Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6511/2023 18.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçının nümayəndəsi Nümayəndə,cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçıya məxsus 200 atmosfer təzyiqi ilə işləyən 603 saylı neft-qaz quyusunun 60 metr məsafəsində və 160 atmosfer təzyiqli boru xəttinin mühafizə zonasında yerləşməsini, yaxınlıqda olan şəxslərin həyat və sağlamlığı üçün yüksək təhlükə mənbəyi olmasını, eləcə də normal təsərrüfat fəaliyyətinə ciddi maneə yaratmasını nəzərə alınaraq, iddiaçının neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı- Salyan şossesi, 25-ci km-də, X-380528.76 Y-4455202.70 koordinatda yerləşən 684.4 kv.m-dən ibarət sənaye təyinatlı torpaq sahəsinin qeyri-yaşayış təyinatlı tikili üçün "xxxx" Kiçik müəssisəsinə ayrılması barədə cavabdehin 1413 saylı xx.xx.1992-ci il tarixli sərəncamın etibarsızlığının tanınması” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçıya məxsus 200 atmosfer təzyiqi ilə işləyən 603 saylı neft-qaz quyusunun 60 metr məsafəsində və 160 atmosfer təzyiqli boru xəttinin mühafizə zonasında yerləşməsini, yaxınlıqda olan şəxslərin həyat və sağlamlığı üçün yüksək təhlükə mənbəyi olmasını, eləcə də normal təsərrüfat fəaliyyətinə ciddi maneə yaratmasını nəzərə alınaraq, iddiaçının neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı-Salyan şossesi, 25-ci km-də, X- 380528.76 Y-4455202.70 koordinatda yerləşən 684.4 kv.m-dən ibarət sənaye təyinatlı torpaq sahəsinin qeyri-yaşayış təyinatlı tikili üçün "xxxx" Kiçik Müəssisəsinə ayrılması barədə cavabdehin 1413 saylı xx.xx.1992-ci il tarixli sərəncamın etibarsızlığının tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İddiaçı (İB) neft və qaz əməliyyatlarının aparılması məqsədilə istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı-Salyan şossesi 25-ci km-də, X-380528.76 Y-4455202.70 koordinatda yerləşən "xxxx" Kiçik Müəssisəsi tərəfindən zəbt olunmuşdur. Ətrafa yanğın təhlükəli materiallar (taxtalar) yığılması, İB-yə məxsus 603 saylı işlək quyudan 60 m məsafədə yerləşməsi, baş verə biləcək yanğın hadisəsi 200 atmosfer təzyiqli qaz quyularının və həmçinin 160 atmosfer təzyiqli boru xətlərinin mühafizə zonasında yerləşdiyi üçün həm özlərini, həm də bütün ətraf qəsəbələri təhlükə altında qoyulması barədə "xxxx" Kiçik Müəssisəsinin rəhbərliyinə xəbərdar edilmişdir. həmin torpaq sahəsi 603 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. 'Bəyim" Kiçik Müəssisəsi tərəfindən zəbt olunan sahə 200 atmosfer təzyiqli qaz quyularının və həmçinin 160 atmosfer təzyiqli boru xətlərinin mühafizə zonasında yerləşdiyi üçün, gələcəkdə baş verə biləcək yanğın və ya hər-hansı texnogen hadisənin qarşısını almaq məqsədilə QAİİ tərəfindən müəssisənin rəhbərliyinə yanğın təhlükəli materialların (taxtalar) dərhal ərazidən kənarlaşdırmaları barədə dəfələrlə xəbərdar edilmişdir. Yuxarıda qeyd olunan məsələ ilə baglı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsinə xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00009 saylı, Bakı şəhəri Cavabdehnə xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00008 saylı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00010 saylı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X5 Agentliyinə xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00028 saylı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00027 saylı məktublarla müraciət edilmişdir. Lakin həmin təşkilatlardan bu günə qədər heç bir rəsmi cavab verilməmişdir. xx.xx.2022-ci il tarixdə QAİİ-nin “qanunsuz tikililərin qarşısının alınmasına məsul olan komissiyasının” üzvləri əraziyə yenidən baxış keçirən zaman özünü İntiqam kimi təqdim edən şəxs yanğın təhlükəli materiallar (taxta) yığılan hissəni "xxxx" Kiçik müəssisəsindən icarəyə götürdüyünü bildirərək həmin ərazidə “avtoyuma” məntəqəsi açacağını bildirmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayənədi S.Mirzəyeva iddia müddətinin buraxıldığı üçün iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.5-ci maddəsinə uyğun olaraq, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcələnin 36.3-cü maddəsinə uyğun olaraq, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə görə, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri Cavabdeh 1413 saylı, xx.xx.1992-ci il tarixli sərəncamının etibarsız hesab edilməsini tələb edir. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İnzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. İddiaçının Bakı şəhəri Cavabdeh 1413 saylı, xx.xx.1992-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, belə bir müddət qərar qəbul edilən zaman qüvvədə olmuş mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, sözügedən inzibati akt İnzibati Prosessual Məcəlləsi və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Həmin dövrlərdə isə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964- cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR-nın MPM-nin müddəaları əsasında həll olunurdu. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. İddiaçı həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, yeni qanuna istinadla həmin inzibati aktlar mübahisələndirilə bilməz. İş materiallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 410/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının 30-cu bəndində qeyd edilmişdir ki, “məhkəməyə müraciət edən şəxs qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddia qaldıra bilməz; belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.” İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, qərarın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Göstərilənlərə əsasən, iddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçıya məxsus 200 atmosfer təzyiqi ilə işləyən 603 saylı neft-qaz quyusunun 60 metr məsafəsində və 160 atmosfer təzyiqli boru xəttinin mühafizə zonasında yerləşməsini, yaxınlıqda olan şəxslərin həyat və sağlamlığı üçün yüksək təhlükə mənbəyi olmasını, eləcə də normal təsərrüfat fəaliyyətinə ciddi maneə yaratmasını nəzərə alınaraq, iddiaçının neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı-Salyan şossesi, 25-ci km-də, X- 380528.76 Y-4455202.70 koordinatda yerləşən 684.4 kv.m-dən ibarət sənaye təyinatlı torpaq sahəsinin qeyri-yaşayış təyinatlı tikili üçün "xxxx" Kiçik Müəssisəsinə ayrılması barədə cavabdehin 1413 saylı xx.xx.1992-ci il tarixli sərəncamın etibarsızlığının tanınması” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 36, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiа mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-6511/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6511/2023
18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver