Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-651/2020 05.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Xüsusi X1rşı «vəzifə maaşında artım və vəzifə maaşına əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması» tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsinə və Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Məhkəmələr və hakimlər» haqqında Azərbaycan Respublikası Qanununun 106-cı maddəsində nəzərdə tutulan Azərbaycan Respublikası Ali Məhkəmə instansiyasının hakiminin vəzifə maaşında xx.xx.2019-cu il tarixdən olan artımı və ona bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni də nəzərə alaraq ona təyin olunmuş əmək pensiyasının yenidən hesablayaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Nəsimi rayon şöbəsi cavabdehlər sırasından çıxarılmış, cavabdeh qismində yalnız Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsi saxlanılmışdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, ali məhkəmə instansiyasının sabiq hakimi kimi 2012-ci ildən əmək pensiyaçısıdır və bu müddətdən də hal-hazırda da cavabdehdə qeydiyyatda olmaqla pensiya alır. Məlum olduğu kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş yeni redaksiyasında göstərilir ki, Ali Məhkəmənin sədrinə Milli Məclisin sədrinin vəzifə maaşı həcmində, bütün məhkəmələrin hakimlərinə isə müvafiq məhkəmə sədrinin maaşlarının 80% həcmində vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Bunun xx.xx.2019-cu il tarixdən qüvvəyə minməsi onun - fiziki şəxsin, pensiyaçının hüquqi vəziyyətini yaxşılaşdıran bir hal olduğuna baxmayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə məhəl qoymadan onun pensiyasına bu əlavələri cavabdeh şamil etməmiş, aylıq pensiyasını buna müvafiq yenidən hesablamamışdır. Eyni zamanda nəzərə alınmamışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (2017 ilədək olan redaksiyasında) 20.1.4-cü maddəsinə əsasən qulluq stajina görə əmək pensiyasına əlavələr əmək pensiyasına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci və 29.3-cü maddələrinin mənasına görə əmək pensiyası yaşına çatmış və bu yaşa çatanadək əmək pensiyasına əmək haqqından sonraki artımlar da nəzərə alınır, onların hakimlərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajina görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Cavabdeh bunu etmədiyindən o, xx.xx.2019-cu il tarixdə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. Buna baxmayaraq, 1 (bir) aydan çox müddətdir ki, cavabdehə etdiyi müraciətinə heç bir cavab almamış, sonuncu tərəfindən isə heç bir hərəkət (yenidən aylıq pensiya məbləğinin hesablanması) həyata keçirilməmiş və keçirilmir. Bu səbəbdən o, məhkəməyə müraciət etməyə məcburdur. Cavabdehin hərəkətini, hərəkətsizliyini aşağıdakılara görə əsassız və qanunsuz hesab edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin İ-İİ hissələrinə görə Konstitusiya Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Konstitusiyanın 149-cu maddəsinin İİİ hissəsinə görə isə dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyələr üçün məcburidir. Həmin normanın - 149-cu maddənin Vİİ hissəsinə görə, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyasının bu imperativ tələblərinə, normalarına cavabdeh riayət etməmiş, həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarını, həm dərc edilərək xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin yeni redaksiyasının tətbiqindən və icrasından, buna heç bir əsas olmadan boyun qaçırmışdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-597/2018 saylı və xx.xx.2016-cı il tarixli, 2-l(102)-917/2016 saylı, birbaşa ona və cavabdehə aid Qərarlarında da göstərilir ki, mövcud qanunvericiliyin tələblərinə görə “pensiya alan hakimin ona təyin olunmuş pensiyanın məbləği hakimlik statusuna malik olan şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib sürətdə yenidən hesablanmalıdır”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsində nəzərdə tutulmuş aylıq vəzifə maaşında artım ona pensiya məbləğinin hesablanmasında nəzərə alınmışdır, lakin həmin maddədə müəyyən edilmiş bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə isə ona pensiya məbləğinin hesablanmasında nəzərə alınmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçıya 2012-ci il tarixdən hakim kimi pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən, bu qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. İddiaçı hesab edir ki, tələb etdiyi əlavələr əmək haqqı anlayışının tərkibinə daxil olduğundan onun da pensiyasının hesablanması zamanı nəzərə alınmalıdır. Halbuki iddiaçı həmin məbləğləri almamış, onlardan sığorta haqqı ödəməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Sosial sığorta haqqında” qanunun 1-ci maddəsinə görə, sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. “Sosial sığorta haqqında” qanunun 4-cü maddəsinə görə, sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Pensiya yaşına çatmaq sosial sığorta hadisəsi sayılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Yəni əmək haqqı vəzifəyə deyil, şəxsə bağlı anlayışdır. Eyni vəzifə tutan iki şəxsin əmək haqqısı fərqli ola bilər. İddiaçının almış olduğu əmək haqqının komponentlərinin tərkibində hər hansı artım baş verdikdə bu “əmək haqqındakı sonrakı artım" kimi qiymətləndirilərək iddiaçının pensiyasında da artıma səbəb olur. Hazırda isə iddiaçı öz əmək haqqının komponentlərinin tərkibinə daxil olmayan, heç vaxt almadığı, sığorta haqqı ödəmədiyi məbləğlərin əmək haqqının sonrakı artımı kimi qiymətləndirilməsini və onun pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmasını tələb edir. Bunun isə heç bir hüquqi əsası yoxdur. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci madddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bununla əlaqədar “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci abzasında qeyd edilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin qanunvericiliyin tələbləri baxımından iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2012-ci tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4cü maddəsinə əsasən əlil olmuş sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixdən vəzifə maaşında edilmiş dəyişikliklər nəzərə alınaraq əmək pensiyası yenidən hesablanmışdır. xx xxxx 2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci bəndinə əsasən 106-cı maddə üzrə birinci hissəyə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri əlavə edilmişdir. Həmin Qanunun 1.1.2-ci bəndinə əsasən 106-cı maddə üzrə birinci hissənin ikinci abzasında “2280 manat” sözləri “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı” sözləri ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci hissəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya xx.xx.2012-ci tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən əlil olmuş sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı xx xxxx 2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən həmin Qanuna edilmiş dəyişikliyə uyğun olaraq aylıq vəzifə maaşlarında olan artımın və bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Lakin iş materiallarından və proses iştirakçılarının məhkəmə baxışı zamanı verdikləri izahatlardan da görünür ki, qeyd olunan dəyişikliyə əsasən aylıq vəzifə maaşlarında olan dəyişiklik nəzərə alınmaqla iddiaçıya təyin edilmiş əmək pensiyası xx.xx.2019cu ildən yenidən hesablanmışdır (iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl). Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin qeyd olunan dəyişikliyə əsasən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması hissəsi ilə əlaqədar qeyd edir ki, hakimlərin bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni nəzərdə tutuna dəyişiklik xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. İddiaçıya isə həmin tarixdən əvvəl pensiya təyin edilmişdir və iddiaçı işlədiyi dövrdə həmin əlavəni almamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı pensiyasının hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni işlədiyi dövrdə almadığı üçün həmin əlavə iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Xüsusi X1rşı «vəzifə maaşında artım və vəzifə maaşına əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-651/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-651/2020
05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver