Məhkəmə qərarları › İş №2-1(112)-651/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-651/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-651/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (oğlu) X3, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “X8 təyin edilmiş yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması və vəfat etdiyi xx.xx.2021-ci il tarixədək pensiya fərqinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X11 məhkəməyə müraciət edərək, dövlət qulluğuna görə pensiya təyin olunması və təyin olunmuş pensiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X11 1972-ci ilin sentyabr ayından başlayaraq müxtəlif təşkilat və dövlət orqanlarında işləməklə sonuncu dəfə 12 yanvar 1999-cu il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1999-cu il tarixli 02 saylı əmrinə əsasən Saatlı rayon Kənd Təsərrüfatı İdarəsi ləğv edildiyindən iddiaçı da tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra 07 mart 2019-cu il tarixdən AR ƏƏSMN yanında DSMF-nin Xəzər rayon Şöbəsi tərəfindən iddiaçının müraciətinə əsasən əmək pensiyası təyin olunmuşdur. Sonradan həmin Şöbəyə müraciət edərək iddiaçıya 16 ildən artıq müddət ərzində dövlət qulluğu xidmətinə görə pensiya təyin edilməsini tələb etmişdir. Müraciəti əsasında iddiaçıya 2019-cu ilin sentyabrında pensiyaya çıxdığı gündən etibarən dövlət qulluğu pensiyası təyin olunsa da, bu günədək iddiaçıya həmin pensiya ödənilmir. İddiaçı X11 qeyd etmişdir ki, tələbi üzrə bütün qanuni, rəsmi sənədləri vardır. Dəfələrlə bu barədə nazirliyin müxtəlif idarələrinə müraciətlər etsə də, müxtəlif bəhanələrlə həmin pensiya iddiaçıya ödənilmir. Bu səbəbdən məcbur olaraq məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh qurum məhkəməyə təqdim etdiyi yazılı etirazda bildirmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında 16 fevral 1989-cu il tarixindən Azərbaycan SSR X25 Komitəsinin aparatında əsaslı tikinti şöbəsinin rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin həmin vəzifədən hansı tarixdən azad edildiyi və daha sonra hansı vəzifələrdə işlədiyi əmək kitabçasına əsasən müəyyən etmək mümkün deyil. Bundan başqa əmək kitabçasının vərəqlərinin ardıcıllığı pozulmuş və digər əmək kitabçasının vərəqləri əmək kitabçasına əlavə olunmuşdur. Bu səbəbdən əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə şübhə var. Qeyd edilənlər nəzərə alınaraq, cavabdeh orqan iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası X17 cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın 18-dən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək (31 avqust 2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Topluda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci və 2-ci bəndinə əsasən aparılmışdır. Qeyd edilən Siyahının 1.18-ci bəndində rayon aqrar-sənaye birliklərinin aparatında mövcud olan böyük mütəxəssis vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələrinin aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığı üçün iddiaçının Saatlı Rayon X14 iş müddəti dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. Azərbaycan SSR Nazirlər Sovetinin 1986-cı il 8 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR X25 Komitəsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Komitə Azərbaycan SSR X25 kompleksinə dövlət idarəçiliyinin ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Azərbaycan SSR X25 Komitəsi, Naxçıvan MSSR X25 Komitəsi, DQMV Aqrar Sənaye Komitəsi, rayon aqrar sənaye birlikləri Azərbaycan SSR X25sinin vahid sistemini təşkil etmişdir. Azərbaycan SSR X25 Komitəsi ona tapşırılan sahələrə rəhbərliyi Naxçıvan MSSR X25 Komitəsi, DQMV Aqrar Sənaye Komitəsi, rayon aqrar sənaye birlikləri vasitəsilə həyata keçirir və respublika tabeliyindəki birlikləri, müəssisə və təşkilatları bilavasitə idarə etmişdir. Əsaslı Tikinti və Yenidənqurma Baş İdarəsi (Главное управление капитальному строительству и реконструкции) isə “Azərbaycan SSR X25 Komitəsinin strukturunun və say tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda nəzərdə tutulmuşdur. Yuxarıda adı çəkilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR dövlət komitələrinin aparatında, 2.9-cu bəndində isə 1991-ci il oktyabrın 18-i tarixindən 31 avqust 2003-cü il tarixədək Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatında mövcud olan vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığı üçün iddiaçının Azərbaycan SSR X25 Komitəsinin Əsaslı tikinti şöbəsinin rəisi - X13 sədr müavini vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır.

5. İddiaçı X5 arvadı İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək (dəftərxana vasitəsilə) bildirmişdir ki, X11 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, İddiaçının prosessual hüquqi varisi kimi nəzərə alınmasını xahiş etmişdir.

6. X11 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı qismində X5 iştirakına xitam verilərək iddiaçı qismində İddiaçı iştirakı nəzərə alınmışdır.

8. İddiaçının nümayəndəsinin (oğlunun) ərizəsi əsasında iddia tələbi məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “X8 təyin edilmiş yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması və vəfat etdiyi xx.xx.2021-ci il tarixədək pensiya fərqinin ödənilməsi” olaraq dəyişdirilmişdir.

9. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 təyin edilmiş yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması və vəfat etdiyi xx.xx.2021-ci il tarixədək pensiya fərqinin ödənilməsinə dair müraciətinə münasibət bildirilməsi üçün bir ay müddət təyin edilmişdir.

10. Məhkəmə qərardadının icrası ilə bağlı dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq, mərhum həyat yoldaşı X16 dövlət qulluğu stajı 15 ildən az (11 il 9 ay 22 gün (xx.xx.1986-xx.xx.1998-ci il tarixləri arasındakı dövr) təşkil edir. Bununla əlaqədar vaxtilə mərhuma ödənilmiş əmək pensiyasının sabiq dövlət qulluqçusu kimi qanunvericiliyə əsasən mümkün hesab edilməmişdir.

11. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi (oğlu) dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun olaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

12. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

13. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

14. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

15. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

16. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

17. X22 Məhkəməsi Məhkəmə Marks Belçikaya qarşı (Marckx v. Belgium) işdə qeyd edir ki: - Hər kəsin öz mülkiyyətindən dinc istifadə etmək hüququnun olduğunu qəbul etməklə, 1-ci maddə (P1-1) mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edir. Bu, "mülkiyyət" və "mülkdən istifadə" sözlərinin (fransızca: "biens", "propriété", "usage des biens") buraxdığı aydın təəssüratdır; “travaux préparatoires” öz növbəsində bunu birmənalı şəkildə təsdiq edir: layihə müəllifləri bu maddənin 1-ci maddəsinin öncülləri olan növbəti layihələrin mövzusunu təsvir etmək üçün davamlı olaraq “mülkiyyət hüququ” və ya “mülkiyyət hüququ” haqqında danışırdılar (P1-1). Həqiqətən də, öz əmlakına dair sərəncam vermək hüququ mülkiyyət hüququnun ənənəvi və əsas aspektini təşkil edir (para 63) (Handyside qərarı 7 dekabr 1976, Series A no. 24, p. 29, para. 62). -1-ci maddənin ikinci bəndi (P1-1) buna baxmayaraq, Razılığa gələn Dövlətə “ümumi maraqlara uyğun olaraq əmlakdan istifadəyə nəzarət etmək üçün zəruri hesab etdiyi qanunları tətbiq etmək” səlahiyyətini verir. Beləliklə, bu bənd Razılığa gələn Dövlətləri belə bir qanunun “zəruriliyi” mövzusunda yeganə hakimlər kimi müəyyən edir (yuxarıda qeyd olunan Handyside qərarı, eyni zamanda). “Ümumi marağ”a gəldikdə, o, müəyyən hallarda qanunverici orqanı inter vivos və ya iradə ilə sərəncamlar sahəsində “əmlakdan istifadəyə nəzarət etməyə” vadar edə bilər (para 64).

18. X22 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

19. Məhkəmə hesab edir ki, X22 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

20. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

21. Məhkəmə qeyd edir ki, mərhum X11 vəfat etməmişdən qabaq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, cavabdeh qurum imtinasında dövlət qulluğu stajı nəzərə alınmaqla pensiya təyini hüququnun olmamasını bildirmişdir.

22. Beləliklə, məhkəmə hesab edir ki, pensiya miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququdur, odur ki, vərəsələrin həmin miras aktivini tələb etməyə subyektiv hüququ var.

23. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

24. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

25. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

26. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

27. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.15-ci bəndinə əsasən Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında nazirin birinci müavini, müavini, dövlət komitəsi sədrinin birinci müavini, müavini vəzifəsi müvafiq olaraq Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının aparatın rəhbərinin müavini, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının aparatında təminedici şöbənin müdiri vəzifəsinə; 1.18-ci bəndinəəsasən, rayon aqrar-sənaye birliklərinin aparatında böyük mütəxəssis, mutəxəssis vəzifəsi Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələrinin aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır.

28. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991 -ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) şamil edilir.

30. İddiaçının əmək kitabçasının əsli məhkəmə iclasında tədqiq olunmuşdur.

31. X8 yaşa görə əmək pensiyası təyin edilmişdir, mərhum məhkəməyə müraciət etməklə dövlət qulluğu stajı nəzərə alınmaqla pensiyasının yenidən hesanlanmasını xahiş etmişdir.

32. Cavabdeh inzibati orqanın iddiaçının mübahisələndirmədiyi dövlət qulluğu stajı 11 il 9 ay 22 gün (xx.xx.1986-xx.xx.1998-ci il tarixləri arasındakı dövr) təşkil edir.

33. Mübahisələndirilən dövr iddiaçının Saatlı rayon X14 və X14 xx.xx.1986-xx.xx.1998-ci illər işlədiyi dövrlərdir (xx.xx.1986-cı il tarixdən Saatlı rayon X14 böyük tikinti mühəndisi, X14 xx.xx.1987-xx.xx.1998-ci illərdə sədr müavini-əsaslı tikinti şöbəsinin rəisi).

34. Həmin dövrlərdə mərhumun qulluq etməsi Milli Arxiv İdarəsinin Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı və əmrlərlə təsdiqlənir.

35. X17 tərəfindən təqdim edilən rəyə əsasən müəyyən olunur ki, X1 Saatlı Rayon X14 və Azərbaycan SSR X25 Komitəsinin Əsaslı tikinti şöbəsinin rəisi - X13 sədr müavini vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmalıdır.

36. X17 tərəfindən təqdim edilən rəy onunla əsaslandırılmışdır ki, rayon aqrar-sənaye birliklərinin aparatında mövcud olan böyük mütəxəssis vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələrinin aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır (Siyahının 1.18-ci bəndinə əsasən). Azərbaycan SSR dövlət komitələrinin aparatında, 2.9-cu bəndində isə 1991-ci il oktyabrın 18-i tarixindən 31 avqust 2003-cü il tarixədək Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatında mövcud olan vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə (müvafiq olaraq Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının aparatın rəhbərinin müavini, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının aparatında təminedici şöbənin müdiri vəzifəsinə) uyğunlaşdırılmışdır (Siyahının 1.15-ci bəndinə əsasən).

37. Məhkəmə həmin əsaslandırmanı qanunauyğun hesab edir. Mübahisələndirilən dövr nəzərə alındığı təqdirdə, iddiaçının dövlət qulluğu vəzifəsində qulluq stajının ən azı 15 il olduğu müəyyən edilir.

38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunundan: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

39. X1 vərəsələri X6, X9, X10, Babaşova Sevinc İsmayıl qızı, X12 mərhum ataları X4 miras qalmış əmlakdan digər vərəsə (mərhumun arvadı) İddiaçı xeyrinə imtina etmişlər.

40. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və mərhumun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunması hüququ təmin olunmalı və X8 təyin edilmiş yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması və vəfat etdiyi xx.xx.2021-ci il tarixədək pensiya fərqinin ödənilməsi öhdəliyi cavabehin üzərinə qoyulmalıdır.

41. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. X2 təyin edilmiş yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması və öldüyü xx.xx.2021-ci il tarixədək pensiya fərqinin İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar