Məhkəmə qərarları › İş №2-1(112)-6499/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6499/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6499/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya əlilliyin müəyyən olunması barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və təyin edilmiş əlillik dərəcələri arasında yaranmış fərqin (ikinci dərəcə əlillik orqanizmin funksiyalarının 60-80 faiz pozulmasına görə 3-cü dərəcə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə müəyyən olunmuş əlilliyə) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı anadangəlmə sağ qulağın 4-cti dərəcəli, sol qulağın isə 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə, kobut nitq və davranış pozuntusundan əziyyət çəkir. Xəstəliklərlə əlaqədar uzunmüddətli müalicələr təyin olunmuş və həmin təyinatlar əsasında davamlı olaraq failəsiz müalicə kursları keçmişdir. Müalicələrin köməyi olmamış və xəstəliklər getdikcə ağırlaşmışdır. Kompleks müayinələr keçirilərək ona xx.xx.2022-ci il tarixindən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 50% pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmiş və bunun əsasında İİİ dərəcə əlillik müəyyən olunmuşdur. Ancaq xəstəliklər getdikcə ağırlaşaraq “yüngül kəmağıllıq" səviyyəsinə çatmış, digər yanakı xəstəliklər kəskinləşmişdir. İddiaçı əlillik vəziyyətinin müəyyən edilməsi barədə qeydiyyatda olduğu tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2023cü il tarixində və xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və hər iki halda göndərişlər natamam doldurulması səbəbilə göndərişi verən tibb müəssisəsinin özünə geri qaytarılmışdır. Bundan sonra göndəriş yenidən diaqnozlar əsasında doldurularaq cavabdeh orqana təqdim olunmuş, lakin inzibati orqan xx.xx.2023-cü il tarixli, 3-17-4/2-Ş- 27007/2023-CÜ il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli qərarın əsaslı və doğru olması səbəbilə İİ dərəcə əlilliyin müəyyən edilməsindən imtina edilmiş, lakin inzibati orqanın qərarından şikayət verildiyindən, məhkəmə icraatı zamanı İİ dərəcə əlillik təyin olunmuşdur. Bundan sonra inzibati orqanının qərar qəbul etdiyi vaxtdan, yəni xx.xx.2022ci il tarixindən orqananizmin funksiyalarının 70% pozulması diaqnozu ilə əlaqədar xx.xx.2023-cü il tarixdən ödənilməsi barədə qərar verilmişdir. Cavabdehin imtina qərarı əsassızdır və Qanunvericiliyin tələblərinə əsasən əlillik təyin olunarkən şəxsin xəstəlik dövrü və xəstəliyin müalicə kurslarından sonra dəyişməsi nəzərə alınmalı və təyin olunmuş əlillik xx.xx.2022-ci il tarixindən hesablanmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsində ona əlilliyin təyin edilməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı təkrar əyani müayinəyə cəlb edilməklə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Agentliyin 16 may 2024-cü il tarixli, 3-17-4/3-1-12892/2024 saylı qərarına əsasən iddiaçıya ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70% pozulması barədə qərar qəbul edilmişdir. Əyani müayinə zamanı müəyyən olunmuşdur ki, İddiaçı əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 2 dəfə- xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə göndəriş rəsmiləşdirilsə də, göndərişlər natamam olduğuna görə tibb müəssisəsinə geri göndərilmişdir. Əyani müayinə həyata keçirildikdən sonra anamnestik məlumatlar, obyektiv və intrumental müayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədi əsasında vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.1ci bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 60% pozulması + 10% (7.2.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 35% pozulması), ümumilikdə ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70% pozulması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “Bakı şəhər sakini xx.xx.2004-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 2 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı, İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Bakı 2 nömrəli Uşaq Poliklinikasının “İki tərəfli sensonevral ağır eştmə lll-İV dərəcəli" diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, xx.xx.2015-ci il tarixindən xx.xx.2017-d il tarixinədək 2 (iki) il müddətinə ‘təkrar” SİMU; xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 18 yaşınadək “təkrar" SİMU; xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlan"nın 9.1.4 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulmasına dair qərar qəbul edilmişdir. Qərarla razılaşmayan vətəndaşın müraciəti əsasında Bakı Baş Səhiyyə İdarəsi tərəfindən "Eşitmə sinirinin xəstəlikləri. Xroniki ikitərəfli nevrosensor ağır eşitmə İV dərəcəli.” xx.xx.2023-cü il tarixli V00106820EHH nömrəli və 17 07.2023-cü il tarixli N00117418NJZ nömrəli göndərişlər rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması (Səbəb: Həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşma dərəcəsi və amillər üzrə dəyərləndirmə xəstənin vəziyyətinə uyğun deyil.) səbəbindən əlillik təyinatı aparılmamış və tibb müəssisəsinə geri qaytarılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosialİ Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr apanlmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətlərini dəqiq ifadə edə bilməmiş, anamnestik olaraq xəstəliyinin uşaq yaşlarından mövcud olsuğunu bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının ambulator xəstənin 17 01.2023-cü il tarixli 10045 nömrəli tibbi vərəqinə əsasən diaqnoz "İkitərəflikoxleamevrit. nevrosensor ağıreşitmə. Sol İİİ-İV dərəcə. Sağ İV dərəcə. Anadangəlmə nitqin pozulması.“ şəklində göstərilmiş, 2 X5 X4 Komissiyasının 03 04.2023-cü il tarixli 1199 nömrəli Tibbi rəyinə əsasən diaqnoz “Yüngül kəmağıllılıq, kobud nitq və davranış pozuntuları ilə. İQ = 57% İkitərəfli sensor ağır eşitmə.” kimi qiymətləndirilmiş, Azərbaycan Tibb Universitetinin X3 xx.xx.2022-ci il tarixində medikamentoz yuxu altında aparılmış “BERA-test” müayinəsinin nəticəsi “Sağ qulaqda İV dərəcə, sol qulaqda İİİ - İV dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur Eşitmənin protezləşməsi tövsiyyə olunur kimi müəyyən edilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/85 mm civ süt, nəbz ritmik (1 dəqiqədə 82 vurğu), dili nəm, ərpsizdir, qamı yumuşaq. göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, həkim-psixiatr müayinəsinin nəticəsi “Zahirən səliqəlidir. Anadangəlmə ağır eşitməvə əqli inkişafdan geri qalma müşahidə edilir. Kontakt nitq qüsuruna görə çətinləşmişdir. Yaddaş və intellekt səviyyəsi yaşıdlarından geri qalmış, sosiallaşması zəif olmuşdur.“ kimi qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da vətəndaşa aparılmış Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaqda 95 (doxsan beş) dB, sol qulaqda 100 (yüz)dB ağıreşitmə qeyd edilir" kimi müəyyən edilmişdir. Anamnestik məlumatlar, obyektiv və intrumental müayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədi əsasında vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfmn 9.1.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 60% (altmış faizİ pozulması + 10% (7.2.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 35% (otuz beş faiz) pozulması), ümumilikdə ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70% (yetmiş faiz) pozulması barədə qərar qəbul edilsin.” İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-Ş-27007/2023 nömrəli məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq, ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlilliyin təyininə əsas vermişdir. İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2023-cü il tarixində və xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və hər iki halda natamam doldurulması səbəbindən göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədiər və ətraflı müayinənin nəticəsi olaraq İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi barədə verilmiş xx.xx.2022-ci il tarixli qərarın doğru və əsaslı olduğundan qüvvədə saxlanıldığını bildirmişlər. İddiaçı hazırda ona ikinci dərəcə əlilliyinin xx.xx.2023-cü il tarixdən deyil, xx.xx.2022ci il tarixdən müəyyən edilməli olmasına istinad edərək, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və həmin dövr ərzində əlilliyə görə ödənilməli müavinət üzrə fərqin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM): - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdən görünür ki, iddiaçının hazırkı tələbi cavabdehin orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlilliyin təyini ilə bağlı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi olsa da, bununla onun çatmaq istədiyi nəticə həmin tarixdən orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə müddətsiz əlilliyin təyinidir ki, bu da mübahisələndirmə haqqında iddia deyil, məcburetmə haqqında iddia növünə uyğundur. Belə ki, inzibati aktın məzmununun əlilliyin müəyyən edilməsi ilə birbaşa əlaqədar olan bu müddəasını (orqanizmin funksiyalarının pozulması faizi) iddiaçı ayrıca mübahisələndirmə haqqında iddia ilə mübahisələndirə bilməz, çünki əlilliyin müəyyən edilməsi bilavasitə bu konkret əlavə müddəadan asılıdır. Belə olan hlda isə iddiaçı başqa bir inzibati aktın qəbul edilməsi üçün məcburetmə haqqında iddia qaldırmalıdır. Çünki bu iddia növü iddiaçının məqsədinə çatmasına daha çox imkan yaradır. Məcburetmə haqqında iddia isə İPM-in yuxarıda istinad edilən maddəsində qeyd edildiyi kimi, inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yəni iddiaçı hazırkı iddianı ona orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlilliyin təyini barədə xx.xx.2022-ci il tarixli qərarı aldığı tarixdən 30 gün müddətində qaldıra bilərdi. Lakin o, 2 ildən artıq müddət küçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının sonradan xx.xx.2023-cü il tarixli V00106820EHH nömrəli və 17 07.2023-cü il tarixli N00117418NJZ nömrəli göndərişləri cavabdehə təqdim etməsi də, onun cavabdehin xx.xx.2022-ci il tarixli qərarından məlumatlı olduğunu təsdiq edir. İPM-in 24-cü maddəsinə əsasən: - həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). - Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). - Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 24.3). - Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi iddiaçı prosessual müddəti 1 ildən artıq ötürmüşdür və bu müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmamışdır. Belə olan halda hazırkı halda buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə də verilə bilməz. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Beləliklə, hazırkı iddia məcburetmə haqında iddialar üzrə xüsusi mümkünlük şərtinə iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi) cavab vermir. İddia tələbinin əlilliyə görə ödənilməli müavinət üzrə fərqin ödənilməsi hissəsinə gəldikdə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 1.1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Göründüyü kimi, Agentlik əlilliyin müəyyən edilməsini həyata keçirir, həmin əlilliyə görə sosial ödənişi deyil. Belə olan halda isə aydındır ki, hazırkı cavabdeh ikinci tələbə münasibətdə iddiaya cavab verməli orqan deyil. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar