Məhkəmə qərarları › İş №2-1(112)-650/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-650/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-650/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********065500 saylı qərarına əsasən şəxsi hesab vərəqəsindən silinmiş məbləğin geri qaytarılmasına dair qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC təsis edilmiş və Cəmiyyətin nizamnaməsi xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınaraq ********** saylı VÖEN verilmişdir. Eyni zamanda "xxxx" MMC aidiyyəti orqanında əlavə vergi dəyər vergisinin ödəyicisidir. İddiaçı "xxxx" MMC fəaliyyət göstərdiyi dövr ərzində vergi və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə dönmədən əməl edir, həmin ödənişləri vaxtlıvaxtında ödəyir. "xxxx" MMC-nin fəaliyyətə başladığı dövrdən xx.xx.2022-ci il tarixədək, yəni mənfəət vergisi üzrə tətbiq edilmiş kamerial vergi tətbiq edilənədək vergi borcu olmamışdır. Əksinə 1.31 (bir manat 31 qəpik) manat artıq ödəməməsi olmuşdur. Buna baxmayaraq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci ildə X5 kamerial vergi yoxlaması qaydasında 2021-ci il üçün 14381,20 (on dörd min üç yüz səksən bir manat 20 qəpik) manat əlavə vergi hesablamış, ona əsasən Vergi Məcəlləsinin 151.1-ci maddəsini əsas tutaraq 1-ci və 2-ci rüb 2022-ci il hər rüb üzrə 3595.35 (üç min beş yüz doxsan beş manat 30 qəpik) manat cari vergi hesablamışdır. Nəticədə həmin vergilərə 1650.02 manat cərimə hesablanıb. Kamerial hesablamaya əsas kimi "xxxx" MMC (VÖEN **********) ilə xx.xx.2022-ci ildə 07 saylı alqı satqı müqaviləsinə əsasən xx.xx.2021ci il tarixdə EBBN 939334 saylı elektron qaimə əsasında almış olduğu 67549.70 (altmış yeddi min beş yüz qırx doqquz manat 70 qəpik) manat məbləğində malların əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsi göstərilmişdir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat dedikdə başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar təqdim edilmədən mənfəət əldə etmək məqsədi ilə rəsmiləşdirilən əməliyyatlar başa düşülür. Yəni əmtəəsiz əməliyyatlar zamanı faktiki heç bir mal və ya xidmət təqdim edilmir, hər şey kağız üzərində mövcud olur, ancaq haqsız yerə mənfəət əldə olunur. "xxxx" MMC 2021-ci il X5 dəqiqləşmə verilmiş, bəzi uyğunsuzluqlar aradan qaldırılmış və bu barədə aidiyyəti üzrə məktub göndərilmişdir. Həmin məktuba əlavə olaraq "xxxx" MMC ilə bağlanmış müqavilənin, razılaşma protokolunun və bank köçürmələrinin nüxsəsi göndərilmişdir. Amma hələ də həmin məbləğ Bank hesabında dondurulmuşdur. Şəxsi vərəqdə isə borc olaraq qeyd edilir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 37.1-ci maddəsinin tələbinə görə kamerial vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında olan digər sənədlər əsasında keçirilir. Sözügedən Məcəllənin 37.2-ci maddəsinə əsasən kamerial vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim etdiyi gündən 30 gün müddətində keçirilir. Lakin daxil olmuş məktuba xx.xx.2022-ci il tarixdə əsaslandırılmış cavab verilsə də və 30 gün müddət keçsə də hələ ki, düzəliş edilməyib. Nəticədə şəxsi vərəqədə vergilər üzrə cəmi — (20764.50 manat üstəgəl hesablanmış cərimə 1650.02 manat) 22414.52 (iyirmi iki min dörd yüz on dörd manat 52 qəpik) manat borc göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2 və 282-ci maddələrinin tələbinə görə dövlət orqanlarının aktlarının etibarsız edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsaən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ölmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentliyindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Vergi Məcəlləsinin 59.1-ci maddəsində müəyyən edilmiş faiz, yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə və cari vergi ödənişlərinə münasibətdə bütün ölmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir (Vergi Məcəlləsinin 59.2-ci maddə). Vergi Məcəlləsinin 3.2-ci maddəsinin tələbinə görə vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.3-cü maddəsində qeyd olunur ki, hər kəsin Konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Göstərilən Məcəllənin 3.8-ci maddəsinin tələbinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olmayan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.10-cu maddəsində göstərilir ki, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Həmçinin qeyd edilən Məcəllənin 7-ci maddəsinin tələbinə görə vergi haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsində qeyd olunur ki, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanının vəzifəsidir. Bundan əlavə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində deyilir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Sözügedən Məcəllənin 235-ci maddəsinin tələbinə görə dövlət orqanları aktlarının etibarsız edilməsi haqqında qətnamələr, habelə barışıq sazişini təsdiq edən məhkəmənin qərardadları dərhal icra edilməlidir. Məhkəmənin 2-1(112)-5046/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş **********263800 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin 2-1(112)-5046/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İddiaçının nümayəndəsi X6 xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, Kameral hesablamaya əsasən "xxxx" MMC (VÖEN **********) ilə xx.xx.2021-ci il tarixli 07 saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə EBBN 939334 saylı EQ əsasında alınmış 67549,70 (altmış yeddi min beş yüz qırx doqquz manat yetmiş qəpik) manat məbləğində malların əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsi göstərilmişdir. "xxxx" MMC xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi kimi qeydə alınmışdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********263800 saylı xx.xx.2022-ci il tarixli qərarın qismən – 13509,94 (on üç min beş yüz doqquz manat doxsan dörd qəpik) manat vergi borcunun müəyyən edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin 2-1(112)-650/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********263800 saylı xx.xx.2022-ci il tarixli qərarın qismən – 13509,94 (on üç min beş yüz doqquz manat doxsan dörd qəpik) manat vergi borcunun müəyyən edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddianın mümkün sayılmaması barədə xx.xx.2022-ci il tarixli yazılı vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsində göstərilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdehə təqdim olunmuş iddia ərizəsindən göründüyü kimi iddia tələbi xx.xx.2022-ci il tarixli **********065500 nömrəli qərar əsasında şəxsi hesab vərəqəsindən silinmiş məbləğin geri qaytarılması ilə bağlıdır. İlk növbədə qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.2022-ci il tarixli **********065500 nömrəli qərar kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərardır və həmin qərar da ləğv olunduğuna görə artıq mövcud deyil. Belə ki, İddiaçı TTQ MMC tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə xx.xx.2022- ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyinə görə kameral yoxlamanın nəticəsi üzrə yeni qərar qəbul edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsinə qaytarılmasını tələb etdiyi məbləğ də kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş və hal-hazırda qüvvədə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********263800 nömrəli qərar əsaşında hesablanmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il X5 kameral vergi yoxlaması qaydasında 2021-ci il üçün 14381,20 manat əlavə vergi hesablamışdır. Göründüyü kimi iddiaçı şəxsi hesab vərəqəsinə qaytarılmasını tələb etdiyi borc məbləğinin də kameral vergi yoxlaması əsasında hesablandığını özü də təsdiq edir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral yoxlamasını keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Kameral vergi yoxlamasının nəticəsi üzrə vergi orqanı tərəfindən qəbul edilən qərarlar da “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə görə inzibati akt hesab olunur. Eyni zamanda həmin qərarlardan şikayət etmək hüququnun olduğu da vergi ödəyicisinə izah olunur. İddiaçı tərəfindən iddia növünə münasibətdə də İnzibati Prosessual Məcəllənin tələblərinə düzgün əməl olunmamışdır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ərizəsinin əvvəlində iddianın silinmiş məbləğin geri qaytarılması tələbinə dair olduğu qeyd olunsa da, tələb hissəsində cavabdehin xx.xx.2022-ci il tarixli **********065500 nömrəli qərarı əsasında şəxsi hesab vərəqəsindən silinmiş məbləğin geri qaytarılması tələb olunur. Hazırkı mübahisə üzrə silinməsi tələb olunan məbləğ inzibati akt hesab olunan qərar əsasında yarandığına görə iddiaçı iddia növünə münasibətdə öhdəliyin icrası ilə deyil, mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etməlidir. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarla iddiaçının şəxsi hesab vərəqəsindən hər hansı məbləğ silinmir, əksinə keçirilmiş yoxlamanın nəticəsinə uyğun olaraq əlavə vergi məbləği hesablanır. Qərarın qüvvədə olduğu dövrdə də qərarla hesablanmış əlavə vergi məbləği üzrə vergi ödəyicisinin vergi öhdəliyi yaranır. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. (8.6-cı bənd). Bundan əlavə, həmin qərarda göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Cavabdeh iddianın mümkün sayılmaması barədə xx.xx.2023-cü il tarixli yazılı vəsatətə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədəni, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçüm vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olam məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi orqanında aparılan araşdırma zamanı İddiaçı TTQ MMC tərəfindən 2021-ci il ərzində "Akon Constructıon” MMC (VÖEN **********) ilə aparılmış 67549,7 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi ödəyicisinin uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir. Bu hal əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda, 2021-ci il ərzində elektron qaimə faktura ilə 210303,47 manat dəyərində mal, iş, xidmətlər əldə edilmiş (67549,7 manat əmtəəsiz əməliyyat), 2021-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində 252850,25 manat xərc məbləği qeyd edilmiş, ilin əvvəlinə və sonuna mal qalığı nəzərə alınmış və nəticədə 71906,0 manat kənarlaşma aşkar edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********045200 nömrəli məktub göndərilmiş, araşdırma üçün zəruri olan sənədlərin və yaxud dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktubda göstərilən müddətdə yaranmış kənarlaşma ilə bağlı müvafiq izahat, zəruri sənədlər və dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021ci il mənfəət vergisi bəyannaməsi üzrə 14381,20 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********065500 nömrəli qərar qəbul edilmişdir. İddiaçı TTQ MMC tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyinə görə kameral yoxlamanın nəticəsi üzrə yeni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********263800 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bundan əlavə, iddiaçı ilə vergi orqanı arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2014-cü il tarixli müqavilənin 2.1.1-ci bəndində tərəflər arasında yazışmaların elektron şəkildə həyata keçirilməsi, o cümlədən vergi orqanları tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, xəbərdarlıqların, bildirişlərin və digər sənədlərin) elektron şəkildə göndərilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Həmin müqavilənin 4.1.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən elektron qaydada göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi müqavilə ilə vergi ödəyicisi ona göndərilən elektron sənədin kağız sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul etmiş, elektron qutusuna daxil olmuş sənədlərin ona təqdim edilmiş sayılması və həmin sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq onun birbaşa vəzifəsi olduğu ilə razılaşmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci iİ tarixli **********263800 nömrəli qərar tərəflər arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2014-cü il tarixli müqavilənin 2.1.1-ci bəndinə əsasən xx.xx.2022-ci İİ tarixdə saat 12:28:33-də elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. Qərar xx.xx.2022-ci il tarixdə saat 13:49:21-də oxunduğuna görə həmin tarixdən də vergi ödəyicisinə təqdim olunmuş sayılır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022ci il tarixli **********263800 nömrəli qərarın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72.3-cü maddəsində göstərilir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.ldrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarına müvafiq olaraq mübahisələndirmə haqqında iddia onunla xarekterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-nin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Eyni zamanda həmin qərarda göstərilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.” İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, inzibati iş məhkəmənin icraatında olduğu dövrdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********263800 nömrəli qərarın ləğv edilməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı TTQ MMC-nin dəqiqləşdirilmiş iddia ərizəsində göstərilənlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Uçotbaza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2014-cü il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün təcrübə tikinti işləri olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi orqanında aparılan araşdırma zamanı İddiaçı TTQ MMC tərəfindən 2021-ci il ərzində "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış 67549,7 manat məbləğində (elektron qaimə faktura-seriya EBBN nömrəsi 939334) qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar (əmtəəsiz) edilmişdir. Belə ki, 2021-ci il ərzində vergi ödəyicisi tərəfindən elektron qaimə faktura ilə 210303,47 manat dəyərində mal, iş, xidmətlər əldə edilmiş (67549,7 manat əmtəəsiz əməliyyat), 2017-ci il üzrə təqdim edilən mənfəət vergisinin bəyannaməsinin xərclər hissəsində 252236,1 manat xərc məbləği qeyd edilmiş (221.3 xammal və materiallar 246089,48, yanacaq xərcləri 2989,62, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 1882,35, sığorta üzrə xərclər 1274,65), ilin əvvəlinə 59251,82 manat və sonuna 13929,60 manat mal qalığı nəzərə alınmış və sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin manat olduğu müəyyən edilmiş, yəni xərc təsdiqini tapmamış, uyğunsuzluğ mal qalığını azaltmaqla qismən itirilmiş, lakin malın hərəkət cədvəli və digər təsdiqedici sənədlər vergi orqanına təqdim edilməmişdir. Bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış uyğunsuzluq ilə əlaqədar vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, araşdırma üçün zəruri olan sənədlərin və yaxud dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktubda göstərilən müddətdə yaranmış kənarlaşma ilə bağlı müvafiq izahat, zəruri sənədlər və dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 14381,20 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********065500 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. İddiaçı TTQ MMC tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, araşdırma üçün zəruri olan sənədlərin və yaxud dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi təkrarən tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktubda göstərilən müddətdə yaranmış kənarlaşma ilə bağlı müvafiq izahat, zəruri sənədlər və dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsi təqdim edilmədiyi üçün 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 14381,20 manat əlavə vergi məbləği yenidən bərpa edilmişdir. Dəqiqləşdirilmiş bəyannamə əsasında keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə yeni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********263800 nömrəli qərar qəbul edilmişdir. Qərar tərəflər arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2014-cü il tarixli müqavilənin 2.1.1-ci bəndinə əsasən xx.xx.2022-ci iİ tarixdə saat 12:28:33-də elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. Qərar xx.xx.2022-ci il tarixdə saat 13:49:21-də oxunduğuna görə həmin tarixdən-də vergi ödəyicisinə təqdim olunmuş sayılır. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bundan əlavə, iddiaçı ilə vergi orqanı arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2014-cü il tarixli müqavilənin 2.1.1-ci bəndində tərəflər arasında yazışmaların elektron şəkildə həyata keçirilməsi, o cümlədən vergi orqanları tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, xəbərdarlıqların, bildirişlərin və digər sənədlərin) elektron şəkildə göndərilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Həmin müqavilənin 4.1.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən elektron qaydada göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi müqavilə ilə vergi ödəyicisi ona göndərilən elektron sənədin kağız sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul etmiş, elektron qutusuna daxil olmuş sənədlərin ona təqdim edilmiş sayılması və həmin sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq onun birbaşa vəzifəsi olduğu ilə razılaşmışdır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********263800 nömrəli qərarın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Bununla əlaqdar cavabdeh tərəfindən “İddianın mümkün sayılmaması barədə” vəsatət (sübutlar əlavə edilməklə) xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş və işin materiallarında var. Vergi Məcəlləsinin: 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə/nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.3-cü maddəsində isə göstərilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildiririk ki, vergi ödəyicisi müxtəlif üsul və vasitələrdən istifadə etməklə həmin qərarın ləğv olunmasına cəhd göstərir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********263800 nömrəli qərarla hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur/Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 7 saylı xx.xx.2021-ci il tarixli müqavilə, ona 1 №-li əlavə və təhvil-təslim aktından görünür ki, cəmi 67549,7 manat dəyərində mal İddiaçı TTQ MMC-yə satılmışdır. İddiaçı Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 01/M saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, 2021ci il cari Mənfəət vergisi Bəyannaməsi vaxtında – yəni 31.0.3.2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə elektron qaydada təqdim edilmişdir. 13 may 2022-ci ildə Bakı şəhəri LGB İ-tərə findən kamerial uyğunsuzluq haqqında məlumat daxil olmuş, yoxlanlıldıqdan sonra xx.xx.2022- ci il tarixində dəqiqləşmiş bəyannamə təqdim edilib. xx.xx.2022- ci il tarixində **********65500 saylı qərar qəbul edilmişdir. Qərarla razılaşmayaraq xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə bəzi dəqiqləşdırmələr apararaq yenidən dəqiqləşdirilmiş Bəyannamə təqdim etmişdir. Şəxsi vərəqdə düzəliş edilmişdir. Mübahisəli məsələlərin araşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin rəisi E.Namazlıya müraciət etmişdir. Lakin heç bir cavab alınmamışdır. xx.xx.2022-ci ildə **********263800 saylı Qərara əsasən hesabdan 14381.20 manat, ona hesablanmış faiz və 2021-ci il üçün hesablanmış mənfəət vergisinə - yəni 14281.2 manata 1-ci, 2-ci və 3-cü rüblərə cari vergi ödəmələri (hər rübə müvafiq olaraq 3595.30 manat) hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********890400 saylı xx.xx.2023-cü il tarixli məktub ilə kameral vergi yoxlaması materiallarının təsdiq edilmiş surəti qoşma şəklində təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********54 saylı xx.xx.2023-cü il tarixli məktub ilə kameral vergi yoxlaması materiallarının təsdiq edilmiş surəti qoşma şəklində təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********777300 saylı xx.xx.2023-cü il tarixli məktub ilə kameral vergi yoxlaması materiallarının təsdiq edilmiş surəti qoşma şəklində təqdim edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********065500 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən (bəyənnamə və hesabat dövrü: Mənfəət vergisi, 2021-ci il) İddiaçı Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinə 14381,20 manat əlavə vergi (və ya sığorta haqqı məbləği) hesablanmışdır (2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 67549,7 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda 2021-ci il ərzində elektron qaimə faktura ilə 210303,47 manat dəyərində mal, iş, xidmətlər əldə edilmiş (67549,7 manat əmtəəsiz əməliyyat), 2021-ci il üzrə təqdim edüən mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində 252850,25 manat xərc məbləği qeyd edilmiş, ilin əvvəlinə və sonuna mal qalığı nəzərə alınmış və nəticədə 71906,0 manat kənarlaşma aşkar edilmişdir). Bu qərar cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********263800 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən ləğv edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********263800 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən (bəyənnamə və hesabat dövrü: Mənfəət vergisi, 2021-ci il) İddiaçı Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinə 14381,20 manat vergi (və ya sığorta haqqı məbləği) borcu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsi “Riskli vergi ödəyiciləri barədə məlumat”a dair çıxarışdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********975500 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********975500 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********667300 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərara əsasən xx.xx.2022-ci il tarixli **********975500 nömrəli qərarla riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********25500 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, kameral vergi yoxlaması materiallarının təsdiq edilmiş surəti vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə **********934200 nömrəli məktubla müvafiq vergi orqanına təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iş üzrə iddiaya dair yazılı etirazların məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. İddianın növü məcburetmə haqqında iddiadır. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ndan: Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:

1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmənin hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2233/2023 nömrəli iş üzrə 30 dekabr 2023-cü il tarixli qərarına uyğundur. Həmin hüquqi mövqe bu qərarda ifadə olunur. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********263800 saylı xx.xx.2022-ci il tarixli Qərara əsasən iddiaçıya (bəyənnamə və hesabat dövrü: Mənfəət vergisi, 2021-ci il) İddiaçı Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinə 14381,20 manat vergi məbləği hesablanmışdır. Vergi borcunun 2021-ci il ərzində elektron qaimə faktura ilə 67549,7 manatı əmtəəsiz əməliyyat olmaqla, ümumilikdə 71906,0 manat kənarlaşma aşkar edilmişdir. İşin materialları ilə müəyyən edilir ki, cavabdeh qurum iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında aparılmış 67549,7 manat dəyərində əməliyyatı əmtəəəsiz əməliyyat hesab etdiyindən iddiaçı tərəfindən təqdim edilmiş elektron qaiməni xərc sənədi kimi nəzərə almamışdır. Hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********263800 saylı xx.xx.2022-ci il tarixli qərarın qismən – 13509,94 (on üç min beş yüz doqquz manat doxsan dörd qəpik) manat vergi borcunun müəyyən edilməsi hissəsində ləğv edilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində qəbul edilmiş qərara əsasən onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisə ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir.) ilə 2021-ci il ərzində aparılmış 67549,7 manat dəyərində əməliyyatların riskli (əmtəəsiz) olduğunu hesab edilməsi və nəzərə alınmaması nəticəsində 13509,94 manat vergi borcu hesablanmışdır. Halbuki, əməliyyatları aparılan zaman həmin müəssisə riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının əməliyyatları həyata keçirdiyi müəssisə, iddiaçının əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi xərc sənədlərini qəbul etməməsi əsassız olmuşdur. Nəzərə alınmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati aktlar qəbul edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən, hesab edir ki, iddianın növünə görə sübutetmə yükü daşıyan inzibati orqan sözügedən əməliyyatların əmtəəsiz və ya riskli hesab edilməsinin əsaslandırılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, sözügedən qərar mübahisələndirilən hissədə ləğv olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********263800 saylı xx.xx.2022-ci il tarixli qərar 13509,94 (on üç min beş yüz doqquz manat doxsan dörd qəpik) manat vergi borcunun müəyyən edilməsi hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar