Məhkəmə qərarları › İş №2-1(112)-6508/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6508/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6508/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ümumi xəstəlik səbəblərinə görə ona təyin edilmiş 2-ci dərəcə əlilliyin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, L4-L5 bel fəqərələrinin vərəmi spoudiliti, spodilik faza, qızğın dövr, ABSESLƏ ağırlaşma, cərrahi əməliyyatdan sonraki vəziyət, yerişin pozulması, hamarlanmış bel lardozu, hərəkət məhdudluğu diaqnozu ilə xx.xx.2017ci il tarixdən ümumi xəstəlik səbəbindən 2-ci dərəcə əlillik müəyyən olunmuşdur. Təkrarən 5 il keçdikdən sonra dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş forma 88 Tibbi Sosial Ekspertiza Komissiyasına göndərilmişdir. Lakin forma 88 yanlış, natamam doldurulmuşdur və onun tibbi sənədləri tibb müəssisəsinə qaytarılmışdır. Bu qüsurları tibb müəssisəsi aradan qaldırdıqdan sonra onu müayinədən keçirəndən sonra yenidən forma 88 rəsmiləşdirilərək TSEK-ə göndərilmişdir. Lakin TSEK onun müayinəsi zamanı tibbi sənədləri nəzərdən keçirərkən əlillik əlamətləri müəyyən etmədiyinə görə ətraflı diaqnoz əlillik əlamətləri təyin etməməsi səbəbi ilə 2-ci dərəcə əlillik müəyyən olunmadığı üçün imtina etmişdir. TSEK qərəzli, qeyri-obyektiv və tibbi sənədlərini dəqiq araşdırılmadığı üçün səhvə yol vermiş və qanunsuz olaraq imtina vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6508/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi İddiaçı əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı Pirallahı Tibb Mərkəzinin xx.xx.2016-cı il tarixli göndərişi əsasında əsasında baxılmış, X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr... Diaqnozun mətni Bel və digər şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə L4-L5 fəgərələriin geyri spastik spondilitinə görə cərrahi əməliyyatdan sonraki vəziyyət“ İmtina:Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz formalaşdırılmamışdır. Xəstəlyin yaratdığı funksiya pozğunluqları qeyd edilməmişdir. Bakı Pirallahı Tibb Mərkəzinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A18f - Digər orqanların vərəmi => A18.0+ - sümük və oynaqların vərəmi Diaqnozun mətni Sümük və oynaqların vərəmi, L4-L5 bel fəqərələrinin vərəm spondiliti .spondilitik faza qızğın dövr.abseslə fəsadlaşmış. Cərrahiyyə əməliyyatdan sonrakı vəziyyət. Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki bronxit obstruktiv komponentlə fəsadlaşmış. Qasıq yırtığı, Sağ qasıq nahiyyəsinin yırtığının cərrahiyyə əməliyyatdan sonrakı vəziyyət. İmtina: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz formalaşdırılmamışdır. Xəstəlyin yaratdığı funksiya pozğunluqları qeyd olunması səbəbilə imtina edilmişdir. Bakı 7 nömrəli X8 xx.xx.2017-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər.Diaqnozun mətni L4-L5 bel fəqərələrinin vərəm spondiliti, spodilitik faza, qızğın dövr. abseslə ağırlaşma. cərrahi əməliyyatdan sonrakı vəziyyət İmtina: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz formalaşdırılmamışdır.Xəstəliyin yaratdığı funksiya pozğunluqları qeyd olunması səbəbilə imtina edilmişdir. Bakı 7 nömrəli X8 05.0.2017-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, X2 «:İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A18t - Digər orqanların vərəmi => A18.0+ - üsmük və oynaqların vərəmi.Diaqnozun mətni L4-L5 bel fəqərələrinin vərəm spondiliti,spodilitik faza, qızğın dövr,abseslə ağırlaşma. cərrahi əməliyyatdan sonrakı vəziyyət.sağ qasıq nahiyəsinin yırtığının cərrahi əməliyyatdan sonrakı vəziyyət.yerişin pozulması,hamarlanmış bel lardozu, hərəkət məhdudluğu. meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9Y il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 7 nömrəli X8 xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A18f - Digər orqanların vərəmi => A18.0+ sümük və oynaqların vərəmi. Diaqnozun mətni Digər orqanların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli. İmtina: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən Həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəsini məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. İddiaçı əyani müayinə olunmuş və diaqnoz əlillik əlamətini təyin etmir kimi qərar verilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 7 nömrəli X7 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 002800AAA6X nömrəli tibbi göndəriş əsasında xx.xx.2017-ci il tarixdə baxılmış və Səbəb: Ümumi xəstəlik, X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A18f - Digər orqanların vərəmi => A18.0+ - üsmük və oynaqların vərəmi. Diaqnozun mətni: L4-L5 bel fəqərələrinin vərəm spondiliti, spodilitik faza, qızğın dövr, abseslə ağırlaşma. cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ qasıq nahiyyəsinin yırtığının cərrahiyyə əməliyyatdan sonrakı vəziyyət. Yerişin pozulması hamarlanmış bel lardozu, hərəkət məhdudluğu. Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G3O-G32.9,G80-G80.9) səbəi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli K00053667KXL nömrəli tibbi göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və Diaqnozun mətni aşağıdakı kimi göstərilmişdir: A18 - Digər orqanların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli. Ağırlaşma - A18.0- Sümük və oynaqların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli. Ağırlaşma - G54 Sinir köklərinin və kələflərinin zədələnmələri, Kökcük ağrı sendronmu. Ağırlaşma- M42-Onurğanın osteoxondrozu, Sağtərəfli lumbotomiya radikal absessotomiya. Ağırlaşma – M24.5 –Oynaqların kontrakturası, Bel-oma nayihəsində kəskin hərəkət məhdudluğu. Ağırlaşma – M53.2 – Spinal qeyri-sabitlik, Onurğanın qeyri sabitliyi. Ağırlaşma – R52.0 – Kəskin ağrı, Yerişin çətinləşməsi, ağrı sindromu ilə. Ağırlaşma – R26.0 – Atakin yeriş, Aşağı ətrafların funksional pozğunluğu Ağırlaşma – R26.8 – Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yerişin çətinləşməsi, ağrı sindromu ilə. Ağırlaşma – Z98.8 – Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonraki vəziyyətlər, “Sağ tərəfli lumbotomiya, radikalabsessotomiya” cərrahiyə əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma – B90.9 – Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq – fibroz və bərkimiş ocaqlar şəklində. Digər orqanların vərəmi, L4-L5 bel fəqərələrinin vərəm spondiliti, spodilitik faza, xroniki gedişli. İmtina: Diaqnozun əlillik təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir. Beləliklə, sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli K00053667KXL saylı tibbi göndərişində qoyulmuş diaqnoza münasibətdə qiymətləndirmə aparılaraq diaqnozun əlillik əlaməti təyin etmir əsası ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının əyani müayinə barədə xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6508/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardad ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 tərəfindən verilmiş T 363/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki: - İddiaçı adına Bakı şəhəri Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli K00053667KXL nömrəli tibbi göndərişdə qeyd edilmiş “Diaqnozun mətni: Al 8- Digər orqanların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli. Ağırlaşma: Al8.0- Sümük və oynaqların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli. G54- Sinir köklərinin və kələflərinin zədələnmələri, kökcük ağrı sindromu. M42- Onurğanın osteoxondrozu, Sağtərəfli lumbotomiya radikal absessotomiya. M24.5 Oynaqların kontrakturası, Bel-oma nayihəsində kəskin hərəkət məhdudluğu. M53.2-Spinal qeyri-sabitlik, Onurğanın qeyri sabitliyi. R52.0-Kəskin ağrı, Yerişin çətinləşməsi, ağrı sindromu ilə. R26.0- Atakin yeriş, Aşağı ətrafların funksional pozğunluğu. R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yerişin çətinləşməsi, ağrı sindromu ilə. Z98.8- Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonraki vəziyyətlər, “Sağ tərəfli lumbotomiya, radikalabsessotomiya” cərrahiyə əməliyyatından sonrakı vəziyyət. B90.9-Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq- fıbroz və bərkimiş ocaqlar şəklində. Digər orqanların vərəmi, L4-L5 bel fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli.” diaqnoz onun stasionarda müayinə və müalicələri zamanı anamnestik, klinik və laborator-instumental müayinələri əsasında müaəyyənləşdirilmiş və xəstəliklərin kodlaşması müvafiq ixtisas sahəsi üzrə həkimlərin səlahiyyətlərinə aiddir, olduğundan İddiaçı xəstəlikləri vərəm xəstəliyi olduğundan kodlaşma həkim ftiziatr tərəfindən aparılmışdır. İddiaçı bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6508/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardad ilə iş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 tərəfindən verilmiş T 679/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Əsas diaqnoz: A18-digər orqanlarının vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xronik gedişli. Ağırlaşma: G54- sinir köklərinin və kələflərinin zədələnmələri, kökcük ağrı sindromu, M42-onurğanm osteoxondrozu, sağtərəfli lumbotomiya, radikal absessotomiya, M24.5- oynaqlarm kontrakturası, bel-oma nahiyəsində kəskin hərəkət məhdudluğu, M53.2- spinal qeyri-sabitlik, onurğanın qeyristabilliyi, R52.0-kəskin ağrı, yerişin çətinləşməsi, ağrı sindromu ilə, R26.0-ataktik yeriş, aşağı ətrafların funksional pozğunluğu, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yerişin çətinləşməsi, ağrı sindromu ilə, Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, “Sağtərəfli lumbotomiya, radikal absessotomiya” cərrahi əməliyyatından sonrakı vəziyyət. c)Yanaşı xəstəliklər: B90.8tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq-fibroz və bərkimiş ocaqlar şəklində” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. 16.11 və xx.xx.2022-ci il tarixlərdə bəlğəmin mikroskopik analizində vərəm çöpləri aşkarlanmamışdır. İddiaçı əyani müayinəsi zamanı əzələlərdə atrofiya, üzülmə, boyun, döş və bel nahiyələrində onurğa sütunu hərəkətliliyinin məhdudlaşması, yuxarı və aşağı ətraf funksiyalarının pozuntusu-parez və plegiya müəyyən edilmədi. Yerişin çətinləşməsi, hərəkət pozğunluğu müşahidə olunmadı. İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə göstərilənlərlə özünün əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişiklik uyğunluq təşkil etmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın aşağıdakı bəndlərinə əsasən: -3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. -3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli K00053667KXL saylı tibbi göndərişində “status localis” bölməsində qeyd edilmişdir ki, iddiaçının ETAXİ rentgeneonoloji müayinədə xəstənin sağ ağciyərində fibroz bərk ocaqlar, pnevmoskleroz aşkarlanmışdır. Müayinədə ağciyərlərində fəal vərəm inkar edilmişdir. Xəstəyə “keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq-fibroz və bərkimiş ocaqlar şəklində” diaqnozu qoyulmuşdur. Şikayətləri: ümumi zəiflik, hərəkət məhdudluğu, aşağı ətrafların hərəkətlərinin pozulması, hərəkət edəndə ayaqların tutulması, yerişin pozulması, bəzi hallarda xəstəlik kəskinləşən vaxtı ancaq əsa ilə hərəkət edə bilir. Xəstə uzun müddət ambulator və stasionar müalicə almasına baxmayaraq xəstəliyin əlamətləri və fəsadları mütəmadi olaraq proqresivləşir. Tibbi göndərişdə iddiaçının əsas diaqnozu A18 - Digər orqanların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli” diaqnozu qoyulsa da yuxarıda adı çəkilən “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.8-ci bəndində digər orqanların vərəmi diaqnozu üçün qiymətləndirmə meyarlarında sadalanan hallardan hər hansı biri: zədələnmiş orqan və sistemlərin funksiyalarının geridönməz orta dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı vəziyyəti; zədələnmiş orqan və sistemlərin funksiyalarının geridönməz təzahür edən dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı vəziyyəti; müxtəlif lokalizasiyalı aktiv vərəm (infiltrasiya, dağılma mərhələsi, fistulaların olması); zədələnmiş orqan və sistemlərin funksiyalarının geridönməz ağır dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı vəziyyəti iddiaçıda aşkar olunmamışdır. Eyni zamanda iddiaçının diaqnozunda ağırlaşma- M42-Onurğanın osteoxondrozu, Sağtərəfli lumbotomiya radikal absessotomiya” göstərilsə də “Əlilliyin müəyyən olunması meyarları”nda 13.5.1-ci bənddə sadalanan hallardan hər hansı biri: boyun nahiyəsində onurğa sütunu hərəkətliliyinin məhdudlaşması: bükülmə zamanı çənəaltı nahiyə döş sümüyünə 4-5 sm çatmır, rotasiya 25-45 dərəcə məhdudlaşır, başın yana əyilməsi 30-50 dərəcə məhdudlaşır, mülayim demək olar ki, daimi və ya tez-tez kəskinləşən ağrı sindromu ilə; döş və bel nahiyəsində hərəkətliliyin mülayim dərəcədə məhdudiyyəti: bükülmə zamanı sütunun uzunluğu 4-5 sm artır, açılma zamanı azalma 2-3 sm; yuxarı ətraf hərəkətliliyinin mülayim pozuntusu: mülayim paraparez, mülayim distal və ya təzahür edən proksimal paraparez, təzahür edən və əhəmiyyətli təzahür edən distal monoparez, distal monoplegiya, əhəmiyyətli təzahür edən proksimal paraparez və ya proksimal paraplegiya, təzahür edən, əhəmiyyətli təzahür edən monoparez, yuxarı ətraf monoplegiyası; aşağı ətraf hərəkətliliyinin mülayim pozuntusu: mülayim paraparez, təzahür edən distal və ya mülayim proksimal paraparez, təzahür edən və əhəmiyyətli təzahür edən proksimal monoparez, proksimal monoplegiya, təzahür edən, əhəmiyyətli təzahür edən monoparez, aşağı ətraf monoplegiyası; sidiyin (8 saatda 400-600 ml) və nəcisin (formalaşmış nəcisin) saxlanılmamasının orta dərəcəsi onurğa sütununun boyun nahiyəsində hərəkətin təzahür edən məhdudluğu: bükülmə zamanı çənəaltı nahiyə ilə döş arasında məsafə 6 sm-dan çox, rotasiya və yan hərəkətlər 50-70 dərəcəyə qədər məhdudlaşır, təzahür edən daimi və ya tez-tez baş verən kəskinləşən bel ağrıları ilə: döş və bel nahiyəsində hərəkətliliyin təzahür edən dərəcədə məhdudiyyəti: bükülmə zamanı sütunun uzunluğu 3 sm-dan artıq böyümür, açılma zamanı 1 sm-dan çox azalmır, yana əyilmələr – 10 dərəcədən artıq deyil; yuxarı ətraf funksiyalarının təzahür edən pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən proksimal paraparez və ya proksimal paraplegiya; təzahür edən distal paraparez yuxarı ətraflarda; aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal; distal paraplegiya və ya təzahür edən proksimal paraparez aşağı ətraflarda; sidiyin (8 saatda 600 ml və daha çox) və nəcisin (formalaşmış nəcisin) saxlanılmamasının ağır dərəcəsi; onurğa sütunun statodinamik funksiyasının əhəmiyyətli pozuntusu (müstəqil hərəkətin, yataqdan durmanın, bir vəziyyətin alınmasının və saxlanılmasının, yerdəyişmənin): beldə olan əhəmiyyətli ağrılarla; yuxarı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli distal paraparez, distal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli təzahür edən proksimal paraparez, proksimal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; digər insanların daimi yardımına ehtiyac; gigiyenik vasitələrin istifadəsinin qeyri-mümkünlüyü ilə sidiyin və nəcisin saxlanılmamasının ağır dərəcəsi kimi əlamətlər aşkar olunmamışdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza rəylərindən də görünür ki, iddiaçının əyani müayinəsi zamanı əzələlərdə atrofiya, üzülmə, boyun, döş və bel nahiyələrində onurğa sütunu hərəkətliliyinin məhdudlaşması, yuxarı və aşağı ətraf funksiyalarının pozuntusu-parez və plegiya müəyyən edilməmiş, yerişin çətinləşməsi, hərəkət pozğunluğu müşahidə olunmamışdır. Bundan əlavə yanaşı xəstəliklərlə bağlı da iddiaçıda qeyd edilən B90.8-tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq-fibroz və bərkimiş ocaqlar şəklində” diaqnozuna müvafiq olaraq iddiaçının stasionarda müalicəsi zamanı onda bəlğəmin mikroskopik analizində vərəm çöpləri aşkarlanmamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtina qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin olunmamalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar