Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6512/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçılar Hüseynov Nazı̇ m Allahverdi oğlu, Aslanov Çı̇ ngı̇ z Paşa oğlu, Emı̇ nov Emı̇ n Əhməd oğlu, İddiaçı4 Sabı̇ r oğlu, İddiaçı7 Həmı̇ dulla qızı, Xıdırov Zakı̇ r Tahı̇ r oğlunun, İddiaçıların vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs X7 iştirakları ilə, İddiaçılar Hüseynov Nazı̇ m Allahverdi oğlu və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X37, X21 və digərləri) qarşı “çıxarışın ləğvi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2 İlldırım oğlu, X10, İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı6, İddiaçı7 Həmdulla qızı, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrin X48rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Xudu Məmmədov 13 ünvanına dair daşınmaz əmlaka X21, X22 verilmiş reyestrdən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X21 və X37 ilə əlbir olaraq bazar dəyəri 150.000 manat dəyərində əmlaklarını mənimsəmişdirlər. Xudu Məmmədov 13 ünvanlı daşınmaz əmlaka dair X22 reyestrdən çıxarış verilmişdir. X3 onlarla eyni pay sahibi olduğunu iddiaçıların ona qarşı “mülkiyyətə maneənin aradan qaldırılması” barədə ilk iddiaları və onun iddiaçılara qarşı “dəyəri ödənilməklə payın məcburi qaydada alınması“ barədə qarşılıqlı iddiasına baxılarkən iddiaçıların ilk iddianın təmin onun qarşılıqlı iddiasının rədd olunması barədə birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qüvvədə saxlanması barədə Ali Məhkəmənin 30 oktyabr 2018-ci il tarixli qərarı təsdiq edir. Belə ki, Tural B firması Xudu Məmmədov 13 ünvanlı mülkiyyət bərabər əsaslarla tərəflərindən özəlləşdirildikdən 4 ay sonra təsis edilmiş, beləliklə həmin firmada olan Nizamnamə kapitalındakı paylar bölgüsü mübahisələndirilən q/y sahədəki əmlak hüquqlarına şamil edilə bilməz. Bundan başqa Tural B firmasının Nizamnamə kapitalı cüzi pul vəsaiti olmaqla, orada nə hazırda mübahisələndirilən Xudu Məmmədov 13, nə də hər hansı digər daşınmaz əmlak yoxdur. Həmçinin, X21 ilə aralarında Bakı İnzibati Məhkəməsində proses olmuş, Bakı İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli qərarı ilə onun iddiası rədd olunmuşdur. X3 və cavabdeh qanunsuz yollarla onların paylarını mənimsəməklə yeni çıxarış almışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6512/2023 nömrəli qərardadı ilə X37 və X21 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6512/2023 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi əsl cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6512/2023 nömrəli qərardadı ilə X31, X38, X23, X49 və X15 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. ünvan 2 ünvanında yerləşən 180.2 kv.m ölçüdə reyestr nömrəsi **********53-05101-083007 olan qeyri-yaşayış sahəsi X11, X16, İddiaçı2 Allahverdi oğlunun, X8, İddiaçı4, İddiaçı5, İddiaçı9, İddiaçı7 Həmdulla qızının, İddiaçı8, İddiaçı1, İddiaçı10, İddiaçı11, İddiaçı12, X32, X7, İddiaçı6, X4 və X17 adına qeydiyyata alınmış və hal-hazırda paylı mülkiyyətlərindədir. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinin 15(112)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ünvan 3 ünvanında yerləşən “Qaya” İKF-ın 1 saylı bərbərxanası, 180.2 kv.m ölçüdə reyestr nömrəsi **********53-05101-083007 olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi (o cümlədən alqı-satqı, bağışlama, ipoteka və s.) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3-cü şəxslərə qadağan edilməsi qərara alınmışdır. ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 180.2 kv.m) 45 kv.m hissəsi X21 və X37 arasında ünvan 7otariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-232 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X17 adına daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında”AR Qanununun 2.1 -ci və AR İPM-nin 2.2və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülkihüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsi rəhbər tutularaq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Üçüncü şəxs X21 iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və etirazda bildirilmişdir ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan bərbərxana Bakı şəhəri, Xətai rayonu, Əhaliyə Məişət Xidməti İdarəsinin «Qaya» firmasına məxsus olmuşdur. xx.xx.1997-ci ildə həmin müəsisə alqı-satqı müqaviləsinə əsasən Dövlət Əmlak Komitəsindən satın alınmışdır, alıcı qismində etibarnamə əsasında üçüncü şəxs X21 iştirak etmişdir. «Qaya» firmasının əmlakında olan öz paylarını birləşdirməklə payçılar «Tural-B» firmasını təsis etmişdirlər. Nizamnamə fonduna əsasən ********* AZM olan hissəsindən 26697543 AZM məbləğində ödəməklə əmlakın 61,52 faizi X7, qalan təsisçilərin hər birinin payı 878708 AZM- 2,05 faizi hər bir payçının payı olmaqla 19 nəfər payçıların payı müəyyən olunmuşdur. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən onun payı digərləri ilə bərabər göstərilmişdir. Halbuki əmlakın 61,52%i onun, 2,05%i isə digərlərinin payıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 13 ünvanında yerləşən 180 kv.m qeyri-yaşayış sahəsi onun, yəni X7 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri kimi X38 payı 25,0 kv.m, X31 34,0 kv.m, X39, X49, İddiaçı10, X40, X24, X33, X23, İddiaçı12, X18, X50, İddiaçı11, İddiaçı4, İddiaçı5 Həmdulla qızı, İddiaçı9, İddiaçı7 Həmdulla qızı, X27, İddiaçı8, İddiaçı1, İddiaçı2 Allahverdi oğlu, X21 birlikdə payları 121,2 kv.m göstərilmişdir. Qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X21 Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 13 ünvanında yerləşən 180 kv.m qeyri-yaşayış sahəsinin 59 kv.metrini X2 öhdəsinə götürmüş və digər payçılar notarial qaydada təsdiq olunmuş ərizələri ilə buna etiraz etməyiblər. Bu barədə digər payçıların notarial qaydada təsdiq olunmuş ərizələri də həm də notariat işində qalmaqdadır. O, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 45 kv.m özümə məxsus hissəsini ünvan 7otariat ofisində oğlu X22 bağışladıqdan sonra qanunun müəyyən etdiyi əsaslar ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 sayılı Bakı Ərazi İdarəsindən çıxarış verilmişdir. İddaçılar olan İddiaçı2 Allahverdi oğlu, X12, İddiaçı4, İddiaçı1, İddiaçı5 Həmdulla qızı, X5, İddiaçı6, İddiaçı7 Həmdulla qızı, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X48rşı çıxarışın ləğvinə dair iddia tələbi ilə müraciət etmişlər. Həmin iddia tələbi ümumiyyətlə əsassızdır və iddia tələbi ümumiyyətlə mümkün sayılmamalıdır. O həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olaraq özünə aid hissəsini sənədləşdirmişdir və burada iddiaçıların maraqlarına toxunan hər-hansı qanunsuzluq belə olmayıbdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz Əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1 və 12-ci maddələrinin, habelə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə Daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınan qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. İddiaçıların ad soyadlarında yerdəyişmə etməklə Daşınmaz əmlakın dövlət reyestri xidmətini cavabdeh yazmaqla mülki münasibətlər zəminində baş verə biləcək mübahisəyə aid olduğundan, həm də artıq neçənci dəfədir ki, eyni tipli mübahisələr etmələri əslində mülki münasibətlər zəminində mülki xarakterli iş olaraq baxılmalıdır. Onun apardığı bağışlama müqaviləsi ilə bağlı hərəkətlərin ümumiyyətlə iddiaçılara heç bir aidiyyatı yoxdur. Özünə aid hissədən oğlu Tural Cəlilova bağışladığı sahəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsindən çıxarış almaqla da nəticələnmişdir. İddiaçıların özlərinə düşən həmin sahə iddiaçıların notariat əməliyatları apardıqları sahələrdən qat-qat az və aşağı sahələrdir. Bütün bu göstərilənləri nəzərə alaraq həm çıxarışın ləğvinə dair iddia tələbi mülki münasibətlər zəminində baş verdiyindən və etirazda göstərdiklərinə əsaslanaraq hazırkı iddia tələbinin mümkün sayılmamasını, həmçinin eyni tələb üzrə dəfələrlə çıxış etdiklərindən, hətta ona aid hissələri ələ keçirmək istədiklərindən, bu cür əsassız tələblər ilə məhkəmələrin vaxtlarını aldıqlarından, onun və oğlu Tural Cəlilovun mülkiyyət hüquqlarını pozmağa cəhd etdiklərindən iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -“Tural-B” firmasının xx.xx.1997-ci il tarixli təsis müqaviləsinə əsasən iddiaçı X21 və digər şəxslər X34, İddiaçı5, X49, X39, X23, X24, X33, İddiaçı1, X14, X9, X50, İddiaçı4, İddiaçı11, İddiaçı12, X43, İddiaçı10, İddiaçı2 Allahverdi oğlu, İddiaçı8, X19 arasında bağlanmış müqaviləyə əsasən müqavilə üzrə tərəflər Bakı şəhəri, Xətai rayonu Əhaliyə Məişət Xidməti İdarəsinin “Qaya” firmasının 1 №li bərbərxanasının əmlakında ifadə olunan paylarını birləşdirirlər və “Tural-B” firmasını təsis edirlər, firmanın nizamnamə fondunda iddiaçının payı 26697543 AZM məbləğində əmlak – nizamnamə fondunun 61,52%, qalan təsisçilərin hər birinin payı 878708 AZM – 2, 025% müəyyən olunmuşdur. “Tural-B” firmasının Nizamnaməsinə əsasən müəssisənin nizamnamə fondu 43.393.000 AZM təşkil edir, iddiaçının payı 26.697.543 AZM məbləğində əmlak – nizamnamə fondunun 61,52%, qalan təsisçilərin hər birinin payı 878.708 AZM – 2,025% təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov, 13 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (180 kv metr) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri kimi X38 (payı 25,0 kv metr), X31 (payı 34,0 kv metr), X39, X49,İddiaçı10, X40, X24, X33, X23, İddiaçı12, X19, X50, İddiaçı11, İddiaçı4, İddiaçı5 Həmdulla qızı, İddiaçı9, İddiaçı7 Həmdulla qızı, X29, İddiaçı8, İddiaçı1 qzı, İddiaçı2 Allahverdi oğlu, X21 (birlikdə payları 121,2 kv.metr) göstərilmişdir; xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X21 Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 13 ünvanda yerləşən ümumi sahəsi 180,2 kv metr olan qeyri-yaşayış sahəsinin (“QAYA” İKF-nin 1 saylı bərbərxanası) 59 kv.metrini X2 öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, iddiaçılar qeyri-yaşayış sahəsinin 59 kv.metrinin X1 razılıq vermişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 180.2 kv.m ölçüdə reyestr nömrəsi **********53-05101-083007 olan qeyri-yaşayış sahəsinə xx.xx.2021-ci il tarixdə hüquq sahibləri X31 34 kv.m, X38 61.36 kv.m, İddiaçı2 Allahverdi oğlu, X23, İddiaçı4, İddiaçı5, İddiaçı9, İddiaçı7 Həmdulla qızı, İddiaçı8, İddiaçı1, İddiaçı10, İddiaçı11, İddiaçı12, X49, X31, X21 payları 84.84 kv.m-dən bir hissə, İddiaçı6, X4 payları 84.84 kv.m-in bir hissəsindən ½ hissə olaraq qeydiyyat aparılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-333/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı X7 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı ünvan 9 ünvanında yerləşən 180 kv.m qeyri-yaşayış sahəsinin Dövlət Əmlak Komitəsi ilə razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.1997-ci il tarixli “Tural-B” firmasının təsis müqaviləsində göstərilmiş pay bölgüsünə əsasən ona, yəni X13 aid 61.52 faizinin 59 kv.metri satıldıqdan sonra yerdə qalan 53 kv.m-i göstərilməklə onun adına yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Bakı şəhər 25 saylı Notariat Ofisinin 02 sentyabr 2023-cü il tarixli x/o 586/2023 nömrəli məktubu ilə göndərilmiş ünvan 7otariat ofisində xx.xx.2022-ci il tarixdə, 4Ə-232 reyestr nömrəsi ilə təsdiq edilmiş X21 və X37 arasında daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən X21 Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 13 ünvanında yerləşən ümumi sahəsi 180.2 kv.m olan qeyri-yaşayış sahəsinin birgə mülkiyyət üzrə ona məxsus hissəsindən 45 kv.m hissəni hədiyyə alan X22 bağışlamışdır. Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən hədiyyə verənə məxsusdur: ƏMDX-nin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X13 verilmiş **********53-05101-083007 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə 51.86 kv.m. X51 notarial qaydada təsdiq edilmiş ərizəsi ilə ünvan 5 ünvanında yerləşən qeyri yaşayış sahəsinin bağışlanmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən “Qaya” İKF-ın 1 saylı bərbərxanası 180.2 kv.m ölçüdə reyestr nömrəsi **********53-05101-083007 olan qeyriyaşayış sahəsinə sonuncu dəfə verilmiş çıxarışda hüquq sahibləri X31 34 kv.m, X38 61.36 kv.m, İddiaçı2 Allahverdi oğlu, X23, İddiaçı4, İddiaçı5, İddiaçı9, İddiaçı7 Həmdulla qızı, İddiaçı8, İddiaçı1 İddiaçı10 İddiaçı11, İddiaçı12, X49, X31, İddiaçı6, X4 payları 39.84 kv.m-in bir hissəsindən ½ hissə, X7 payları 39.84 kv.m-dən bir hissə xx.xx.2022-ci il tarixdə, X17 adına 45 kv.m olaraq xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 180,2 kv.m olan Bakı şəhəri, Xətai rayonu Əhaliyə Məişət Xidməti İdarəsinin “Qaya” firmasının 1 nömrəli bərbərxanası əmək kollektivi tərəfindən özəlləşdirilmiş və bu barədə onlara xx.xx.1997-ci il tarixli, 001752 nömrəli şəhadətnamə verilmişdir. Əmək kollektivi bərbərxananın əmlakında ifdə olunan payralrını birləşdirmiş və xx.xx.1997-ci il tarixdə “Tural-B” firmasını təsis etmişlər. Qeyd olunan qeyri-yaşayış sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış ilə iddiaçılar və üçüncü şəxs X7 (ümumbirgə) adına dövlət reyestrində qeydiyyata alınmışdır. 9 saylı NK-nın 4ə-570 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə və iddiaçıların alqı-satqı zamanı təqdim etdikləri notarial qaydada razılıq ərizələri nəzərə alınaraq X7 ümumbirgə mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən 180,2 kv.m olan (“Qaya” İKF-nin 1 saylı bərbərxanası) qeyri-yaşayış sahəsindən ona məxsus hissədən 59 kv.m təşkil edən hissə X16 adına ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış ilə rəsmiləşdirilmişdir. Yerdə qalan hissə ilə bağlı 84.84 kv.m-dən bir hissə iddiaçıların və X7 adına ********** saylı, xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi ilə hədiyyə verən X21 Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 13 ünvanında yerləşən ümumi sahəsi 180.2 kv.m olan qeyri-yaşayış sahəsinin birgə mülkiyyət üzrə ona məxsus hissəsindən 45 kv.m hissəni hədiyyə alan X22 bağışlamışdır. Bundan sonra Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 13 ünvanında yerləşən 180 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı tərtib edilmiş daşınmaz əmlakın dövlət reyestri qeydlərində 45 kv.m hissə X17 adına, iddiaçıların payı və X7 payı 39.84 k.m-dən bir hissə olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə qeydə alınmışdır. Hazırkı iddialarında iddiaçılar Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 13 ünvanında yerləşən 180 kv.m qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestri qeydlərində xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə dəyişiklik edərək X26 paylı mülkiyyətçi kimi 45 kv.m, onların hər birinin qeyri-yaşayış sahəsinin 84.84 kv.m-dən bir hissəsinin birgə mülkiyyətçiləri olduqları halda razılıqları olmadan payları azaldılaraq 39.84 kv.m-dən bir hissə kimi qeyd edildiyini əsas gətirərək cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış həmin qeydlərin ləğv edilməsini inzibati məhkəmə icraatında mübahisələndirirlər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia üzrə mübahisə inzibati hüquq münasibətindən irəli gələn inzibati məhkəmə icraatında baxılması mümkün olmayan iddiadır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Mülki Məcəllənin aşağıdakı maddələrinə əsasən: -144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. -144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. -144.2-1. Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması bu Məcəllənin 148.3-cü maddəsinə uyğun olaraq təmin olunur. -144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X20 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur -146.7. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın və ya ona dair hüquqların qeydiyyatı ərizənin daxil olduğu tarix üzrə aparılır. -146.8. Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. -148.3. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən əldə edilməsini, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin təsdiqləndikdən dərhal sonra elektron formada daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə daşınmaz əmlakın dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistemlər vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır -213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. -213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. Sadalanan normalardan görünür ki, daşınmaz əmlaka dair sərəncam verilməsi ilə bağlı müqavilələr notarial qaydada təsdiq edilməlidir. Əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, o cümlədən bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənərəkən notarius sərəncam verən tərəfin belə bir hüquqa malik olmasını daşınmaz əmlakın dövlət reyestrinə birbaşa çıxışı təmin olunmaqla elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə etdiyi məlumat əsasında yoxlayır. İxtiyarlı şəxsin (hədiyyə verən) sözügedən müqaviləni bağlamağa sərəncam hüququnun mövcudluğunu yoxladıqdan sonra notarius müqavilənin qanunauyğunluğunu təsdiq edir və bundan sonra X20 Sistemi üzərindən göndərilmiş həmin elektron müqavilə əsasında ötürülən əşya hüquqları DƏDRX ərazi idarələri vasitəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Hazırkı işdən müəyyən olunur ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ilkin olaraq daşınmaz əmlakın dövlət reyestrində iddiaçılar və üçüncü şəxs X7 ümumi birgə mülkiyyətində, paylar müəyyən edilmədən qeydə alınmış əmlak olmuşdur. Həmin əmlakla bağlı hazırkı iddia üzrə mübahisələndirilən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli reyestr qeydləri reyestri həyata keçirən inzibati orqanın ilkin hüquqmüəyyənedici sənədlər əsasında apardığı ilkin qeydiyyat hərəkətləri ilə bağlı deyil, sonrakı qeydiyyat hərəkətlərinin nəticəsidir. Belə ki, həmin qeydlərin əsasında X21 və X37 arasında ünvan 7otariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-232 reyestr nömrəli bağışlama müqaviləsi dayanır. Cavabdeh inzibati orqanın qeyd etdiyi kimi eləcə də əmlaka dair hüquqmüəyyənedici sənədlərdən də göründüyü kimi ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 180.2 kv.m) 45 kv.m hissəsi ilə bağlı mülkiyyət hüququ sözügedən bağışlama müqaviləsi əsasında X17 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, 4Ə-232 reyestr nömrəli bağışlama müqaviləsinin bağlanılması ilə bağlı notariat işindən müəyyən olunmuşdur ki, müqavilə notarial qaydada təsdiq edilərkən daşınmaz əmlakın xx.xx.2011-ci il tarixli çıxarışındakı hüquqi vəziyyəti və X7 arvadının razılıq ərizəsi əsas götürülərək həmin əmlakın 45 kv.m hissəsinin X22 bağışlanılması təsdiq edilmişdir. Halbuki, həmin bağışlama müqaviləsinin təsdiqi zamanı əldə edilmiş xx.xx.2018-ci il tarixli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı dövlət reyestrindən arayışda iddiaçıların və üçüncü şəxs X7 mülkiyyət hüququ 84.84 kv.m-dən bir hissə olaraq qeydə alındığı göstərilmişdir. Eləcə də notariat işinə digər birgə mülkiyyətçilərin (hazırkı iddiaçılar) əmlakın hissəvi olaraq X22 ötürülməsinə dair razılıq ərizələri əlavə edilməmişdir. Məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq bu nəticəyə ki, nə qədər ki, qanunverici daşınmaz əmlaka mülkiyyət hüquqlarının ötürülməsi ilə bağlı mülki hüquqi əqdləri təsdiq edərkən əmlaka sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunun yoxlanılmasını reyestr orqanına deyil, bilavasitə müqaviləni təsdiq edən notariusa həvalə edərək müqavilənin yanlışlığı üçün məsuliyyəti də notariusun üzərinə qoymuş, bu halda reyestr orqanının mülki hüququn əmələ gəlmə əsası kimi çıxış edən hazırkı bağışlama müqaviləsinin qanunauyğunluğunu yoxlamaq səlahiyyəti də mövcud olmamış, onun vəzifəsi notarial təsdiqlənmiş həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində ötürülən hüquqla bağlı X17 adına qeydiyyatı aparmaqla məhdudlaşmışdır. Başqa sözlə, müəyyən olunur ki, hazırkı mübahisə üzrə cavabdeh inzibati orqanın qeydiyyatla bağlı hərəkətləri hər hansı inzibati akt əsasında (əmlakın ilkin qeydiyyat sənədləri) onun ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli hərəkətləri ilə deyil, “Daşınmaz əmlakın dövlət reyestri haqında” Qanunun yuxarıda adıçəkilən 8.0.3-cü maddəsində nəzərdə tutulan notarial qaydada təsdiq edilmiş mülki hüquqi əqd-bağışlama müqaviləsi əsasında aparılmışdır və bu zaman reyestr orqanının yalnız elektron sistem üzərindən göndərilmiş mülki əqddən irəli gələn əmlak hüququnu üçüncü şəxsin adına qeydə almaq və ya mövcud qeydləri dəyişdirmək vəzifəsi yaranmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.” İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda mübahisələndirilən reyestr qeydləri inzibati orqanın bilavasitə inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə deyil, mülki müqavilə əsasında aparıldığından həmin qeydlərin ləğvinə dair iddia hazırkı inzibati məhkəmə icraatında baxıla bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə iddianın inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçıların hazırkı qeydləri mülki məhkəmə icraatında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməklə mübahisələndirmək hüquqları saxlanılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar Hüseynov Nazı̇ m Allahverdi oğlu və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi” tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6512/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6512/2023
29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver