Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6509/2022 16.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinin Cavabdeh MTK-nə qarşı “sənədlərin götürülməsi” tələbi barədə inzibati mübahisəyə dair işə Bakı şəhərində məhkəmənin binasında şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MTK-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********152527 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında“ Qərarı əsasında "KAT 2020” MTK-da (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir, (yoxlanılan dövr: noyabr 2018 - oktyabr 2021) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinin tələbinə əsasən vergi ödəyicisinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması barədə” xx.xx.2021-ci il tarixli **********152551 nömrəli Tələbnamə göndərilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən dövrdə (xx.xx.2018-xx.xx.2021) tələb edilən aşağıda qeyd olunan sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır.• Aşağıdakı sənədlərin elektron surəti: Əgər müvafiqdirsə vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı- struktur dəyişiklikləri barədə məlumat və sənədlər Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda), vergi ödəyicisin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu, iştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşdirilən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı, vergi ödəyicisinin ən zon nizamnamə və ya əsasnaməsinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) adlı (obyektin adı, sahəsi, ünvanı və s) siyahısı (excel faylda), dəyəri 10,0 min manatdan yuxarı olan bütün borc və kredit müqavilələri 1.15. Dəyəri 2,0 min manatdan yuxarı olan bütün sığorta polisləri 1.16. Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları, debitor və kreditorlar üzrə adlı siyahısı ( müəssisənin adı, VÖEN, təyinatın adı, məbləği və s), yoxlanılan dövr ərzində müəssisənin əsas fəaliyyəti, direktor və mühasibi, mühasibatlığı hansı proqram təminatı, orta işçi sayı göstərməklə qısa arayış, ƏDV-nin sıfır dərəcə ilə ödənilməsinə hüquq verən sertifikatın və ya digər əsas verici sənədlərin müvafiq təsdiq edilmiş sürətləri müvafiq fəaliyyət üzrə lisenziya(lar), müəssisə tərəfindən götürülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər. Yoxlamanın predmetinə aid olan xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız dşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə tədiq edilmiş elektron surəti: yoxlanilan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda), yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda), yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda), siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin təsdiq olunmuş surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin adlı reyestri (excel faylda), xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların passport və miqrasiya ilə bağlısənədlərin təsdiq olunmuş surətləri, müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri, Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin başofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri, yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin adlı siyahısı, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda), yoxlanılan dövrlər üzrə işçilərin (tutduğu vəzifə, təvəllüdü) əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər Tələbnamədə göstərilən sənədlər təqdim edilmədiyi üçün vergi ödəyicisinə xx.xx.2022- ci il tarixdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq sənədlərin yoxlamaya təqdim edilməsindən imtina barədə iki nüsxədən ibarət Akt tərtib edilmişdir. Eyni zamanda xx.xx.2022- i il tarixli **********768900 nömrəli və xx.xx.2022-ci il tarixli **********672700 nömrəli xəbərdarlıq məktubları göndərilərək sənədlərin dərhal yoxlamaya təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin 28 fevral 2022-ci il tarixli sərəncamı ilə cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddiaya münasibət məhkəməyə təqdim edilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 16 iyun 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152527 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: noyabr 2018-oktyabr2021) təyin edilmişdir; "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********152551 nömrəli xx.xx.2021-ci il tarixli Tələbnamə cavabdehə təqdim edilmişdir; xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktda tələbnamədə qeyd edilən müddətin bitməsinə baxmayaraq cavabdeh tərəfindən tələbnamədə göstərilən yoxlamanın predmetinə aid olan sənədlərin təqdim edilməməsi göstərilmişdir; 14 dekabr 2021-ci il tarixli KY211698687 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilmişdir: Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən "xxxx" MTK barəsində yoxlama müddəti: xx.xx.2021-xx.xx.2022-ci il; yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021-ci il; yoxlamanın növü: növbəti səyyar vergi yoxlaması. 23 fevral 2022-ci il tarixli KY211698687 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilmişdir: Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən "xxxx" MTK barəsində yoxlama müddəti: xx.xx.2021-xx.xx.2022-ci il; yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021-ci il; yoxlamanın növü: növbəti səyyar vergi yoxlaması. Yoxlamanın müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxtın tələb olunması əsası ilə 44 gün müddətinə artırılmışdır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -42.1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. -42.3-cü maddəsinə görə səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1 -ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. -43.1 -ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. -43.11 -ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İş üzrə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, vergi orqanının Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********152527 nömrəli qərarı ilə cavabdeh "KAT 2020” MTK (VÖEN **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: noyabr 2018- oktyabr 2021) təyin edilmiş, vergi orqanı Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2021 tarixli **********152551 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim etmiş, lakin tələbnamə üzrə tələb olunan sənədlər vergi orqanına tam təqdim edilməmişdir. Yoxlama ilə əhatə edilən dövrə aid sənədlər təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2022-ci il tarixli **********154291 nömrəli qərar qəbul edilmiş, vergi ödəyicisi adıçəkilən qərarda yoxlamaya zəruri hesab edilən sənədləri təqdim etməmiş, bu barədə sonuncu dəfə ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur. Hazırkı iddiaçı vergi orqanı Cavabdeh MTK-dən sənədlərin götürülməsi tələbi ilə hazırkı iddianı qaldırmışdır. Məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, növbəti səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən vergi orqanına tələb olunan sənədlər tam təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə görə vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə işin hallarını, yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərini, eləcə də vergi orqanı tərəfindən həyata keçirilən növbəti səyyar vergi yoxlamasının tam, hərtərəfli və obyektiv aparılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi təmin olunmalı, Cavabdeh MTK-da səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlər həmin qurumdan götürülməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, vergi orqanı təyin edilmiş səyyar vergi yoxlamasının keçirilməsi üçün qanuna müvafiq qaydada cavabdehdən sənədləri tələb etsə də, həmin sənədlər cavabdeh tərəfindən təqdim olunmamışdır. Sənədələrin təqdim edilmədiyi iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə olan halda, sözügedən sənədlərin əldə edilməsi qanunvericiliyə görə məhkəmə qərarı ilə həyata keçirilməlidir. Odur ki, Vergi Məcəlləsinin 43.11 -ci maddəsinin dispozitiv şərtlərinə riayət edildiyi müəyyən olunduğu üçün iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58, 68-69, 75.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər, əgər müvafiqdirsə vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı- struktur dəyişiklikləri barədə məlumat və sənədlər, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda), vergi ödəyicisin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu, iştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı, vergi ödəyicisinin ən zon nizamnamə və ya əsasnaməsinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə, hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) adlı (obyektin adı, sahəsi, ünvanı və s) siyahısı (excel faylda), dəyəri 10,0 min manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, dəyəri 2,0 min manatdan yuxarı olan bütün sığorta polisləri, qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları, debitor və kreditorlar üzrə adlı siyahısı (müəssisənin adı, VÖEN, təyinatın adı, məbləği vəs), yoxlanılan dövr ərzində müəssisənin əsas fəaliyyəti, direktor və mühasibi, mühasibatlığı hansı proqram təminatı, orta işçi sayı göstərməklə qısa arayış, ƏDV-nin sıfır dərəcə ilə ödənilməsinə hüquq verən sertifikatın və ya digər əsas verici sənədlərin müvafiq təsdiq edilmiş sürətləri müvafiq fəaliyyət üzrə lisenziya(lar), müəssisə tərəfindən götülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər, yoxlamanın predmetinə aid olan xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti, yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda), yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda), yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda), siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin təsdiq olunmuş surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin adlı reyestri (excel faylda), xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların passport və miqrasiya ilə bağlısənədlərin təsdiq olunmuş surətləri, müəssisədə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri, Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri, yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin adlı siyahısı, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda), yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri- rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda), yoxlanılan dövrlər üzrə işçilərin (tutduğu vəzifə, təvəllüdü) əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qərar qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6509/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6509/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver