Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-65/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin nümayəndəsi X6, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın etibarsız hesab edilməsi tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəh. N.Vəzirov küç., 56-cı məhəllə) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyi cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə cavabdehin 30 dekabr 1999-cu il tarixli 1448 №li sərəncamının etibarsız hesab edilməsi və 1200 kv. metr torpaq sahəsinin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 03.10.2009-cu ildə təsdiq edilmiş torpoqrafik plana əsasən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsi Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu İcra Hakimiyyətinin 30.12.1999-cu il tarixli, 1448 nömrəli sərəncamına əsasən fərdi ev tikintisi üçün (Xəzər rayon, Buzovna-Maştağa neft yatağı ərazisində, H.Z.Tağıyev adına NQÇİ-nin daimi istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində koordinat: 39T418073, 4485912) 1200 kv. metr torpaq sahəsi olmaqla X2 ayrılmışdır. Mübahisəli torpaq sahəsi ayrılarkən Cavabdeh tərəfindən qanun pozuntusuna yol verilmişdir. Belə ki, ayrılan torpaq sahəsi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adın NQÇİ-nin neft-qaz əməliyyatlarının aparılması üçün daimi istifadədə olan sənaye təyinatlı torpaq sahələrinə aiddir. Başqa sözlə, Cavabdeh özünə məxsus olmayan sənaye təyinatlı torpaq sahəsinə dair qanunsuz sərəncam vermişdir. Göründüyü kimi, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adın NQÇİ-si istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuş, göstərilən torpaq sahələrinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 2-1(82)-4583/2018 saylı 29.11.2018-ci il tarixli qərardadı ilə iddianın 1200 kv. metr torpaq sahəsinin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılması hissəsində mümkün sayılmaması qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 534 №li 05.04.2019-cu il tarixli iddiaya dair münasibətdə (etirazda) göstərilmişdir ki, Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin 08.05.1981-ci il tarixli, 66/500 saylı Qərarı ilə Buzovna-Maştağa sərhədinə qədər 150 ha torpaq sahəsi geri alınmışdır. Eləcə də torpaq sahəsinin geri alınması barədə Bakı şəhər İcra Hakimiyyətinin 208 nömrəli, 16.03.1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və X1 14.09.1998-ci il tarixli, JÇ-011/1865 saylı və Əzizbəyov rayon İcra Hakimiyyətinin 05.08.1998-ci il tarixli, 511 saylı məktubları nəzərə alınaraq, Əzizbəyov rayonu ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan H.Z.Tağıyev adına NQÇİ-nin Maştağa-Buzovna yolu boyu yerləşən Maştağa-Buzovna yatağından 156 ha torpaq sahələri geri alınmışdır. Həmçinin, Bakı şəhər İcra Hakimiyyətinin torpaq sahəsinin alınması haqqında 673 saylı, 29.07.1999-cu il tarixli digər sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və X1 15.02.1999-cu il tarixli, JÇ-011/252 saylı məktubu nəzərə alınaraq Əzizbəyov rayon ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa yatağından 56,0 ha torpaq sahələri geri alınmışdır. Sözügedən torpaq sahələrində Z.Tağıyev adına NQÇİ-nin rəhbərliyinin və rayon İcra Hakimiyyətinin müvafiq icazə sənədləri ilə fərdi yaşayış evlərinin tikintisi aparılmışdır. Həmin torpaq sahələri geri alındıqdan sonra Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 30.12.1999-cu iı tarixli, 1448 nömrəli Sərəncamına əsasən fərdi ev tikmək üçün X2 torpaq sahəsi ayrılmışdır. Cavabdeh inzibati orqan etirazda qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxsin iddiaya dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin nümayəndəsi X8 mübahisələndirilən sərəncamın qanunsuz olduğunun və iddiaçının hüquqlarının pozduğunun nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X7 iddianı qəbul etməyərək, məhkəmədən iddianın əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia qismən cavabdehin mübahisələndirilən sərəncamının etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia mümkündür. Belə ki, İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İş materiallarında olan; Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayon İcra hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli 1448 №-li sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan sərəncamla Bakı şəhəri, 4-cü Cənub küçəsi ev 4, mənzil 22-də yaşayan X2 Buzovna qəsəbəsində 336 saylı sahədə fərdi ev tikintisi üçün 1200 kv. metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3499 nömrəli 10.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin mələhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - Qeyd edilən torpaq sahəsi yaşayış məntəqələrinin hüdudları daxilində, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ Buzovna-Maştağa blokunun ərazisidir. Hazırda iddiaçı hüquqlarının pozulduğunu qeyd etməklə, üçüncü şəxsə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında cavabdeh inzibati orqanın inzibati akt sayılan sərəncamının etibarsız hesab olunmasını tələb edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşin araşdırılan hallarından da göründüyü kimi cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən 30 dekabr 1999-cu il tarixli 1448 №li sərəncamla üçüncü şəxs X2 fərdi ev tikintisi üçün ayrılmış 1200 kv. metr torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ Buzovna-Maştağa blokunun ərazisidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir mübahisələndirilən sərəncam Bakı şəhəri Xəzər rayon İHB tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş) tələbləri pozulmaqla qəbul edilmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X2 fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 30 dekabr 1999-cu il tarixli 1448 №li sərəncamının etibarsız hesab edilməsinə dair tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Bakı şəhər Cavabdehndən 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh X2 Buzovna qəsəbəsində 336 saylı sahədə fərdi ev tikintisi üçün 1200 kv. metr torpaq sahəsinin ayrılması barədə 30 dekabr 1999-cu il tarixli 1448 №li sərəncamı etibarsız hesab edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Bakı şəhər Cavabdehndən 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-65/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-65/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver