Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6505/2023 10.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı «iddiaçının uşaqlarının doğumunun qeydiyyata alınması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı «iddiaçının uşaqlarının doğumunun qeydiyyata alınması» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, İddiaçı 21 oktyabr 1989-cu il tarixdə Rusiya Federasiyasının Saratov Vilayətində doğulmuşdur və hazırda Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində qeydiyyatsız yaşayır. Onun bu günədək şəxsiyyət vəsiqəsi olmayıb. İddiaçı Cavabdehnə müraciət etmiş, lakin şöbədə sənədləri araşdırılsa da, ona şəxsiyyət vəsiqəsi olmadığından 2 aprel 2011-ci il tarixdə Suraxanı rayon 2 saylı Doğum Evində və 5 iyul 2015-ci il tarixdə 3 saylı X1 doğulmuş uşaqlarının doğumunun qeydiyyata alınmasının mümkünsüzlüyü bildirilmişdir. Şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən həmin uşaqların doğulması zamanı tibbi şəhadətnamə deyil, əvəzləmə kartı verilmişdir. İddiaçı əvəzləmə kartı əsasında doğumun dövlət qeydiyyatına alınması ilə bağlı Qeydiyyat şəbəsinə müraciət etsə də, ona yalnız tibbi şəhadətnamə əsasında doğumun qeydiyyata alına biləcəyi bildirilmiş və imtina cavabı verilmişdir. Göstərilənlərə və İPM-in 33, 73-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə əsaslanaraq, tibbi şəhadətnamə və şəxsiyyət vəsiqəsi olmadan iddiaçının övladlarının doğumunun dövlət qeydiyyatına alınması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh İddiaçı ünvanlanmış 1 fevral 2023-cü il tarixli məktubunda bildirilir ki, uşaqların doğumunun qeydiyyata alınması barədə Xəzər rayon Qeydiyyat şöbəsinə 1 fevral 2023-cü il tarixdə daxil olmuş müraciatə baxılmışdır. Təqdim edilmiş sənədlərə baxış keçirilərkən məlum olmuşdur ki, 2 aprel 2011-ci il tarixdə Suraxanı rayon 3 saylı Doğum Evində qız və 5 iyul 2015-ci il tarixdə 3 saylı Sabunçu şəhər Klinik Xəstəxanasında oğan uşağı doğulmuşdur. Lakin onlara doğum faktını təsdiq edən tibbi şəhadətnamə deyil, bunun yerinə əvəzləmə kartı verilmişdir. Eyni zamanda məlum olmuşdur ki, hal hazıradək şəxsiyyəti təsdiq edən sənəd əldə olunmamışdır. Belə ki, müracətə əlavə edilmiş sənədlərə baxış keçirilərkən onun (ərizəçinin) 21 oktyabr 1989-cu il tarixdə Rusiya Federasiyasının Saratov Vilayətində doğulduğu və doğumun həmin ölkədə dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Buna baxmayaraq, hazıradək şəxsiyyəti təsdiq edən sənəd əldə olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.10-cu bəndinə əsasən doğumun qeydiyyatı məcburidir. Həmin Qaydanın 2.5-ci bəndinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: (2.5.1) valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; (2.5.2) valideynlərin nikah haqqında şəhadətnaməsi; (2.5.3) doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; (2.5.4) uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; (2.5.6) uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; (2.5.7) uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Odur ki, doğumun qeydiyyatı üçün tələb olunan tibbi şəhadətnamə və şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədiyindən, doğumun qeydiyyat şöbəsində qeydiyyatı qeyri-mümkündür. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsaslanaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: (2.5.1) valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; (2.5.2) valideynlərin nikah haqqında şəhadətnaməsi; (2.5.3) doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; (2.5.4) uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; (2.5.5) uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; (2.5.6) uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. Həmin Qaydanın 2.3-cü bəndinə görə doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Həmin Qaydanın 2.3-1-ci bəndinə görə tibb müəssisəsində anaya doğum haqqında tibbi şəhadətnamə ilə birlikdə doğumun qeydə alınmasının zəruriliyi barədə bildiriş də təqdim oluna bilər. Bildirişdə doğumun qeydə alınmasının məcburiliyi, bunun üçün tələb olunan sənədlər, qeydiyyatın qanunvericiliklə müəyyən olunmuş müddəti və bu müddətin pozulmasına görə inzibati məsuliyyət barədə məlumatlar əks olunur. Həmin Qaydanın 2.5-1-ci bəndinə görə doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda bu Qaydanın 2.5.3-cü, 2.5.5-ci və 2.5.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər barədə məlumatlarla elektron müraciətdə qeyd olunan məlumatlar arasında uyğunsuzluq olduqda doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. Görünüdüyü kimi, mövcud qanunverocilik normaları uşağın doğumunun qeydiyyat şöbəsində qeydiyyata alınması üçün təqdim edilməli sənədlərin dairəsini müəyyən etmiş və valideynlərin şəxsiyyətini təsdiq edən sənədlərin, onların nikahı haqqında şəhadətnaməni və uşağın doğumu barədə tibb müəssisəsinin sənədi bu təqdim olunmalı sənədlərin sırasına daxildir. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.3-1-ci bəndinin məzmunundan da görünür ki, tibb müəssisəsininin sənədi anaya doğum haqqında verilmiş tibbi şəhadətnamədən ibarətdir. Müvafiq sahə üzrə formalaşmış inzibati praktikada da həmin şəhadətnamə tələb olunur. Hazırkı işin hallarına görə İddiaçı 2011-ci ildə və 2015-ci ildə doğulmuş uşaqlarının doğumunun qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqan Cavabdehnə müraciət edərkən, onun özünün şəxsiyyət vəsiqəsi olmamış (hazırda da yoxdur), eləcə də uşaqlarının doğumu haqqında tibbi şəhdətnaməni təqdim etməmişdir. İddiaçının tələbinin əsası kimi vurğulanan hal həm də ondan ibarətdir ki, o, uşaqların doğumunun qeydiyyatının həmin sənədlər olmadan aparılmasını tələb edir. Məhkəmənin qənaəti isə belədir ki, İddiaçı şəxsiyyətini təsdiq edən sənədi və uşaqlarının doğumu haqqında tibb müəssisəsinin verdiyi müvafiq sənədi, yəni doğum haqqında tibbi şəhadətnaməni təqdim etmədiyindən, onun müraciəti üzrə uşaqlarının doğumunun qeydiyyat alınmasından imtina etməkdə Cavabdeh haqlı olmuşdur. Odur ki, İddiaçı iddiası əsaslı sayıla bilməz. Nəzərə alınmalıdır ki, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «iddiaçının uşaqlarının doğumunun qeydiyyata alınması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 62, 69, 75, 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı «iddiaçının uşaqlarının doğumunun qeydiyyata alınması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6505/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6505/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver