrə cəmi daxil olma dövriyyə+debitor qalığı-avans məbləği 36.234.689,06 manat, elektron qaimə satış dövriyyə isə 36.115.111,08 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixədək elektron qaimə satış məbləği 35.211.392,35 manat olduğundan qəbul edilmiş satış dövriyyəsi (35.211.392,35+(36.234.689,06- 36.115.111,08))=35.330.970,33) manat təşkil edir. Nəticədə 3.191.773,71 manat (38.552.744 manat (qəbul edilmiş ticarət dövriyyəsi) – 35.330.970,33 manat (qəbul edilmiş satış dövriyyəsi)) malların əskik gəlməsi kimi qiymətləndirilməklə ƏDV borcu üzrə 574.519,27 manat (3.191.773,71 manat x 18%) əlavə hesablama, daha sonra əvəzləşdirilmiş elektron qaimə faktura üzrə uyğunsuzluqla bağlı 121,46 manat əlavə hesablama aparılmışdır. Əvvəlki xx.xx.2022-ci il tarixli qərardan fərqli olaraq (həmin qərarda müvafiq dövr ƏDV bəyannaməsi üzrə əvəzləşdirilmiş elektron qaimə-faktura barədə məlumatlar təqdim edilməməsinə baxmayaraq həmin bəyannamənin 308-ci sətiri üzrə 10756,87 manat ƏDV məbləği əvəzləşdirilmişdir) təqdim edilən ƏDV bəyannamələri üzrə cəmi 121,46 manat uyğunzusluq aşkar edilmişdir. Həmin elektron-qaimələr iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir. Vergi orqanı tərəfindən kameral yoxlama zamanı nəzərə alınmışdır.

27. Mübahisələndirilən qərarda göstərilən sənədlərlə təsdiqlənməyən malların mövcudluğu məhz iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilən məlumatlara uyğun olaraq üzləşdirilərək müəyyən edilmişdir.

28. İddia tələbində qərarın qanunsuz və əsassız olduğu bildirilsə də, qanunsuzluğun nədə ifadə olunduğuna dair dəlillər nə iddia ərizəsində, nə də məhkəmə araşdırılması zamanı bildirilməmiş, iddia tələbi formal mülahizələrə əsaslanmışdır.

29. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

30. Məhkəmə qeyd edir ki, cavabdeh qurum mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin, yəni yayındırılmış dövriyyənin mövcudluğunu sübut etmişdir.

31. Belə ki, cavabdeh tərəfindən mübahisələndirilən qərarların qəbul edilməsi üçün əsas olan sənədlərin surətləri, elektron qaimələr, yük-gömrük bəyannamələri, elektron alış aktları (Sənədlərin həcmi böyük olduğu disk və kart daşıyıcısı iş materiallarına əlavə edilmişdir). Qeyd edilən mallara dair iddiaçı tərəfindən təqdim edilən sənədlər cavabdeh tərəfindən təqdim edilən diskdəki cədvəllərlə müqayisəli nəzərdən keçirilmiş və uyğunsuzluq müəyyən edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən cavabdeh qurumun qənaətini təkzib edən hal yoxdur.

32. Vergi Məcəlləsindən: 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. 13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.6-1. vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək

33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar