Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6506/2022 14.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “güzəştli mənzil növbəsinə alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailəsi ilə birgə mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun oğlu X6 2016-cı ilin aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.2016-cı ildə həmin döyüşlərin birində şəhid olmuşdur. O, hazırda müvəqqəti əsaslarla ünvan 1 ünvanda 2019-cu ildən qeydiyyatda olsa da, faktiki olaraq 6 ildən artıq müddətdir orada yaşayır. O, Xətai rayonuna yeni qeydiyyata düşdüyünə görə indi yaşadığı ünvan üzrə mənzil növbəsinə götürülməsinə zərurət yaranmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Lakin onun adına daşınmaz əmlak, yəni ev və ya ev tikmək üçün torpaq sahəsi olmadığından, cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Sizin mənzil məsələsinə dair ərizənizə Xətai rayon İcra Hakimiyyətində baxılmışdır. Ərizənizdə Şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağınızı xahiş edirsiniz. Araşdırma zamanı məlum olmuşdur ki, Siz xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 93 saylı evin 72 saylı mənzilinə qeydiyyata alınmısınız. Nəzərinizə çatdırırıq ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların hüququ və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndinə əsasən mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürürlər ki, azı son beş il ərizində Bakı şəhərində yaşamış olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq xahişinizi təmin etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına ümumi birgə mülkiyyətdə olan Neftçala rayonu, Aşağı Gəraymanlı kəndində yerləşən 3,84 ha və 3,0221 ha kənd təsərüfatlı təyinatlı torpaq sahələri qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına (ümumbirgə pay) Neftçala rayonu, Aşağı Gəraymanlı kəndində 3.0221 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 3.8400 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı adına Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2016cı ildə aprel döyüşləri zamanı şəhid olmuş X3 anası İddiaçı imtiyazlı şəxs kimi sosialməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı yaşayış sahəsinə ehtiyac olan qismində güzəştli mənzil növbəliliyinə uçota alınması məqsədilə müraciət etmədiyi üçün Neftçala Rayon İcra Hakimiyyətində mənzil növbəliliyi qeydiyyatına alınmayıb. İş materiallarında olan Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı Qarayeva X11 Rayon İcra Hakimiyyətində mənzil növbəliliyində qeydiyyata alınmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: İddiaçı ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək Şəhid ailəsi olduğunu bildirərək yaşayış yeri üzrə mənzil növbəsinə alınmağını xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki o, xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 93 nömrəli evin 72 saylı mənzilinə qeydiyyata alınmışdır. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların hüququ və mənzillərin bölüşdürülməsi qaydalarının 8-ci bəndinə əsasən mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürürlər ki, azı son beş il ərizində Bakı şəhərində yaşamış olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir və bu səbəbdən İddiaçı xahişinin təmin edilməsinin imkanımız xaricində olduğu nəzərinə çatdırılmışdır. İş materiallarında olan Neftçala rayonu Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 786574 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 02 aprel 2016-cı il tarixdə Goranboy rayonunda ölmüşdür. Ölümün səbəbi: başı dəlib keçən odlu silahdan güllə yaralanması, düşmənlə təmas xəttində. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 003575 saylı şəhid ailəsi üzvünün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvü statusu (ömürlük) verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* və ******* nömrəli arayışlarından görünür ki, İddiaçı, X8, X9, Nümayəndə, X13, X14, X15, X17 və X18 ünvan 8 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan ünvan 9ylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı (xx.xx.2019-cu ildən) oğlu Nümayəndə, 4 nəvəsi X16, X14, X13, X8, gəlini X9, qohumları X15, X17 və X18 olmaqla ailə üzvləri ilə birlikdə ünvan 8 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (elektron) surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93 saylı evin 72 saylı mənzilinə xüsusi mülkiyyət hüququ (tam) X10 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Yardımlı rayonu Horavar kənd XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1979-cu il tarixdə verilmiş İİ-JQ seriyalı 252032 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Amanə Qaraxan qızı ilə xx.xx.1979cu ildə evlənmişdir. Evlədikdən sonra kişi Səfərov, arvad Qarayeva soyadını götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Neftçala Rayonu Aşağı Qaramanlı Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 356 saylı arayışının surətindən görünür ki, İddiaçı adına 100 kv.m torpaq sahəsi Aşağı Qaramanlı bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi ilə istifadə etmək üçün sənədləşdirilmiş, həmin torpaq sahəsində hal-hazıradək tikinti işləri aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Neftçala Rayonu Aşağı Qaramanlı Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 357 saylı arayışının surətindən görünür ki, İddiaçı istifadəsinə Aşağı Qaramanlı bələdiyyəsi tərəfindən 100 kv.m torpaq sahəsi verilmişdir. Həmin ərazidə İddiaçı tərəfindən şəhidlərin xatirəsini əbədiləşdirmək üçün park salınmışdır. İş materiallarında olan Yardımlı rayonu Horavar ərazi nümayəndəliyi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş XVİİ-JQ seriyalı 278115 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1992-ci ildə Yardımlı rayonu Horavar kəndində doğulmuşdur. X2, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Xətai Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 03/Q-1338 saylı arayışının surətindən görünür ki, Xətai rayonu, M.Hadi küçəsi, ev 93, mənzil 72 ünvanında qeydiyyatda olan İddiaçı, Nümayəndə və X4 Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmayıb. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə xx.xx.1988-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1989-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Neftçala rayonu Aşağı Qaramanlı kənd inzibati ərazi nümayəndəliyi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 916110 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2012-ci ildə Neftçala rayonu Aşağı Qaramanlı kəndində doğulmuşdur. Atası Nümayəndə, anası X5r. İş materiallarında olan Neftçala rayonu Aşağı Qaramanlı kənd inzibati ərazi dairə nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 267917 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2014-cü ildə Neftçala rayonu Aşağı Qaramanlı kəndində doğulmuşdur. Atası Nümayəndə, anası X5r. İş materiallarında olan Neftçala rayonu Aşağı Qaramanlı kənd inzibati ərazi dairə nümayəndəliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 697176 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2016-cı ildə Neftçala rayonu Aşağı Qaramanlı kəndində doğulmuşdur. Atası Nümayəndə, anası X5r. İş materiallarında olan Neftçala rayonu Aşağı Qaramanlı kənd inzibati ərazi dairə nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı 044859 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2017-ci ildə Neftçala rayonunda doğulmuşdur. Atası Nümayəndə, anası X5r. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. 4-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. 5-ci maddəsinə əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı oğlu X6 19 aprel 2016-cı ildə şəhid olmuşdur. İddiaçı şəhid ailəsi statusuna malikdir. İddiaçının adına qeydiyyata alınmış daşınmaz əmlak (yaşayış sahəsi) aşkar edilməmişdir. İddiaçı ünvan 8 ünvanında daimi qeydiyyatdadır. Həmin ünvanda faktiki olaraq 6 ildən artıq müddətdir yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Neftçala Rayonu Aşağı Qaramanlı Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 357 saylı arayışından görünür ki, İddiaçı istifadəsinə Aşağı Qaramanlı bələdiyyəsi tərəfindən 100 kv.m torpaq sahəsi verilmişdir, həmin ərazidə İddiaçı tərəfindən şəhidlərin xatirəsini əbədiləşdirmək üçün park salınmışdır. İddiaçı şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina olunmuşdur. Göründüyü kimi, iddiaçı şəhid ailəsinin üzvü statusuna malikdir və iddiaçının adına qeydiyyata alınmış daşınmaz əmlak (yaşayış sahəsi) aşkar edilməmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı şəhid ailəsinin üzvü kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınması (ailə üzvləri ilə birlikdə) öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6506/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6506/2022
14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver