Məhkəmə qərarları › İş №2-1(112)-6507/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6507/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6507/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı “qərarın ləgv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı “qərarın ləgv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı iddiaçıya “təkrar şəhadətləndirmənin aparılması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin Hərbi Həkim Komissiyası tərəfindən xəstəliklər cədvəlinin 17ç A- 4 məhdudiyyət dərəcəsi ilə onun hərbi xidmətə yararlı sayılması barədə xx.xx.2023-cü il tarixli qərarının ləgv edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2-1(112)-12271/2022 saylı iş üzrə iddianın təmin olunmasına dair qərarın icrası ilə bağlı inzibati orqanın hərəkəti qanunsuzdur. Belə ki, Azərbaycan Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”nin baş direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatrı t.e.d profossor F.İsmayılovun və Binəqədi rayon SHXÇDX-nin əsas götürdüyü Bakı şəhər 2 saylı KPX tərəfindən təqdim olunan sənədlərdə pozuntu aşkarlanmaması göstərilmişdir. Lakin cavabdeh sənədlərə zidd olaraq iddiaçının şəhadətləndirməsini apararaq ona sağlamlıqla bağlı məhdudiyyət dərəcəsi təyin etmişdir. Hesab edir ki, qərar əsassız oldugundan ləgv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X1 6892 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunaraq ona müayinə zamanı “nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu təyin edilmişdir. - Cavabdehin məhkəməyə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-12271/2022 nömrəli Qərardadının icrası ilə əlaqədar olaraq, xx.xx.1980-cı ıl təvəllüdlü istefada olan hərbi vəzifəli İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’’nin Xəstəliklər cədvəlinin İ qrafasının 15-ci maddəsində nəzərdə tutulmuş xəstəliklərin olub-olmamasının müəyyən edilməsi məqsədilə 2 nömrəli Psixiatriya Xəstəxanasında tibbi müayinəsi başa çatdırılmışdır. Müayinənin nəticəsi olaraq tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nı təqdim edilmişdir. - 2 nömrəli Psixiatriya Xəstəxanasının komissiyasının 2580 saylı xx.xx.2022-ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”ndan görünür ki, iddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 697 saylı göndərişi ilə müayinə edilərək ona “Nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu təyin edilmişdir. - Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsindən tələb edilmiş mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olan sənədlərə görə: - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin hərbi-həkim komissiyasının xx.xx.2023cü il tarixli qərarından görünür ki, iddiaçı şəhadətləndirilərək təyin edilmiş “Nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu əsasında “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur. - İddiaçıya aid xx.xx.2022-ci il tarixli tibbi şəhadətləndirmə vərəqindən görünür ki, iddiaçı şəhadətləndirilərək təyin edilmiş “Nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu əsasında mütəxəssis rəyi ilə “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 697 saylı göndərişdən görünür ki, iddiaçı tibbi şəhadətləndirmə ilə əlaqədar stasionar müayinə olunaraq akt tərtib edilməsi üçün 2 nömrəli Psixiatriya Xəstəxanasına göndərilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12271/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı təkrar şəhadətləndirmənin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə həvalə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını dinləyib, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin hallarına görə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin hərbi-həkim komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən “Müayinə zamanı nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub. Z86.5.” diaqnoz təyin edilərək iddiaçı “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur. İddiaçı hazırki iddia tələbində cavabdehin həmin qərarını mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarı qanuni və əsaslı olmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 23.0.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. Bəzi hallarda hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olmuş, çağırış üzrə hərbi xidmət keçən (bundan sonra — hərbi qulluqçular) və orqanlarda xidmət keçən vətəndaşların tibbi müayinəsinin və müalicəsinin aparıldığı dövlət tibb müəssisələrində də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla, hərbi-həkim komissiyaları yaradıla bilər. 2.6. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A — hərbi xidmətə yararlıdır; B — sıradankənar hərbi xidmətə yararlıdır; C — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç — hərbi xidmətə müvəqqəti yararsızdır; D — həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün «Xəstəliklər cədvəli»nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Həkimmütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. 6.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsinin təşkili Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə,idarə, şöbə və bölmələrə həvalə olunur. Şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə, eləcə də icbari narkoloji müayinəyə göndərilir. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq stomatoloq, dermato-veneroloq, psixoloq və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlibaş idarə, idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. 6.2. Hərbi xidmətə çağırış zamanı «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər. Birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir. Təyin edilməsi üçün tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrin siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. 6.3. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. Göründüyü kimi sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azaddırlar. Nəzərə alınmalıdır ki, həmin vətəndaşların hərbi xidmətə çağırışdan azad olması, onların təkrar şəhadətləndirilməsini tələb etmək hüququndan məhrum etmir. Belə ki, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblərini tənzimləyən normativ hüquqi aktın tələblərinə görə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşların təkrar şəhadətləndirilməsi mümkündür ki, bu zaman dövlət və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri müəyyən olunsun. Bütün bunlar nəzərə alınaraq, qüvvədə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12271/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.1980-cı il təvəllüdlü İddiaçı təkrar şəhadətləndirmənin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə həvalə edilmişdir. Qərarın icrası ilə baglı iddiaçı təkrar şəhadətləndirilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin hərbi-həkim komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş “Müayinə zamanı nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub. Z86.5.” diaqnoz əsasında “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur. Bununla razılaşmayan iddiaçı həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə əlavə edilmiş “Xəstəliklər Cədvəli”nin 17ç maddəsinə görə: Bu maddə reaktiv psixozları, nevrotik, dissosiativ və somatoform pozuntuları, psixogen depressiya halları və reaksiyalarını, şəxsiyyətin nevrotik inkişafını, şəxsiyyətin xroniki postreaktiv dəyişikliklərini, həmçinin travmadan sonrakı stress pozuntularını nəzərdə tutur. «a» bəndinə uzunsürən gedişli reaktiv psixozlar (psixogen paranoid psixoz, düşüncənin dəyişikliyi ilə isterik psixoz, reaktiv depressiya və digər), həmçinin kəskin ifadə olunmuş müalicə olunmayan nevrotik, dissosiativ və somatoform pozuntular aiddir. «b» bəndinə qısamüddətli və xoşgedişli psixotik pozuntular, aparılmış patogenetik stasionar müalicəyə baxmayaraq, şəhadətləndirilənin hərbi xidməti vəzifələrinin yerinə yetirməsini çətinləşdirəcək dərəcədə davamlı saxlanan xəstəlik təzahürləri ilə mülayim dərəcədə ifadə olunmuş, uzunmüddətli və ya təkrarlanan nevrotik pozuntular aiddir. «c» bəndinə kompensasiya ilə başa çatan xoşgedişli, mülayim dərəcədə ifadə olunmuş, qısamüddətli nevrotik pozuntular aid edilir. «ç» bəndinə yaxşı müalicə olunan və sağalma ilə nəticələnən, əsasən emosionaliradi, vegetativ pozulmalarla səciyyələnən cüzi dərəcədə ifadə olunmuş nevrotik pozuntular aid edilir. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşlar 3 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 697 saylı göndərişdən görünür ki, iddiaçı tibbi şəhadətləndirmə ilə əlaqədar stasionar müayinə olunaraq akt tərtib edilməsi üçün 2 nömrəli Psixiatriya Xəstəxanasına göndərilmişdir. 2 nömrəli Psixiatriya Xəstəxanasının komissiyasının 2580 saylı xx.xx.2022-ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən iddiaçı müayinə edilərək ona “Nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu təyin edilmişdir. İddiaçıya aid xx.xx.2022-ci il tarixli tibbi şəhadətləndirmə vərəqindən görünür ki, iddiaçı şəhadətləndirilərək təyin edilmiş “Nəzərəçarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu əsasında mütəxəssis rəyi ilə “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur. Mütəxəssis rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilməmişdir. Bununla məhkəmə cavabdeh tərəfindən qərar qəbul edilməsi çərçivəsində iddiaçının müayinədən keçirilərək tərtib edilmiş 2 nömrəli Psixiatriya Xəstəxanasının 2580 saylı xx.xx.2022-ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nı mötəbər sübut kimi qəbul edərək, onun əsasında qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli qərarını qanuni və əsaslı hesab edir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar