Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6504/2021 07.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının həyat yoldaşı X2 1985-1996-cı illərdə Tovuz X12 müəssisəsində sürücü işlədiyi illəri iddiaçının sosial sığorta stajına hesablanmaqla ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 20 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-684/2021 saylı, 30.03.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 20 saylı Regional Ərazi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati iş 07.05.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Tovuz rayonunun Çatax kəndində anadan olmuşdur. Hal-hazırda ünvan 3ində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Onun yaşa görə pensiyaya çıxmaq hüququ yarandığından, eləcə də əmək stajı az olduğundan mərhum həyat yoldaşı X3 1985-1996cı illərdə Tovuz X12 müəssisəsinin əmək haqqının aylar və illər üzrə əmək haqqı məbləği barədə arxiv arayışını, Tovuz rayon Dövlət Arxivinin arxiv arayışını ərizəsinə əlavə edib, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 20 saylı Regional Ərazi Filialına təqdim edərək, mərhum həyat yoldaşı X3 1985-1996-cı illərdəki əmək stajının iddiaçının sosial sığorta stajına hesablanmaqla ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsini xahiş etmişdir. Ərizəsinə, həmçinin notarial qaydada təsdiq olunmuş 02 mart 1985-ci il tarixli Ш- ЖГ № 424901 saylı nikahın bağlanması haqqında şəhadətnaməni də əlavə etmişdir. Həmin şəhadətnamədən görünür ki, X7 iddiaçının həyat yoldaşıdır. Notarial qaydada təsdiq olunmuş 08 dekabr 1920-ci il tarixli, AZ-İİ № 136978 saylı ölüm haqqında şəhadətnamədən də görünür ki, X7 11 mart 1996-cı ildə vəfat etmişdir. Tovuz rayon Dövlət Arxivinin 20 dekabr 2017-ci il tarixli, 675 nömrəli arxiv arayışında, eləcə də Tovuz X12 müəssisəsinin əmək haqqının aylar və illər üzrə əmək haqqı məbləği barədə arxiv arayışında da göstərilir ki, X7 22 avqust 1985-ci il tarixdən, 13 mart 1996-cı il tarixə kimi Tovuz X12 müəssisəsində sürücü işləmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 20 saylı Regional Ərazi Filialı müraciətə 15 fevral 2021-ci il tarixli, **********3 saylı imtina cavabı vermişdir. İmtina cavabında X3 əmək kitabçası təqdim edildikdən sonra ailə başçısını itirməyə görə pensiya işinə baxılacağı bildirilmişdir. Mərhum həyat yoldaşının əmək kitabçası isə işlədiyi müəssisədə itmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 20 saylı Regional Ərazi Filialının həmin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, həmin imtina ilə onun Konstitusiyamızda təsbit olunmuş ailə başçısını itirməyə görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. İddiaçı 07.07.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaş 06 aydan, yəni 01.01.2018-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilməsi və ödənilməmiş məbləğin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, iddia tələbi aşağıdakı səbəblərə görə əsassızdır və iddia təmin edilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş- sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İddiaçının vəziyyətində isə onun mərhum həyat yoldaşı X3 1985-1996-cı illərdə “X5” müəssisəsində sürücü işləməsi əmək kitabçasında qeyd edilmir. Buna görə də həmin dövrün sığorta stajı kimi qəbul edilməsi mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının pensiya yaşına çatmış arvadının ailə başçısının itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası vəfat etmiş şəxsin ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Hazırkı iş üzrə İddiaçı 01.01.2018-ci il tarixində pensiya yaşına çatmışdır və həmin tarixdən onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmışdır. Lakin nəzərə alınmalıdır ki, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyinatı aparılması üçün İddiaçı mərhum həyat yoldaşı X11 əmək kitabçası olmadığı üçün tələb olunan stajı mövcud deyildir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz İH Tovuz rayon Dövlət Arxivinin 675 nömrəli, 20.12.2017-ci il tarixli arayışında qeyd edilmişdir ki, şəxsi hesab kitablarında iddiaçının mərhum həyat yoldaşının atasının adı qeyd edilməyib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən təsdiqlənir. Adıçəkilən arayışda iddiaçının mərhum həyat yoldaşının soyadı qeyd edilmədiyinə görə arayışda qeyd edilən şəxsin həqiqətən X7 olması faktı rayon məhkəməsi tərəfindən təsdiqlənməlidir. Bununla yanaşı, o da qeyd edilməlidir ki, Filial tərəfindən Tovuz rayon Dövlət Arxivinə ünvanlanmış sorğuya göndərilmiş 71 nömrəli, 22.04.2021-ci il tarixli arayışda 1985-ci ilin avqust ayında əməkhaqqı məbləği 46 yazılsa da yuxarıda qeyd edilən 675 nömrəli, 20.12.2017-ci il tarixli arayışda həmin ay üçün əməkhaqqı məbləği 45 göstərilmişdir. Beləliklə, qeyd edilən sənədlər arasında uyğunsuzluq yaranmışdır. Məhkəmə qərarı qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və İddiaçı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar edilməsi xahiş edilir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1957-ci ildə ünvan 3ində anadan olmuş, ünvan 3i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş 20.12.2017-ci il tarixli, 675 nömrəli arxiv arayışında bildirilmişdir ki, Tovuz avtomobil nəqliyyat Müəssisəsinin rayon Dövlət arxivində saxlanılan sənədlərində mərhum X7 22 avqust 1985-ci il tarixdə 86 L/s №-li əmrlə müəssisəyə sürücü qəbul edilmiş, 13 mart 1996-cı il tarixdə 8 ş/h №-li əmrlə vəfatı ilə əlaqədar olaraq adı 11 mart 1996-cı il tarixdən şəxsi heyət siyahısından çıxarılması göstərilmişdir. Əsas: Fond № 206 siyahı 2 1985-ci ilin 3 №-li əmr kitabı v 102 iş 1996-cı ilin əmr kitabı v 8. Sözügedən arxiv arayışına Tovuz X12 müəssisəsinin X7 barəsində əmək haqqının aylar üzrə məbləği barədə cədvəl əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 08.12.2020-ci il tarixdə verilmiş AZ-İİ 136978 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X7 10.03.1996-cı ildə Tovuz rayonunun Muncuqlu kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11.03.1996-cı il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 02.03.1985-ci il tarixdə verilmiş İİİ-ЖГ 424901 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən 01.01.1961-ci il təvəllüdlü X7 ilə xx.xx.1957-ci il təvəllüdlü X8 02.03.1985-ci ildə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvadın familiyası Əmiraslanova qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş 25.05.2021-ci il tarixli, 98 nömrəli arxiv arayışında bildirilmişdir ki, Tovuz “X12” müəsisəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində mərhum X7 22 avqust 1985-ci il tarixdə 86 L/s №-li əmrlə müəsisəyə sürücü qəbul edilmiş, 13 mart 1996-cı il tarixdə 8 Ş/h №-li əmrlə vəfatı ilə əlaqədar olaraq adı 11 mart 1996-cı il tarixdən şəxsi heyət siyahısından çıxarılması göstərilmişdir. Əsas: Fond № 206, siyahı 2. iş 1985-ci ilin 3№-li əmr kitabı, v 102, iş 1996-cı ilin əmr kitabı, v 8. Cavabdehin məhkəməyə təqdim etdiyi inzibati icraat materiallarında olan H3 ******* nömrəli hərbi biletin surətinə əsasən X7 13.05.1981-ci ildə hərbi xidmətə çağırılmış, 17.05.1983-cü ildə hərbi xidmətdən tərxis edilmişdir. İnzibati icraat materiallarından görünür ki, İddiaçı 11.12.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 20 saylı Regional Ərazi Filialının 15.02.2021-ci il tarixli, **********3 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə X9 rayon “ASAN” xidmət mərkəzindən daxil olmuş 11.12.2020-ci il tarixli ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən bildirilir ki, X4 əmək kitabçasını Tovuz rayon “ASAN” xidmət mərkəzinə və ya Fondun 20 saylı regional ərazi filialına təqdim etdikdən sonra sizin ailə başçısını itirməyə görə əmək pensiyası hüququnuza yenidən baxılacaqdır. “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçının mərhum həyat yoldaşı X7 10.03.1996-cı il tarixdə vəfat etmiş, iddiaçı mərhum yoldaşının işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmaqla ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, mərhum T.C.Əmiraslanovun işlədiyi illərin qeyd olunduğu əmək kitabçası təqdim edilməmişdir. Hazırki iddiasında iddiaçı mərhum həyat yoldaşının iş stajını dövlət arxiv arayışı əsasında təsdiq edildiyini əsas gətirməklə cavabdehin qeyd olunan imtinasını əsassız hesab edir və ona 60 yaş 06 aydan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır -14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: -14.1.1.1. 18 yaşına çatmamış; -14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; -14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; -14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; -14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Eyni Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Eyni Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.4.1-ci bəndinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qaydaların 4.4.2-ci bəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Qaydaların 4.3.2-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, vəfat etmiş şəxsin arvadına ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün aşağıdakı şərtlərin olması tələb olunur: -arvad qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; -vəfat etmiş şəxsin ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. Qeyd edilən şərtlər iddiaçıya münasibətdə ödənilir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2017 - 30 iyun 2018-ci il tarixədək qadınlar üçün pensiya yaşı həddi 60 il 6 aydır. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla 60 il 06 ayını 01.01.2018-ci il tarixdə tamamlamışdır. Vəfat etmiş şəxsin tələb olunan sığorta stajına gəlincə isə Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq ailə başçısını itirməyə görə görə əmək pensiyası təyin edilməsi üçün 01.01.1961-ci il tarixdə doğulmuş və 10.03.1996-cı il tarixdə vəfat etmiş 35 yaşlı sığortaolunan üçün 6 il 07 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (35 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 20) x 4 ay = 80 ay/12 = 6 il 7 ay) sığorta stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Cavabdehin pensiya təyin edilməsindən imtinasının əsas dəlili vəfat etmiş sığortaolunanın əmək fəaliyyəti barədə qeydləri özündə əks etdirən əmək kitabçasının olmamasıdır. Buna görə də həmin dövrün sığorta stajı kimi qəbul edilməsini mümkün hesab etmir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. İş üzrə əldə edilmiş dövlət arxiv arayışına əsasən mərhum X7 22.08.1985- 13.03.1996-cı illərdə Tovuz avtomobil nəqliyyat müəssisəsində işləmiş, eyni zamanda iş materiallarına əlavə edilmiş hərbi biletin surətinə əsasən mərhum T.C.Əmiraslanov 13.05.1981-17.05.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Qeyd edilən dövrlər nəzərə alındıqda vəfat etmiş sığortaolunanın ümumilikdə 12 il 06 ay 28 gün sığorta stajı mövcuddur. Cavabdehin etirazında qeyd etdiyi Tovuz rayon Dövlət Arxivindən cavabdehə ünvanlanmış 71 nömrəli, 22.04.2021-ci il tarixli arayışa əlavə edilmiş əmək haqqının aylar üzrə məbləğinə dair cədvəldə 1985-ci ilin avqust ayında əməkhaqqı məbləği 46 yazılsa da iddiaçının cavabdehə təqdim etdiyi 20.12.2017-ci il tarixli arayışda həmin ay üçün əmək haqqının məbləğinin 45 göstərilməsi, eləcə də şəxsi hesab kitablarında iddiaçının soyadının qeyd edilməməsi ilə bağlı dəlillərini məhkəmə formal mülahizə kimi qiymətləndirir. Belə ki, arxiv arayışına əlavə edilmiş Tovuz X12 müəssisəsinin əmək haqqının aylar üzrə məbləğinə dair cədvəlin birində 1985-ci ilin avqust ayında əmək haqqı məbləğinin 46, digərində 45 yazılmasını məhkəmə texniki səhv kimi qiymətləndirir. Eyni zamanda məhkəmə hesab edir ki, işçinin işləməsini təsdiq edən hüquqi fakt işə qəbul və işdən çıxma əmrləridir. İddiaçının təqdim etdiyi, cavabdehin inzibati icraat gedişində əldə etdiyi və məhkəmənin sorğusu əsasında təqdim edilmiş dövlət arxivi arayışlarının hər üçündə X3 Tovuz X12 müəssisəsinə 22.08.1985-ci il tarixli 86L/s nömrəli əmrlə işə qəbul edildiyi və 13.03.1996-cı il tarixli 8Ş/h nömrəli əmrlə işdən azad edildiyi göstərilmiş və bu qeydlər arxiv idarəsi tərəfindən 206 nömrəli fondun 2 nömrəli siyahısında, 1985-ci ilin 3 nömrəli əmrlər kitabında 102 nömrəli vərəqində və 1996-cı ilin əmrlər kitabında 8 nömrəli vərəqində edilmiş qeydlərə istinadən vermişdir. X2 işə qəbulu və işdən çıxması barədə əmrlər kitabında qeydlərin olması onun işləməsi faktını təsdiq edir, əmək haqqı cədvəlində bir ayda əmək haqqının məbləğində bir rəqəmin fərqli qeyd edilməsi mərhumun işə qəbul və işdən çıxma barədə qeydlərin mötəbərliyini şübhə altına alan dəlil kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, arxiv arayışında cavabdehin qeyd etdiyi kimi X1 deyil, atasının adının qeyd edilmədiyi göstərilmişdir. Cavabdehin qeyd etdiyi bu hal da mərhumun əmək fəaliyyətinin sübuta yetirilmədiyi qənaətinə gəlməyə əsas vermir. Nəzərə alınmalıdır ki, arxiv arayışında yalnız əmək haqqının aylar üzrə məbləğinə dair cədvəl hissəsində arxiv fondu şəxsi hesab kitablarında vətəndaşın atasının adının qeyd edilmədiyini göstərmişdir. Başqa sözlə, mərhumun atasının adının əmrlər kitabında deyil, şəxsi hesab kitablarında qeyd edilməmişdir. Əmrlər kitabında X3 işə qəbulu və işdən çıxması barədə əmrlərə dair qeydlər var, əmək haqları qeyd edilən şəxsi hesab kitablarında mərhumun atasının adının qeyd edilməməsi bu qeydlərin mötəbərliyini təkzib edəcək sübuti əhəmiyyətə malik hesab olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, X2 ümumilikdə topladığı 12 il 06 ay 28 gün sığorta stajı iddiaçıya ailə başçısını itirməyə görə tələb olunan 6 il 7 ay sığorta stajından çoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 60 yaş 06 aydan, yəni 01.01.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaş 06 aydan, yəni 01.01.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6504/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6504/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver