Məhkəmə qərarları › İş №2-1(112)-6502/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6502/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6502/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) “diplomun ölkə ərazisində tanınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Kiyev Milli Ticarət və İqtisad Universitetinin, Xarkov Ticarət və İqtisad İnstitutu tərəfindən onun adına verilmiş 30.06.2020-ci il tarixli, B20 086950 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi 20.10.2021-ci il tarixli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin 04.08.2021-ci il tarixli 2-1(112)-6502/2021 saylı qərardadının icrası məqsədi ilə İddiaçı Kiyev Milli Ticarət- İqtisadiyyat Universitetinin Xarkov Ticarət-İqtisadiyyat İnstitutu tərəfindən verilmiş 30.06.2020-ci il tarixli, B20 seriyalı 086950 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ona ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. Həmin məktuba əlavə edilmiş T seriyalı 025447 nömrəli (2021-ci il) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adına Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Ticarət-İqtisadiyyat İnstitutu tərəfindən verilmiş 30.06.2020-ci il tarixli, B20 seriyalı 086950 nömrəli ali təhsil haqqında diplom Azərbaycan Respublikasında 050810 Turizm işinin təşkili ixtisası, Turizm üzrə menecer ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir (bərabərdir). Həmin məktuba əlavə edilmiş i seriyalı 024870 nömrəli (2021-ci il) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adına Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Ticarət-İqtisadiyyat İnstitutu tərəfindən verilmiş 30.06.2020-ci il tarixli, B20 seriyalı 086950 nömrəli ali təhsil haqqında diplom Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) “diplomun ölkə ərazisində tanınması” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar